Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1028/2023 07.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzilə köçürmə və mənzildən istifadə hüququun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzilə köçürmə və mənzildən istifadə hüququun tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 21 sentyabr 2013-cü il tarixində Cavabdeh1 ilə nikaha daxil olmuşdur. Həmin nikahdan 01 avqust 2014-cü il təvəllüdlü X1, 25 mart 2017-ci il təvəllüdlü X2 və 10 sentyabr 2018-ci il tarixli X3 doğulmuşdur. İddiaçı el adəti ilə toy edib Cavabdeh1 atasına məxsus ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli 5 otaqlı evə gəlin köçmüşdür. Hal-hazırda da cehiz əşyaları da həmin mənzildədir. Cavabdeh1 ilə nikahları 07 oktyabr 2022-ci il tarixində pozulmuşdur. 2017-ci ilin avqust ayında Cavabdeh1 iddiaçını incitdiyi üçün uşaqlarını da götürüb həmin evdən çıxmışdır. Hal-hazırda uşaqları ilə birlikdə müvəqqəti olaraq atasının evində yaşayır. Qeyd edilənlərə əsasən iddiaçı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsini və istifadə hüququnun tanınmasını məhkəmədən xahiş etdi . Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, ünvan 1 ünvanında yerləşən ev qayınatasına məxsusdur, onun tərəfindən tikilib və onlar hamısı birlikdə həmin evdə yaşayırdılar. Sonradan əri Cavabdeh1 ilə bir evdə yaşamaq mümkünsüz olduğununa görə, o, uşaqlarını da götürüb getmişdir. Hal-hazırda həmin evə köçürülməsini və istifadə hüququnun tanınmasını istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qismən qəbul edir, iddiaçının köçürülməsini tələb etdiyi ünvan 1 ona məxsusdur, iddiaçının və nəvələrinin həmin evə köçürülməsinə etiraz etmir. İddiaçı evdən özü getmiş, qayıtmağına da hər hansı maneə yoxdur. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddianı qismən etiraf etdiyinə dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, mübahisəli tikili iddiaçının keçmiş qayınatası - Cavabdeh3 tərəfindən inşa edilmiş, özbaşına tikilidir və Cavabdeh3 iddiaçının uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsinə məhkəmə iclasında öz razılığını bildirmişdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə müvafiq olaraq, ... cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinin qismən etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün əsas mövcud deyil, etiraf təsdiq edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən - məhz cavabdeh tərəfindən etiraf edildiyi hissədə təmin edilməlidir. Belə ki, mübahisəli daşınmaz əmlakın (özbaşına tikili) və tərəflərin bir-birinə münasibətdə statusu nəzərə alınarsa, iddia ərizəsinin qalan hissədə təmin edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülsün. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1028/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1028/2023
07.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver