Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-100/2026 23.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X5 (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Işin halları
1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsi tərəfindən ünvanlanmış məktubda qeyd edilir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi Xanlar rayon dövlət notariat kontorunun xüsusi notariusunun ## ######## 1989-cu il tarixli, r10-35- ** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X3 tərəfindən Cavabdeh bağışlanmış və ona ## ######## 1989-cu il tarixli, *** qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
2. Göygöl rayon IHB-nın Göygöl şəhər IƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərilir ki, həqiqətən İddiaçı ünvan 1 nömrəli ünvanda 2003-cü il tarixdən ##.##.2025-ci il tarixədək göstərilən ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Hal-hazırda həmin ünvanda qeydiyyatdadır.
3. Göygöl rayon Məhkəməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi Idarəsinə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh adına verilmiş ## ######## 1989-cu il tarixli, *** nömrəli qeydiyyat vəsiqəsinin surətinin məhkəməyə göndərilməsi barədə məktubuna cavab olaraq bildirilmişdir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi Xanlar rayon notariat kontorunun notariusunun ## ######## 1989-cu il tarixli r10-35-** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X3 tərəfindən Cavabdeh bağışlanmış və sonuncunun adına ## ######## 1989-il tarixli, *** qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Məlumat üçün bildirilir ki, qeydiyyat vəsiqəsi bir nüsxə tərtib edilərək vətəndaşa təqdim edildiyindən arxivdə nüsxəsi saxlanılmamışdır.
4. Göygöl RIHB-nın Göygöl şəhər IƏD üzrə nümayəndəliyinin ## ###### 2025-ci il tarixli *-**-**/*-**-***/**** saylı arayışından görünür ki, İddiaçı ünvan 5 saylı ünvanda 2003-cü il tarixdən ##.##.2025-ci il tarixədək göstərilən ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Hazırda həmin ünvanda qeydiyyatdadır.
5. Göygöl MKTIB-nin ** nömrəli, ##.##.2026-cı il tarixli məktubu ilə göndərilmiş akt Göygöl MKTIB tərəfindən qonşuların iştirakı tərtib edilmişdır və aktda İddiaçı ünvan * saylı ünvanda ##.##.2025-ci il tarixədək yaşaması qeyd olunmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu, yəni İddiaçı ünvan 3 ünvanında yerləşən yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun doğma anasıdır. ünvan 1 ünvanında yerləşən yaşayış evi anası Cavabdeh mülkiyyətindədir. O, qeyd olunan evdə yaşamış və həmin evdə böyüyüb boya-başa çatmışdır və hazırda da, həmin evdə pasport qeydiyyatındadır. Buna baxmayaraq cavabdeh onu qeyd olunan mənzildən istifadə etməklə yaşamağına imkan vermir, 2025-ci ilin mart ayından onu evdən qovub. Hazırda o, kirayədə yaşayır, aldığı əmək haqqını kirayə pulunu belə ödəmir.
9. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə Göygöl rayon Məhkəməsinə etiraz ərizəsi ilə müraciət etmişdir. Ərizədə bildirilir ki, İddiaçı ona qarşı iddia arizəsi ilə məhkəməyə müraciət edib, ünvan 3 ünvanında yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbinin əsası kimi ona istinad etmişdir ki, həmin evdə yaşamış və həmin evdə böyüyüb boya-başa çatmışdır. Hazırda da, həmin evdə pasport qeydiyyatındadır. Tərəfindən onun qeyd olunan mənzildən istifadə etməklə yaşamağına imkan vermir və 2025-ci ilin mart ayından onu evdən qovmuşdur. Hazırda kirayədə yaşayır, aldığı əmək haqqı kirayə pulunu ödəmir. Iddia ərizəsi Göygöl rayon Məhkəməsinin icraatına qəbul edilmiş va işin məhkəməyə hazırlıq iclası ##.##.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı iddia tələbinin əsası kimi göstərdikləri yanlışdır, məqsədinə uyğun düzməcədir və həqiqəti əks etdirmir. Belə ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi anası mərhum X3 tərəfindən ona 1989-cu ildə bağışlanmış, ## ######## 1989-cu il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmış və həmin vaxtdan xüsusi mülkiyyətindədir. Həmin evə 7-8 ildən sonra, həyat yoldaşı xidmətini başa çatdırandan sonra köçüblər. Həmin vaxta kimi həyat yoldaşı ayrı-ayrı rayonlarda polis rəisi işlədiyindən birində 10, digərində 5 və s. olaraq müxtəlif rayonlarda yaşamaqla, son olaraq Goranboy rayonunda yerləşən evdə yaşayıblar. Iddiaçı İddiaçı övladıdır və ##.##.1975-ci il tarixdə anadan olmuşdur. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi həmin evdə böyüyüb, boya-başa çatmasına dair qeyd etdikləri ağlabatan olmadığı bəlli və doğru deyildir. Ev ona bağışlanandan və ona mülkiyyət sənədi alandan bir müddət sonra qeydiyyatını həmin ünvana dəyişmişdir va övladlarının, həmçinin iddiaçının ünvanını da, həmin evə yazdırmışdır. Lakin övladlarının qeydiyyatları istifadə hüququ verilmədən aparılmışdır və sonradan da, heç birinə həmin evdə istifadə hüququ verməmişdir. İddiaçı 20**-ci ildə Gəncə şəhər sakini Seyhun Mədətova ərə getmiş və ərinin yaşadığı Gəncə şəhərindəki ünvana köçmüşdür. Bir ildən sonra 2002-ci ildə Gəncə şəhərində yaşadığı ünvanda qızı X4 dünyaya gəlmişdir. Bir müddət Gəncə şəhərində ər evində yaşadıqdan sonra Rusiya Federasiyasına köçmüşlər və uzun müddət Moskva şəhərində yaşayıblar. X1 Rusiya Federasiyasının vətəndaşıdır. 2005-ci ildə boşanmışlar. Ər evinə köçdüyü üçün 20**-ci ildə evindəki ünvandan çıxarılmış və köçdüyü yeni ünvan üzrə qeydiyyata alınmışdır. Lakin 2 ildən sonra mülkiyyətində olan evə hansı üsulla təkrarən qeydiyyata alındığı və uşaqlarını da qeydiyyata saldığından məlumatı olmamışdır. O, boşanandan dərhal sonra 2006-cı ildə Aydın Fərzəliyevlə evlənmişdir. X7 rayonunda anadan olmuş, Rusiya Federasiyasının Moskva şəhərində daimi yaşamaqla RFnın vətəndaşıdır. Iddiaçı Aydın Fərzəliyevlə rəsmi nikaha daxil olmuş, onunla birgə Moskva şəhərində yaşamaqda davam etmiş və nikahlarından ## ### 2007-ci il təvəllüdlü X6 anadan olmuşdur. Aydın Fərzəliyev rəhmətə getmişdir. Iddiaçı oğlu X6 ilə birgə ərindən miras qalmış Moskva şəhərində olan mənzildə yaşamaqda davam etmişlər. İddiaçı bütün keçən illər ərzində övladı olaraq qonaq kimi evinə gəlib-getmiş, lakin yaşamamışdır. 20**-ci ildə ər evinə köçəndən sonra, həmin evdə ona məxsus heç bir əşyası olmamış və yoxdur. Son illər Moskva şəhərində olan mənzilini kirayə verib, uzun müddətə gəlmiş və Göygöl rayonunda kirayədə qalmışdır. Iddiaçı 2025-ci ilin mart ayının sonlarında yanına gəlmiş, kirayədə çətinlik çəkdiyini, evinə köçüb, onunla qalmağını istədi. O da rədd etmişdir. Bununla bağlı aralarında mübahisə zamanı evində qeydiyyata düşdüyü məlum olub. Ondan qeydiyyatdan çıxmağını, həmçinin ondan xəbərsiz evinə qeydiyyata saldırdığı övladını qeydiyyatda çıxarmasını tələb edib. Iddiaçı Gülnar qeydiyyatdan çıxmaqdan imtina etdiyindən, bu barədə polisə müraciət, daha sonra da məhkəmədə iddia qaldırmışdır. Işə baxılmasına əngəl olmaq məqsədi ilə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı köçürülməsi iddia etdiyi evdə qeydiyyatı 20**-ci ildə başqa ünvana köçdüyündən formal xarakter daşımışdır. Heç vaxtı həmin evdə ona istifadə hüququ verilməmiş və bu hüquqa malik olmamışdır. Indidə ondan kirayə haqqı (nədənsə həmçinin əmək haqqı) qismində kompensasiya almaq niyəti ilə hazırkı iddianı qaldırmışdır. Məqsədi "evə köçürülməklə, dolayısı evdə istifadə hüququnu əldə etməklə" buna nail olmaqdır. İddiaçı iddiasın heç bir hüquqi əsası yoxdur. Əksinə mülkiyyətçi olaraq, hüququnun məhdudlaşdırılmasına yönələn əsassız tələbdir. Ona görə də, qeyd olunanların nəzərə alınmağını və iddianın rədd olumasını xahiş etmişdir.
10. Göygöl Rayon Məhkəməsinin 2(066)-1268/2025 tarixli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Hüseynzadə) iddia təmin edilərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı mülkiyyətçinin qızı olmaqla istər Mülki Məcəllənin 228, istərsə də, Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən fərdi yaşayış evindən istəfadə hüququna malik olmuşdur. Istifadə hüququ qanundan irəli gələrək hər hansı məhrumiyyətlərə məruz qalmamışdır. Iddiaçının istifadəçisi olduğu fərdi yaşayış evindən çıxarılması yuxarıda qeyd edilən iş materialları və şahid ifadəsi ilə təsdiq olunur. Cavabdehin fərdi yaşayış evinin mülkiyyətçisi kimi iddiaçını evdən çıxartması, onu evə qoymaması mülkiyyət hüququnun MM-nin 152-ci maddəsi üzrə məhdudiyyət tələbləri həddinə zidd hesab olunur. Belə ki, MM-nin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.
12. Məhkəmə gəldiyi nəticəni AR Konstitusiyasının 13, 43, 60-ci maddələrinə, Mülki Məcəllənin 152.1, 152.5, 228.1, 228.2, 228.5, Mənzil Məcəlləsinin 30-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
13. Göygöl Rayon Məhkəməsinin 2(066)-1268/2025 tarixli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qətnamə ilə razılaşmır. Çünki məhkəmənin gəldiyi qənaət, mübahisə ilə bağlı müəyyən edilən hallara və tərəflərin zamanına görə yaşayış evindən istifadə etmələri halına uyğun deyildir və istinad etdiyi maddi hüquq normaların tətbiqində tərəflərin münasibətini nəzərə almamışdır. Məhkəmə iddiasnın təmin edilməsinin əsası kimi qeyd etdiyi 3 halın heç biri, bir başa deyil, dolayısı dəlil olmaqla, gəldiyi nəticənin həqiqiliyinə dair sübut kimi qəbul edilə bilməz. Göygöl rayon IHB-nın Göygöl şəhər IƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda qeyd edilmişdir: “həqiqətən İddiaçı ünvan 1 nömrəli ünvanda 2003-cü il tarixdən ##.##.2025-ci il tarixədək göstərilən ünvanda qeydiyyatda olmaqla yaşamışdır”. Məlum məsələdir ki, qeydiyyatda olduğunu şəxsiyyət vəsiqəsinə görə yazılmışdır. Lakin iddiaçının həqiqət həmin ünvanda ##.##.2025-ci il tarixə kimi yaşadığın haradan müəyyən etmişdir. Axı IƏD nümayəndəliyi şəxsin yaşayış yeri və olduğu yeri kimi hüquqi faktları müəyyən edən orqan deyildir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsinə gəlincə isə ifadəsində qeyd edir ki, “... Gülnar xanımı 2003-cü ildən tanıyır. Gülnar xanım ilə qonşu olublar, aralarında 6 ev var. Onlar işə gedərkən birlikdə gedib, gəliblər. Məlumdur ki, Gülnar xanım orada yaşayıb. Keçən il Gülnar xanım onların məktəbinin yanına kirayə köçüb. Birincisi şahid iddiaçının həmin evdə yaşadığını təsdiq etmir. Orada yaşadığını fərz etdiyini deyir. Ikincisi isə iddiaçının keçən ildən kirayədə olduğunu təsdiqləyir. Ifadənin 2025-ci ildə verdiyi baxımdan, iddiaçının özü tərəfindən məhkəməyə şahid qismində gətirdiyi rəfiqəsi onu 2024-cü ildə artıq kirayədə qaldığını təsdiqləmişdir. Halbu ki, iddiaçı tələbinin əsası kimi cavabdeh tərəfindən, bir il əvvəl deyil, ##.##.2025-ci il tarixdə evdən qovulduğunu deyir. Qeydiyyatda olma ünvanı, şəxsin həmin ünvanda faktiki yaşadığının qarant edən dəlil olmadığı məsələsi də hamıya bəllidir. Göründüyü kimi, qətnamənin əsası kimi istinad edilən halların heçbiri iddiaçının həmin evə yaşayış və ya istifadə hüququ verilməklə qeydiyyata alınan ailə üzvü olduğuna və orada fasiləsiz yaşadığını təsdiq edən dəlillər deyildir. Mübahisəsiz haldır ki, köçürülməsi tələb edilən evin mülkiyyətçisi cavabdeh Cavabdehdır. İddiaçı onun övladlarından biridir. Onun evdə yaşayış və ya istifadə hüququnun verilməklə qeydiyyata alındığına dair mülkiyyətçi tərəfindən təsdiqlənmiş müqavilə mövcud deyidlir. Nəzərə alınmalıdır ki, iddiaçı İddiaçı 20**ci ildə Seyhun Mədətova ərə getmiş və ərinin yaşadığı Gəncə şəhərindəki ünvana köçmüçdür. Bir ildən sonra 2002-ci ildə Gəncə şəhərində yaşadığı ünvanda qızı X4 dünyaya gəlmişdir. Bir müddət Gəncə şəhərində ər evində yaşadıqdan sonra Rusiya Federesiyasına köçmüşlər və uzun müddət Moskva şəhərində yaşayıblar. X1 Rusiya Federasiyasının vətəndaşıdır. 2005ci ildə boşanmışlar. Cavabdehin qızı olduğundan istifadə edərək 2003-cü ildə cavabdehə məxsus evdə pasport qeydiyyatına alınmışdır. Lakin, onun 2003-cü ildə həmin ünvanda pasport qeydiyyatına alınmasına dair mülkiyyətçinin razılıq ərizəsi belə təqdim edə bilməmişdir. Çünki, iddiaçı mülkiyyətçinin xəbəri olmadan, xəlvəti həmin ünvana pasport qeydiyyatına düşmüşdür. Adı çəkilən evdə isə demək olar ki, son illərdə heç kim yaşamır. Mülkiyyətçi çox vaxtı Rusiyada olur. 2025-ci ilin mart ayında növbəti dəfə evinə gələndə, iddiaçı onun yanına gəlib, kirayədə çətinlik çəkdiyini və evdə yaşamağa ona icazə verməsini istəmişdir. Rədd cavabı alanda, mübahisə etmiş, pənçərəni qırmış, anasına zor tətbiq etmə və hörmətsizlik edərək, hay-küy salmış və çıxıb getmişdir. Mübahisə zamanı evdə qeydiyyatı olduğunu və ona görə də, orada yaşamağa hüquqlu olduğunu deyib, anasını hədələmişdir. Məhz bu hərəkətlərindən sonra cavabdeh onun icazəsi alınmadan qızının evə qeydiyyata düşdüyünü bilmiş və onun qeydiyyatdan çıxarılması üçün müraciət etmişdir. Həmin məsələyə Gəncə Inzibati Məhkəmədə baxılan zaman da, iddiaçı həmin iddiaya baxılmasına maneə olmaq üçün bu iddia ilə rayon məhkəməsinə müraciət etmişdir. Lakin, məhkəmə bu halları tam aydınlaşdırmamış, mülkiyyət hüququnun məhkəmə müdafiəsini heçə endirmiş, iş üzrə mübahisəsiz halları nəzərə almamış, iddiaçının son vaxtlara kimi həmin evdə yaşadığı və guya ##.##.2025-ci il tarixdə cavabdeh tərəfindən qovlandığı kimi məntiqə uyğun olmayan özünə bəraət qazanan yanlış deyintilərinə üstünlük vermişdir. Halbuki, ali qanunvericilik mülkiyyət hüququna müdaxiləsinin yol verilməzliyini təsbit edir. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmənin qeyd etdiyi hallar ümumilikdə formal mülahizələr olmaqla, heç bir halda iddiaçının cavabdehə məxsus fərdi yaşayış evinə köçürülməsinə əsas ola bilməz. Məhkəmə tərəflərin münasibəti ilə bağlı qeyd olunan iş üçün mühüm əhəmiyyəti olan halları tam aydınlaşdırmamış, qətnaməni iş üzrə müəyyən edilən hallarla deyil, formal dəlillərlə əsaslandırmışdır. Müəyyən edilən hallara görə maddi hüquq normalarını düzgün şərh etmədiyindən, iddianın təmin edilməklə yanlış nəticəli qətnamə qəbul etmişdir.
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, orta məktəbi Goranoy şəhərində bitirmişdir. 20**-ci ildə Seyhun Qurbanov adlı şəxslə ailə qurmuş və qayınatasının Gəncə şəhərində yerləşən evinə gəlin köçmüşdür. Həmin şəxslər 4 il birlikdə yaşamış, lakin ayrılmışlar. Daha sonra ikinci dəfə Aydın Fərzəliyev adlı şəxslər ailə qurmuş və onunla 2 il Moskva şəhərində yaşamışdır. Aydın Fərzəliyev 2**0-cu ildə vəfat edəndən sonra atasının evinə, yəni mübahisəli evə köçüb orada yaşamışdır. 2025-ci ilin mart ayından kirayədə yaşayır.
17. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə bir evdə yaşamaq istəmir. Iddiaçı iki dəfə ailəli olmuş və həmin vaxtı Rusiya Federasiyasının Moskva şəhərində yaşamışdır. 1-2 il olar ki Göygöl Peşə Məktəbində işləməyə başlamışdır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı ərə gedəndən sonra Tərtər şəhərində qayınanasının evində yaşamışdır. Iddiaçının əri 10 il olar vəfat edib. Iddiaçı 5-6 ildir ki mübahisəli evi tərk etmişdir. O, sadəcə həmin evə ata evi kimi gəlib getmişdir.
18. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X2 izahat verib bildirmişdir ki, tərəfləri tanıyır. Belə ki, 5 ildir ki, Göygöl RIHB-nin Göygöl şəhər Inzibati Ərazi dairəsi üzrə nümayəndə işləyir. Bu ailəni uşaqlıqdan tanıyır. Iddiaçının bacısı Nuranə ilə eyni sinifdə oxumuşlar. Sinifdə hər hansı yığıncaq olanda İddiaçı evində qeyd etmişlər. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ona mübahisəli evdə qaz xəttinin kəsilməsi ilə bağlı müraciət daxil olmuşdur. O isə “Azəriqaz” IB-nin əməkdaşları ilə əlaqə saxlayaraq həmin evə çilingər göndərilməsini təmin etmişdir. Mənzil Kommunal Birliyinin hər küçəyə aid uçot vərəqi var. Həmin uçot vərəqinə görə iddiaçı İddiaçı mübahisəli mənzildə qeydiyyatdadır. Seçkilər zamanı mübahisəli evin sakinləri səsvermə üçün çağrıldığı zaman həmin evdən İddiaçı və anası çıxmışdır. Həmçinin onlar ildə bir dəfə olmaqla ərazidə yerləşən əhalinin qeydiyyatını aparırlar və həmin qeydiyyat kitabı hər il yanvar ayında yenilənir. Həmin qeydiyyat kitabında isə evdə kimlərin yaşaması qeyd olunur.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
19. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və II hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
21. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
22. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
23. 30.4 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
31. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
32. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
33. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
34. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-1268/2025 tarixli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə araşdırılmalı olan məsələ iddiçının mübahisəli mənzilə münasibətdə istifadə hüququnu əldə edib-etməməsi, əldə etmiş olduğu istifadə hüququnu saxlanıb-saxlanmamasının müəyyən edilməsi ilə bağlıdır. Belə ki, yaşayış sahəsindən istifadə etmək hüququ yaranmış olsa belə, həmin hüququn sonradan qanuni əsaslarla aradan qalxması istisna deyil.
40. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evi Xanlar rayon dövlət notariat kontorunun xüsusi notariusunun ## ######## 1989-cu il tarixli, r10-35- ** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X3 tərəfindən Cavabdeh bağışlanmış və ona ## ######## 1989-cu il tarixli, *** qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh Cavabdeh ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Iddiaçı İddiaçı ünvan 5 ünvanında yerləşən mübahisəli mənzildə qeydiyyatda olmuşdur. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qızının qızı olmaqla mübahisəli mənzildə böyümüşdür. Iddiaçı 20**-ci ildə ailə qurub mübahisəli mənzildən çıxaraq qayınatasının Gəncə şəhərində yerləşən evinə gəlin köçmüşdür. Həmin şəxslə 4 il birlikdə yaşamış, lakin ayrılmışlar. Daha sonra ikinci dəfə Aydın Fərzəliyev adlı şəxslər ailə qurmuş və onunla 2 il Moskva şəhərində yaşamışdır. Aydın Fərzəliyev 2**0-cu ildə vəfat edəndən sonra atasının evinə köçüb orada yaşamışdır. Göygöl RIHB-nın Göygöl şəhər IƏD üzrə nümayəndəliyinin ## ###### 2025-ci il tarixli *-**-**/*-**- ***/**** saylı arayışından görünür ki, İddiaçı ünvan 5 saylı ünvanda 2003-cü il tarixdən ##.##.2025-ci il tarixədək göstərilən ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Hazırda həmin ünvanda qeydiyyatdadır.
41. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətçinin qızı olmaqla istər Mülki Məcəllənin 228, istərsə də, Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən fərdi yaşayış evindən istifadə hüququna malik olmuşdur. Istifadə hüququ qanundan irəli gələrək hər hansı məhrumiyyətlərə məruz qalmamışdır. Iddiaçının istifadəçisi olduğu fərdi yaşayış evindən çıxarılması yuxarıda qeyd edilən iş materialları və şahid ifadəsi ilə təsdiq olunur. Cavabdehin fərdi yaşayış evinin mülkiyyətçisi kimi iddiaçını evdən çıxartması, onu evə qoymaması mülkiyyət hüququnun MM-nin 152-ci maddəsi üzrə məhdudiyyət tələbləri həddinə zidd hesab olunur. Belə ki, MM-nin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
42. Məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd edir ki, il öncə iddiaçı İddiaçı ünvan 5 ünvanında yerləşən mübahisəli mənzildən isitfadə hüququnun yaranıb-yaranmaması, yaranmışdırsa nə vaxtdan yaranması müəyyən edilməlidir. Iddiaçının özünün izahatı ilə müəyyən olunur ki, o, mərhum əri Aydın Fərzəliyev 2**0-cu ildə vəfat edəndən sonra mübahisəli mənzilə köçüb orada yaşamışdır. Iddiaçı uşaqlıqdan mübahisəli mənzildə böyüyüb yaşadığını bildirsə də, özünün izahatı ilə müəyyən olunur ki, o, ailə qurduqdan sonra daimi yaşamaq üçün ər evinə köçmüşdür. Bu baxımdan iddiaçının mübahisəli mənzilə hüquqlarının yaranmasının tarixi kimi 2**0-cu il qəbul olunmalıdır.
43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2**3-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
44. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq, qeyd edir ki, iddiaçı yenidən 2**0-cu il tarixdə mübahisəli ünvan 5 saylı evə daimi yaşamaq üçün köçdüyünə görə tərəflər arasında mübahisəli hüquq münasibətləri ##.##.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır.
45. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
46. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
47. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Hazırkı iş üzrə iddiaçı İddiaçı ilə sözügedən mənzilin mülkiyyətçisi olan cavabdeh Cavabdeh qızı olmaqla sözügedən mənzilin mülkiyyətçisi olan Cavabdeh ailə üzvü olmaqla 2**0-cu ildən həmin mənzildə mülkiyyətçi ilə birlikdə yaşamışdır və Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələblərinə uyğun olaraq o, mübahisəli evdən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdir. Ona görə də, iddiaçı öz tələbində haqlı olmuşdur.
48. Mənzil Məcəlləsinin 30.4-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
49. Qeyd edilən maddə yşayış sahəsindən istifadə hüqunun xitamının əsaslarını müəyyən etmiş və yalnız yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmadığı qeyd edilmişdir. Hazırkı iş üzrə iddiaçı İddiaçı ilə sözügedən mənzilin mülkiyyətçisi olan cavabdeh Cavabdeh ailə münasibətlərinə xitam verilməmişdir.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının ərə getdikdən sonra daimi yaşamaq üçün ər evinə getdiyini, mübahisəli mənzildə yaşamaması, yalnız ata evi kimi hərdən bir gəlib getməsi, cavabdehin onun evdə yaşayış və ya istifadə hüququnun verilməklə qeydiyyata alındığına dair mülkiyyətçi tərəfindən təsdiqlənmiş müqavilə mövcud olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı ərə getdikdən sonra daimi olaraq mübahisəli evdən çıxsa da, 2**0-cu ildə yenidən daimi yaşamaq üçün həmin evə köçmüş və cavabdeh isə buna etiraz etməmişdir. Həmçinin, məhkəmə sorğusu əsasında əldə olunmuş Göygöl RPŞ-nin HK-*/**** saylı cinayət işinin başlamasının rədd edilməsi barədə materiala əlavə edilmiş izahatlardan və qərarın surətindən görünür ki, Cavabdeh izahat verərək, İddiaçı onun qızı olmasını, ##.##.2025-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olan zaman qızı Gülnarla aralarında sözlə mübahisə baş vermiş, mübahisə zamanı qızı İddiaçı yaşadığı ünvanda onu söyüb təhqir etmiş, sonra evin pəncərəsini sındırmış, həmçinin onun üzərinə bıçaq atmaq istədiyini, lakin atmadığını bildirmişdir. Həmçinin, İddiaçı izahat verib bildirmişdir ki, ##.##.2025ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olan zaman anası Sevil onu əsəbləşdirdiyi üçün yaşadığı evin pəncərəsini sındırmış, sonra evdən çıxıb getmişdir. Tərəflərin Göygöl RPŞ-də vermiş olduğu izahatlardan da görünür ki, hər iki tərəf mübahisəli evi yaşadığı ev kimi göstərmişdir.
51. Digər tərəfdən məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X2 ifadəsində tərəfləri tanımasını, 5 ildir ki, Göygöl RIHB-nin Göygöl şəhər Inzibati Ərazi dairəsi üzrə nümayəndə işləməsini, bu ailəni isə uşaqlıqdan tanıdığını, belə ki, iddiaçının bacısı Nuranə ilə eyni sinifdə oxumasını bildirmişdir. Həmçinin məhkəmə kollegiyasının suallarına cavab olaraq isə Mənzil Kommunal Birliyinin hər küçəyə aid uçot vərəqinin olmasını, həmin uçot vərəqinə görə iddiaçı İddiaçı mübahisəli mənzildə qeydiyyatda olmasını, seçkilər zamanı mübahisəli evin sakinləri səsvermə üçün çağırıldığı zaman həmin evdən İddiaçı və anasının çıxmasını, həmçinin Mənzil Kommunal Birliyinin ildə bir dəfə olmaqla ərazidə yerləşən əhalinin qeydiyyatını aparmalarını və həmin qeydiyyat kitabının hər il yanvar ayında yenilənməsini, həmin qeydiyyat kitabında isə evdə kimlərin yaşamasının qeyd olunmasını bildirmişdir.
52. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri - xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneəçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid hazırkı mübahisə barədə məlumatı olan şəxsdir. Məhkəmə kollegiyası qeyd edir ki, şahid qismində dindirilmiş şəxsin verdiyi ifadənin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən olunmur, eyni zamanda kollegiya həmin şahidin ifadəsini mötəbər sübut olaraq qiymətləndirir.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Göygöl Rayon Məhkəməsinin 2(066)-1268/2025 tarixli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-1268/2025 tarixli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.