Məhkəmə qərarları › İş №2(001)-1069/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1069/2024

23.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1069/2024 23.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» X8 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» X6rşı əmrin ləğv edilməsi, işə bərpa və pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» X6rşı əmrin ləğv edilməsi, işə bərpa və pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsili Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli 356K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-ci maddəsinin 1-ci hissəsinə əsaslanaraq elə həmin tarixdən qanunsuz olaraq xitam verilmişdir. 05 sentyabr 2023-cü il tarixli məktubla da müqavilənin xitam veriləcəyinə dair xəbərdarlıq məktubu yazılmış və iddiaçıya poçt vasitəsi ilə göndərilmişdir. İddiaçı əmrin surətini poçt vasitəsi ilə aldıqdan sonra 18 saylı Bakı Mediasiya təşkilatına müracət etmişdir. Mediasiya prosesində cavabdehin nümayəndəsinə hüquqlarının pozulmasını bildirsə də, cavabdehin nümayəndəsi haqlı olduqlarını və qərarlarının dəyişilməz olduğunu bildirdi. Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsili Mərkəzinin əsası 2018-ci ildə Koreya Respublikasının “KT Konsorsium” şirkəti arasında imzalanan saziş əsasında qoyulub. Mərkəz üçün yeni bir ədəd inzibati, iki ədəd tədris emalatxanaları və həmçinin iki ədəd yataqxana tikildi. Təhsilin keyfiyyətinin ən yaxşı səviyyədə olması üçün onların iştirakı ilə mərkəz ən son avadanlıqlarla təchiz olunmaqla yanaşı, seçilmiş rəhbər və 24 nəfər müəllim heyyəti 6 aylıq xüsusi təlimlərə cəlb olundu ki, bu təlimlərin də 3 ayı Koreyanın nüfuzlu mərkəzlərində həyata keçirilmişdir. Layihə çərçivəsində təlimləri bitirmiş 24 nəfər mərkəzə metodist/təlimçi olaraq işə qəbul olunmuşlar. Bu illər ərzində Peşə təhsilinə çox töhfələr vermişlər. Peşə təhsil mərkəzlərinə işə yeni götürülən müəllimlərin bilik və bacarıqlarının yoxlanması, yeni modul və kurikulumların yazılması, test suallarının hazırlanmasında birbaşa iştirak etmişlər. Qısa bir müddət ərzində peşə təhsilinin keyfiyyətini artıqmağa, köhnə tədris materiallarını, dərs vəsaitlərini müasir və yeniləri ilə əvəz etməyə nail olmuşlar. Hazırladıqları dərs planları ölkənin bir çox peşə məktəblərində tətbiq olunmağa başlamışdır. Onlar müəllimlər olaraq ixtisaslar üzrə bu sahədə fəaliyyət göstərən şirkətlərlə əlaqələr qurur və onların tələblərini, kadr ehtiyaclarını nəzərə alaraq tədris prosesini formalaşdırmışlar. Qeyd olunanlardan və onların yetişdirilməkləri üçün sərf olunan sərmayədən aydın olur ki, onların işlə təmin olunmaqları və təminatları daimi fəaliyyəti üçün nəzərdə tutulmuşdur. İddiaçı bu vaxtadək işi ilə əlaqədar hər hansı səhlənkarlığa, məsuliyyətsizliyə yol verməmişdir. Əksinə, hər tədbirdə öndə olmuş, daim Mərkəzi təmsil etmişdir. Bu illər ərzindəki fəaliyyətini nəzərə alaraq, iddiaçı işinə xitam verilməsinin ədalətli olmadığını düşünür. 5 illik əmək fəaliyyətinin tamamında Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsili Mərkəzi tərəfindən əmək münasibətlərinə birtərəfli qaydada xitam verilməsi qanunsuz və qərəzlidir. Qanunsuzdur ona görə ki, əmək funksiyalarının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli idi. Aralarında müddət müəyyən edilmədən əmək müqaviləsi bağlanılmalı idi. Bağlanılmamağına səbəb kimi isə, həmişə ikili maliyyələşmə və əmək haqqların ikili ödənişli göstərilib. Onlara VÖEN açdırılıb və əmək haqqının bir hissəsi xidmət haqqı kimi ödənilib. Bütün bunların səbəbi kimi isə, Mərkəzin yeni yaranması və maliyyələşmənin bir hissəsinin Koreya dövləti tərəfindən edildiyi bildirilib. İddiaçı ilə əmək müqaviləsi 2019-cu ilin sentyabr ayında bağlansa da, cavabdehlə əmək münasibətləri 2018-ci ilin sentyabr ayından yaranmışdır. Sadəcə, Mərkəzin fəaliyyətinin gec qurulması müqavilənin bağlanmasını gecikdirmişdir. Həmin dövrdə müəllimlər təlimlərdə, Mərkəzin təchizatında iştirak etmiş, sıfırdan dərs proqramları və materialları hazırlamışlar. Yeni tədris ili başlayanda isə onlarla müqavilə bağlanıldı və onlar dərslərə başladılar. Qərəzlidir ona görə ki, iddiaçı işdən çıxarılmağından 1 ay öncə Mərkəzdə baş verən qanun pozuntuları və təlimçilərə olan qərəzli münasibətlə bağlı bir qrup təlimçi ilə bərabər Təhsil Nazirliyinə müraciət etmiş, həmin şikayətin yazılmasında iddiaçını təşkilatçı hesab etdikləri üçün işdən azad ediblər. Qeyd olunanlara əsasən iddiaçı Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsili Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli 356K nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində qeyd etdikləri tamamilə əsassızıdr, həqiqəti əks etdirmir, heç bir sübuta söykənmir, əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Publik Hüquqi Şəxsi ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə tərəflərin hüquq və bərabərlik prinsipinə əməl edilməklə tərəflərin qarşılıqlı razılığı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixədək 460 manat emək haqqı müəyyən edilməklə (iki illik) müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı Peşə Məktəbinə metodist vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə tərəflərin qarşılıqlı razılığı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixədək avtomatik olaraq uzadılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 55-ci maddəsinin tələblərinə əsasən xx.xx.2022-ci il tarixdə iddiaçının əmək haqqı artırılaraq 912,02 manat, xx.xx.2022-ci il tarixdə isə 967,22 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçıya 1685 nömrəli bildirişlə məlumat verilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinin müddəti bitib və xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. Lakin İddiaçı əmrin surətini götürməkdən imtina etmişdir. Əmək kitabçası isə iddiaçıya şəxsən xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Publik Hüquqi Şəxsi arasında bağlanış əmək müqaviləsinin müddəti bitdiyi üçün ona qabaqcadan xəbərdarlıq edilməklə əmək müqaviləsinə Azerbaycan Respublikası Əmək Məcəlləsinin, 68-ci maddəsinin “b" bəndinə əsasən, 73-cü maddəsinin 1-ci bəndini nəzərə alınmaqla və riayət edilməklə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi prosedurunda heç bir qanun pozuntusuna yol verilməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət olunmaqla əmək müqaviləsinə xitam verilmişdir. Hər iki tərəfin razılığı ilə əmək müqaviləsi müddətli olaraq bağlanmışdır. İddiaçı ilə əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir, iddiaçı əmək müqaviləsi bağlanan zaman aralarında bağlanan əmək müqaviləsinin müddətli olduğunu bilirdi və müqavilə tərəflərin qarşılıqlı razılığı ilə imzalanmışdır. Əmək müqaviləsinin müddətli olmasını iddiaçı heç vaxt mübahisələndirməmiş, əmək müqaviləsi bağlanan zaman əmək müqaviləsinin müddətli olmasına heç bir narazılıq bildirməmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək tələbinin həcmini artırmış və ərizəsində göstərmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş əmrlərin surətindən göründüyü kimi, iddiaçı metodist vəzifəsindən aldığı aylıq maaşdan başqa (əmək müqaviləsi üzrə metodist vəzifəsinə görə aylıq 460 manat əmək haqqı), əlavə keçdiyi dərslərə görə ona haqq hesablanmışdır. Onlar işlədikləri müddətdə həmin dərsləri mütəmadi olaraq keçmişlər. Lakin, həmin əvəzetmələrin pulu hesablanıb ona ödənilməyib. Həmin əmrlər üzrə dərslərin sayı ümumi olaraq 1958 saat edir. Həmin dərs saatlarının bir saatının dəyəri 6,5 manatdır. Bu da ümumilikdə 12727 manat təşkil edir. Onun işdən çıxarıldığı zaman həmin dərs saatları da hesablanmalı və ona ödənilməli idi. Lakin, heç bir ödəniş edilməmişdir. Əslində işdən azad olunmağının səbəblərindən biri də, həmin ödənişləri tələb etməyi olmuşdur. İş yoldaşlarından əldə etdiyi həftəlik dərs cədvəllərindən görünür ki, iddiaçı həftə ərzində özünə yazılan dərslərə və vakant olaraq əlavə dərslərə cəlb olunmuşdur. Yəni, iddiaçı əmək haqqı üzrə metodist vəzifəsinə görə aylıq 460 manat vəzifə maaşı, müəllim olaraq ona ayrılan qruplara illik 420 saatın əvəzi olaraq aylıq 715 manat almışdır. Lakin, həmin cədvəllərdə və əmrlərdə görsənən vakant əvəzetmələrə görə hesablanmış məbləği almamışdır. İddiaçının kart hesabından çıxarışdan görünür ki, 2019-cu ilin 11-ci ayından iddiaçıya hər ay iki dəfə ödənişlər edilib (“nəğdsiz ödəniş" adı ilə). Hər ayın ikinci ödənişi onlara 2018-ci ildən qalan borcların bağlanması üçün ödənilib. Qeyd olunanlara əsasən iddiaçı Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsili Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli 356K nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa olunmağı barədə, o cümlədən işə bərpa olunacağı tarixə qədər aylıq 1175 manat olmaqla əmək haqqının hesablanaraq ona ödənilməsi və əvəzetmələr üzrə dərs saatlarına görə mənə ödənilməmiş 12727 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirmişdir ki, 2018-ci ildə onlar dövlət proqramı əsasında dəvət olundular. Bu layihə cənab Prezidentin sərəncamı ilə həyata keçirilirdi. Seçilmiş 24 müəllimdən biri o idi və o, inşaat ixtisası üzrə seçilmişdir. 2018-ci ilin oktyabr ayında 2 aylıq kursa cəlb olunduqdan sonra onlar Koreyaya getdilər. xx.xx.2019-cu ildə onlar Koreyadan qayıtdılar. Məktəbin nəzdində kitab tərcüməsi, modulların hazırlanması kimi işlərlə məşğul olurdular. Koreyadan gələndən onlara 1000 manat məvacib ayrılmışdır. Onlara deyilmişdir ki, 460 manat əmək haqqıdır, qalan məbləğ isə dərs saatlarına görə ödənilir. Onlara sentyabr ayına qədər kitab tərcüməsindəki əziyyətlərini nəzərə alıb, mütəxəssisləri saxlamaq üçün məvacibləri ödəyəcəklərini bildirdilər. Sentyabr ayına qədər artıq 3 dəfə müqavilə bağlamışlar. Sentyabr ayında yenidən müqavilə bağladılar. Mühəndis-təlimçi və metodist olaraq vəzişə maaşı birinci il 420 saat əlavə 6 moduldan dərs deyilməsi nəzərə alınaraq yekun məbləğ hesablandı və 1000 manat tənzimləndi. O, dərs saatlarından əlavə dərslərə cəlb olunurdu. Əvvəl ona əlavə dərs saatlarına görə məvacibin ödəniləcəyi deyilmiş və bu əmrlərdə də qeyd olunmuşdur. Lakin əvəzetmələrin ödənişi ona edilmədi. Müəllimlərin narazılığından sonra 2019-2020-ci ildə 1000 manat, 2020-2021-ci ildə 1050 manat olmaqla əmək haqqları artırıldı. Əmək haqqı 2-ci il 50 manat artırıldığına və dərs saatının qiyməti qalxdığına görə 320 saata 1050 manat olmaqla tənzimləndi. Onun dediyi dərs saatlarından daha artıq olan əvəzetmələri var. Layihə çox yaxşı inkişaf etdi və onlar mütəxəssis kadrlar hazırladılar, o, 5 mühəndis yetişdirdi. İnkişafın yaxşı olduğunu görüb, əlavə olaraq Mebel ixtisası açdılar. O, həmin yeni açılmış ixtisasda da dərs demiş və dərs saatları kifayət qədər çox olub. Bundan sonra İnteryer-dizayn ixtisasını açdılar. 3 ay o, orada tələbələrə dərs dedi və dərs yükü çox olduğundan sonradan yeni müəllim seçdilər. Həmin əvəzetmələr məhkəməyə təqdim edilmiş əmrlərdə qeyd olunmayıb. Müəlimlərin işə qəbulunda onlar özləri iştirak edirdi. Hətta başqa peşə məktəblərində o, şəxsən özü müəllimlərin işə qəbulu prosesində müsahibə mərhələsində iştirak edib. Daha sonra Tikinti-istismar ixtisası açdılar və orada da 1 ay dərs dedi, sonradan özü şəxsən seçdiyi müəllimə dərslər həvalə olundu. 2019-cu ildən onlara ödənişlər olunurdu, 2019-cu ilin dekabr ayında 1400 manat əlavə ödəniş var və həmin məbləğ onun Türkiyəyə ezam olunduğuna görə verilmişdi. Həmin məbləğin əmək haqqına əlaqəsi yoxdur. Ezamiyyətdən qayıtdıqdan sonra həmin məbləğ ona ödənilib. Hesabdan çıxarışa baxdıqda görünür ki, onlara əmək haqqı vaxtı-vaxtında və tam məbləğlərdə ödənilməyib. 1 ayın pulunun azalan hissəsi növbəti aylarda kompensasiya edilməklə ödənilib. Hətta o, avqust ayının məzuniyyət haqqını dekabr ayında almışdır. 2021-2022-ci ildə 1100 manat, sonuncu il 1175 manat standart əmək haqqı dərs saatı və vəzifə maaşıma görə ödənilib və əmək haqqı ilə bağlı problem yoxdur. Yalnız həmin məbləğdən 380 manat ona ödənilməyib. Lakin əvəzetmələrinin heç birinin ödənişi olunmayıb. Əvəzetmələrlə bağlı qarşı tərəf sənəd təqdim edə bilmir, çünki bu halda cinayət məsuliyyəti yarana bilər. Belə ki, əvəzetmələrin ödənişi bəzi müəllimlərin kart hesablarına ödənilirdi və onlar həmin məbləği nağdlaşdırıb mühasibatlığa verirdilər. Bir dəfə 315 manat əvəzetmələrinin pulu kart hesabıma köçürüldü və sonradan həmin məbləği ondan tələb etdikdə o, geri qaytarmadı, çünki onun haqqı idi. Cavabdeh tərəfindən əsas sənədlər məhkəməyə təqdim olunmayıb. Onlara müqavilələrin surətləri təqdim edilmirdi. 2018-ci ilin oktyabr ayından 2019-cu ilin sentyabr ayına qədər onunla 4 dəfə müqavilə bağlanılıb. 2019-cu ilin 4 sentyabrında əmək müqaviləsi bağlanıb və həmin müqavilədən əlavə də müqavilələr olub. Bu əmək müqaviləsi formal idi. Digər müqavilələr hər il 1 illik olaraq imzalanırdı. Təhsil Nazirliyi layihədə iştirak etmiş müəllimlərin işdə saxlanılmasına nəzarət edirdi. Bir neçə il onlar işdən çıxa bilməzdilər. O, özü də işdən çıxmaq istədi, lakin ona bildirildi ki, məhkəməyə veriləcək və ödənilmiş pulları geri qaytarmalı olacaq. Əmək haqqından narazılıq etdikdə, dediyi kimi, artımlar etdilər və əmək haqqını 1500 manata qədər artırmalı idilər. Məktəbə aid kitabda belə onlar - 24 müəllimin adı toxunulmaz şəxslər kimi qeyd olunmuşdur. Onun yaratdığı ixtisasda, onun seçdiyi müəllim, onun metodları əsasında məktəbdə qalıb dərs deyir, lakin o, işdən çıxarılır. İddiaçı ona verilmiş suallara cavab olaraq aşağıdakıları göstərmişdir: O, əvəzetmələrin ödənişinin müəllimlərdən sonradan alınması ilə bağlı şikayət etməyib, lakin edəcək. 2019-cu ildən ona əvəzetmələrin ödənişi edilmirdisə, müəllimləri ona görə əvəz edirdi ki, onlar məktəbin inkişafı üçün çalışırdı və aldıqları əmək haqqı onları qane edirdi. Maaş onlara o qədər də maraqlı deyildi, onlar həftə sonları belə o məktəb üçün çalışmış, yüngül dolanışıqlarının olması onlara kifayət idi. Bəlkə də, o, haqsız yerə işdən çıxarılmasaydı heç vaxt həmin əvəzetmələrin pulunu tələb etməyəcəkdi. Tələb etmədiyi məbləğ məktəbin inkişafına ayrılmırdı, şəxslərin ciblərinə gedirdi. Buna ona görə etiraz etmirdi ki, etiraz edən müəllimlərin hər birini müxtəlif bəhanələrlə işdən çıxarmışdılar. Müəllimlik etikasına görə qrupu hansı müəllim yaradıbsa, o da başa çatdırmalıdır. O, cəmi 1 dəfə əvəzetmələrin ödənişini alıb. Çünki hesab edirdilər ki, mən də bəzi müəllimlər kimi pulu onlara qaytaracam. Lakin o, pulu onlara vermədi. Onun hesablamasına əsasən əmrlərlə əvəzetmələri 1694 saatdır. Müşfiq müəllim 3 ay döyüşdə olduğu və qayıtdıqdan sonra 2 ay xəstə olduğu dövrdə 264 saat o, Müşfiq müəllimi əvəz etmişdir. Həmin dövrdə əmr verilməmişdi. Çünki, o, əvəzetmələrin pulunu mühasibatlığa qaytarmırdı. Onunla bağlanan müqavilənin sayı 1 olmayıb. Formal olaraq 2-3 müqavilə bağlanılırdı. Onlar 2 ildən sonra öz xahişləri ilə işdən çıxa bilərdilər. Çünki dövlət onlara yüksək məbləğdə vəsait ayırmış və onların mütəxəssis yetişdirmək öhdəlikləri vardı. 2018-ci ildən 2021-ci ilə qədər onlar dərs keçməli idi. Hüquqi şəxs rəsmi olaraq yarananadək ona ödənişlər VÖEN-lə edilirdi. Onlar Koreyaya xx.xx.2018-ci il tarixdə getdilər, xx.xx.2019-cu il tarixdə qayıtdılar. Onların ödənişləri orada da edilirdi. Qayıtdıqdan sonra büdcədə maliyyə problemi olduğundan 2 ay maaş almadılar. 2 aydan sonra onlara nağd şəkildə 2 dəfə 1000 manat ödəniş etdilər. Ödənişi şirkət Koreya hesabına köçürürdü və koreyalılar pulu onlara verirdilər. Koreya ilə müqaviləni Təhsil Nazirliyi bağlamışdır. X3 nəzdində Sənaye və İnnovasiyalar üzrə Peşə Məktəbi göndərmişdir. O, əvvəl inşaat mühəndisi işləmişdir. Təhsil Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin nəzdində olan Agentlik tərəfindən layihəyə seçimlər təşkil edilirdi və o da həmin seçimlərə qatılmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında iştirak edən cavabdeh «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» X8 nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirmişdir ki, iddiaçı ilə müəssisə arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Həm əmək müqaviləsinin müddəti bitdiyinə görə, həm də həmin ixtisas üzrə tələbə olmadığına, tələbat olmadığına görə öncədən xəbərdar edilməklə iddiaçı işdən çıxarılmışdı. Əvəzetmələr də daxil olmaqla bütün ödənişlər iddiaçıya edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında iştirak edən İddiaçı məhkəməyə bildirdi ki, 2019-cu ilin sonlarında Türkiyəyə getmişdi, məktəbin müəllimlərinə həm açılışda iştirak etdiklərinə görə, həm də fəaliyətlərinə görə dekabr ayında əlavə pul mükafatı verilib, 1300 manatdan yuxarı məbləğ olmalıdır, bunun onların əmək haqqına heç bir aidiyyəti yoxdur. Elə aylar olub ki, onun əvəzetməsi olmayıb. Belə çıxır ki, həmin ay o, əmək haqqı almayıb? 2019-cu ildə standart əmək haqqı 1000 manat alırdı, 2021-ci ildə isə 50 manat əmək haqqı artırıldı, hər ay o məbləği aldılar. O, metodist-müəllim olduğuna görə hər ay stabil əmək haqqı alırdı. Onlar əlavə pul almamış, bütün aylar ümumi şəkildə hesablansa, 2019-2020-ci illərdə 1000 manat, 2020-2021-ci illərdə 1050 manat, daha sonra cənab Prezidentin əmri ilə əmək haqqı 15% artmaqla 1175 manat almışdır. 560 manat onlara əmək haqqı kartına otururdu, əlavəni isə VÖEN ilə alırdılar. O, hər ay standart əmək haqqı almış, amma əvəzetmə əmr ilə verilən aylar var, bəzən 6-8 saat, ən çox 132 saat əvəzetməsi olub. Onlar tutuşdurularsa - əgər əvəzetmənin haqqı ödənilibsə, əmək haqqları az-çox fərqlənməlidir. Əmək haqqları uzun müddət gecikirdi, o hissələr qarışdığına görə ümumi cədvəldə çox göstərilir məbləğ. Ümumi nəticə hesablanıb illərə bölünərsə - nə ezamiyyət haqqı, nə əlavə əmək haqqı, nə əvəzetməyə görə ödənişlərin ödənilməməsi görünəcək. Əvəzetmə saatları 200 saat da olsa, 300 saat da olsa, 1000 saat da olsa, standart məbləğ almışdır. Türkiyəyə gedib, orada 1 ay qaldığına görə 1200 manat ödənməli idi, orada 700 manatı əlbəəl verdilər, götürmədi, çünki bahalı yer idi, şərtlər ağır idi. O, rəhbərliklə danışdı, dedilər ödəyəcəyik. 2019-cu ildə onun əvəzetməsi olmayıb, 3 müəllim idilər, 3 nəfər arasında dərslər bölünüb, 1-2 dərs əvəz etmişlər ya yox, o başqa məsələ, amma faktiki olaraq əvəzetməsi olmayıb. Nağd şəkildə ödəniş nadir hallarda olub, hissə-hissə ödəniş olurdu. Alınmayan vaxtlar ilin əvvəli hesablanan dərslərlə onların əmək haqqları hesablanırdı. Əlavə dərs saatlarına görə əlavə ödənişlər olub, əvəzetmə üçün əmək haqqının 0,5% əlavə məvacib alanlar olub. Qeyri-qanuni dərs saatı yazılır ki, standart 1000 manat tamamlanmalıdır, o da məntiqlə uyğun gəlmir. 2019-cu ildə əvəzetməsi olmayıb, standart əmək haqqı almışdır. Əvəzetməsi 2020-ci ildən etibarən başladı. Əmək haqqında artma olmalı idi, olmadı, iclasda da danışılmışdı ki, əvəzetmə və əlavə dərs saatına görə pul ödəniləcək. Yekunda direktor müavini dedi ki, onlar standart əmək haqqı alacaqlar. Standart əmək haqqını aldığını inkar etmir, amma əvəzetmələri almamışdır. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında iştirak edən cavabdeh «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» X8 nümayəndəsi və vəkili Vəkil məhkəməyə bildirdi ki, «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» X8 baş mühasibi Nigar Nəbiyeva məhkəmə iclas zalındadır. Həmçinin o, bütün köçürmələrə dair Hüquqi şəxsdə saxlanılan materialların məhkəməyə təqdim edilməsini təşkil edib və məhkəmə zəruri hesab edərsə, mühasib iddiaçıya edilən köçürmələrə dair ətraflı izahatı məhkəməyə verə bilər. Sədrlik edənin icazəsi ilə «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» X8 baş mühasibi X2 məhkəməyə bildirmişdir ki, «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» X8 sorğu verib bankdan çıxarış almışdır. Vətəndaşın iki hesabı olub: əlavə əmək haqqlarına görə və əsas əmək haqqlarına görə. Bir müddət ikinci hesaba pul köçürülüb, sonra razılığa gəlinib ki, iki hesabı birləşdirsinlər. Hər aya görə əmək haqqı növbəti ayın 5-nə qədər ödənilirdi. Məsələn, 2021-ci ilin iyun ayının 663,59 manat əmək haqqı iyulun 5-i ödənildi. Müəssənin işçilər üçün iki hesabı var idi, ikisi də Kapital bankdadır, əlavələr və əsas əmək haqqı fərqli hesablara otururdu. Bankdan hər ikisinin çıxarışı alınıb və məhkəməyə təqdim edilib. O, rəsmi əmək haqqı kartına köçürülən məbləğlər barədə məlumat verə bilər. O, Türkiyəyə səfərlə əlaqədar vəsait köçürməyib, müəssisə tərəfindən köçürmə olsa idi, o, imzalamış olardı, lakin belə bir sənəd yoxdur. Belə bir hal olsa idi, bank çıxarışlarında da əksini tapardı. 2019-cu ilin dekabr ayında birdən-birə vəsait köçürülüb, o da tarifləşməyə görə idi, yəni 579,61 manat. 2019-cu ildə digər köçürmə olmayıb. Ezam layihə çərçivəsində icra olunduğu üçün, onlara üst qurumdan məktub gəlir, məktubda qeyd olunur ki, ezam xərcləri layihə çərçivəsində qarşılanır. Dövlətin vəsaitindən əlavə xərc etmirlər, ümumiyyətlə bu hal audit yoxlamasında qüsur kimi qiymətləndirilir. Onlara əmr və yaxud da məktub gəlsə ki, icra edin və ezam ödənişini ödəyin, elə bir hal ola bilməz ki, onlar vəsaiti ödəməsinlər. Standart əmək haqqı məsələsinə toxunularsa, ştat əmək haqqı və dərs saatına görə alınan haqq var, hansı ki tarifləşmədə oturub. Qanun çərçivəsində müəllimlərə maksimum 720 saat verilə bilər, həmin saatlar müəssisədə olan müəllimlər arasında bölünür, bunlar tarifləşmə cədvəlindədir. 460 manat və əlavə hansısa saata bağlı alacaqları əmək haqqı. Bu hər tədris ilinə görə formalaşır. 2021-2022-ci illərdə iddiaçıya 470 saat verilib, 79 manata hesablanıb Nazirlər Kabinetinin qərarı ilə. O vaxt diaqnosik qiymətəndirmədən keçmədiyindən, saatın qiyməti 4,79 manatdan hesablanırdı, gross məbləğ 225 manatdır üstə gəl 460 manat. Diaqnostik qiymətləndirmədən keçəndən sonra saatın qiyməti artır. Qiymətləndirmədən keçəndən sonra saatların sayı artmayıb, 470 saat qalıb, lakin əmək haqqı 299,86 manat olub. Daha sonra qərara əsasən müəllimlərin iş saatının qiyməti artdı. Əvvəl 6,32 manatdan hesablanırdı, indi artıq artıb 7,66-dan hesablanır. İşçinin əmək haqqı hər ay əmək müqaviləsində qeyd olunur, standart eynidir. Hüquqi şəxsin nizamnaməsində qeyd olunub ki, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən işçiyə əlavə əmək haqqı verilə bilər. Bununla bağlı metodist-təlimçilərə bildirilmişdir ki, çalışacaqlar ki, əmək haqqını 1000 manata çatdırsınlar. Müəssisə bunu öz istəyi ilə edirdi, buna məcbur deyildi. «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» X8 baş mühasibi X1 cavab olaraq aşağıdakıları bildirmişdir: Onların əvəzetmə jurnalı var, yanvar ayının əvəzetməsi fevral ayının 19-na qədər ödənilir. Ancaq bayram aylarında - mart və dekabr ayında, ay yekunlaşmamış martın 19u, dekabrın 26-27-si köçürülür, lakin digər bütün aylarda növbəti ay həm əlavələr, həm də əmək haqqları ödənilir. Lakin bir dövr var idi ki, əlavələr 3-4 ay gecikmə ilə ödənilib. Müəssisənin büdcədən kənar vəsaəti olmadığına görə, sahibkarlıqla da məşğuldur. Qazandığı puldan vəsait ödəyir, o pul qazanılmadığına görə yanvarın vəsaiti aprel ayında ödənilmişdir. Arayışda iyun ayının əmək haqqının əvəzetməsiz 1119,92 manat təşkil etməsinin səbəbi ondan ibarətdir ki, bu məbləğlər gross məbləğlərdir, yəni vergi tutulmamış məbləğlərdir. Hesabına köçürülən məbləğ isə 663,59 manatdır. İyul ayının 5də ödənilən 663,59 manat iyun ayının əmək haqqı və əvəzetmənin ödənişidir. Azad müəllimin əmək haqqı əmək müqaviləsi üzrə 460 manat, əlavə məbləğ ilə birlikdə 1000 manata tamamlanırdı. Əvəzetmə 663,59 manatın içindədir. Öz maaşı üstə gəl nəçə saat əvəz edibsə, o vəsait gəlir üstünə, nəticədə 663,59 manat məbləğində pul alıb. Gross ilə net arasında fərq əlavə əmək haqqı kimi qeyd olunur. 22 sentyabr tarixində 79,04 manat alıb, bu da köhnə əmək haqqıdır. 2021-ci ilin mart ayının 5-i 870,40 manat məbləğində pul vəsaiti ödənilib, bu əsas əmək haqqının və əvəzetmələrin cəmidir. 914,92 manat əsas əmək haqqıdır, 325,72 manat isə əvəzetmənin puludur. Əvəzetmə əmək haqqı cədvəlində gedir. 2021-ci ilin fevral ayında işçinin əmək haqqı 689,92 manat olub və 80 saat əvəzetməsi olub, buna görə də 383,20 manat alıb, net məbləğ 870 manat təşkil edir. Hər ay fərqli məbləğdə pulun köçürülməsinin səbəbi ondan ibarətdir ki, onlarda dərs saatı çox, müəllim isə az olduğuna görə, əvəzetmə saatı hər ay olur. İddiaçı mühəndis-təlimçi olduğuna görə vəzifə əmək haqqı 460 manat, dərs saatlarını əvəz edir deyə isə səhv etmirəmsə 201 manat alır. Həm müəllim, həm də ştat işçisi olduğuna görə hər ay stabil 689,92 manat əmək haqqı alır. Hər ay əvəzetməsi oduğuna görə, məsələn, fevral ayında 80 saat əvəzetmə üçün 383,20 manat alıb, toplam 689,92 üstə gəl 383,20 manat olur. Bütün təhsil müəssəsində belədir. Yəni əsas əmək haqqı 689,92 manatdır. Nizamnamələrində qeyd olunub ki, sahibkarlıqla məşğul olduqlarına görə, hansı ay məşğul olmuşlarsa, həmin ay gəlirlərindən 40%-dək təhsil verənə verilir. Bütün metodisttəlimçilərə Koreyada gedib tədris keçdiklərinə görə əlavə pul ödənilib. 25 dekabr 2020-ci il tarixdə iddiaçının hesabına 1130,93 manat məbləğində pul köçürülüb, bu vəsait əmək haqqı və əvəzetmənin ödənişidir. Bir dəfəlik o məbləğ ödənilib. 142 saat əvəzetməyə görə 680,18 manat, öz əmək haqqı 698,92 manatdır, gross 1300 neçəsə edir, net isə 1130,93 manat təşkil edir. 2019-cu ilin sentyabr ayında verilən əmək haqqı məbləğinin görünməməsinin səbəbi ondan ibarətdir ki, “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” 04 sentyabr 2019-cu ildə 6 saylı və 9 saylı peşə liseyləri ləğv olunaraq yaradılmışdır. Həmin dövrdə yeni açılmış müəssisə idi, o vaxt çox rəsmi sənədləşmə olub, ştat, smeta, bu proses uzun çəkdiyinə görə onların noyabr ayının 21-də 815 manat ödədikləri məbləğ sentyabr və oktyabr aylarının əmək haqqlarıdır. Əvvəllər dərs saatlarına görə metodistlər vəsait almırdılar, ancaq ştat əmək haqqları var idi, yəni 460 manat. Dekabr ayının 10-u tarixində köçürülən 379,90 manat noyabr ayının əmək haqqısıdır. Dekabrın 28-də köçürülən 398,30 manat dekabr ayının əmək haqqısıdır, hansı ki, 460 manatın net rəqəmidir, ştat əmək haqqıdır. Daha sonra rəhbərlikdən qərar gəldi ki, artıq metodist-təlimçilərin dərs saatlarını tarifə görə də ödəyin, onlar da tarifləşmə hazırladılar və sentyabr-dekabr aylarının pulu, yəni 579,61 manat tarifə görə aldıqları əmək haqqıdır. 560,25 manat 2020-ci ilin yanvar ayının əmək haqqısıdır, ştat əmək haqqı 460 manat və hər hansısa bir dərs saatına görə gross məbləğ var, 200 və ya 300 neçəsə manatdır, o məbləğlərin net-i 560,25 manatdır. 439,53 manat 2020-ci ilin yanvar ayının əlavə əmək haqqısıdır. Müəssisə sahibkarlıqla məşğul olduğuna görə, büdcədən kənar vəsait qazanır. Azad müəllimdən başqa da metodist-təlimçilər var və belə bir daxili qərar verilib ki, müəllimlərin əmək haqqları həmin vəsaitdən 1000 manata tamamlansın Toplayanda da görünür ki, bu məbləğ 1000 və ya 1000 manatdan artıq olur. 2022-ci ilin may və yaxud iyun ayında sonra bir hesaba keçiblər. İşçinin əmək haqqı bu deyil, bu məbləğlərin əlavə pulu da var. Kart hesabı 9969 ilə bitən çıxarışda 439,53 manat əlavə əmək haqqıdır, qalan bütün məbləğlər əsas əmək haqqıdır. 2022-ci ilin iyul ayının 1-də 1160,93 manat köçürülüb, bu iyun ayının əmək haqqısı və əvəzetməsidir. Sistem belədir ki, cari ayın əmək haqqını gələn ayın 10-na qədər ödənilir. Tədris ilə məşğul olan direktor müavini məzuniyyətə gedərkən, onlardan dəqiq məlumat aldıqlarına görə, gedənə qədər sənədləri təqdim edirlər və onlar da cari ay ərzində əmək haqqlarını ödəyirik, bu da çox az hallarda baş verir. Məsələn, may ayının 24-də may ayının əmək haqqını ödəmişlər, dəqiq xatırlamır nə baş vermişdi o zaman, amma may ayının əmək haqqısı ödənilib. Sənədlərlə təqdim etmək lazımdırsa, əmək haqqı cədvəlindən təqdim edə bilər. Hesablama cədvəli aşağıdakı qaydada tərtib edilir: tabellər, əvəzetmə ilə əlaqədar sənədlər hazırlanır, hesablanır, daha sonra Xəzinədarlıq Agentliyinə göndərilir, orada ya təsdiq olunur, ya təsdiq olunmur. Olmadığı hal odur ki, ya ödəniş səhvdir, ya hesablama. Düzgün olduğu halda Maliyyə Nazirliyi təsdiqləyir, sonra kassaya ödəyirik, banka göndərilir. Orada olan ödəniləcək məbləğ ilə çıxarışdakı məbləğ ola bilməz ki, üst-üstə düşməsin. «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» X8 baş mühasibi X2 dinlənildikdən sonra iddiaçı suallara cavab olaraq aşağıdakıları bildirmişdir: Modullar üzrə dərs saatları ümumi hesablanıb, aylıq əmək haqqı verilirdi. Sonradan əvəzetmə göstərilməsin deyə, dərs saatı azaldılır, əvəzetmə ona əlavə olunur. Bu proses dərs saatı ilə bağlı deyil. İl başlayanda hər müəllim neçə moduldan dərs keçəcəksə ona uyğun modullar götürülür. Əmək haqqını modula görə alırdılar. Faktiki cədvəllərdə öz dərsi və əvəzetmə yazılır. 4 ilin bütün məbləğləri bölünsə görünər ki, standart əmək haqqı almışdır. Bunun da səbəbi o idi ki, yazılı olaraq verilirdi ki, metodist olaraq vəzifə əmək haqqı və məsələn, 460 saat dərsim var 1 il ərzində, həm nəzəri, həm praktiki. Onlar 1 il ərzində alacağı əmək haqqı kimi yazılır, yəni 1000 manat. Gələn il 50 manat əmək haqqı artanda 1050 manat əmək haqqı alacaq. 2019-cu ildən hesablansa, standart 1000 manat götürülsə, gecikmələr nəzərə alındıqda, 2-3-cü aylarda ödənilib. Yekun məbləğdə 2019- 2020-ci illərdə standart əmək haqqı almışdır, 2020-2021-ci illərdə, 2021-2022-ci və 2022- 2023-cü illərdə həmçinin. Onun əvəz etmədiyi aylar var idi, deməli həmən aylar əmək haqqı almamalıydı? Həmin ayların rəqəmləri aşağı deyil, 10-20 manat fərq ola bilər, o da məkəb daxilində əlavə nə isə edəndə bir məbləğ kimi yazılıb. Əvəz etdiyinə görə əlavə əmək haqqı almamışdır. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında dindirilmiş X7 ifadəsində məhkəməyə bildirmişdir ki, o, 2019-cu ildən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində metodist-təlimçi olaraq işləmişdir. Onlar orada 24 nəfər müəllim olaraq işə başlamışlar. Hal-hazırda həmin müəllimlərin çoxusu başqa yerlərdə daha yüksək vəfələrdə işləyirlər. Onlar həmin məktəb üçün çox əziyyət çəkmişlər. 2019-cu ilin əslində iyul ayında fəaliyyətə başladılar və sentyabr ayında əmək müqaviləsi bağlanana qədər xidməti müqavilə ilə işlədilər. Elə vaxt olub ki, cənab Prezidentin açılışa gələcəyi səbəbindən onlar gecə saat 1-ə qədər işləmişlər. Vaxt olub ki, fəhləlik və xadiməlik etmişlər, bir sözlə, məktəb üçün can qoymuşlar. O, keçən ilin yanvar ayının 7-də məktəbdəki işindən ayrılıb və hazırda zavodlardan birində şöbə müdiri vəzifəsində işləyir. Azad müəllim həmin müəllimlər arasında öndə olan müəllimlərdən olub və ona göstərilən bu münasibəti düzgün hesab etmir. Onlar Türkiyəyə gedəndə bütün işləri demək olar ki, Azad müəllim görürdü. Məktəbdə keyfiyyətli dərs deyən müəllimlərə xüsusi yanaşma yox idi. Köhnə yaxşı müəllimlərdən çox az qismi hələ də həmin məktəbdə işləyir. Onlar həmin məktəbdə universitetdən daha yaxşı təhsil verirdilər və onlar sahə təcrübəsi olan müəllimlərdən idilər. Şahid ona verilən sualara cavab olaraq aşağıdakıları bildirmişdir: O özü də müddətli əmək müqaviləsi ilə işləyib. Səhv etmirsə, 1 illik müddətinə müqavilə bağlayırdılar, sonradan uzadılırdı. Əvəzetmələrə görə ödəniş saat hesabı olaraq deyəsən 3 manatdan hesablanırdı, həmçinin metodist olaraq vəzifə maaşı alırdılar və əmək haqqı 1000 manata tamamlanırdı. Onlar diaqnostik qiymətləndirilmədən keçdikdən sonra saat hesabları 7 manata qalxdı, lakin maaşlarında heç bir dəyişiklik olmadı, yenə 1000 manat alırdılar. Müəllimlərin maaşının artırılması haqqında fərman imzalandıqdan sonra 20% artırılmalı olan maaşları cəmi 10% artırılmışdı. Həmçinin iş vaxtından əlavə kursların fəaliyyətinə görə əlavə saat hesabına görə ödəniş alırdılar və bu ildə bir-iki dəfə olub. Bu bütün ixtisaslarda olmurdu. Əvəzetmələrə görə ödəniş almırdılar. Elə müəllim var idi ki, 200 saat dərsi olurdu, elə müəllim var idi ki, 500 saat dərsi olurdu. Hər iki müəllim bu halda eyni maaşı alırdı. Məktəbdə kifayət qədər maddi texniki baza var, lakin dərsləri keçmək üçün mütəxəssislər demək olar ki artıq orda işləmirlər. Azad müəllim dərsin keyfiyyəti, əl qabiliyyəti və disiplin baxımından ən yaxşı müəllimlərdəndir. Bunu 24 müəllimdən ən azı 20 nəfəri təsdiq edər. Bu mənim şəxsi fikirlərimdir. Təəssüflər olsun ki, məktəbdə belə qiymətləndirilmə aparılmırdı. Yaxşı işçi və pis işçi arasında fərq qoyulmurdu. Məsələn onlar Türkiyədə ölkəni təmsil etməyə getmiş və onlarla gedən müəllimlərdən Azad müəllim kimi işləyən yox idi. Onları heç kim əlavə işləməyə məcbur etmirdi. Onlar öz məsuliyyəti və vicdanları ilə işlərini görürdülər. Buna baxmayaraq, digər müəllimlər ilə heç bir fərq qoyulmurdu. O, başqa müəllimləri əvəz edirdi, lakin ona da əvəzetmələrin pulu ödənilmirdi. Maaşdan əlavə yalnız dediyi ödənişlər və Türkiyədəki layihədə iştirak edənlərə 40-50 manat ödəniş edilib. Məhkəmə ilkin olaraq iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsinə dair tələbinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan: • xx.xx.2019-cu il tarixli Əmək müqaviləsindən görünür ki, həmin müqavilə Sənaye və İnnovasiyalar Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə İddiaçı arasında xx.xx.2021-ci ilədək bağlanmış və əmək haqqı 460 manat göstərilmişdir. • Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili X11 Sənaye və İnnovasiyalar Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 01/32 saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən iki il müddətinə metodist vəzifəsinə qəbul edilmişdir. • xx.xx.2023-cü il tarixli, 356K saylı əmrdən görünür ki, həmin tarixdə X5 ilə bağlanmış əmək müqaviləsi müddəti qurtarması əsası ilə xx.xx.2023-cü il tarixdən ləğv edilmiş o, tutduğu metodist vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə əsasən, əmək müqaviləsi sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə görə, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən isə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ilə bağlı göstərilməlidir ki, Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. ... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. ... müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. ... Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilməlidir”. Tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, iddiaçının əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, cavabdeh təşkilat isə Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq onun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmrlə xitam vermişdir. Məhkəmə iclasında ifadəsi dinlənilən X4 bildirdiyinə görə, onunla da müddətli əmək müqaviləsi bağlanmış, həmçinin iddiaçı özü də müddətli müqavilənin müəssisədə yalnız onunla bağlanmasını iddia etməmiş, qarşı tərəfin isə əsas arqumenti ondan ibarət olmuşdur ki, müddətli əmək müqaviləsi hər iki tərəfin razılığı ilə bağlanmışdır. İddiaçı əmək müqaviləsi bağlanan zaman aralarında bağlanan əmək müqaviləsinin müddətli olduğunu bilirdi və müqavilə tərəflərin qarşılıqlı razılığı ilə imzalanmışdır. Əmək müqaviləsinin müddətli olmasını iddiaçı heç vaxt mübahisələndirməmiş, əmək müqaviləsi bağlanan zaman əmək müqaviləsinin müddətli olmasına heç bir narazılıq bildirməmişdir. İddiaçı bununla bağlı hər hansı əks fikir bildirməmiş, ilk gündən müddətli əmək müqaviləsi üzrə işlədiyini bilmiş, bununla bağlı müqavilənin müddəti bitənədək və işdən çıxarılanadək tələb irəli sürməmişdir. Ödənilməmiş pul məbləğlərinə gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan əmrlərin surətindən göründüyü kimi, İddiaçı 2020-ci ilin sentyabr ayında 28 saat, 2020-ci ilin oktyabr ayında 75 saat, 2020-ci ilin noyabr ayında 70 saat, 2020-ci ilin dekabr ayında 142 saat, 2021-ci ilin yanvar ayında 101 saat, 2021-ci ilin fevral ayında 80 saat, 2021-ci ilin mart ayında 68 saat, 2021-ci ilin aprel ayında 40 saat, 2021-ci ilin may ayında 58 saat, 2021-ci ilin iyun ayında 25 saat, 2021-ci ilin oktyabr ayında 5 saat, 2021-ci ilin noyabr ayında 60 saat, 2022-ci ilin yanvar ayında 31 saat, 2022-ci ilin fevral ayında 48 saat, 2022-ci ilin mart ayında 63 saat, 2022-ci ilin aprel ayında 73 saat, 2022-ci ilin may ayında 58 saat, 2022-ci ilin iyun ayında 83 saat, 2023-cü ilin may ayında 19 saat, 2023-ci ilin iyun ayında 7 saat, 2023-ci ilin iyun ayında 7 saat əvəzetmələri olmuşdur. İş materiallarında olan «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» X8 direktor v.m.i.e.d.m. və baş mühasib tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 12 saylı arayışdan göründüyü kimi, İddiaçı 2020-ci ilin sentyabr ayında 459,96 manat əmək haqqı və 167,65 manat əvəzetməyə görə ödəniş, 2020-ci ilin oktyabr ayında 689,92 manat əmək haqqı və 359,25 manat əvəzetməyə görə ödəniş, 2020-ci ilin noyabr ayında 689,92 manat əmək haqqı və 335,30 manat əvəzetməyə görə ödəniş, 2020-ci ilin dekabr ayında 689,92 manat əmək haqqı və 680,18 manat əvəzetməyə görə ödəniş, 2021-ci ilin yanvar ayında 754,92 manat əmək haqqı və 483,79 manat əvəzetməyə görə ödəniş, 2021-ci ilin fevral ayında 854,92 manat əmək haqqı və 383,20 manat əvəzetməyə görə ödəniş, 2021-ci ilin mart ayında 914,92 manat əmək haqqı və 325,72 manat əvəzetməyə görə ödəniş, 2021-ci ilin aprel ayında 486,32 manat əmək haqqı və 191,60 manat əvəzetməyə görə ödəniş, 2021-ci ilin may ayında 959,92 manat əmək haqqı və 277,82 manat əvəzetməyə görə ödəniş, 2021-ci ilin iyun ayında 1119,92 manat əmək haqqı və 119,75 manat əvəzetməyə görə ödəniş, 2021-ci ilin oktyabr ayında 972,12 manat əmək haqqı və 270,30 manat əvəzetməyə görə ödəniş, 2021-ci ilin noyabr ayında 898,07 manat əmək haqqı və 355,10 manat əvəzetməyə görə ödəniş, 2022-ci ilin yanvar ayında 912,02 manat əmək haqqı və 548,20 manat əvəzetməyə görə ödəniş, 2022-ci ilin fevral ayında 840,02 manat əmək haqqı və 307,20 manat əvəzetməyə görə ödəniş, 2022ci ilin mart ayında 1117,22 manat əmək haqqı və 403,20 manat əvəzetməyə görə ödəniş, 2022-ci ilin aprel ayında 1077,62 manat əmək haqqı və 467,20 manat əvəzetməyə görə ödəniş, 2022-ci ilin may ayında 1188,02 manat əmək haqqı və 371,20 manat əvəzetməyə görə ödəniş, 2022-ci ilin iyun ayında 912,02 manat əmək haqqı və 531,20 manat əvəzetməyə görə ödəniş, 2023-cü ilin may ayında 1327,72 manat əmək haqqı və 140,60 manat əvəzetməyə görə ödəniş, 2023-cü ilin iyun ayında 1388,42 manat əmək haqqı və 51,80 manat əvəzetməyə görə ödəniş icra edilmişdir. Yuxarıda sadalananlardan göründüyü kimi, əvəzetmə saatları ilə ödənişlərin sistemsiz və bəzi aylar üzrə ziddiyyətli olması aşkardır, lakin nəticə etibarı ilə alınmalı olan məbləğlərin İddiaçı ödənilməsi müəyyən edilir. İddiaçı özü əlavə ödənilən məbləğlərin əvəzetmələrə görə ödənilmədiyini iddia etsə də, qeyd olunan xüsusat iş materiallarında öz əksini tapmır və hüquqi şəxsin məhkəməyə təqdim edilmiş mühasibatlıq sənədləri ilə təkzib edilir. Belə ki, iddiaçının aldığı əmək haqqı sabit olmuş və cavabdehin əmək müqaviləsinin müddəalarından çıxış edilərsə, ona hər hansı əlavələrin ödənilməsi kimi öhdəliyi olmamış və həmin əlavə ödənişlərin təyinatı müəyyən edilmədən sırf iddiaçının "ödənişlərin əvəzetmələrə aidiyyəti yoxdur" dəlilinə əsaslanaraq 7000 manata yaxın pulun cavabdehdən tutularaq ona ödənilməsi qanunsuz və əsassız olardı. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» X6rşı əmrin ləğv edilməsi, işə bərpa və pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» X6rşı əmrin ləğv edilməsi, işə bərpa və pul tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar