Məhkəmə qərarları › İş №e-2(3-9)-845/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-845/2026

17.09.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-845/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh İddiaçı MMC-yə vurduğu zərərin yəni, 24.414,94 manat məbləğində pulun, hüquqi yardım üçün vəkilə ödənilmiş 350 manat pulun və ödənilmiş 113,3 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMCyə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh əmək müqaviləsinə əsasən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmağa başlamışdır. Cavabdeh ilə İddiaçı MMC arasında “Tam maddi məsuliyyət haqqında müqavilə” imzalanmış, həmin müqaviləyə əsasən tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona Cəmiyyət tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə, tam həcmdə maddi məsuliyyət daşıması öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh ona etibar edilmiş məişət avadanlıqlarını satmaq məqsədi ilə İddiaçı MMC-dən götürmüş, həmin malların ayrı-ayrı şəxslərə satışını həyata keçirmiş, lakin həmin məişət avadanlıqlarının dəyərinin üzləşmə aktlarına əsasən son olaraq 24.414,94 manat vəsaiti İddiaçı MMC-nın xəzinəsinə təhvil verməməklə cəmiyyətə küli miqdarda ziyan vurmuşdur. Bununla bağlı iddiaçı tərəfindən hüquq mühafizə orqanına müraciət edilmiş və faktla bağlı araşdırma aparılmışdır. Qaradağ Rayon Prokurorluğunda aparılmış araşdırma nəticəsində ##.##.2025-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və məslənin mülki xarakterli olması səbəbindən ərizəçiyə mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Araşdırma materialına əlavə edilmiş ##.##.2025-ci il tarixli “müstəqil auditor hesabatı”ndan görünür ki, Cavabdeh öhdəsində olan pul vəsaitlərində kənarlaşma məbləği 24.414,94 manat müəyyən edilmişdir. Cavabdeh özünün verdiyi izahatda da vurduğu ziyanı etiraf etmiş, ##.##.2024-cü il tarixində cavabdeh tərəfindən 1000 manat, ##.##.2024cü il tarixində isə 8100 manat ödəniş edilmişdir. Lakin həmin tarixdən sonra hər hansı bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh cinayət-hüquqi baxımdan təqsiri müəyyən edilməsə də, faktiki olaraq onun hərəkətləri (hərəkətsizlik) nəticəsində MMC-yə maddi ziyan dəyməsi faktı şəxsin etirafedici izahatları, ödəniş qəbzləri, sərbəst audit rəyi və s. ilə öz təsdiqini tapmışdır. Odur ki, sadalananlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Sonradan iddiaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması ilə bağlı məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh İddiaçı MMC-yə vurduğu zərərin yəni 15.314,94 manat məbləğində pulun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pulun, ödənilmiş dövlət rüsumu 113.3 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 15.828,24 manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Ləman Mehrəliyeva) iddia tələbi rədd edilmiş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış ##.##.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən İddiaçı MMC işəgötürülən Cavabdeh satış nümayəndəsi vəzifəsinə ##.##.2019-cu il tarixdən 3 ay müddətinə işə qəbul etmişdir. Əmək müqaviləsinin 3-cü paraqrafına əsasən işçinin əmək funksiyaları aşağıdakılardır: 3.1-İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür: işgüzar danışıqların aparılması, müqavilələrin bağlanması; yeni müştərilərin axtarışı və cəlb olunması; layihələr üzrə iş; rəqib bazasının öyrənilməsi və bankın satış strategiyasına uyğun müştərilərin cəlb edilməsi; işgüzar tədbirlərdə bankın təqdim edilməsi; işgüzar tədbirlərin təşkili və aparılması. “Tam maddi məsuliyyət haqqında” ##.##.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı MMC digər tərəfdən “Maddi məsul şəxs” adlanan, Cavabdeh (satış nümayəndəsi) arasında “Maddi məsul şəxs”in tam həcmdə maddi məsuliyyət daşıması öhdəliyi baradə imzalandığı gündən xitam veriləcəyi müddətə kimi imzalanmışdır. Müqavilənin məzmununa əsasən “Maddi məsul şəxs” saxlanmaq, iş məqsədləri üçün istifadə etmək və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın, digər sərvətlərin salamatlığını təmin etməlidir. İşçi İddiaçı MMC-yə məxsus olan mallara dair sifariş və qaimə faktura yazdırdıqdan sonra həmin malların sifarişçiyə çatdırılması, sifarişçi tərəfindən malın dəyərinin ödənilməsinə dair məsuliyyət daşıyır. Qaradağ Rayon Prokurorluğunun ## #### 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, **C-** nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmiş, İddiaçı MMC-nin rəhbərliyinə ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli müstəqil auditor hesabatlarına əsasən həmin məbləğlərdə olan pul vəsaitlərinin İddiaçı MMC-ə qaytarılmasının Cavabdeh, X2 və X3 öhdəliyi olub-olmamasının müəyyən edilməsi ilə bağlı mülki mübahisə üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24 və 25-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Cavad Könül adı qeyd olunmuş, ümumilikdə 137.26 manat məbləğində borc hesablanmış, qarşı tərəf 120 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə “bağlıdır” qeyd olunmuş, ümumilikdə 981.42 manat məbləğində borc hesablanmış, aktı Quliyev Vüqar imzası ilə təsdiq etmişdir. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Əmirov Vahid adı qeyd olunmuş, ümumilikdə 984.87 manat məbləğində borc hesablanmış, qarşı tərəf 700 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə “bağlıdır” qeyd olunmuş, ümumilikdə 238.19 manat məbləğində borc hesablanmış, aktı Quliyev Vüqar imzası ilə təsdiq etmişdir. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Cənnətov Süleyman adı qeyd olunmuş, ümumilikdə 1508.41 manat məbləğində borc hesablanmış, qarşı tərəf 1308.41 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Əhmədov Tofiq adı qeyd olunmuş, ümumilikdə 81.81 manat məbləğində borc hesablanmış, qarşı tərəf 51 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Hüseynov Sənan adı qeyd olunmuş, ümumilikdə 3201.50 manat məbləğində borc hesablanmış, qarşı tərəf 2801.50 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Dadaşov Əli adı qeyd olunmuş, ümumilikdə 130 manat məbləğində borc hesablanmış, qarşı tərəf 100 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə “bağlıdır” qeyd olunmuş, ümumilikdə 326.95 manat məbləğində borc hesablanmış, aktı Quliyev Vüqar imzası ilə təsdiq etmişdir. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Məmmədov Həsən adı qeyd olunmuş, ümumilikdə 2519.50 manat məbləğində borc hesablanmış, qarşı tərəf 1539.50 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Adilov Salman adı qeyd olunmuş, ümumilikdə 217.79 manat məbləğində borc hesablanmış, qarşı tərəf 150 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Yaqubova Aygün adı qeyd olunmuş, ümumilikdə 317.68 manat məbləğində borc hesablanmış, qarşı tərəf 80 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə heç bir məlumat qeyd olunmamışdır, ümumilikdə 28.80 manat məbləğində borc hesablanmış, aktı Quliyev Vüqar imzası ilə təsdiq etmişdir. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Eyvazzadə Rəşad adı qeyd olunmuş, ümumilikdə 551.15 manat məbləğində borc hesablanmış, qarşı tərəf 451.15 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Quliyev Rüfət adı qeyd olunmuş, ümumilikdə 1107.48 manat məbləğində borc hesablanmış, qarşı tərəf 935.28 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Məmmədova Elmira adı qeyd olunmuş, ümumilikdə 966.88 manat məbləğində borc hesablanmış, qarşı tərəf 588 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə İbayeva Rəvanə adı qeyd olunmuş, ümumilikdə 1017.02 manat məbləğində borc hesablanmış, qarşı tərəf 398.50 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Aslanov Rasim adı qeyd olunmuş, ümumilikdə 510 manat məbləğində borc hesablanmış, qarşı tərəf 450 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə heç bir məlumat qeyd olunmamışdır, ümumilikdə 85.32 manat məbləğində borc hesablanmış, aktı Quliyev Vüqar imzası ilə təsdiq etmişdir. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə heç bir məlumat qeyd olunmamışdır, ümumilikdə 894 manat məbləğində borc hesablanmış, aktı Quliyev Vüqar imzası ilə təsdiq etmişdir. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Zamiq adı qeyd olunmuş, ümumilikdə 4294,98 manat məbləğində borc hesablanmış, qarşı tərəf 2994.98 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Əliyev Müseyyib adı qeyd olunmuş, ümumilikdə 306.63 manat məbləğində borc hesablanmış, qarşı tərəf 266.23 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Əsədov adı qeyd olunmuş, ümumilikdə 555.09 manat məbləğində borc hesablanmış, qarşı tərəf 387.70 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Mehman H adı qeyd olunmuş, ümumilikdə 41.58 manat məbləğində borc hesablanmış, qarşı tərəf 0 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Həsənov A adı qeyd olunmuş, ümumilikdə 55 manat məbləğində borc hesablanmış, qarşı tərəf 50 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Quliyev Cəsarət adı qeyd olunmuş, ümumilikdə 2045.56 manat məbləğində borc hesablanmış, qarşı tərəf 2030.86 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə Mahmudov Toğrul adı qeyd olunmuş, ümumilikdə 2610 manat məbləğində borc hesablanmış, qarşı tərəf 2448 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə “Rübail İbrahim” adı qeyd olunmuş, ümumilikdə 376.43 manat məbləğində borc hesablanmış, qarşı tərəf 300 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə “bağlıdır” qeyd olunmuş, ümumilikdə 115 manat məbləğində borc hesablanmış, aktı Quliyev Vüqar imzası ilə təsdiq etmişdir. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə “İlqar” adı qeyd olunmuş, ümumilikdə 330 manat məbləğində borc hesablanmış, qarşı tərəf 230 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə “bağlıdır” qeyd olunmuş, ümumilikdə 140.21 manat məbləğində borc hesablanmış, aktı Quliyev Vüqar imzası ilə təsdiq etmişdir ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə “Ülviyyə” adı qeyd olunmuş, ümumilikdə 176.14 manat məbləğində borc hesablanmış, qarşı tərəf 100 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə “bağlıdır” qeyd olunmuş, ümumilikdə 143.38 manat məbləğində borc hesablanmış, aktı Quliyev Vüqar imzası ilə təsdiq etmişdir. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə “Toğrul Həsənov” adı qeyd olunmuş, ümumilikdə 2954.24 manat məbləğində borc hesablanmış, qarşı tərəf 1510.20 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə “Həmidə Əlizadə” adı qeyd olunmuş, ümumilikdə 700 manat məbləğində borc hesablanmış, qarşı tərəf 400 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə “Quliyev Rüstəm” adı qeyd olunmuş, ümumilikdə 491.22 manat məbləğində borc hesablanmış, qarşı tərəf 165.10 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə “bağlıdır” qeyd olunmuş, ümumilikdə 30 manat məbləğində borc hesablanmış, aktı Quliyev Vüqar imzası ilə təsdiq etmişdir. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə “bağlıdır” qeyd olunmuş, ümumilikdə 180 manat məbləğində borc hesablanmış, aktı Quliyev Vüqar imzası ilə mzası ilə təsdiq etmişdir. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə “Rafael Ramazanov” adı qeyd olunmuş, ümumilikdə 1485.31 manat məbləğində borc hesablanmış, qarşı tərəf 1405.31 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə “Balazadə Emin” adı qeyd olunmuş, ümumilikdə 1261.32 manat məbləğində borc hesablanmış, qarşı tərəf 761.30 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə heç bir məlumat qeyd olunmamışdır, ümumilikdə 50 manat məbləğində borc hesablanmış, aktı Quliyev Vüqar imzası ilə təsdiq etmişdir. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə heç bir məlumat qeyd olunmamışdır, ümumilikdə 100 manat məbləğində borc hesablanmış, aktı Quliyev Vüqar imzası ilə təsdiq etmişdir. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə “Fazil Nəbiyev” adı qeyd olunmuş, ümumilikdə 277.10 manat məbləğində borc hesablanmış, qarşı tərəf 150 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın satıcı qrafasında “Quliyev Vüqar”, alıcı qrafasında isə “Əliyeva Ceyran” adı qeyd olunmuş, ümumilikdə 2659.43 manat məbləğində borc hesablanmış, qarşı tərəf 1966.40 manat borcunun olduğunu bildirmiş və aktı imzaları ilə təsdiq etmişlər. ##.##.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 520 manat olan malı aktda qeyd olunmuş “Paqour” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, Lakin aktın “Təhvil verən” qrafası imzasızdır və “Təhvil alan” qrafası Nəcəfzadə Təhmin tərəfindən imzalanmışdır. ##.##.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 1400 manat olan malı aktda qeyd olunmuş “Həsən Məmmədov” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, Lakin aktın “Təhvil verən” qrafası imzasızdır və “Təhvil alan” qrafası Nəcəfzadə Təhmin tərəfindən imzalanmışdır. ##.##.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 50 manat olan malı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” qrafasının qarşısı imzalanmış və “alıcı” qrafasının qarşısında “bağlıdır” yazılmış, lakin aktın “Təhvil verən” və “Təhvil alan” qrafaları imzalanmamışdır. ##.##.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 2801.50 manat olan malı aktda qeyd olunmuş “Hüseynov Sənan” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, Lakin aktın “Təhvil verən” qrafası imzasızdır və “Təhvil alan” qrafası Nəcəfzadə Təhmin tərəfindən imzalanmışdır. ##.##.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 1864.07 manat olan malı aktda qeyd olunmuş “Quliyev Cəsarət” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, Lakin aktın “Təhvil verən” qrafası imzasızdır və “Təhvil alan” qrafası Nəcəfzadə Təhmin tərəfindən imzalanmışdır. ##.##.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 558 manat olan malı aktda qeyd olunmuş “Elmira Məmmədova” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, Lakin aktın “Təhvil verən” qrafası imzasızdır və “Təhvil alan” qrafası Nəcəfzadə Təhmin tərəfindən imzalanmışdır. ##.##.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 2894.98 manat olan malı aktda qeyd olunmuş “Muradov” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, Lakin aktın “Təhvil verən” qrafası imzasızdır və “Təhvil alan” qrafası Nəcəfzadə Təhmin tərəfindən imzalanmışdır. ##.##.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 399.18 manat olan malı aktda qeyd olunmuş “Aytən” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, Lakin aktın “Təhvil verən” qrafası imzasızdır və “Təhvil alan” qrafası Nəcəfzadə Təhmin tərəfindən imzalanmışdır. ##.##.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 208.55 manat olan malı aktda qeyd olunmuş “Manafov” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, Lakin aktın “Təhvil verən” qrafası imzasızdır və “Təhvil alan” qrafası Nəcəfzadə Təhmin tərəfindən imzalanmışdır. ##.##.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 189.60 manat olan malı aktda qeyd olunmuş “Tural Nəbiyev” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, Lakin aktın “Təhvil verən” qrafası imzasızdır və “Təhvil alan” qrafası Nəcəfzadə Təhmin tərəfindən imzalanmışdır. ##.##.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 459.03 manat olan malı aktda qeyd olunmuş “Natamam” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, Lakin aktın “Təhvil verən” qrafası imzasızdır və “Təhvil alan” qrafası Nəcəfzadə Təhmin tərəfindən imzalanmışdır. ##.##.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 50 manat olan malı aktda qeyd olunmuş “Ceyhun Xeyrullayev” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, Lakin aktın “Təhvil verən” qrafası imzasızdır və “Təhvil alan” qrafası Nəcəfzadə Təhmin tərəfindən imzalanmışdır. ##.##.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 302.88 manat olan malı aktda qeyd olunmuş “Əliyev Rahim” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, aktın “Təhvil verən” qrafası Cavabdeh və “Təhvil alan” qrafası Süleymanov Orxan tərəfindən imzalanmışdır. ##.##.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 253.38 manat olan malı aktda qeyd olunmuş “Əzizov Ziya” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, aktın “Təhvil verən” qrafası Cavabdeh və “Təhvil alan” qrafası Süleymanov Orxan tərəfindən imzalanmışdır. ##.##.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 1995.37 manat olan malı aktda qeyd olunmuş “Əhmədov Kamal” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, aktın “Təhvil verən” qrafası Cavabdeh və “Təhvil alan” qrafası Süleymanov Orxan tərəfindən imzalanmışdır. İş materiallarında olan ##.##.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 907.97 manat olan malı aktda qeyd olunmuş “Fətəliyev Çingiz” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, aktın “Təhvil verən” qrafası Cavabdeh və “Təhvil alan” qrafası Süleymanov Orxan tərəfindən imzalanmışdır. İş materiallarında olan ##.##.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 410.69 manat olan malı aktda qeyd olunmuş “Məmmədli Əli” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, aktın “Təhvil verən” qrafası Cavabdeh və “Təhvil alan” qrafası Süleymanov Orxan tərəfindən imzalanmışdır. İş materiallarında olan ##.##.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 4131.57 manat olan malı aktda qeyd olunmuş “Məmmədli Ruslan” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, aktın “Təhvil verən” qrafası Cavabdeh və “Təhvil alan” qrafası Süleymanov Orxan tərəfindən imzalanmışdır. ##.##.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 489.36 manat olan malı aktda qeyd olunmuş “Əzizzadə Siruz” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, aktın “Təhvil verən” qrafası Cavabdeh və “Təhvil alan” qrafası Süleymanov Orxan tərəfindən imzalanmışdır. İş materiallarında olan ##.##.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 23.07 manat olan malı aktda qeyd olunmuş “Elşad” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən aktdan aydın olunur ki, aktın “satıcı” və “alıcı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, aktın “Təhvil verən” qrafası Cavabdeh və “Təhvil alan” qrafası Süleymanov Orxan tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəflə Cavabdeh arasında olan əmək münasibətlərinə və həmin əmək münasibətlərini ehtiva edən əmək müqaviləsinə əsasən “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. Sözügedən “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh üzərinə maddi məsuliyyətdən doğan borc tələbini qoysa da iş materialları ilə Cavabdeh belə bir öhdəliyinin olması müəyyən edilməmiş, iddia tələbi əsaslı sübutlarla sübuta yetirilə bilməmişdir. Belə ki, iddiaçının iddiasının əsasını təşkil edən “Tam maddi məsuliyyət haqqında” müqavilə özlüyündə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin şərtləri ilə bağlıdır. İş materiallarında olan ##.##.2019-cu il tarixli əmək müqaviləsi ilə məhkəmə müəyyən etmişdir ki, cavabdeh Cavabdeh İddiaçı MMC-də “satış nümayəndəsi” vəzifəsində ##.##.2019-cu il tarixdən işə başlamışdır. Eyni tarixdə tərəflər arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmış və müqavilənin şərtlərinə əsasən, “Maddi məsul şəxs” tutduğu vəzifəsinə uyğun olaraq ona cəmiyyət tərəfindən etibar edilmiş pul vəsaitlərinin, əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə etdiyi bütün hərəkət və hərəkətsizliyinə görə tam həcmdə maddi məsuliyyət daşıyır. Müqavilənin şərtindən də göründüyü kimi “Maddi məsul şəxs”, yəni Cavabdeh yalnız tutduğu vəzifə səlahiyyətləri çərçivəsində tam həcmdə maddi məsuliyətlə mükəlləf olunmuşdur. Sübut olaraq iş materiallarına əlavə olunmuş əmək müqaviləsinin 3-cü paraqrafına əsasən satış nümayəndəsi vəzifəsində çalışan Cavabdeh əmək funksiyaları sadalanmış, əmək vəzifələrinə iddiaçının iddia tələbində əsaslandırdığı kimi, onun tərəfindən malların təhvil götürülməsi, satılması və pul vəsaitlərinin şirkətə təhvil verilməsi vəzifələrinin aid olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Eyni zamanda iş materiallarında olan 56 sayda üzləşmə aktları ilə müəyyən olunur ki, “Satıcı” adlanacaq, yəni İddiaçı MMC-nin nümayəndəsi X1 alıcılarla olan alqı-satqıya əsasən onların cəmiyyətə borclu olduqlarını imzaları ilə təsdiq etmişdirlər. Yəni qeyd olunan üzləşmə aktları dükan sahibləri və cəmiyyətin “baş direktor” vəzifəsində çalışan Vüqar Quliyevin imzası ilə təsdiq edilmişdir. Bu isə məhkəməyə onu deməyə əsas verir ki, həmin üzləşmə aktları cavabdehin deyil, iddiaçının məhsul verdiyi şəxslərin borclarını əks etdirir. Həmçinin, ##.##.2021, ##.##.2021-ci il tarixli, ##.##.2021, ##.##.2021, ##.##.2021, ##.##.2021 və sonuncusu ##.##.2021-ci il tarixli olan eyni məzmunlu təhvil-təslim aktlarının tərtib qaydasındakı uyğunsuzluqları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, bu sənədlərin mötəbər sübut olaraq qəbul edilməsi və məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkün deyildir. Belə ki, həmin sənədlərdən görünür ki, “təhvil verən” qrafalarında heç bir məlumat qeyd edilməmiş, daha sonra müəyyən məbləğlər qeyd edilərək cəmiyyətin müxtəlif məsul işçiləri tərəfindən imzalanmışdır. Digər tərəfdən iddiaçı istinad etmişdir ki, Cavabdeh cəmiyyətin məhsullarını satmaq üçün götürmüş, lakin sataraq pulu xəzinəyə təhvil verməmişdir. Qeyd olunan iddia ilə əlaqədar, yəni məhsulların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, cavabdehin həmin məhsulu qəbul etməsi, həmin məhsulu üçüncü şəxslərə satması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əvəzində isə, iddiaçının məhkəmə araşdırması zamanı təqdim etdiyi təhvil təslim aktlarının surətlərinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cəmiyyətə məxsus mallar pərakəndə şəkildə əsas kimi qeyd olunmuş muştərilərə satılmış, lakin sənədlərin əksəriyyətinin “təhvil verən” qrafasında cavabdeh Cavabdeh imzasının olmaması onun malların təhvil-təslim prosesində iştirak etməməsini biruzə verir. Eyni zamanda məhkəmə prosesi zamanı tərəflərdən alınmış izahatlarla müəyyən olunmuşdur ki, cavabdeh Cavabdeh cəmiyyətin “satış nümayəndəsi” vəzifəsində çalışarkən icra etdiyi funksiyalar malların nümayişi və satışı üzrə müştəri toplamaqdan ibarət olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63, 16.11.1-ci maddələri, Əmək Məcəlləsinin 57.1, 199, 296.5-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı təşkilat apellyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materialarında mövcud olan üzləşmə aktlarını və təhvil-təslim sənədlərini formal əsaslarla sübut kimi qəbul etməmiş, lakin həmin sənədlərin məzmununu, onların hansı şəraitdə tərtib edilməsini və tərəflərin faktiki münasibətlərini araşdırmamışdır. Halbuki məhkəmə təcrübəsinə görə sənədlərdə müəyyən texniki və ya formal çatışmazlıqların olması onların tamamilə sübut kimi rədd edilməsinə əsas vermir, məhkəmə həmin sənədlərin digər sübutlarla birlikdə qiymətləndirilməsini aparmalıdır. Məhkəmə qeyd etmişdir ki, bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqavilə Əmək Məcələsinin 199-cu maddəsinə uyğun deyildir. Lakin tərəflər arasında bağlanmış həmin müqavilə cavabdehin əmək fəaliyyəti ilə əlaqədar cəmiyyətin malları və pul vəsaitləri ilə işləməsini nəzərdə tutmuşdur. Satış nümayəndəsi kimi fəaliyyət göstərən şəxsin faktiki olaraq malların dövriyyəsində iştirak etməsi və müştərilərlə hesablaşmallar aparması işin mahiyyətindən irəli gəlir. Məhkəmə isə yalnız əmək müqaviləsində funksiyaların formal şəkildə sadalanmasına istinad etmiş, lakin işçinin faktiki yerinə yetirdiyi funksiyaları və əmək prosesinin real təşkilini araşdırmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin əmək funksiyalarına malların təhvil alınması və pul vəsaitlərinin şirkətə təhvil verilməsi daxil olmamışdır. Lakin satış nümayəndəsi vəzifəsinin mahiyyəti və praktiki icrası nəzərə alındıqda belə fəaliyyət məhsulun müştərilərə çatdırılması, satış prosesində iştirak və satışdan əldə olunan vəsaitlərin dövriyyəsi ilə bilavasitə bağlıdır. Bu səbəbdən məhkəmənin yalnız əmək müqaviləsinin formal mətninə əsaslanaraq belə nəticəyə gəlməsi işin faktiki halları ilə uyğunluq təşkil etmir. Məhkəmə üzləşmə aktlarının cavabdehin deyil, üçüncü şəxslərin borclarını əks etdirdiyini göstərmişdir. Lakin həmin aktlar faktiki olaraq cəmiyyətin mallarının müştərilərə verildiyini və satış əməliyyatlarının baş verdiyini təsdiq edən sənədlərdir. Bu sənədlər dolayısı ilə malların dövriyyəyə buraxıldığını və satış prosesində cavabdehin iştirak etdiyini göstərir. Məhkəmə isə bu sənədlərin maddi məsuliyyətlə əlaqəsini araşdırmadan onların sübut əhəmiyyətini aradan qaldırmışdır. Burada üçüncü şəxslərin borclarının əks olunması doğrudur, lakin aktlarda qeyd edildiyi kimi həmin borclar üzrə fərqlər yaranmışdır. Həmin fərqlərin yaranmasına səbəb isə cavabdehin hərəkətləri, yəni topladığı vəsaiti işəgötürənə təhvil verməməsi olmuşdur. Cavabdeh tərəfindən vurulmuş ziyanın bir qisminin ödənilməsi də həmin vəsaitlərin toplanmasında cavabdehin iştirakını, eləcə də ziyanın vurulmasını təsdiq edən fakt kimi çıxış edir. Məhkəmə həmin aktlarda “təhvil verən” qrafasının doldurulmamasını əsas gətirərək onları mötəbər sübut hesab etməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, sənədlər malların dövriyyəsi ilə bağlı əməliyyatların mövcudluğunu təsdiq edir. Bu səbəbdən həmin sənədlərin tamamilə sübut kimi rədd edilməsi sübutların qiymətləndirilməsi qaydalarına uyğun deyildir. Məhkəmə formal həqiqət prinsipinə istinad edərək sübutetmə yükünün yalnız iddiaçının üzərinə düşdüyünü göstərmişdir. Lakin əmək münasibətlərindən irəli gələn mübahisələrdə işəgötürən tərəfindən təqdim edilən sənədlər və işçinin izahatları birlikdə qiymətləndirilməli, zərurət olduqda məhkəmə əlavə sübutların toplanması üçün təşəbbüs göstərməlidir. Birinci instansiya məhkəməsi isə iş üzrə əlavə araşdırma aparmadan iddianı rədd etmişdir. Məhkəmə cavabdehin yalnız müştəri toplamaq funksiyasını yerinə yetirdiyini qeyd etmişdir. Lakin cavabdehin faktiki olaraq satış prosesində iştirak edib-etməməsi, malların kim tərəfindən müştərilərə verilməsi, satışdan əldə olunan vəsaitlərin kim tərəfindən qəbul edilməsi kimi mühüm hallar araşdırılmamışdır. Bu isə işin faktiki hallarının natamam müəyyən edilməsinə səbəb olmuşdur. Məhkəmə qətnaməsində göstərmişdir ki, iddiaçı tərəfindən malların satışı ilə bağlı alıcılarla bağlanmış alqı-satqı müqavilələri və elektron qaimə-fakturalar təqdim edilməmişdir. Lakin məhkəmənin bu halı iddia tələbinin əsassız olması kimi qiymətləndirməsi düzgün hüquqi nəticə hesab edilə bilməz. Belə ki, qanunvericiliyə əsasən malların satışı ilə bağlı tərəflər arasında yazılı alqı-satqı müqaviləsinin bağlanması mütləq tələb kimi nəzərdə tutulmamışdır və sahibkarlıq fəaliyyətində ma ların realizəsi çox vaxt faktiki alqı-satqı əməliyyatları, hesablaşma sənədləri, borc aktları, təhvil-təslim sənədləri və digər uçot sənədləri ilə rəsmiləşdirilir. Bu baxımdan, alıcılarla ayrıca yazılı müqavilələrin olmaması satış faktının baş vermədiyini və ya borcun mövcud olmadığını avtomatik olaraq istisna etmir. Eyni zamanda, elektron qaimə-fakturanın tərtib edilməməsi və ya məhkəməyə təqdim edilməməsi də mülki-hüquqi münasibətlər çərçivəsində tərəflər arasında yaranmış öhdəliklərin mövcudluğunu inkar edən hal kimi qiymətləndirilə bilməz. Elektron qaimə-faktura əsasən vergi uçotu və fiskal nəzarət məqsədlərinə xidmət edən sənəd olmaqla, onun olmaması mülki öhdəliklərin mövcudluğunu aradan qaldırmır və tərəflər arasında faktiki olaraq həyata keçirilmiş təsərrüfat əməliyyatlarının hüquqi nəticələrini ləğv etmir. Bu mübahisə üzrə əsas müəyyən edilməli məqam cavabdeh tərəfindən iddiaçıya çatası məbləğlərin təhvil verilib-verilməməsi olmuşdur. Lakin məhkəmə işin mahiyyəti ilə uzlaşmayan məsələlərə istinad etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi iş üzrə mühüm sübutlardan biri olan audit rəyinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki iş materialarında mövcud olan audit rəyinə əsasən cavabdehin fəaliyyəti ilə bağlı aparılmış maliyyə yoxlaması nəticəsində müəssisənin uçot sənədləri, mal dövriyyəsi və maliyyə hesabatları araşdırılmış, həmin araşdırmallar əsasında müəssisəyə vurulmuş zərərin məbləği müəyyən edilmişdir. “Auditor xidməti haqqında” qanunun 8-ci maddəsinə əsasən, “Auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyətəsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.” Beləliklə, audit rəyi müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri, maliyyə çatışmazlıqları və zərərin məbləği barədə xüsusi biliklərə malik müstəqil auditor tərəfindən verilmiş peşəkar qiymətləndirmə olmaqla iş üzrə mühüm sübut əhəmiyyətinə malikdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iş materialarında mövcud olan audit rəyinə ümumiyyətlə münasibət bildirilməmiş, həmin sənədin hansı səbəbdən nəzərə alınmadığı barədə heç bir hüquqi əsas göstərilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti dəlillərində izahat verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinin ç bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda İşçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə, tam həcmdə maddi məsuliyyət daşıyır. 203-cü maddəsinə əsasən vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmalların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır. 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 206-cı maddəsinə əsasən Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normallarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırda mübahisələndirilən qətnamə ilə iddia rədd edilmiş, iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində- tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normallarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mübahisəni yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı İddiaçı MMC məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh dəymiş maddi zərərin əvəzinin tutulmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ## #### 2019-cu il tarixdə cəmiyyətlə bağlanmış əmək müqaviləsinə əsasən satış nümayəndəsi vəzifəsində çalışmış, həmin tarixdə onunla “Tam maddi məsuliyyət haqqında” müqavilə də bağlanmışdır. Cavabdehə cəmiyyətə məxsus məişət texnikası məhsullarının satışı ilə bağlı işlər həvalə edilmiş, lakin həmin məhsulların satışından əldə edilmiş vəsaitlərin cəmiyyətə ödənilməməsi nəticəsində cəmiyyətə maddi zərər dəymişdir. İddiaçı tərəfindən aparılmış audit yoxlamasının nəticələrinə dair ## #### 2025-ci il tarixli hesabatla cəmiyyətə 24.414,94 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçı əvvəlcə 24.414,94 manat maddi zərərin, cavabdehdən tutulmasını tələb etmiş, sonradan iddia tələbinin məbləğini 15.314,94 manatadək azaltmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək hesab etmişdir ki, iş materiallarında cavabdehin məhz ona həvalə edilmiş malları qəbul etməsi, həmin malları satması, satışdan əldə edilmiş pul vəsaitlərini özündə saxlaması və cəmiyyətə təhvil verməməsi nəticəsində iddiaçıya tələb olunan məbləğdə zərər vurulmasını təsdiq edən kifayət qədər, mötəbər və birbiri ilə əlaqəli sübutlar mövcud deyildir. Məhkəmə əmək müqaviləsində cavabdehin vəzifələrinin əsasən müştərilərlə işin təşkili, danışıqların aparılması, yeni müştərilərin cəlb edilməsi və satış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğunu, lakin malların cavabdeh tərəfindən qəbul edilməsi və satışdan əldə olunan vəsaitlərin cəmiyyətə təhvil verilməsinin onun üzərinə qoyulmasını təsdiq edən konkret müddəaların müəyyən edilmədiyini qeyd etmişdir. Cavabdeh Cavabdeh isə iddiaya etiraz edərək tələb olunan məbləğdə zərərin onun tərəfindən vurulmadığını bildirmiş, iddiaçının təqdim etdiyi sənədlərin onun konkret olaraq hansı malları qəbul etdiyini, həmin malları satdığını və satışdan əldə olunan vəsaiti cəmiyyətə ödəmədiyini təsdiq etmədiyini göstərmişdir. Cavabdeh tərəfindən müxtəlif tarixlərdə ümumilikdə 9.100 manat məbləğində ödənişlərin edildiyi iş materialları ilə müəyyən olunur. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iş materiallarında olan üzləşdirmə aktlarına, malın təhvil verilməsi ilə bağlı sənədlərə və audit hesabatına lazımi hüquqi qiymət vermədiyini, cavabdehin faktiki olaraq satış prosesində iştirak etdiyini və məhsulların satışından əldə olunan vəsaitlərin cəmiyyətə təhvil verilməsi ilə bağlı öhdəlik daşıdığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən müxtəlif tarixlərdə ümumilikdə 9.100 manat məbləğində ödənişlərin edilməsi onun cəmiyyət qarşısında borcunun mövcudluğunu təsdiq edir və bu hal digər sübutlarla birlikdə qiymətləndirilməli idi. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş üzrə maddi və prosessual hüquq normalları düzgün tətbiq edilmişdir. Belə ki, iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. Bununla yanaşı, Əmək Məcəlləsi işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı konkret halların dəqiq siyahısını müəyyən edir (maddə 199), vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmalların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır (maddə 203). Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir (maddə 206). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, hazırkı iş üzrə İddiaçı MMC-yə müəyyən məbləğdə maliyyə çatışmazlığının yaranması ilə həmin çatışmazlığın məhz Cavabdeh hərəkət və ya hərəkətsizliyi nəticəsində meydana gəlməsi arasında səbəbli əlaqə lazımi və mötəbər sübutlarla müəyyən edilməmişdir. Belə ki, iddiaçı tərəfindən istinad edilən ##.##.2025-ci il tarixli müstəqil auditor hesabatında Cavabdeh öhdəsində olan pul vəsaitlərində 24.414,94 manat məbləğində kənarlaşmanın müəyyən edildiyi göstərilsə də, həmin hesabatın göstərilən kənarlaşmanın məhz cavabdeh tərəfindən törədilmiş konkret hərəkət və ya hərəkətsizlik nəticəsində yarandığını təsdiq edən sübut kimi qəbul edilməsi mümkün deyildir. Ziyanın məbləğinin hesablanması ilə həmin ziyanın konkret olaraq cavabdehin qanunazidd davranışı nəticəsində yaranmasının müəyyən edilməsi fərqli hüquqi məsələlərdir. Auditor hesabatı çatışmazlığın məbləğini müəyyən edə bilsə də, həmin məbləğin cavabdeh tərəfindən mənimsənilməsi, qəbul edilməsi və ya işəgötürənə təhvil verilməməsi barədə nəticəni əvəz edə bilməz. Eyni zamanda, iş materiallarına əlavə edilmiş üzləşmə aktlarının əksəriyyətində “satıcı” qrafasında İddiaçı MMC-nin nümayəndəsi X1 adı və imzası, “alıcı” qrafasında isə müxtəlif şəxslərin adları qeyd edilmiş, aktlarda göstərilən məbləğlər isə həmin alıcıların cəmiyyətə olan borclarını əks etdirmişdir. Sözügedən aktların əksəriyyətində malların məhz Cavabdeh tərəfindən təhvil verildiyini təsdiq edən imza və ya digər məlumat mövcud olmamışdır. Bununla yanaşı, iş materiallarında olan təhvil-təslim aktlarının bir qismində Cavabdeh “Təhvil verən” qrafasında imzasının olduğu müəyyən edilir. Belə ki, ##.##.2021-ci il tarixli, 302,88 manat məbləğində malın “Əliyev Rahim” adlı müştəriyə satılmasına dair aktda, ##.##.2020-ci il tarixli 253,38 manat məbləğində malın “Əzizov Ziya” adlı müştəriyə satılmasına dair aktda, ##.##.2020-ci il tarixli 1.995,37 manat məbləğində malın “Əhmədov Kamal” adlı müştəriyə satılmasına dair aktda, habelə ##.##.2020-ci il tarixli 907,97 manat, ##.##.2020-ci il tarixli 410,69 manat, 4.131,57 manat, 489,36 manat və 23,07 manat dəyərində malların müvafiq müştərilərə satılmasına dair aktlarda “Təhvil verən” qrafası Cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə tərkibi üçün əhəmiyyətli olan hal ondan ibarətdir ki, cavabdehin imzası ilə təsdiq edilmiş həmin sənədlər üzrə müəyyən ödənişlərin Cavabdeh tərəfindən İddiaçı MMCyə həyata keçirilməsi də iş materiallarından görünür. Belə ki, cavabdeh tərəfindən ##.##.2024cü il tarixdə 1.000 manat, ##.##.2024-cü il tarixdə isə 8.100 manat olmaqla, ümumilikdə 9.100 manat ödəniş edilmişdir. Lakin məhz cavabdehin imzası ilə təsdiq edilmiş sənədlər üzrə ödənişlərin həyata keçirilməsi faktı digər, cavabdehin imzası olmayan sənədlər üzrə də eyni qaydada onun məsuliyyət daşıdığını müəyyən etməyə əsas verməmişdir. Əksinə, iş materiallarında Cavabdeh imzası olan təhvil-təslim sənədləri ilə onun tərəfindən həyata keçirilmiş ödənişlər arasında müəyyən əlaqənin mövcudluğu görünməklə, imzası olmayan digər aktlarda göstərilən malların məhz cavabdeh tərəfindən qəbul edilməsi, onun sərəncamına verilməsi, üçüncü şəxslərə onun tərəfindən satılması və həmin satışdan əldə olunmuş vəsaitlərin cavabdeh tərəfindən İddiaçı MMC-yə təhvil verilməməsi ayrıca sübuta yetirilməlidir. İddiaçı isə həmin halları təsdiq edən mötəbər və birbaşa sübutları məhkəməyə təqdim etməmişdir. Xüsusilə, ziyanın hesablanmasına daxil edilmiş hər bir məbləğin konkret olaraq cavabdehə təhvil verilmiş mal və ya pul vəsaiti ilə əlaqəsini, həmin əmlakın cavabdeh tərəfindən qəbul edilməsini və sonradan onun tərəfindən işəgötürənə qaytarılmamasını müəyyən etməyə imkan verən sənədlər iş materiallarında mövcud deyildir. Odur ki, iddiaçının istinad etdiyi üzləşmə aktları və təhvil-təslim sənədləri müəyyən təsərrüfat əməliyyatlarının və üçüncü şəxslərin İddiaçı MMC qarşısında borclarının mövcudluğunu təsdiq edə bilsə də, həmin sənədlərdən həmin borcların yaranmasına və ya ödənilməməsinə görə Cavabdeh məsuliyyət daşıdığı nəticəsi çıxarıla bilməz. Belə olan halda, yalnız ziyanın məbləğini göstərən auditor hesabatına, üçüncü şəxslərin borclarını əks etdirən üzləşmə aktlarına və ayrı-ayrı təhvil-təslim sənədlərinə əsaslanmaqla tələb olunan məbləğin bütövlükdə Cavabdeh tutulması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191 və 192-ci maddələrinin tələbləri baxımından əsaslı hesab edilə bilməz. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normallarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. İddiaçı tərəfindən MMC-ə zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda iddiaçı apellyasiya şikayətində cavabdehin maddi məsul şəxs olması və cavabdehlik daşımasını bildirsə də bu dəlil əsaslı hesab edilə bilməz. Belə ki, maddi məsuliyyətin yaranması üçün təkcə bu hal kifayət edə bilməz. Ziyanın konkret olaraq hansı şəxs tərəfindən və hansı qanunazidd hərəkət və ya hərəkətsizlik nəticəsində törədildiyi, habelə həmin hərəkətlərlə zərər arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Beləliklə, iddiaçı tərəfindən maddi ziyanın cavabdeh tərəfindən vurulması sübuta yetirilə bilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçı İddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçı İddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetinə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar