Məhkəmə qərarları › İş №2(3-9)-1194/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-1194/2026

28.09.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-1194/2026 28.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Əhmədov Pərviz oğlundan ibarət tərkibdə, Əliyev Orxan Ismayil oğlunun katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Sabirabad Mil-Muğan Regional Təhsil Idarəsinin nümayəndəsi nümayəndə3 iştirakı ilə, Işin halları: Iddiaçı İddiaçı - cavabdeh Sabirabad Mil-Muğan Regional Təhsil Idarəsinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mil-Muğan Regional Təhsil Idarəsindən 9673 manat pulun və 60 manat mediasiya xərcinin cəmi 9733 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ## ####### 2011-ci ildən - ## ####### 2014- cü il tarixədək olan müddətdə Sabirabad rayou Ətçələr kənd tam orta məktəbində fizika lobarantı vəzifəsində işləmişdir. ## ####### 2014-cü ildə ## ###### 2017-ci ilədək olan müddətdə Sabirabad rayonu Ətcələr kənd tam orta məktəbində informatika lobarantı vəziəfəsində işləmişdir. ## ###### 2017-ci ildən - ## #### 2018-ci ilədək olan müddətdə Sabirabad rayonu Sarxanbəyli kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləmişdir. ## ###### 2019-cu ildən ## #### 2020-ci ilədək olan müddətdə Sabirabad rayonu Muğan-Gəncəli kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləmişdir. ## ###### 2020-ci ildən ## ######## 2024-cü il tarixədək olan müddətdə hal-hazırda da işlədiyi Sabirabad rayonu Güdəcühür kənd ibtidai məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyir. Yuxarıda qeyd edilən müddətlərdə ona əmək haqqı hesablanarkan pedaqoji stajı nəzərə alınmamış olduğuna, ikinci qrup əlil olduğu halda ona vergi güzəşti edilməmiş və ikinci qrup əlil görə əmək haqqına 25% əlavə hesablanmamışdır. Hər tədris ilinin əvvəlində ikinci dərəcəli əlliyini təsdiq edən sənədi məktəb rəhbərliyinə təqdim etmişdir. Lobarantlıq vəzifəsinin pedaqoji staj sayılması ilə bağlı Elm və Təhsil nazirliyinə müraciət etmişdir. Oradan ona ünvanlanmış cavabda bildirildi ki, lobarantlıq vəzifəsi pedaqoji staj sayılır. Qeyd edilənlərlə bağlı əvvəlcə X2 xidmətinin Mil-Muğan Regional şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı Sabirabad rayonu Güdəcühür kənd ibtidai məktəbinin direktoru barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbinə uyğun olaraq ## ######## 2024-cü il tarixli inzibat xəta haqqında protokol tərtib edildi. Bundan sonra da tələbi ilə bağlı aidiyyatı üzrə mediasiyaya müraciət etmişdir. Oradan ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verildi. Tələblərilə bağlı cavabdeh təşkilat tərəfindən ona 9673 manat pul ödənilməlidir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Iddiaçı həmçinin izahatında qeyd etmişdir ki, onun ##.##.2011-ci ildən - ##.##.2017-ci ilədək müddətdə məktəbdə laborant vəzifəsində işlədiy dövr onun pedaqoji stajı olması kimi nəzərə alınmamış və bununla da əmək haqqı hesablanarkən həmin dövr üçün pedaqoji staja görə əmək haqqına əlavələr tətbiq edilməmiş. Eyni zamanda onun II qrup əlil olduğu halda 2022- ci ilədək dövr üçün ona vergi güzəştləri edilməmiş və əmək haqqına 25% əlavələr edilməmişdir. Lakin onun müraciəti əsasında 2022-ci ildən sonra II qrup əlil olduğuna görə əmək haqqı düzgün hesablanmışdır. Hazırda 2022ci ildən əvvəlki dövr üçün II qrup əlil olduğuna görə nəzərə alınmayan güzətlər tətbiq edilməklə əmək haqqına əlavələrin hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmiş cavabdeh təşkilat məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh təşkilat Sabirabad Mil-Muğan Regional Təhsil Idarəsinin nümayəndələri nümayəndə3 və nümayəndə1 iddia tələblərinə etiraz edib, eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinə istinad edərək, tələbə iddia müddətinin tətbiqi barədə ərizə verib, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Iş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (Hakim Nurəddin Bağırov) iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verilmişdir. Əsasları iddia tələbi ilə eynilik təşkil edən şikayət onunla əsaslandırılmışdır ki birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Iddiaçı İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Sabirabad Mil-Muğan Regional Təhsil Idarəsinin nümayəndəsi nümayəndə3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri həddində, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 294-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296-cı maddəsinin 2-ci hissəsində qeyd olunur ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsində qeyd edilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Müllki Məcəllənin; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2016-cı il tarixli *** nömrəli Qərarına əsasən Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının məbləği pedaqoji stajından asılı olaraq müəyyən edilmişdir. “xxxx” Qanunun 31.0.2-ci maddəsinə əsasən təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, rezidentlərin kuratorları, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədrisköməkçi işçilər, dayələr, təlimatçılar, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, nəşriyyatredaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlimtərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər, habelə sosial müdafiə və digər orqanların, eləcə də tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri hesab edilirlər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Mil-Muğan Regional Təhsil Idarəsinin Inzibati təşkilat sektorunun baş məsləhətçisi nümayəndə3 tərəfindən ünvanlanmış iddia müddətinin tətbiqi ilə bağlı ərizədə qeyd olunur ki, iş üzrə iddiaçı İddiaçı cavabdeh Mil-Muğan Regional Təhsil Idarəsinə qarşı əmək münasibətləri üzrə sair mübahisələrə dair ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi o, 2011-2014-cü illərdə Sabirabad rayonu Ətcələr kənd tam orta məktəbində fizika laborantı, 2014-2017-ci illərdə Sabirabad rayonu Ətçələr kənd tam orta məktəbində informatika laborantı, 2017-2018-ci illərdə Sabirabad rayonu Sarxanbəyli kənd tam orta məktəbində ibtidai sinif müəllimi, 2019-2020-ci illərdə Sabirabad rayonu Muğangəncəli kənd tam orta məktəbində ibtidai sinif müəllimi, 2020-ci ildən etibarən isə Sabirabad rayonu Güdəcühür kənd ibtidai məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləmişdir. Iddiaçı qeyd olunan dövrlər üzrə ona əmək haqqı hesablanarkən pedaqoji stajının nəzərə alınmaması, ikinci qrup əlil olduğu halda ona vergi güzəştinin hesablanmadığı və ikinci qrup əlil olduğu halda onun əmək haqqında 25% əlavə hesablanmadığını qeyd etmişdir. Iddiaçının müraciətində qeyd olunan dövrlərdən görünür ki, iddiaçı iddia müddəti buraxmaqla məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iddiaçının tələbi Azərbaycan Respublikası qanunvericiliyinin normalarına əsasən təmin edilə bilməz. Iddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq iddia müddətini ötürməklə məhkəməyə ərizə ilə müraciət etmişdir. Iş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzürlü səbəbdən otürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də hesab edirlər ki, müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərinlənlərə əsasən iddiaçının əmək mübahisəsinə dair iddiası qanunla müəyyən olunmuş iddia müddətinin keçməsi səbəbindən təmin edilməməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinə şəxsin pozulmuş hüquqlarının bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə ərizə rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, məhkəmədən iş üzrə iddiaçı İddiaçı Mil-Muğan Regional Təhsil Idarəsinə qarşı iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edirlər. Iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli */**** saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materialları nəzərə alınaraq iddiaçı İddiaçı Sabirabad rayonu Ətçələr, Sarxanbəyli, Muğan-Gəncəli və Güdəcühür kəndlərində orta ümumtəhsil məktəblərində işlədiyi müddətdə ##.##.2016-cı il tarixdən - ##.##.2017-cü il tarixədək dövr üçün ona tarif maaşına uyğun olaraq 2350,00 manat məbləğində əmək haqqı və ##.##.2017-ci il tarixdən ##.##.2024-cü il tarixədək isə dərs saatlarına uyğun olaraq 32.069,83 manat məbləğində əmək haqqı hesablandığı müəyyən edilir. Bundan əlavə ##.##.2016-cı il tarixdən ##.##.2020-ci il tarixədək onun əlilliyə görə 20 faizlə hesablanmaqla 1143,40 manat, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək isə əlilliyə görə 25 faizlə hesablanmaqla 6736,41 manat ümumilikdə 7879,81 manat əlavə əmək haqqı hesablandığı müəyyn edilir. Bundan başqa İddiaçı ##.##.2016-cı il tarixdən - ##.##.2024- cü il tarixədək dövr üzrə Ətçələr, Sarxanbəyli, Muğan-Gəncəli və Güdəcühür kəndlərində orta ümumtəhsil məktəblərində işlədiyi müddətdə sinif rəhbəri olduğu üçün ona 1943,70, manat, işçinin həvəsləndirilməsi üzrə 2200,00 manat, sertifikasiya üzrə 626,16 manat əlavələr üzrə, ödənişlər üzrə 1067,18 manat, məzuniyyət haqqı üzrə 7689,43 manat və tutulmalar üzrə 1149,37 manat nəzərə alınmaqla ümumilikdə 54.676,74 manat əmək haqqı hesablanmışdır. Həmçinin bildirilir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Mil-Muğan Regional Şöbəsinin ##.##.2024-cü il tarixli məktubunda (bax iş vərəqə 29) "Mil-Muğan Regional Təhsil Idarəsi və Sabirabad rayon Güdəcühür kənd ibtidai məktəb rəhbərlikləri tərəfindən təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, sizin ##.##.2024-cü il tarixədək Sabirabad rayonu Ətçələr, Sarxanbəyli və Güdəcühür kənd tam orta məktəblərində ibtidai sinif müəllimi kimi çalışdığınız dövrlərdə əmək haqqınız hesablanarkən laborant peşəsi (vəzifəsi) üzrə stajınız pedoqoji stajınıza daxil edilməmişdir" qeyd edilmişdir. Həmçinin həmin məktubda qeyd edilmişdir ki, müraciətinizin araşdırılması dövründə əmək haqqınız Azərbaycan Respublikası xxxx Qanunun 31.0.2-ci maddəsinə əsasən laborant işlədiyiniz dövrlər də pedaqoji staj kimi nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş * nömrəli əlavəyə uyğun olaraq hesablanmış və ödənilməsi məqsədi ilə hazırda əmək münasibətlərində olduğunuz Sabirabad rayon Güdəcühür kənd ibtidai məktəbin direktoru Ş. Heybətova tərəfindən Mil Muğan Regional Təhsil Idarəsinə təqdim edilmişdir. Lakin iş materiallarında Sabirabad rayonu Ətcələr, Sarxanbəyli, Muğan-Gəncəli və Güdəcühür kəndlərində orta ümumtəhsil məktəblərində ##.##.2011-cü il tarixdən ##.##.2017- ci il tarixədək dövr üçün əmək stajı hesablanarkən, həmin dövrdə işlədiyi "Laborant" vəzifəsinin pedaqoji staj kimi müəyyən edilərək hesablanma aparılmasına dair tam şəkildə məlumat yoxdur. Iş materiallarında bir qism arayışlar (bax iş vərəqə 87,88,89) öz əksini tapmışdır ki, həmin arayışlarda isə İddiaçı 2017-ci il dekabr ayından 2018-ci ilin iyun ayınadək işlədiyi Sabirabad rayonu Ismayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbi üzrə əmək haqqının az ödənilməsi nəticəsində yaranmış fərq 146,73 manat, İddiaçı 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına qədər işlədiyi Sabirabad rayonu Vüqar Həsənov adına Muğan Gəncəli kənd tam orta ümumtəhsil məktəbi üzrə əmək haqqının az ödənilməsi nəticəsində yaranmış fərq 168,59 manat, İddiaçı 2020-ci il noyabr ayından 2022-ci ilin dekabr ayına qədər işlədiyi Sabirabad rayonu Güdecühür kənd ibtidai ümumtəhsil məktəbi üzrə əmək haqqının az ödənilməsi nəticəsində yaranmış fərq 1223,07 manat, İddiaçı 2023-cü ilin yanvar ayından 2024-cü ilin iyun ayına qədər işlədiyi Sabirabad rayonu Güdəcühür kənd ibtidai ümumtəhsil məktəbi üzrə əmək haqqının az ödənilməsi nəticəsində yaranmış fərq 826,42 manat olmaqla ümumilikdə 2364,81 manat fərq yarandığı müəyyən olunmuşdur. Eyni zamanda qeyd edilir ki, iş materiallarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Mil-Muğan regional təhsil idarəsinin ##.##.2025-ci il tarixli, ** saylı arayışı öz əksini tapmışdır ki, həmin arayışda (bax iş vərəqə 73) pedaqoji staja görə sentyabr 2023-cü il-iyul 2024-cü il tarixədək olan dövr üzrə pedaqoji staj nəzərə alınaraq 592,24 manat məbləğində fərq yarandığı qeyd edilmişdir. Eyni zamanda qeyd edilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.3. maddəsinə əsasən İ və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200,00 manat məbləğində azaldılır. Qeyd edilən qanuna uyğun olaraq iş materiallarında olan Əmək haqqının hesablanması üzrə ƏƏMNS yanında X2 Xidməti Mil-Muğan Regional Təhsil Idarəsinin arayışında göstərilənlər məlumatlar əsasında İddiaçı ##.##.2014-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üzrə II qrup əlilliyi nəzərə alınmaqla tətbiq edilməli olan vergi güzəştlərinin tam şəkildə tətbiq olunması və nəticədə əmək haqqından malı əlavə məbləğlərin olmadığı müəyyən edilir. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, ##.##.2014-cü il tarixdən - ##.##.2017-ci il tarixədək dövr üçün İddiaçı II qrup əlilliyi nəzərə alınaraq əmək haqqına 20% əlavələr hesablanaraq 712,00 manat ödənildiyi müəyyən edilir. Lakin ##.##.2014-cü il tarixdən - ##.##.2017-ci il tarixədək II qrup əlilliyi nəzərə alınaraq əmək haqqına edilən əlavələr 25%-lə hesablandığı təqdirdə 890,00 manat təşkil edir. Nəticədə isə İddiaçı 178,00 manat məbləğində pulun az hesablandığı müəyyən edilir. Tədqiqi hissədə göstərildiyi kimi, ##.##.2017-ci il tarixdən - ##.##.2024-cü il tarixədək dövr üçün İddiaçı II qrup əlilliyi nəzərə alınaraq əmək haqqına 25% əlavələrin hesablanaraq ödənilmədiyi müəyyən edilir. Belə ki, həmin dövr üzrə əmək haqqına müxtəlif aylarda fərqli faiz dərəcələri ilə ümumilikdə 7429,61 manat hesablanmışdır. Lakin əmək haqqına əlavə edilməli olan 25%-lə hesablanmaqla həmin 8017,46 manat məbləğində manat təşkil edir. Nəticədə isə İddiaçı 587,85 manat məbləğində pulun az hesablandığı müəyyən edilir. Hazırkı rəyin tədqiqi hissəsində göstərildiyi kimi, 2017-2018-ci tədris ili üzrə, əmək haqqı hesablanarkən iş yükünün 23 saat götürülmədiyi müəyyən edilir. Belə ki, iş materiallarından göründüyü kimi, 2017-2018-ci tədris ili üzrə götürülmüşdür. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, 2019-2020-ci tədris ili üçün əmək haqqı hesablanarkən iş yükünün 22 saat götürülmədiyi müəyyən edilir. Belə ki, iş materiallarından göründüyü kimi, 2019-2020-ci tədris ili üzrə iş yükü 16- 21 saat intervalında götürülmüşdür. Tədqiqi hissədə göstərildiyi kimi, 2021-ci ilin yanvar ayından iyun ayınadək dərs saatı 16 saat, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin oktyabr ayı daxil olmaqla dərs saatı 22 saat, 2022-ci ilin noyabr ayından 2023-cü ilin sentyabr ayı daxil olmaqla dərs saatı 24 saat, 2023-cü ilin oktyabr ayından 2024-cü ilin sentyabr ayı daxil olmaqla dərs saatı 36 saat və 2024-cü ilin oktyabr ayından 2025-ci ilin sentyabr ayı daxil olmaqla dərs saatı 21 saat, 2025-ci ilin oktyabr dekabr ayları üzrə isə dərs saatı 22 saat götürülmüşdür. Hazırkı rəyin tədqiqi hissəsində göstərildiyi kimi, Azərbaycan Respublikasının Vergi məcəlləsinin 102.3. maddəsinə əsasən İ və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200,00 manat məbləğində azaldılır. Qeyd edilən qanuna uyğun olaraq iş materiallarında olan Əmək haqqının hesablanması üzrə ƏƏMNS yanında X2 Xidməti Mil-Muğan Regional Təhsil Idarəsinin arayışında göstərilənlər məlumatlar əsasında İddiaçı ##.##.2014-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üzrə II qrup əlilliyi nəzərə alınmaqla tətbiq edilməli olan vergi güzəştlərinin tam şəkildə tətbiq olunması və nəticədə əmək haqqından çıxılmalı olmayan əlavə məbləğlərin olmadığı müəyyən edilir. Eyni zamanda qüyd edilir ki, ##.##.2011-ci il tarixdən ##.##.2014-cü il tarixədək olan dövrlər üzrə əmək haqqının hesablanmasına dair sənədlər və məlumatlar iş materiallarında mövcud deyildir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Kollegiya mübahisəyə hüquqi qiymət verməzdən əvvəl qeyd edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## ####### tarixli Qərarı). Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və başa düşülən qaydada müəyyən edilməsi üçün həm iddiaçı tərəfin həm də cavabdeh tərəfin təqdim etdiyi sübutları məhkəmənin müəyyən etdiyi işin həqiqi halları iiə müqayisəli tədqiq edərək aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. Iddiaçı İddiaçı iddia tələbinin əsası ondan ibarətdir ki, onun ##.##.2011-ci ildən - ##.##.2017-ci ilədək müddətdə məktəbdə laborant vəzifəsində işlədiy dövrünü onun pedaqoji stajı olması kimi nəzərə alınmaması və bununla da əmək haqqı hesablanarkən həmin dövr üçün pedaqoji staja görə əmək haqqına əlavələr tətbiq edilməməsi, onun II qrup əlil olduğu halda 2022ci ilədək dövr üçün ona vergi güzəştlərinin tətbiq edilməməsi və əmək haqqına 25% əlavələrin edilməməsi, lakin onun müraciəti əsasında 2022-ci ildən sonra II qrup əlil olduğuna görə əmək haqqı düzgün hesablanması hallarına əsaslanmışdır. Iddiaçı İddiaçı ##.##.2011-ci ildən - ##.##.2017-ci ilədək müddətdə məktəbdə laborant vəzifəsində işlədiyi dövrünü onun pedaqoji stajı olması kimi müəyyən edilməsini və bununla da həmin pedaqoji staj nəzərə alınmaqla əmək haqqına əlavələrin tətbiq edilməsini tələb etməsi ilə bağlı kollegiya qeyd edir ki, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2016-cı il tarixli *** nömrəli Qərarına əsasən Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının məbləği pedaqoji stajından asılı olaraq müəyyən edilmişdir. “xxxx” Qanunun 31.0.2-ci maddəsinə əsasən təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, rezidentlərin kuratorları, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədrisköməkçi işçilər, dayələr, təlimatçılar, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, nəşriyyatredaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlimtərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər, habelə sosial müdafiə və digər orqanların, eləcə də tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri hesab edilirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## ###### 2017-ci il tarixli **-* nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3”na əsasən - Kitabçada müəyyən rəhbər və mütəxəssis vəzifələrinin ödəniş dərəcələrinə ixtisas tələblərində pedaqoji staja olan tələblər müəyyən edilir. Pedaqoji staj dedikdə “xxxx” Qanunla təhsilverən (pedaqoji işçi) hesab edilən işçinin təhsil müəssisələrində, eləcə də pedaqoji proseslə bağlı olan digər müəssisələrdə dərs yükü aparmaqla və ya tədris, təlim-tərbiyə işlərini həyata keçirdiyi ümumi əmək stajının müddəti başa düşülür. Həmin normativ sənədlə təsdiq edilmiş laborant vəzifəsinin əmək funksiyasına görə laborantlaboratoriya avadanlığının, cihazlarının, informasiya-kommunikasiya texnologiyalarının, təlimin texniki vasitələrinin işlək halda olmasına çalışır, onların əldə edilməsi, zavod və emalatxanalarda təmiri üçün xüsusi sifariş hazırlayır, kimyəvi reaktivlərin düzgün saxlanması və istifadə olunmasını təmin edir. Avadanlıqları, cihazları, reaktivləri laboratoriya işlərində, dərslərdə və məşğələlərdə istifadə olunması üçün hazırlayır, həmin avadanlıqların müvafiq təlimatlara və digər texniki sənədlərə uyğunluğunu yoxlayır. Müəllimləri dərs məşğələsi üçün lazım olan materiallarla təmin edir. Göründüyü kimi laborant vəzifəsinin əmək funksiyasında hər hansı dərs yükü aparmaq və ya tədris, təlim-tərbiyə işlərini həyata keçirilməsi ilə bağlı qeyd yoxdur. Qeyd olunanlar nəzərə alınaraq laborant vəzifəsi pedaqoji işçi siyahısında olsa da həmin vəzifə üzrə əmək fəaliyyətinə aid dövr pedaqoji staj hesab edilmir. Beləliklə məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı İddiaçı 2011- 2014-cü illərdə Sabirabad rayonu Ətcələr kənd tam orta məktəbində fizika laborantı vəzifəsində, 2014-2017-ci illərdə Sabirabad rayonu Ətçələr kənd tam orta məktəbində informatika laborantı vəzifəsində işlədiy dövrdə hər hansı dərs yükü aparmamış və ya tədris, təlim-tərbiyə işlərini həyata keçirilməmişdir və məhz bu səbəbdən də onun əmək fəaliyyətinin həmin dövrü pedaqoji staj hesab edilməmişdir. Yəni “xxxx” Qanunun 31.0.2-ci maddəsinə əsasən təhsilverənlər (pedaqoji işçilər) anlayışının açıqlamasında laborantlar da pedaqoji işçilər sırasına aid edilsə də, lakin pedaqoji staj hesablanarkən məhz dərs yükü aparmış və ya tədris, təlim-tərbiyə işlərini həyata keçirmiş şəxslər nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, iddiaçı İddiaçı 2011-2017-cü illər dövründə Sabirabad rayonu Ətcələr kənd tam orta məktəbində laborant vəzifəsində işlədiy dövrü düzgün olaraq pedaqoji staj kimi hesablanmamışdır. Bundan başqa Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 1994-cü il tarixli *** nömrəli Qərarının 5.4-cü bəndinə əsasən (Əlilliyi olan şəxslərin gəlirlərinin müntəzəm artmasının təmin edilməsi) - Əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin və ya əlilliyi olan uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin və ya əlilliyi olan uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi qərara alınmışdır. İddiaçı əlillik dərəcəsi nəzərə alınmaqla əmək haqqına əlavələr 2014-cü ilin noyabr ayından etibarən 20% olaraq ödənilmiş, 2020-ci ilin fevral ayından isə onun əmək haqqına əlavələr 25% olaraq hesablanmış və ödənilmişdir. Lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli ##.##.2026-cı il tarixli */**** saylı ekspert rəyində qeyd olunduğu kimi II qrup əlilliyi nəzərə alınaraq əmək haqqına edilən əlavələr 25%- lə hesablandığı təqdirdə 890,00 manat təşkil edir. Nəticədə isə İddiaçı 178,00 manat məbləğində pulun az ödənildiyi müəyyən olunur. Həmçinin ekspert rəyində ##.##.2017-ci il tarixdən sonrakı dövr üçün İddiaçı II qrup əlilliyi nəzərə alınaraq əmək haqqına 25% əlavələrin hesablanaraq ödənilmədiyi müəyyən edilir. Belə ki, həmin dövr üzrə əmək haqqına müxtəlif aylarda fərqli faiz dərəcələri ilə ümumilikdə 7429,61 manat hesablanmışdır. Lakin əmək haqqına əlavə edilməli olan 25%-lə hesablanmaqla həmin 8017,46 manat məbləğində manat təşkil edir. Nəticədə isə İddiaçı 587,85 manat məbləğində pulun az hesablandığı müəyyən edilir. Beləliklə göründüyü kimi İddiaçı II qrup əlilliyi nəzərə alınaraq əmək haqqına 25% deyil 20% əlavələr hesablanmaqla nəticədə ##.##.2014-cü il tarixdən - ##.##.2017-ci il tarixədək dövr üçün İddiaçı əlavə 178,00 manat məbləğində az hesablanmış, ##.##.2017-ci il tarixdən sonra isə iddiaçının qeyd etdiyi 2022- ci il dövr üçün isə 587,85 manat məbləğində pulun az hesablandığı müəyyən edilir. Iddiaçı İddiaçı hazırda 2022-ci ildən əvvəlki dövr üçün II qrup əlil olduğuna görə nəzərə alınmayan güzəştlər tətbiq edilməklə əmək haqqına əlavələrin hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Iş materiallarından və işin araşdırılması hallarından görünür ki, iddiaçı İddiaçı II qrup əlilliyi ilə bağlı sənədlərini işə qəbul olunarkən təqdim etmiş, lakin 2022-ci ildən əvvəlki dövr üçün tələb etdiyi maddi ziyanın (əmək haqqına ödənilməli olan əlavələrin) əvəzinin ödənilməsi barədə iddia ilə məhz ##.##.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmişdir və bununla da bu qəbildən olan işlər üzrə müəyyən olunmuş 1 illik iddia müddətini ötürmüşdir. Göründüyü kimi iddiaçı İddiaçı əlillik dərəcəsi nəzərə alınmaqla əmək haqqına əlavələrin düzgün müəyyən edilməsinə münasibətdə tələbi qismən əsaslı olsa da o, iddia müddətini ötürməklə məhkəməyə müraciət etmiş, cavabdehin nümayəndəsi də iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin. 294 və 296cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarıda qeyd edtmişdir ki, Fərdi əmək mübahsiələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən Mülki məcəlləni 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 ve 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" 2013-cü il # #### tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtinda həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Göründüyü kimi iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslıdır. Iddia tələbinin təmin edilməməsi əsaslarından biri də müddətin ötürülməsi ilə məhkəməyə müraciət olunması, ötürülmüş müddətin bərpası ilə bağlı ərizə verilməməsidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar