Məhkəmə qərarları › İş №2(3-6)-2151/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2151/2026

16.09.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2151/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh 0Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mədəniyyət Baş İdarəsi) qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkilləri vəkil2 və vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh 0Cavabdeh qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mədəniyyət Baş İdarəsi olmaqla “işə bərpa, əmrin ləğvi edilməsi, məcburi iş buraxma günələri üçün əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabaunçu Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh 0Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi, İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh 0Cavabdeh qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürmyən üçüncü şəxs Bakı şəhər Mədəniyyət Baş İdarəsi olmaqla "işə bərpa, əmrin ləğv edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ## ##### 2025- ci tarixli əmrinin ləğv olunaraq yenidən işə bərpa olunmağını və məcburi işburaxma günləri üçün ödənilməmiş əməkhaqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ##.##.1998-ci il tarixdən Cavabdeh fortepiano şöbəsibdə müəllim kimi işləyir. İşlədiyi müddət ərzində hər zaman öz işində yüksək peşəkarlıq və bilik, ciddi nizam-intizam nümayiş etdirmiş, daxili və ümumi qanunvericiliyə uyğun xidmət göstərmiş, heç bir pozuntuya yol verməmişdir. Lakin ## ##### 2025-ci il tarixdə Cavabdeh əmrilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Əsassız yerə işdən çıxarıldığı günədək 26 il 5 ay müddətində iş stajı mövcuddur. Onun müəllim kimi fəaliyyətinin qiymətləndirilməsi üçün ##.##.2025-ci il tarixdə o, attestasiyadan keçirilmiş və keçirilmiş attestasiyanın nəticələrinə görə iş fəaliyyətinə uyğun olmaması nəticəsinə gəlinmişdir. Lakin keçirilmiş attestasiya qeyriobyektiv, qərəzli və qanunvericiliyin tələblərinə əməl edilmədnə aparılmışdır. Belə ki, attestasiya zamanı doğru- düzgün səkildə yoxlama aparılmamış, ixtisasından kənar suallar verilmiş, verilmiş sualları aktiv və hərtərfli şəkildə cavablandırmağına baxmayaraq, eyni zamanda sualların cavablarına ətraflı izahlar verməyinə baxmayaraq suallara doğru-düzgün cavab vermədiyi bildirilmişdir. Belə ki, ona F.Sonenin neçə konserti olduğu sualı verilmiş, o da düzgün olaraq iki konsertinin olduğunu bildirmişdir. Lakin onun bu dorğu cavabının səhv olduğunu bildirmişdilər. Qeyd etmişdir ki, keçirilmiş attestasiya video çəkiliş istifdə edilməklə həyata keçirilmişdir və zalda da bir neçə kamera var idi. Qanunvericliyin tələblərinə görə də Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 1-ci bəndinə əsasən Attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. Lakin bununla bağlı heç bir tədbir görülməmiş, sadəcə olaraq attestasiyanın keçirilməsi bildirilmişdir. Ümumiyyətlə attestasiyaya hazırlaşmaq üçün heç bir şərait belə yaradılmamışdır. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. Həmçinin onu da qeyd etmişdir ki, attestasiya komissiyasının sədri və üzvlərinin onun ixtisasını üzrə mütəxəsiss olması, həmin şəxslərin onun ixtisasından məlumatlı olması da sual altındadır. Bundan baş bugünkü günədək Attestasiya vərəqəsi ona göndərilməmiş, onun həmin vərəqəyə baxış keçirməyinə şərait yaradılmamışdır. Keçirilmiş attestasiya nəticəsində 2 nəfər lehinə səs vermişdir. Həmçinin həmin attestasiya vərəqəsi də tərəfindən imzalanmamışdır. Bundan başqa attestasiya keçirilən zaman zalda attestasiya komisiyasınm sədri, üzvləri və katibdən başqa bir neçə nəfər digər şəxslərdə var idi ki, o, onların kim olduğunu bilmirmiş və zalda olan heç bir kəs özünü təqdim belə etməmişdir. Zalda daxil olduqdan sonra tez tələsik şəkildə suallar verməyə başlamış, heç ona suallara cavab verməyə imkan belə vermədən düzgün cavab vermədiyimi söyləyərək növbəti sualı vermişdilər. Sanki bir məqsəd var idi atestasiyanı tez keçirək və əlehinə qərar verək. Attestasiya zamanı verilmiş sualların əksəriyyətinin cavabları yanlış göstərilmişdir. Maraqlısı budur ki, 26 il yarımlıq müddət ərzində 1 dəfə olsun belə attestasiya olunmamışdır. Şagirdləri isə kifayət qədər uğurlu nəticələr əldə etmişdir. 26 il yarımlıq müddət ərzində bilik qazanmış şagirdlərinin sayı hesabı mövcud devildir. 26 il müddətdən sonra qəsdən işdən azad etmək məqsədilə attestasiya keçirilməsi, attestasiyanı qanunamüvafiq aparılmaması isə qəbul edilməzdir. O, fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə ##.##.2025-ci il tarixdə keçirilmiş attestasiya nəticəsində qəbul edilmiş qərardan və bu qərar əsasında cavabdeh müəsissənin onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrdən qətiyyən razı deyil. Həmin qərar və əmr tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 5 və 6-cı bəndlərinə əsasən İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Barəsində bu əsassız əmrlə işdən çıxarıldıqdan sonra onun səhhətində ciddi problemlər yaranmış, uzun müddət həkim nəzarətində qalmışdır. Həmin müddətdə ona olduqca ağır mənəvi və maddi ziyan da dəymişdir. Uzun müddət stress çəkmiş, ağır əsəb və həyəcan yaşamışdır. Eyni zamanda işsiz qaldığı üçün isə borclarının yaranmış, hüquqlarının müdafiəsi üçün tərəfindən vəkilə xidmət haqqı ödənmiş və.s maddi ziyan olmuşdur. İşdən çıxarılarkən iş yeri tərəfindən onunla son haqq-hesab edilməmişdir. Cavabdehlə aralarında olan mübahisəsinin məhkəmədən kənar həllinə nail olmaq üçün qanunvericiliyin tələbinə uyğun olaraq tərəfindən mediasiya təşkilatına müraciət olunmuş, lakin aralarında olan mübahisənin həlli mediasiya vasitəsi ilə mümkün olmayıb, mediatorun bu barədə arayışını hazırki iddia ərizəsinə əlavə edir.

3. Bakı şəhəri Sabaunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(008) -****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ** saylı Uşaq Musiqi Məktəbinin ## ##### 2025-ci il tarixli, ** nömrəli əmri ləğv edilmiş, İddiaçı ** saylı Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi vəzifəsinə bərpa edilmiş, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh ** saylı Uşaq Musiqi Məktəbindən tutularq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə keçirilmiş attestasiyanın nəticələrinə uyğun olaraq işdən çıxarılmış olsa da, onun işdən çıxarılması üçün əsas olan sənədlər, yəni attestasiya vərəqəsi və attestasiya komisyasının qərarı məhkəməyə nə işdən çıxarma əmrinə verən məktəb tərəfindən, nədəki məhkəmə tərəfindən sorğu göndərilən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilməmişdir. Yalnız məhkəməyə attestasiya keçirilməsinə dair vidoegörüntü təqdim edilmişdir. Lakin həmin görüntülərdən verilən suallara iddiaçı tərəfindən verilmiş cavabların doğru və ya yalnış olması müəyyən edilə bilməmiş, həmçinin komissiya tərəfindən cavabların tamlığına münasibət bildirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki iddiaçının işdən çıxarılmasına əsas olan sənəd attesstasiya vərəqəsi və attestasiya komisyasının qərarı sübut təqdim etməli olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir, sözügedən attestasiyanın qanunvericiliyin tələblərinə uyğun keçirilib-keçirilməməsi, iddiaçıya verilmiş sualların onun ixtisas sahəsinə aid olması və ya verilən suallara yalnış və ya doğur cavab verilməsi məhkəmə tərəfindən müəyyən edilə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65, 67, 70, 288, 300-cü maddəsilərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

4. 0Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. 0Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının kobud səviyyədə pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Həmin qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və bu da öz növbəsində işin halarına uyğun gəlməyən nəticəyə səbəb olmuşdur. Bu səbəbdən də hesab olunur ki, qanuni əsası olmayan həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 11-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla Əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci hissəsinə görə, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, onların ixtisasına və sənətinə uyğun olaraq tutduqları vəzifəyə (peşəyə) uyğunluğunun müəyyən edilməsi məqsədilə, 66-cı maddədə göstərilən işçilər istisna olunmaqla, digər işçilərin attestasiyası keçirilə bilər. Qanunun sistemli təhlilindən açıq şəkildə görünür ki, həm attestasiyanın keçirilməsi, həm də attestasiya nəticələrinə istinad etməklə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi işəgötürənin qanunla tanınmış hüququdur. Hazırkı mübahisə üzrə cavabdeh – Bakı Şəhər Cavabdeh tərəfindən attestasiyanın keçirilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Attestasiyanın keçirilməsində əsas məqsəd işçilərin peşəkarlıq səviyyəsini obyektiv şəkildə qiymətləndirmək və nəticə etibarilə tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilən işçilərlə bağlanmış əmək müqavilələrinə xitam vermək olmuşdur. Əks halda, yəni attestasiya komissiyası tərəfindən “tutduğu vəzifəyə uyğun deyil” rəyinin verilməsinə baxmayaraq, işçi ilə əmək münasibətlərinin davam etdirilməsi halında, attestasiyanın keçirilməsi üçün geniş təşkilati tədbirlərin görülməsi, attestasiya komissiyasının fəaliyyətinə vaxt, maliyyə və insan resurslarının ayrılması məntiqsiz və əsassız olardı. Bundan əlavə, attestasiya komissiyasının mənfi rəy verdiyi işçinin müəssisədə saxlanılması, attestasiya prosesinə ciddi və məsuliyyətlə hazırlaşaraq müsbət nəticə əldə etmiş digər işçilərə münasibətdə ədalət və bərabərlik prinsiplərinin pozulmasına gətirib çıxarardı. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı İddiaçı cavabdeh müəssisədə müəlim vəzifəsində çalışmış və birbaşa olaraq uşaqların təhsil və tərbiyəsində, yəni cəmiyyət və dövlət üçün xüsusi ictimai əhəmiyyət kəsb edən bir sahədə fəaliyyət göstərmişdir. Belə bir vəzifəni tutan şəxsin peşəkarlıq səviyyəsinin tutduğu vəzifəyə uyğun olmadığı səlahiyyətli kollegial orqan – attestasiya komissiyası tərəfindən müəyyən edildiyi halda, işəgötürənin həmin şəxslə bağlanmış əmək müqaviləsinə xitam verməsi qanunauyğun və zəruri hesab edilməlidir. Beləliklə, işəgötürən qərar qəbul edərkən subyektiv mülahizələrə deyil, kollegial və səlahiyyətli orqan olan Attestasiya Komissiyasının rəyinə istinad etmiş, təhsilin əhəmiyyəti, təhsil sisteminin keyfiyyəti və cəmiyyətin maraqları prizmasından çıxış edərək qanunvericiliyin tələblərinə uyğun hərəkət etmişdir. Nəticə etibarilə, işəgötürən tərəfindən qəbul edilmiş qərar zamanı Azərbaycan Respublikası Əmək Məcələsində nəzərdə tutulmuş heç bir maddi hüquq norması pozulmamış, əmək müqaviləsinə xitam verilməsi qanuni, əsaslı və məqsədəuyğun olmuşdur. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c)” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilməsi əsaslarından biri də peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsidir. Həmin maddənin qeyd hissəsinə əsasən, «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcələnin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması səbəbindən tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün qanuni əsasdır. Eyni zamanda, Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən, işəgötürənin əsas hüquqlarından biri də bu Məcələ ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etməkdir. Sabunçu Rayon Məhkəməsi iş üzrə düzgün hüquqi qiymətləndirmə aparmayaraq yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə attestasiya komissiyası tərəfindən tərtib edilmiş attestasiya vərəqəsində işəgötürənə hər hansı tövsiyənin qeyd olunmamasını, habelə Əmək Məcəlləsində nəzərdə tutulmuş “işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ya ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsi, yaxud işçinin razılığı ilə başqa müvafiq vəzifəyə keçirilməsi” kimi imkanlardan istifadə edilməməsini nöqsan kimi qiymətləndirmişdir. Lakin nəzərə alınmamışdır ki, “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli ** nömrəli Qərarının 2.6-cı maddəsinə əsasən, attestasiya komissiyasının tövsiyələrindən biri işçinin tutduğu vəzifəyə uyğun olmaması halında onun işdən azad edilməsidir. Cavabdeh də məhz bu normaya uyğun olaraq attestasiya komissiyasının nəticələrinə əsasən iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş işçinin peşə hazırlığının artırılması, yeni ixtisasa yiyələndirilməsi və ya başqa vəzifəyə keçirilməsi ilə bağlı tədbirlər işəgötürən üçün imperativ deyil, dispozitiv xarakter daşıyır. Yəni bu hüquqlardan istifadə edilibedilməməsi işəgötürənin mülahizəsinə buraxılmışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə qanunsuz və əsassız olduğu, nəticə etibarilə isə apellyasiya instansiyası tərəfindən ləğv edilməsinin zəruri olduğu qənaətinə gəlinir.

6. Apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

7. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi-vəkilləri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

8. İş üzrə cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələri iştirak etməmişlər. Məhkəmə kollegiyası, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. İş materiallarında olan 0Cavabdeh tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli ** nömrəli əmrin surətindən görünür ki, Bakı şəhəri 0Cavabdeh Attestasiya Komissiyası ## #### 2025- ci il tarixli qərarını və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığı nəzərə alınaraq, Bakı şəhər 0Cavabdeh fortepiano müəllimi İddiaçı ## ##### 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin "c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

10. Həmin əmrdə qeyd edilmişdir ki, Bakı şəhəri 0Cavabdeh Attestasiya Komissiyası ## #### 2025-ci il tarixli qərarı ilə həmin məktəbin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub-olmadığına dair məlumatın təqdim edilməsi İddiaçı təklif edilmiş, lakin sonuncu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmasına dair məlumat verməkdən imtina etmişdir. (akt tərtib olunmuşdur).

11. İş materiallarında olan İddiaçı məxsus ИТ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ** saylı Uşaq Musiqi məktəbinin ## ######## 1998ci il tarixli, ** nömrəli əmrinə əsasən ** saylı Uşaq Musiqi məktəbinə fortepiano müəllimi kimi işə qəbul edilmişdir.

12. İş materiallarında olan ##.##.1997-ci il tarixli diplomdan görünür ki, Məmmədova (Paşayeva) Yeganə Bağır qızı Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının müsiqişünaslıq fakultəsini bitirmişdir.

13. İş materiallarında olan Bakı ** saylı Mediasiya Təşkilatının ilkin dmediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/**/****-***** nömrəli ##.##.2025-ci il tarixli arayışından görünür ki mediasiya sessiyasında İddiaçı Bağlr qızı iştirak etmiş 50 manat mediasiya xərci 10 manat poçt xidməti vermişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli “sübutların təqdim edilməsi” barədə qərardadı ilə Bakı şəhəri 0Cavabdeh Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli Qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və ##.##.2025-ci il tarixli * nömrəli protokol barədə məlumat Bakı şəhəri 0Cavabdeh Attestasiya Komissiyasından götürülməsi qərara alınmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli “sübutların təqdim edilməsi” barədə qərardadı ilə Bakı şəhəri 0Cavabdeh Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli Qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və ##.##.2025-ci il tarixli * nömrəli protokol barədə məlumat Bakı şəhəri Mədəniyyət Baş İdarəsindən götürülməsi qərara alınmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə məhkəmənin “sübutların təqdim edilməsi” barədə qərardadı icra olunmadığından Bakı şəhəri Mədəniyyət Baş İdarəsi 500 (beş yüz) manat miqdarında cərimə edilmiş və həmin qurumdan tutulan cərimə dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmaması xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və tətbiq edilməli qanunvericiliyi araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddənin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. 35-ci maddənin II hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35-ci maddənin VI hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. -65.3-cü maddəsinə əsasən işə götürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. -65.4-cü maddəsinə əsasən attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. -65.5-ci maddəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. -65.6-cı maddəsinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. -65.7-ci maddəsinə attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. -67.1-ci maddəsinə əsasən Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər. -67.2-ci maddəsinə əsaəsn işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. -68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. -70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər: -76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. -83.1-ci maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. -288-ci maddəsinə əsasən işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi əsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. -296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. - 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.

23. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. 24.Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ** saylı Uşaq Musiqi məktəbinin ## ######## 1998-ci il tarixli, ** nömrəli əmrinə əsasən ** saylı Uşaq Musiqi məktəbinə fortepiano müəllimi vəzifəsində işləyib və ##.##.2025-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilib. Hazırda isə iddiaçı ##.##.2025-ci il tarixli əmri mübahisələndirir. İddiaçı tələbində məhkəmədən cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi, iş yerinə bərpa olunmağı, buraxılmış iş günlərinin əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Mübahisələndirlən 0Cavabdeh tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli ** nömrəli əmrin surətindən görünür ki, Bakı şəhəri 0Cavabdeh Attestasiya Komissiyası ## #### 2025- ci il tarixli qərarını və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığı nəzərə alınaraq, Bakı şəhər 0Cavabdeh fortepiano müəllimi İddiaçı ## ##### 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin "c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. 25.Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin II, IV, VI hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və II hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. 26.Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 27.Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-nin 70-ci maddəsində göstərilmişdir. Belə ki, ƏM-nin 70-ci maddəsinin «c» bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

28. Beləliklə, 70-ci maddənin “c” bəndi üzrə xitam üçün yalnız işəgötürənin əmrinə istinad edilməsi kifayət deyildir. İşəgötürən tərəfindən: -attestasiya komissiyasının yaradılması; - həmin komissiyanın səlahiyyətli olması; - attestasiyanın qanunla müəyyən edilmiş qaydada keçirilməsi; - komissiyanın işçini tutduğu vəzifəyə uyğun hesab etməməsi barədə qərar qəbul etməsi; - həmin qərarın lazımi qaydada rəsmiləşdirilməsi sübuta yetirilməlidir.

29. İş materiallarından görünür ki, cavabdeh iddiaçının ## #### 2025-ci il tarixində attestasiyadan keçirildiyini və nəticədə onun tutduğu vəzifəyə uyğun olmadığı barədə nəticəyə gəlindiyini bildirsə də, həmin nəticəni təsdiq edən attestasiya vərəqəsini məhkəməyə təqdim etməmişdir. Halbuki Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri, qiymətləndirmə və tövsiyələr, işçiyə verilən sualların və cavabların qısa məzmunu attestasiya vərəqəsinə yazılmalı və vərəqə attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanmalıdır. Hər işçiyə ayrıca attestasiya vərəqəsi doldurulmalı və onun şəxsi işində saxlanılmalıdır. Qaydaların əlavəsində attestasiya vərəqəsinin özündə komissiyanın nəticəsi, səsvermənin nəticələri, komissiyanın tövsiyələri, komissiya üzvlərinin imzaları, attestasiya tarixi, işçinin vərəqə ilə tanış olması və attestasiya nəticələrinə görə müəssisə rəhbərinin qərarı üçün ayrıca bölmələr nəzərdə tutulmuşdur. Beləliklə, attestasiya vərəqəsi attestasiyanın nəticəsini rəsmiləşdirən mühüm ilkin sənəddir. Hazırkı işdə isə həmin sənəd yoxdur.

30. Bundan daha mühüm hal ondan ibarətdir ki, cavabdeh tərəfindən attestasiya komissiyasının iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı barədə qərarı da məhkəməyə təqdim edilməmişdir. Bu hal xüsusi hüquqi əhəmiyyət daşıyır. Çünki Əmək Məcəlləsinin 67.1-ci maddəsi əmək müqaviləsinə 70-ci maddənin “c” bəndi ilə xitam verilməsinin hüquqi əsasını attestasiya komissiyasının qərarı ilə əlaqələndirir. -Qaydaların 2.5-ci bəndinə əsasən attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. - Qaydaların 2.6-cı bəndinə görə isə komissiya işçinin tutduğu vəzifəyə uyğun olduğu və ya uyğun olmadığı barədə iki qərardan yalnız birini qəbul edir. -Qaydaların 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçiyə komissiyanın iclasından sonra elan edilməlidir. Belə olan halda, işçinin vəzifəyə uyğun olmadığı barədə qərarın özü məhkəməyə təqdim edilmədiyi halda, məhkəmənin həmin qərarın: -qəbul edilib-edilmədiyini; - hansı tarixdə qəbul edildiyini; - hansı komissiya tərəfindən qəbul edildiyini; - komissiyanın səlahiyyətli olub-olmadığını; - hansı səsvermənin nəticəsində qəbul edildiyini; - hansı faktiki əsaslara söykəndiyini; - işçiyə elan edilib-edilmədiyini yoxlaması mümkün deyildir. Bu sənədlərin yoxluğu işəgötürənin istinad etdiyi hüquqi əsasın sübuta yetirilməməsi deməkdir.

31. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, attestasiya sadəcə işçiyə “attestasiya keçirildi” məzmunlu məlumat verilməsindən ibarət formal prosedur deyildir. Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən attestasiya işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının və tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsi məqsədi daşıyır. Həmin maddə attestasiya komissiyasının yaradılması, tərkibi, işçiyə verilə biləcək suallar və işçinin vəzifəyə uyğunluğunun müəyyən edilməsi zamanı nəzərə alınmalı hallarla bağlı tələblər müəyyən edir. Qaydaların 1.2-ci bəndinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Qaydaların 2.2-ci bəndinə əsasən attestasiya komissiyası işçinin gördüyü işlər barədə məlumatı dinləməli və təqdim edilmiş sənədləri nəzərdən keçirməlidir; işçinin müzakirəsi tələbkarlıq və obyektivlik şəraitində aparılmalıdır.

32. Hazırkı işdə isə attestasiya vərəqəsi və attestasiya komissiyasının qərarı təqdim edilmədiyindən həmin prosedur tələblərinin faktiki olaraq yerinə yetirilib-yetirilmədiyini yoxlamaq mümkün deyil. Başqa sözlə, prosedurun qanuniliyini təsdiq edən sənədlər olmadığı halda, prosedurun qanuni keçirildiyi barədə nəticəyə yalnız işəgötürənin izahatı əsasında gəlmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən iş üçün əhəmiyyətli olan hallar qanunla müəyyən edilmiş qaydada əldə edilmiş sübutlarla müəyyən edilir. Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Hazırkı işdə əmək müqaviləsinə xitamın əsasının mövcudluğuna istinad edən tərəf işəgötürəndir. Bu baxımdan, işəgötürənin üzərinə yalnız “attestasiya keçirilib” faktını bildirmək deyil, işçinin vəzifəyə uyğun olmadığı barədə qanuni qərarın mövcudluğunu və həmin qərarın qanuni prosedur nəticəsində qəbul edildiyini sübut etmək vəzifəsi düşür. 34.Beləliklə, cavabdeh tərəfəndin attestasiya vərəqəsi, attestasiya komissiyasının qərarı, attestasiya nəticələrinin tam sənədləşdirilməsi barədə məlumat və attestasiya prosedurunun qanuniliyini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməyib. Belə vəziyyətdə işəgötürənin 70-ci maddənin “c” bəndinə istinad etməsi əmək müqaviləsinə xitamın qanuniliyini təsdiq edən kifayət qədər sübut hesab edilə bilməz.

35. Məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin göstərilməsi həmin normanın tətbiqi üçün zəruri faktiki və hüquqi əsasların avtomatik olaraq mövcud olması anlamına gəlmir. Əmrdə göstərilən əsasın həqiqətən mövcud olub-olmaması məhkəmə tərəfindən yoxlanılmalıdır. Əks halda, işəgötürən istənilən halda əmək müqaviləsinə xitam əmrində 70-ci maddənin “c” bəndinə istinad etməklə xitamın qanuniliyini formalaşmış hesab edə bilər ki, bu da məhkəmə müdafiəsinin mahiyyətinə uyğun olmazdı. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən işəgötürən əmək müqaviləsinə xitam verilməsi əsaslarını və ya xitam qaydalarını pozduqda, məhkəmə işin faktiki hallarını araşdıraraq işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi məhz bu halları nəzərə alaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. 36.Cavabdehin apellyasiya şikayətində attestasiya keçirildiyi və iddiaçının vəzifəsinə uyğun olmadığı göstərilsə də, bu dəlillər yuxarıda qeyd edilən sənədlərlə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi işəgötürənin yalnız xitam əmrində göstərdiyi əsasa deyil, həmin əsasın faktiki mövcudluğunu təsdiq edən sübutlara qiymət verməlidir. Attestasiya vərəqəsinin və attestasiya komissiyasının qərarının təqdim edilməməsi şəraitində iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı barədə nəticənin hansı hüquqi və faktiki əsaslarla qəbul edildiyini müəyyən etmək mümkün deyil. Buna görə də apellyasiya şikayətinin həmin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas yaratmır.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki: - iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi üçün zəruri hüquqi əsasın mövcudluğu sübuta yetirilməmişdir; - attestasiya komissiyasının qərarı məhkəməyə təqdim edilməmişdir; - attestasiya vərəqəsi məhkəməyə təqdim edilməmişdir; -attestasiya prosedurunun qanunvericiliyin tələblərinə uyğun keçirilməsi təsdiq olunmamışdır; - işəgötürən əmək müqaviləsinə xitamın qanuniliyini və əsaslılığını təsdiq edən kifayət qədər mötəbər sübut təqdim etməmişdir; - birinci instansiya məhkəməsinin qətnaməsi işin müəyyən edilmiş faktiki hallarına və tətbiq edilməli hüquq normalarına uyğundur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 38.Həmçinin qeyd edilməlidir ki, Konstitusiyanın 42-ci maddəsinin İ, III və V hissələrinə görə, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir və dövlət minimum təhsil standartlarını müəyyən edir. Bu hüquq, həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə məsələn, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 26-cı, “İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt”ın 13cü, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın * saylı Protokolunun 2-ci maddələrində də öz əksini tapmışdır. Sosial hüquqlardan biri olan təhsil hüququnun təmin edilməsi dövlətin xüsusi məqsədlərindən biridir və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsinə xidmət edir. Belə ki, Konstitusiyanın 16-cı maddəsinin II hissəsinə uyğun olaraq Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur. Təbii ki, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri keyfiyyətlilikdir ki, bu prinsip təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu nəzərdə tutur.

39. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı uşaq musiqi məktəbində fortepiano müəllimi vəzifəsində işləyir və bir müəllim kimi ilk növbədə keyfiyyətli təhsil vermək, bu sahədə daima nəzəri biliklərini və praktiki vərdişlərini artırmaq vəzifəsini daşıyır. Uşaq musiqi məktəblərində pedaqoji heyətin attestasiyası da məhz təhsilin keyfiyyətinə nəzarətin və müəllimin peşə yararlılığının qiymətləndirilməsinin hüquqi mexanizmidir. Attestasiyanın məqsədi təkcə formal yoxlama deyil, tədris prosesinin düzgün qurulmasını, müəllimin ixtisas biliklərinin, metodiki hazırlığının, musiqi nəzəriyyəsi üzrə baza kompetensiyalarının və şagirdlə işləmə bacarıqlarının real səviyyəsini müəyyən etməkdir. Bu institut dövlətin təhsil sistemində keyfiyyət standartlarının qorunmasına, şagirdlərin bilik və bacarıqlarının düzgün formalaşmasına və təhsil müəssisəsində pedaqoji kadrların uyğunluğunun təmin edilməsinə xidmət edir. Attestasiyadan keçə bilməyən, ixtisas üzrə verilən suallara cavablandırma qabiliyyəti olmayan müəllimin tədrisi davam etdirməsi, şagirdlərin “keyfiyyətli təhsil alma” hüququnun məzmununu faktiki zəiflədir. Çünki belə halda şagirdlər tədris proqramını mənimsəmir, baza nəzəri biliklər formalaşmır, nəticədə onların gələcək musiqi təhsili pillələrinə keçidi, yaradıcılıq potensialı və qiymətləndirmə meyarlarına uyğun inkişafı məhdudlaşır. Bu isə təhsil müəssisəsinin əsas funksiyası olan bilik və bacarıq vermə vəzifəsinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilər və şagirdlərin təhsil hüququna münasibətdə hüquqi baxımdan “real və effektiv təminat” prinsipinə ziddir. Bu kontekstdə dövlətin pozitiv öhdəlikləri - təhsil hüququnun effektiv icrasını təmin edən tədbirlərin həyata keçirilməsi, pedaqoji kadrların seçimini və qiymətləndirilməsininin obyektiv mexanizmlərlə həyata keçirilməsi, minimum peşə standartlarının tətbiq olunması, keyfiyyətə nəzarət və attestasiyanının işlək saxlanılması, zəif nəticə göstərən müəllimlərin tədris prosesinə təsirinin aradan qaldırması və s. bu və digər hallarda xarakterizə olunur. Lakin işçilərin attestasiyası (işçilərin peşə hazırlığı və tutduğu vəzifəyə uyğunluğunun qiymətləndirilməsi) yalnız qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla keçirilə bilər. Attestasiya işçinin əmək hüquqlarına birbaşa təsir edən prosedur olduğundan, onun keçirilmə qaydası əvvəlcədən müəyyən olunmalı, işçiyə vaxtında məlumat verilməli, qiymətləndirmə meyarları aydın və birmənalı olmalı, komissiyanın tərkibi və səlahiyyətləri legitim formalaşdırılmalıdır. Eyni zamanda, attestasiya zamanı işçinin bərabərlik, obyektivlik, qərəzsizlik və müdafiə hüququ təmin edilməli, ona sualların ixtisas və vəzifə tələblərinə uyğunluğu gözlənilməli, nəticələr isə mütləq əsaslandırılmalı və sənədləşdirilməlidir. 40.Belə ki, ƏM-nin 65-ci maddəsində attestasiyanın keçirilməsinin qaydaları və şərtləri dəqiq tənzimlənmişdir (attestasiya komissiyasının yaradılması, tərkibi, işçiyə veriləcək sualların əhatə dairəsi, nəticələrin rəsmiləşdirilməsi və s.). Analoji hallar həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001- ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarında da nəzərdə tutulmuşdur (attestasiya barədə işçilərin xəbərdar edilməsi, keçirilməsi, rəsmiləşdirilməsi və s.).

41. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 42.Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 43.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar