Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1072/2022 15.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanov Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi 27.01.2016-cı il tarixdə vəfat etmiş arvadı X1 miras qalmış ünvan 1 küçəsi 24\30 saylı evə dair mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi 27.01.2016-cı il tarixdə vəfat etmiş arvadı X1 miras qalmış ünvan 1 küçəsi 24\30 saylı evə dair mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X11 izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq Azərbaycan Beynəlxalq Bankı ASC-nin mülkiyyətində olmuş ünvan 1 küçəsi 24\30 ev ünvanında 0,031540 ha torpaq sahəsində yerləşən sahəsi 416 m2 olan fərdi yaşayış evi Aqrarkredit QSC BOKT təhvil verilmiş və həmin əmlak üzərində Aqrarkredit QSC-nin mülkiyyət hüquqlarının qeydiyyatı aparılaraq buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Təhvil verilmiş sənədlər araşdırılarkən məlum olmuşdur ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3067\2012 saylı 30.05.2012-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin cavabdehlər Ərizəçi, X6, X7 və X9 qarşı iddiası qismən təmin edilərək, Ərizəçi iddiaçının xeyrinə 202000 ABŞ dolları məbləğində əsas kredit borcu, 110088 ABŞ dolları məbləğində faiz borcu, 22000 ABŞ dolları məbləğində dəbbə pulu olamaqla cəmi 334088 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə və dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tutmanın banka ipotekaya qoyulmuş X3 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması realizə edilmiş evin dəyərindən 334088 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə məbləğin Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməsi, cavabdeh Ərizəçi, X2, X4 və X8 ipoteka predmeti olan mənzil açıq hərracdan satıldıqdan sonra bir aydan gec olmayaraq həmin mənzildən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən cavabdeh Ərizəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 746/2013 saylı, 16.05.2013-cü il tarixli qətnaməsi ilə cavabdehin şikayəti qismən təmin edilərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3067/2012 saylı, 30.05.2012-ci il tarixli qətnaməsinin dəbbə puluna dair hissədə ləğv edilməsi, dəbbə puluna dair iddia tələbinin təmin edilməməsi Azərbaycan Beynəlxalq Bankı ASC ilə cavabdeh Ərizəçi arasında 21.02.2008-ci il tarixdə bağlanmış 556/01 nömrəli kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi H.Hacıyev küçəsi 24/30 saylı evin ilkin satı qiymətinin 425000 manat məbləğində müəyyən edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 40 manatın iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-dən, 20 manatın isə cavabdeh X5 tutulması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən cavabdeh X10 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3847/13 saylı 28.10.2013-cü il tarixli qərarı ilə həmin şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 16.05.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 16.05.2013-cü il tarixli qətnaməsi əsasında 09.12.2013-cü il tarixdə verilmiş icra vərəqəsi icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmiş və Binəqədi rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlanılmışdır. Qətnamənin icrası ilə bağlı Binəqədi rayon İcra şöbəsinin sifarişi əsasında fərdi yaşayış evi 425000 manat ilkin satış qiyməti ilə Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-də hərrac çıxarılmış, əmlak hərracda satılmadığına görə yekunda 270937 manata Ərizəçi həmin məbləğdə borcunun əvəzində tələbkar Azərbaycan Beynəlxalq Bankı ASC-yə təklif edilmiş, tələbkar isə təklifə razılığını bildirərək Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-nin 05.08.2015-ci il tarixli Y-453 nömrəli hərracın nəticələri haqqında yekun protokoluna və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən fərdi yaşayış evini hərracdan almış və öz adına rəsmiləşdirmişdir. Sonradan isə Azərbaycan Respublikası Prezidentinin 15.07.2015ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq sözügedən fərdi yaşayış evi Aqrarkredit QSC-nin mülkiyyətinə verilmişdir. Fərdi yaşayış evi Aqrarkredit QSC-nin mülkiyyətində olduğundan ərizəçinin həmin əmlaka mirasın qəbul etməsi faktı müəyyən edilə bilməz. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, mülki işin sənədlərini tədqiq edib ərizənin baxılmamış saxlanması qənaətinə gəlir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25.10.2007-cı il tarixli Seriya MH ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi H.Hacıyev küçəsi 24\30 saylı ev X2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 6370 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 29.04.2016-cı il tarixli Seriya RX ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi H.Hacıyev küçəsi 24\30 saylı ev Azərbaycan Beynəlxalq Bankı ASC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 16.09.2020-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi H.Hacıyev küçəsi 24\30 saylı ev Aqrarkredit QSC BOKT-un adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Həmin Məcəllənin 306.4.-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin MPM-nin 259.0. maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; Ərizəyə məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Ərizəçi ərizəsində 27.01.2016-cı il tarixdə vəfat etmiş arvadı X1 miras qalamasını qeyd etdiyi ünvan 1 küçəsi 24\30 saylı ev Aqrarkredit QSC BOKT-un mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında qeyd olunmuşdur ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. İstinad olunanlara əsasən məhkəmə hesab edir ki, ünvan 1 küçəsi 24\30 saylı evə dair hüquq barədə mübahisə olduğundan, yəni Ərizəçi maraqlı şəxs Aqrarkredit QSC BOKT-un mülkiyyətində olan daşınmaz əmlakın 27.01.2016-cı il tarixdə vəfat etmiş arvadı X1 miras qalmasını iddia etdiyindən ərizə baxılmamış saxlanmalı, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.10.,263-264-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Ərizəçi 27.01.2016-cı il tarixdə vəfat etmiş arvadı X1 miras qalmış ünvan 1 küçəsi 24\30 saylı evə dair mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququnun olması izah olunur. Qərardaddan 10 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1072/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1072/2022
15.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver