Məhkəmə qərarları › İş №2(3-7)-535/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-535/2026

06.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-535/2026 06.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X6 ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, Ərizəçi Ərizəçi, maraqlı şəxslər X3 və X7 qanuni nümayəndəsi maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi Ərizəçi maraqlı şəxslər * saylı Gəncə regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə və maraqlı şəxs2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən maraqlı şəxslər X3 və X7 qanuni nümayəndəsi maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Ərizəçi ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, mərhum X4 miras qalmış Gəncə şəhəri, 3-cü mikrarayon, ** nömrəli evin, ** saylı mənzilin miras əmlak kimi qəbul etməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, 3-cü mikrarayon,** nömrəli evin, ** saylı mənzil mərhum atası X4 miras qalmışdır. Atasının ölümündən sonra mirası faktiki olaraq qəbul etmişdir. Maraqlı şəxs kimi qeyd etdiyi maraqlı şəxs2 ilə atasının evliliyindən ondan başqa övladları olmamışdır. X4 ## ###### 2023-cü il tarixdə vəfat etmişdir. Atasının atası X8 isə ## ###### 1993-cü ildə, anası X2 ## ### 2016-cı ildə vəfat etmişlər. Birinci növbə vərəsə kimi miras mülkə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Lakin, mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməyi ilə əlaqədar * saylı Gəncə regional "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən Notariat ofisi vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Əslində mirası vaxtında qəbul etmişdir və miras əmlakın mülkiyyətçisi hesab edilir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim X.Səfərli) ərizə təmin edilərək, X4 miras qalmış ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməsi qət edilmişdir. Qətnamədən maraqlı şəxslər X3 və X7 qanuni nümayəndəsi maraqlı şəxs1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Halbu ki, miras qoyan X4 Pərviz adlı uşağının olması nəzərə alınmamışdır. Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışa istinad edilmişdir. Həmin arayışda miras qoyanın oğlu kimi X5 da adı qeyd edilmişdir. Işə baxan məhkəmə isə qeyd olunan bu halı araşdırmamış, yalnız iddiaçının dediklərinə əsaslanaraq miras qoyanın başqa varisinin olmadığı qənaətinə gəlmişdir. Qətnamə rəsmən ona təqdim edilməmiş, ## ###### 2026-cı il tarixdə notariat kontorundan vərəsəlik şəhadətnaməsi almaq istədikdə qeyd edilən miras əmlakla bağlı məhkəmə qətnaməsinin olduğunu bilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Ərizəçi apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Gəncə şəhəri, 3-cü mikrarayon, ** nömrəli evin, ** saylı mənzil 2007-ci ildə atası tərəfindən ona alınmışdır və həmin vaxtdanda atası ilə birlikdə mənzildə yaşamışdır. Qardaşı Pərviz və onun ailəə üzvləri həmin evdə yaşamamışdır. Atasının ölümündən sonrada miras onun tərəfindən qəbul edilmişdir. Qardaşı Pərvizin uşaqlarına mirasdan pay vermək istəmir. Ərizəçi sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs maraqlı şəxs2 izahatında göstərmişdir ki, mübahisəli mənzili 2007-ci ildə qızları Leylaya almışlar, mənzildə hazırda da sonuncu yaşayır. Iş materiallarına əlavə olunmuş Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş # #### 2025-ci il tarixli arayışından müəyyən olunur ki, ## ###### 1960-cı ildə doğulmuş və ## ###### 2023-cü ildə vəfat etmiş X4 ailə tərkibi ## #### 1959-cu il təvəllüdlü maraqlı şəxs2, 5 dekabr 1982-ci il təvəllüdlü Ərizəçi, # ###### 1985-ci ildə anadan olmuş və # ###### 2022-ci ildə vəfat etmiş X5 ibarət olmuşdur. Işə əlavə olunmuş * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış ## ##### 2025-ci il tarixli, *** saylı məktubdan görünür ki, mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aiddiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ## #### 2007-ci il tarixli, ******* saylı çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda istifadədə olan 0.10364 ha torpaq sahəsində yerləşən ** nömrəli, 5 mərtəbəli binanın 4-cü girişin 5-ci mərtəbəsində yerləşən 67.8 kv.m ümumi, 47.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, xüsusi icraat qaydasında baxılan iş üzrə hüquq haqqında mübahisə olduğundan qətnamə ləğv edilməli və ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin Məcəllənin 3.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə icraatı işə baxılan, ayrıayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 307.1. maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçi Ərizəçi xüsusi icraat qaydasında verdiyi ərizədən görünür ki, ərizəçi mərhum atası X4 miras qalmış ünvan 1 ünvanda yerləşən ** saylı mənzilin miras əmlak kimi yalnız onun tərəfindən qəbul etməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmiş, işə baxan birinci instansiya məhkəməsidə işə xüsusi icraat qaydasında baxaraq ərizəni təmin etmişdir. Yuxarıda da qeyd olunduğu kimi ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə X4 məxsus olmuş və sonuncu ## ###### 2023-cü il tarixdə ölmüşdür. Sonuncunun qeyd olunan tarixdə ölməsi Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli arayışla təsdiq olunur. Miras qoyanın oğlu X5 isə ondan əvvəl, yəni ## ###### 2022-ci il tarixdə ölmüşdür. X5 ilə Əliyeva (Quliyeva) Nuranə Fəlakət qızı ## #### 2014-cü ildə nikaha daxıl olmuş və sonuncuların birgə nikahlarından ## ###### 2015-ci ildə X3 və ## #### 2017-ci ildə X7 adlı iki uşaqları anadan olmuşdur. Birinci instansiya məhkəməsi mirasın yalnız birinci növbə vərəsə Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsini müəyyən etsədə, əslində işə əlavə olunmuş və Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli arayışda X5 miras qoyanın ailə üzvü olması və ## ###### 2022-ci il tarixdə ölməsı qeyd olunmuşdur. Işin qeyd olunan bu halı birinci instansiya məhkəməsində icraat zamanı aşkar surətdə bəlli olsada, lakin məhkəmə bu halı araşdırmamışdır. Halbuki, bundan əvvəldə qeyd olunduğu kimi X5 ölümündən sonra Əsmər və Zümrüd adlı uşağı qalmışdır. maraqlı şəxs1 da qanuni nümayəndə qismində uşaqlarının adından qətnamədən apellyasiya şikayəti verməkdə məqsədi ## ###### 2022-ci il tarixdə ölmüş əri X5 mirasdan çatası payın onun övladlarına, yəni ## ###### 2015-ci il təvəllüdlü X3 və ## #### 2017-ci il təvəllüdlü X7 verilməsi olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1. maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159-cu maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) mirasdan bərabər pay alırlar. Həmin Məcəllənin 1159.1.3. maddəsində isə qeyd olunmuşdur ki, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9. maddəsinə görə, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 259.0.10. maddəsinə görə, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 306.4. maddəsində isə qeyd olunmuşdur ki, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarının 1.5-ci bəndində də qeyd olunmuşdur ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki tələb üzrə hüquq haqqında mübahisə olduğundan qətnamə ləğv edilməli və ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.5. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, ərizəçi Ərizəçi maraqlı şəxslər * saylı Gəncə regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi və maraqlı şəxs2 qarşı mərhum atası X4 miras qalmış ünvan 1 ünvanda yerləşən ** saylı mənzilin onun tərəfindən qəbul etməsi faktının müəyyən olunmasına dair ərizə baxılmamış saxlanılmalı və ərizəçi Ərizəçi ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir (maddə 402.2.). Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi həmin maddədə nəzədə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 306, 384, 385 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxslər X3 və X7 qanuni nümayəndəsi maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi Ərizəçi maraqlı şəxslər * saylı Gəncə regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi və maraqlı şəxs2 qarşı mərhum atası X4 miras qalmış ünvan 1 ünvanda yerləşən ** saylı mənzilin miras əmlak kimi onun tərəfindən qəbul etməsi faktının müəyyən olunmasına dair ərizə baxılmamış saxlanılsın. Ərizəçi Ərizəçi ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar