Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-394/2026 12.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi olmaqla “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X1 və İsayev Elman Bəhruz oğlundan oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi olmaqla “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. Ərizəçi Ərizəçi maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2008-ci ildə ölmüş X8 miras qalmış Şəki şəhəri İzzət Nəbiyev küçəsi dalan 5 ev 4 (yeni qaydalarla Şəki şəhəri İzzət Nəbiyev küçəsi giriş 118) ünvanında yerləşən fərdi yaşayış evi və 0,404 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri İzzət Nəbiyev küçəsi dalan 5 ev 4 (yeni qaydalarla: Şəki şəhəri İzzət Nəbiyev küçəsi giriş 118) ünvanında yerləşən fərdi yaşayış evi və 0,404 ha həyətyanı torpaq sahəsi ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən X8 məxsus olmuşdur. X8 atasının əmisi qızıdır və o, ##.##.2008-ci ildə ölmüşdür. X8 ölməmişdən əvvəl ##.##.1996-cı il tarixli notarial təsdiqlənmiş vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamə ilə Məmmədova X7 şəhəri C.M.Əfəndiyev küçəsi * nömrəli evdən ona düşən hissəsini və bütün əmlakını ona vəsiyyət etmişdir. X8 öldüyü tarixdən o, ailə üzvləri ilə birlikdə ondan miras qalmış və ona vəsiyyət edilmiş Şəki şəhəri İzzət Nəbiyev küçəsi dalan 5 ev 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa, sahiblik etməyə başlamış və hazırda da yaşayır. Həmin evin bütün təmir-tikinti işlərini aparmışdır. Göründüyü kimi X9 öldükdən sonra o, ondan qalmış miras əmlaka sahiblik etmiş, miras əmlakı idarə etməyə faktiki olaraq başlamış və miras tərəfindən qəbul edilmişdir. O, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək ##.##.2008-ci ildə ölmüş X8 miras qalmış əmlakdan özünə düşən paya dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Notariat Ofisinin xüsusi notariusu Əli Hacıyevin ##.##.2025-ci il tarixli qərarı ilə ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina etmişdir. Həmin qərarda qeyd edilir ki, Ərizəçi mirasın açıldığı andan nə ərizə, nə də ki, faktiki olaraq mirası qəbul etməmişdir. Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə, iclasında iştirak edən ərizəçi Ərizəçi ərizəsini müdafiə edərək, tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxsin nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Maraqlı şəxsspublikası MülkiProsessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim K.Musayev) ərizəçi Ərizəçi maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi olmaqla “mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ##.##.2008-ci il tarixdə vəfat etmiş X8 ərizəçi Ərizəçi atasının əmisi qızıdır (ərizəçi belə bildirir). Nuriyyə Məmmədova tərəfindən verilmiş ##.##.1996-cı il tarixli vəsiyyətnamə ilə Şəki şəhəri, 25-ci rayon, S.M.Əfəndiyev küçəsi, ev 4 ona düşən hissəni və bütün əmlakını Ərizəçi vəsiyyət etmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Ərizəçi bildirir ki, Nuriyyə Məmmədova vəfat etdikdən sonra 2008-ci ildən o, ailəsi ilə birlikdə mərhuma məxsus evdə yaşamışdır və hal-hazırda da həmin evdə yaşayır.
8. İş materiallarından görünür ki, ərizəçinin atası Nuriyyə Məmmədovanın 5-ci növbədə vərəsəsidir. 5-ci növbəyə qədər kimlərin vərəsə ola bilməsi məhkəmə tərəfindən müəyyən edilə bilməmişdir.
9. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, ərizəçi mirasın faktiki qəbulu ilə bağlı deyil, vəsiyyətnamə olduğu təqdirdə notariat hərəkətlərinin aparılmasından imtina barədə qərardan da şikayət ilə məhkəməyə müraciət edə bilər.
10. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçi Ərizəçi maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi olmaqla “mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Maraqlı şəxsspublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1147.1, 1146, 1147.1, 1151.1, 1159.1, 159.1.1, 1159.1.2, 1159.1.3, 1159.1.4, 1159.1.5, 1159.2, 1159.3, 1159.4, 1159.5, 1160, 1243.2, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Maraqlı şəxsspublikası Ali Məhkəməsi Plenumunun ##.##.2019cu il tarixli * nömrəli qərarına, Maraqlı şəxsspublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Maraqlı şəxsspublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata” Maraqlı şəxsspublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan ərizəçi Ərizəçi tərəfindən apellyasiya şikayəti verilmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi “mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair ərizənin təmin edilməməsi barədə qətnamə çıxararkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, təqdim etdiyi dəlillər məhkəmə tərəfindən qəbul edilməmiş, qəbul edilməməsinin səbəbləri isə qətnamədə öz əksini tapmamışdır.
14. Qeyd edir ki, mübahisəli ev yəni, Şəki şəhəri, İzzət Nəbiyev küçəsi, dalan 5, ev 4 (yeni qaydalarla Şəki şəhəri, İzzət Nəbiyev küçəsi, giriş 118) ünvanında yerləşən fərdi yaşayış evi və 0,404 ha həyətyanı torpaq sahəsi ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən X8 məxsus olmuşdur. X8 onun əmisi qızıdır və o, ##.##.2008-ci ildə vəfat etmişdir. X8 ölməmişdən əvvəl ##.##.1996-cı il tarixli notarial qaydada təsdiqlənmiş vəsiyyətnamə yazmışdır. Həmin vəsiyyətnamə ilə Məmmədova X7 şəhəri, C.M.Əfəndiyev küçəsi, * nömrəli evdən ona düşən hissəsini və bütün əmlakını ona vəsiyyət etmişdir.
15. Əlavə edir ki, X8 vəfat etdiyi tarixdən o və ailəsi birlikdə miras qalmış - Şəki şəhəri, İzzət Nəbiyev küçəsi, dalan 5, ev 4 ünvanında yerləşən fərdi yaşayış evində bugünədək yaşamağa başlamışdırlar. Həmin evdə abadlıq işləri aparmış və beləliklə miras əmlaka faktiki sahiblik etmişdir. Məhkəmə iclasında dindirilən şahidlər X3 və Hacı-X4 bu faktı öz ifadələri ilə təsdiq etmişlər. Lakin birinci instansiya məhkəməsi şahid ifadələrini nəzərə almadan qətnamə qəbul etmişdir.
16. Həmçinin qeyd edir ki, o, ##.##.2008-ci ildə ölmüş X8 qalmış miras əmlakdan özünə düşən miras paya dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Şəki Regional “Asan Xidmət” X13 müraciət etmişdir. Lakin həmin qurum notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmiş, ancaq məhkəmə onun miras qoyan mərhum Nuriyyə Məmmədovanın beşinci növbə vərəsəsi olduğunu və 5-ci növbəyə qədər kimlərin vərəsə ola bilməsi faktı müəyyən edilə bilməməsi səbəbilə ərizənin təminindən imtina etmişdir.
17. Lakin birinci instansiya məhkəməsi miras qoyan mərhum X8 ##.##.1996-cı il tarixli vəsiyyətnamə ilə Şəki şəhəri, 25-ci rayon, S.M.Əfəndiyev küçəsi, * saylı evin ona düşən hissəsini və bütün əmlakını ona vəsiyyət etməsi, həmçinin miras qoyanın ailə qurmamasını, valideynlərinin vəfat etməsini, yəni birinci növbə vərəsələrinin olmaması halını aydınlaşdırmamışdır. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işin faktiki hallarına hüquqi qiymət verilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hallarla işin materialları arasında ziddiyyətlər olmuş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri izah edilməmiş, zidiyyətli məqamlara diqqət yetirilməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qanunsuz və əsassız qətnamə çıxarılığın hesab edir.
18. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilərək ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul eilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları 20.Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Ərizəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilərək ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyasının iclasına ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçrilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası, Maraqlı şəxsspublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Maraqlı şəxsspublikası Konstitusiyası Maddə 13. Maraqlı şəxsspublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ.Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və II.azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. VII. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
23.Maraqlı şəxsspublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
24. Maraqlı şəxsspublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 305.1.1-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maraqlı şəxsspublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
25.Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli * nömrəli qərarı: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 10-cu bəndinə əsasən məhkəməyə MPM-in 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn, mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Maraqlı şəxsspublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Maraqlı şəxsspublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu hissəsinin beşinci abzasında, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin hissəsinin üçüncü abzasında təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının müəyyən olunması 2023-cü il ## ###### tarixdən əvvəlki dövrdə açılmış miras üzrə vərəsəlik münasibətlərinə tətbiq edilir. Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maraqlı şəxsspublikası Konstitusiya Məhkəməsi Plenumunun “Maraqlı şəxsspublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Maraqlı şəxsspublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Maraqlı şəxsspublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Ərizəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e- *(***)-****/**** nömrəli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, ərizəçi Ərizəçi maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməlidir.
30. Maraqlı şəxsspublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəki şəhəri, İzzət Nəbiyev küçəsi, dalan 5, ev 4 (yeni qaydalarla: Şəki şəhəri, İzzət Nəbiyev küçəsi, giriş 118) ünvanında yerləşən fərdi yaşayış evi və 0,404 ha həyətyanı torpaq sahəsi ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş arayışa əsasən X8 məxsus olmuşdur. X8 ərizəçi Ərizəçi atasının əmisi qızıdır və o, ##.##.2008ci tarixdə vəfat etmişdir. X8 ##.##.1996-cı il tarixli notarial qaydada təsdiqlənmiş vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamə ilə Məmmədova X7 şəhəri, C.M.Əfəndiyev küçəsi, * nömrəli evdən ona düşən hissəsini və bütün əmlakını Ərizəçi vəsiyyət etmişdir. X8 öldüyü tarixdən ərizəçi ailə üzvləri ilə birlikdə ondan miras qalmış və ona vəsiyyət edilmiş Şəki şəhəri, İzzət Nəbiyev küçəsi, dalan 5, ev 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa, sahiblik etməyə başlamış və hazırda da yaşayır. Ərizəçi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək ##.##.2008-ci ildə ölmüş X8 miras qalmış əmlakdan özünə düşən paya dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Notariat Ofisinin xüsusi notariusu Əli Hacıyevin ##.##.2025-ci il tarixli qərarı ilə qanunla mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir.Ərizəçi məhkəməyə müraciət edərək ##.##.2008ci ildə ölmüş X8 miras qalmış Şəki şəhəri, İzzət Nəbiyev küçəsi, dalan 5, ev 4 (yeni qaydalarla Şəki şəhəri, İzzət Nəbiyev küçəsi, giriş 118) ünvanında yerləşən fərdi yaşayış evi və 0,404 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçinin atası Nuriyyə Məmmədovanın 5-ci növbədə vərəsəsidir. 5-ci növbəyə qədər kimlərin vərəsə ola bilməsi məhkəmə tərəfindən müəyyən edilə bilməmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, ərizəçi mirasın faktiki qəbulu ilə bağlı deyil, vəsiyyətnamə olduğu təqdirdə notariat hərəkətlərinin aparılmasından imtina barədə qərardan da şikayət ilə məhkəməyə müraciət edə bilər.
33. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğun olmamış, mübahisəni yuxarıda qeyd edilən qaydada həll etməklə doğru nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
34. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən miras qoyan mərhum X8 ##.##.1996-cı il tarixli vəsiyyətnamə ilə Şəki şəhəri, 25-ci rayon, S.M.Əfəndiyev küçəsi, * saylı evin ona düşən hissəsini və bütün əmlakını ona vəsiyyət etməsi, həmçinin miras qoyanın ailə qurmaması, valideynlərinin vəfat etməsi, yəni birinci növbə vərəsələrinin olmaması halını aydınlaşdırmaması, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmaması, işin faktiki hallarına hüquqi qiymət verilməməsi, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, Maraqlı şəxsspublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
36. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
37. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
38. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
39. Kollegiya qeyd edir ki, işin müəyyən olunmuş və mübahisə doğurmuyan halı ondan ibarətdir ki, X8 ##.##.1996-cı il tarixli notarial təsdiqlənmiş vəsiyyətnamə əsasında bütün əmlakını Ərizəçi vəsiyyət etmişdir. 40.Həmçinin məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən olunmuşdur ki, ##.##.2008-ci il tarixdə vəfat etmiş X8 birinci növbə vərəsəsi mövcud deyildir.
41. Belə ki, məhkəmə kollegiyasının sorğusu əsasında Maraqlı şəxsspublikası Şəki Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli məktubdan görünür ki, ##.##.2008-ci il tarixdə vəfat etmiş, ##.##.1930-cu il təvəllüdlü X8 qohumluq əlaqələrində övladları barədə məlumat aşkar edilməmişdir.
42. Həmçinin ərizəçi Ərizəçi izahatında mərhum X8 heç vaxt evli olmadığını, ölən günədək onun himayəsində yaşadığını, həmçinin ata və anasının da vəfat etdiyini bildirmişdir.
43. Kollegiya qanunvericilyin yuxarıda sadalanan normalarını təhlil edərək qeyd edir ki, mülki qanunvericilik vəsiyyətnamə olduğu halda digər növbə vərəsələrin mirasdan pay almaq hüququnu istisna edir. Miras qoyan vəsiyyətnamə ilə miras əmlakı hər hansı şəxsə vəsiyyət etdikdə qanunvericilik sadəcə olaraq birinci növbə vərəsələrin, yəni vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay almaq hüququnu təsbit etmişdir.
44. Kollegiya hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin atası Nuriyyə Məmmədovanın 5-ci növbədə vərəsəsi olması, 5-ci növbəyə qədər kimlərin vərəsə ola bilməsinin məhkəmə tərəfindən müəyyən edilə bilməməsi əsası ilə ərizəni rədd etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla düzgün nəticəyə gəlməmişdir.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin X8 vəfat etdiyi tarixdən ailəsi birlikdə miras qalmış-Şəki şəhəri, İzzət Nəbiyev küçəsi, dalan 5, ev 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşaması, həmin evdə abadlıq işləri aparması, miras əmlaka faktiki sahiblik etməsi məhkəmə iclasında dindirilən şahidlər X3 və Hacı-X4 ifadələri ilə təsdiq olunması, lakin birinci instansiya məhkəməsinin şahid ifadələrini nəzərə almadan qətnamə qəbul etməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan Çələbixan məhəllə nümayəndəliyinin ##.##.2025-ci il tarixli, ** nömrəli arayışından görünür ki, Ərizəçi 2008-ci il tarixdən bu günədək Şəki şəhəri, İ.Nəbiyev küçəsi, * saylı evdə ailəsi ilə birlikdə yaşayır.
46. Həmçinin birinci instansiya məhkəməsinin məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X3 və qonşusu Hacı-X6 izahatlarında Ərizəçi Nuriyyə Məmmədovanın evində yaşayaraq mirası idarə etməsini göstərmişlər.
47. Kollegiya qeyd edir ki, Maraqlı şəxsspublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Digər tərəfdən Maraqlı şəxsspublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir.
48. Digər tərəfdən kollegiya qeyd edir ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.
49. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.
50. Məhkəmə kollegiyası həmçinin miras əmlakın faktiki qəbul edilməsi və ya faktiki idarə olunması ilə bağlı aşağıdakıları da qeyd etməyi zəruru hesab edir.
51. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.
52. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Maraqlı şəxsspublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Maraqlı şəxsspublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinin İ, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ####### 2011-ci il tarixli; “Maraqlı şəxsspublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə # ####### 2012-ci il tarixli Qərarları).
53. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar ##.##.2008-ci il tarixdə vəfat etmiş X8 miras qalmış əmlakın ərizəçi Ərizəçi tərəfindən faktiki qəbul edilərək idarə olunduğu təsdiq olunur.
54. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mirasqoyan X8 vəfatından sonra ərizəçi mərhumdan qalmış mirası faktiki olaraq qəbul etmiş, digər tərəfdən mərhumun birinci növbə vərəsələri mövcud deyildir.
55. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə MPMdə nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
56. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, mərhum X8 miras qalmış Şəki şəhəri, İzzət Nəbiyev küçəsi, dalan 5 ev 4 (yeni qaydalarla Şəki şəhəri, İzzət Nəbiyev küçəsi, giriş 118) ünvanında yerləşən fərdi yaşayış evi və 0,404 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın ərizəçi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir.
57. Qeyd olunanlara əsasən və Maraqlı şəxsspublikası MPM-in 372-376, 378-382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. ##.##.2008-ci il tarixdə ölmüş X8 qalmış Şəki şəhəri, İzzət Nəbiyev küçəsi, dalan 5, ev 4 (yeni qaydalarla Şəki şəhəri, İzzət Nəbiyev küçəsi, giriş 118) ünvanında yerləşən fərdi yaşayış evi və 0,404 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın ərizəçi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Maraqlı şəxsspublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Maraqlı şəxsspublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.