Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-174/2026 24.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Ərizəçi Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: baxılmamış saxlama haqqında qərardaddan şikayət) Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçinin vəkili və nümayəndəsi Vəkil/Nümayəndə tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat və məhkəmə aktı
1. Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2012-ci il tarixdə vəfat etmiş mərhum X1 və ##.##.1999-cu il tarixdə vəfat etmiş mərhum X2 miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakın (torpaq sahəsi və fərdi yaşayış evinin) ərizəçi Ərizəçi tərəfindən qəbul edilmə faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Naxçıvan Şəhər Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin baxılmamış saxlanılması və ərizəçi Ərizəçi tərəfindən “Asan ödəniş” sistemi vasitəsilə ##.##.2026-cı il tarixdə, ************ nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, ərizəçinin verdiyi izahatdan və eləcə də iş materiallarından aydın olur ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla ünvan 1 ünvanında mülkiyyətində olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında ##.##.2022-ci il tarixdə X1 və X2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Çıxarışdan da göründüyü kimi, sözügedən əmlak paylı mülkiyyət hüququ əsasında X1 və X2 adına qeydiyyata alınsa da, onların payları müəyyən olunmamışdır. Şəxslərin payı müəyyən edilmədiyindən ümumi paylı mülkiyyət olmaqla ilk öncə hər birinin payı müəyyən edilməli, daha sonra isə müəyyən edilmiş paylar üzrə mirasla bağlı hüquqi məsələlər həll edilməlidir. Buna görə də məhkəmə hesab etmişdir ki, belə vəziyyətdə işə mahiyyəti üzrə baxmaq mümkün olmadığından ərizə baxılmamış saxlanılmalıdır. II. Şikayət və ona etirazın dəlilləri
4. Naxçıvan Şəhər Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından narazı qalan ərizəçi Ərizəçi vəkili və nümayəndəsi Vəkil/Nümayəndə vasitəsilə məhkəmənin ünvanına ## ###### 2026-cı il tarixdə daxil olmuş şikayət ərizəsində Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadını ləğv edərək, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizənin mahiyyəti üzrə baxılmasının təmin edilməklə, işin birinci instansiya məhkəməsində qanunvericiliyin tələblərinə uyğun olaraq davam etdirilməsi üçün yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Şikаyət оnunlа əsаslаndırılmışdır ki, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Qanunun mahiyyətindən də göründüyü kimi burada miras qalmış əmlakda qeyri-rəsmi də olsa görünür ki, hər bir mülkiyyətçinin ½ hissə payı vardır. Hər iki miras qoyan şəxsə münasibətdə mirasın qəbul edilmə faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında verilmiş ərizənin icraata qəbul edilərək nəticələnməsində qeyri-qanuni hallar hüquqi və məntiqi baxımdan nə ola bilər ki? Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mirasın formal qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində ərizəçi notariat ofisinə anası və bacısından mirası qəbul etdiyinə dair ərizə vermiş olmasada, faktiki olaraq sahiblik etməklə və idarəçilikdə, yaşamaqla, qeydiyyatda olmaqla, kommunal ödənişləri həyata keçirməklə qəbul etməsinə məhəl qoyulmadan və əsassız olaraq əmlakdakı payların müəyyən olunmalı olduğu qənaətinə gəlinmiş, ərizəçinin hüquqlarına toxunulmuş və lüzumsuz vaxt itkisiylə üzləşmişdir. Qeyd edilən bəndlərdən görünür ki, məhkəmə mirasın qəbul edilmə faktını müəyyən edərkən ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquq mübahisəsinin olubolmamasını araşdırmalı, lakin mirasın qəbulu faktının müəyyən edilməsini vərəsəlik şəhadətnaməsinin verilməsi və miras əmlakındakı payların müəyyən edilməsi ilə eyniləşdirməməlidir. Həmin qərarın 10.2-ci maddəsinə əsasən bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi digər vərəsələrin həmin hüquqdan məhrum edilməsi demək deyildir və miras əmlakındakı paylar, bununla bağlı məhkəmə mübahisəsi olmadığı halda notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin “əvvəlcə şəxslərin payı müəyyən edilməli, daha sonra isə müəyyən edilmiş paylar üzrə mirasla bağlı hüquqi məsələ həll edilməlidir” mövqeyi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi institutunun hüquqi mahiyyəti ilə uyğun gəlmir. Ərizəçinin tələbi üzrə məhkəmənin həll etməli olduğu əsas məsələ Ərizəçi miras əmlaka faktiki sahiblik etməyə və onu idarə etməyə başlayıb-başlamaması, bununla mirası faktiki qəbul edibetməməsi və həmin faktın hüquqi nəticə doğurub-doğurmamasıdır. Ərizəçi uzun müddətdir ki, miras qalmış əmlakda ailəsi ilə birlikdə faktiki yaşayır, həmin əmlak ərizəçinin mərhum anası və mərhum bacısı tərəfindən sağlıqlarında yaşayış yeri kimi istifadə olunmuş, onlar həmin ünvanda qeydiyyatda olmuş və yaşamışlar. Ərizəçinin də həmin əmlakdan faktiki istifadə etməsi və orada yaşaması miras əmlaka faktiki sahiblik və istifadə hallarının araşdırılmasını zəruri edir. Həmin Plenum qərarının 10-cu bəndində də mirasın qəbul edilməsi faktının müəyyən olunması üçün vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya onu idarə etməyə başlamasını və bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirən sübutların mövcudluğunun əhəmiyyəti xüsusi olaraq vurğulanmışdır. Deməli məhkəmə tərəfindən ərizəçinin həmin əmlakda yaşaması, istifadə etməsi, faktiki sahiblik etməsi, mərhumlarla eyni yaşayış yerində olması və digər təqdim edilmiş sübutlar maddi hüquq normaları baxımından qiymətləndirilməli olduğu halda, bu hallar ümumiyyətlə araşdırılmadan əsassız olaraq ərizənin baxılmamış saxlanılması nəticəsinə gəlinmişdir. Məhkəmənin istinad etdiyi MPM-in 259.0.1-ci maddəsi isə maddi hüquq norması olmayıb, prosessual xarakter daşıyır və hazırkı işdə ərizəçinin mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair tələbinin mahiyyəti üzrə araşdırılmamasına maddi-hüquqi əsas yaratmır. Hesab edir ki, bu səbəblərdən həmin normanın tətbiqi də əsassızdır. Nəticə etibarilə birinci instansiya məhkəməsi mirasın qəbul edilməsi faktı ilə daşınmaz əmlakdakı payların müəyyən edilməsini eyniləşdirməklə vərəsəlik hüququnun mahiyyətini düzgün qiymətləndirməmiş, ərizəçinin mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair hüququnun həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. Məhkəmə ümumiyyətlə işin içərisində olan sənədlərə yəni, ərizəçinin mirası faktiki qəbul edərək sahiblik etdiyinə, idarə etdiyinə dair tərəflərindən təqdim edilən sübutlara diqqət etməmiş, miras qoyanlardan başqa kimsənin adı mülkiyyət sənədlərində olmasada payların müəyyən olunması zəruriliyi əsassız olaraq mühüm hesab etmişdir. Diqqət edilsəydi, sadəcə MPM-in 259.0.1-ci maddəsinə istinad etməzdi, hakimin istinad edərək qəbul etdiyi qərardad 259.0.1-ci maddənin dispozisiyasında nəzərdə tutulan hal deyil, çünki burada söhbət məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsindən getmir. Mərhumlar Kübra və Fazilənin paylarının müəyyən edilməsi zəruriliyi məhkəmənin öz mülahizəsinə əsasən maddihüquqi və prosessual qiymətləndirməsidir, əksinə 259.0.1-ci maddədə nəzərdə tutulan məhkəməyəqədər həll qaydası deyil və göstərilən hüquqi fakt mövcud deyil. Həmin maddədə xüsusi icraat qaydasında baxılan işlərlə bağlı məhkəməyəqədər pretenziya proseduru, ərizəçinin həmin prosedura əməl etməməsi varmı? Belə prosedurun sonradan tətbiqi mümkündürmü? Təbii ki, xeyr.
6. Naxçıvan Şəhər Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ## ######## 2026-cı il tarixli qərardadı ilə ərizəçinin vəkili və nümayəndəsi Vəkil/Nümayəndə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından verdiyi şikayət baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. III. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
8. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.
9. Maddə 364. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
10. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır.
11. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
12. Maddə 400. Apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. IV. Məhkəmə kollegiyasının mövqeyi
13. Kollegiya iş materiallarını, şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərardadının qanuniliyini və əsaslılığını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı tam ləğv edilməli və iş prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
14. Belə ki, iş materiallarından görünür ki, ərizəçi Ərizəçi məhkəməyə müraciət edərək ## #### 2012-ci il tarixdə vəfat etmiş mərhum anası X1 və ## ##### 1999-cu il tarixdə vəfat etmiş mərhum bacısı X2 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakı – torpaq sahəsi və fərdi yaşayış evini qəbul edilmə faktının müəyyən edilməsini xahiş etmişdir. Iddia ərizəsinə əlavə edilmiş və notarial qaydada təsdiq olunmuş ərizələrdən aydın olur ki, mirasqoyanların digər vərəsələri həmin miras payın ərizəçi tərəfindən qəbul edilməsinə razılıqlarını ifadə etmişdirlər. Birinci instansiya məhkəməsi isə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda həmin fərdi yaşayış evinin paylı mülkiyyət hüququ əsasında X1 və X2 adına qeydiyyata alınmasına, onların paylarının ayrıca göstərilməməsinə əsaslanaraq əvvəlcə mülkiyyət paylarının müəyyən edilməli, yalnız bundan sonra həmin paylar üzrə miras hüquqi məsələlərinin həll edilməli olduğu qənaətinə gəlmiş və bu səbəbdən ərizəni baxılmamış saxlamışdır.
15. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsində nəzərdə tutulmuş ərizənin baxılmamış saxlanılması əsası hazırkı iş üzrə mövcud deyildir. Belə ki, həmin normanın tətbiqi üçün məhkəməyə müraciət etmiş şəxsin mübahisənin qabaqcadan məhkəmədən kənar, yəni pretenziya qaydasında həll edilməsi üçün qanunla müəyyən edilmiş və ya müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməməsi, habelə həmin qaydanın tətbiq edilməsinin hələ mümkün olması zəruri şərtdir. Halbuki hazırkı iş üzrə ərizəçinin qarşısında hər hansı məhkəməyəqədər pretenziya prosedurundan keçmək, hər hansı dövlət orqanına, fiziki və ya hüquqi şəxsə müraciət etməklə mübahisəni məhkəmədənkənar qaydada həll etmək barədə qanunla müəyyən edilmiş və ya müqavilədən irəli gələn prosessual öhdəlik mövcud deyildir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hal – miras qoyanların adına qeydiyyatda olan əmlakdakı payların çıxarışda göstərilməməsi MPM-in 259.0.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi halı kimi qiymətləndirilə bilməz.
16. Məhkəmə kollegiyası nəzərə alır ki, iş üzrə miras qoyan şəxslər, yəni X1 və X2 artıq vəfat etmiş şəxslərdir. Bu baxımdan onların ilk öncə mülkiyyətdə (miras əmlakda) paylarının müəyyən edilməsi üçün müraciət etməli olan şəxsin əvvəl buna prosessual hüququnun olması mütləqdir. Hazırki halda məhkəmənin əvvəlcə mülkiyyət paylarının müəyyən edilməli olmasını əsas gətirərək ərizəni baxılmamış saxlaması ərizəçini əsassız olaraq əlavə məhkəmə çəkişmələrinə məcbur edir. Halbuki prosessual qənaət prinsipi baxımından məhkəmə işi icraata götürməklə eyni tələb çərçivəsində birgə mülkiyyətdən mirasqoyanların payını müəyyən edə bilər, daha sonra həmin payın ərizəçi tərəfindən qəbul olunub-olunmamasını və onun pay hüququnu eyni məhkəmə prosesində qiymətləndirə bilər. Bunun üçün isə işə baxan hakim tərəfindən məhkəmə hazırlıq iclasına dair prosessual qanunvericiliyin verdiyi imkanlardan istifadə oluna bilər.
17. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçinin tələbinin faktiki və hüquqi məzmununu nəzərə alaraq, prosessual səlahiyyətlərindən istifadə etməklə (MPM 167.2. Hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir.) ərizəçiyə tələbin konkretləşdirilməsini təklif edə bilərdi. Belə konkretləşdirmə nəticəsində iş üzrə yalnız mirasın faktiki qəbul edilməsi faktının deyil, zərurət yarandığı halda miras qoyanların mübahisəli əmlakda paylarının müəyyən edilməsi və həmin paylar üzrə ərizəçinin vərəsəlik hüququnun müəyyən olunması ilə bağlı məsələlərin də hüquqi çərçivəsi müəyyən edilə bilərdi. Bununla da məhkəmə işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasını təmin etməklə, həmçinin işin düzgün və vaxtında həll edilməsinə yönələn hərəkətləri etməklə yanaşı, eyni əmlak və eyni miras münasibətləri ilə bağlı şəxsin təkrarən məhkəməyə müraciət etməsinə səbəb ola biləcək halın qarşısını ala bilərdi.
18. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qənaət prinsipi məhkəmə icraatının məqsədlərindən biri kimi şəxslərin hüquqlarının səmərəli məhkəmə müdafiəsini təmin etməklə yanaşı, eyni hüquqi münasibətlərdən irəli gələn məsələlərin əsassız olaraq bir neçə ayrı məhkəmə icraatının predmetinə çevrilməsinin qarşısının alınmasını tələb edir. Şəxsin eyni əmlakla bağlı əvvəlcə miras qoyanın payının müəyyən edilməsi üçün ayrıca məhkəməyə müraciət etməsi, bundan sonra həmin pay üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün yenidən məhkəməyə müraciət etməsi, daha sonra isə zərurət yarandıqda vərəsəlik hüququnun həyata keçirilməsi ilə bağlı digər prosedurlardan keçməsi məhkəmə müdafiəsinin səmərəliliyi baxımından məqsədəuyğun prosessual yanaşma hesab edilə bilməz.
19. Beləliklə, birinci instansiya məhkəməsinin istinad etdiyi hal – daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda X1 ilə X2 paylarının konkret ölçüdə göstərilməməsi ərizənin MPMin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün qanunda nəzərdə tutulmuş əsas deyildir.
20. Nəticə etibarilə, birinci instansiya məhkəməsi ərizəçinin mirasın faktiki qəbul edilməsi ilə bağlı irəli sürdüyü dəlilləri və təqdim etdiyi sübutları mahiyyəti üzrə araşdırmadan, miras qoyanların əmlakdakı paylarının müəyyən edilməməsini MPM-in 259.0.1-ci maddəsində nəzərdə tutulmuş baxılmamış saxlama əsası kimi qiymətləndirməklə prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Bu səbəbdən həmin qərardad qanuni və əsaslı hesab edilə bilməz.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0, 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
22. Beləliklə məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаnları prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayət təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı tam ləğv edilməli və iş prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0, 398.0.2, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı tam ləğv olunsun. Prosessual hərəkətlərin aparılması üçün iş Naxçıvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.