Məhkəmə qərarları › İş №2(3-7)-1314/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1314/2026

07.09.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1314/2026 07.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən X1 tərəfindən verilmiş şikayət üzrə Hakimlər Məmmədov Tural Nurulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızından və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən X1 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət üzrə Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Ərizəçi İsmayılov Taleh İnqilab oğlu maraqlı şəxs Tərtər rayon Xüsusi Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2014-cü ildə vəfat etmiş atası İsmayılov İnqilab Sadıq oğlundan miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzilin onun tərəfindən miras kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən ərizə təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır

3. X1 və onun nümayəndəsi Nümayəndə maraqlarına toxunulan şəxs qismində sözügedən qətnamədən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir.

4. Tərtər Rayon Məhkəməsi *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən X1 və Nümayəndə iş üzrə qəbul edilmiş yuxarıda sözügedən qətnamə ilə maraqlarına toxunulan şəxs hesab etməyib, onların həmin qətnamədən apellyasiya şikayəti vermək üçün subyektiv hüquqa malik olmamaları, eləcə də sözügedən qətnamə artıq qanuni qüvvəsini aldığı üçün Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsininin müddəaları baxımından qətnamədən apellyasiya şikayətinin verilməsinin qanuna uyğun olmaması qənaətinə gələrək, apellyasiya şikayətinin geri qaytarılmasını qərara almışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

5. X1 və onun nümayəndəsi Nümayəndə həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, X1 uzun illərdir ki, mübahisə predmeti olan mənzildə yaşamış və həmin yaşayış sahəsi ilə bağlı qanunla qorunan hüquq və mənafelərə malik olmuşdur. Iddiaçının valideynləri evi övladlarından birini həbsdən xilas etmək üçün satdıqlarını bəyan edərək satmış, rəsmiləşdirməni daha sonra edəcəklərini bildiriblər. iddiaçının atası evi onlara satdıqdan sonra ailəsi tərəfindən qocalar evinə atılmış və ölümcül olduqda iddiaçının hazırda yaşadığı evə gətirilərək orda dünyasını dəyişmişdir. İddiaçının səs yazısı olan etirafı da vardır ki, bəli şifahi qaydada nəğd pul ödənilmıəklə alqı satqı baş tutubdur. Ərizəçi mənzili "faktiki olaraq miras kimi qəbul etdiyini" iddia edir. Lakin bu iddia həqiqəti əks etdirmir. Belə ki, 24 il ərzində mənzil üzrə bütün kommunal, infrastruktur və istismar xərcləri o və ailəsi tərəfindən ödənilmiş, əmlak onlar tərəfindən saxlanılmış və qorunmuşdur. Miras qoyanın vəfatından sonra ərizəçi mənzilə sahiblik edə bilməzdi, çünki mənzil real olaraq onların faktiki sahibliyində və istifadəsində olmuşdur. Hətta qızı bu evdə rəsmi qeydiyyatdadır. Evin bütün sənədləri etibarnamə ilə ondadır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamə ilə faktiki olaraq onun istifadə etdiyi və yaşadığı yaşayış sahəsinin hüquqi taleyini müəyyən etmişdir. Buna baxmayaraq, məhkəmə iş üzrə maraqlı şəxs qismində iştirak etməyə dəvət etməmiş; məhkəmə bildirişi göndərməmiş; izahat vermək imkanını təmin etməmiş; təqdim edə biləcəyi sübutları araşdırmamışdır

7. Tərtər Rayon Məhkəməsi *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. İşdən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil mirasın qəbulu haqqında ərizə verən ərizəçi Taleh İsmayılovun atası İnqılab İsmayılovun xüsusi mülkiyyətində olmaqla ondan miras qalmışdır. Miras qoyanın ərizəçi də daxil olmaqla, İsmayılov Azad İnqilab oğlu, İsmayılova Pərvanə İnqilab qızı, İsmayılov Altay İnqılab oğlu və İsmayılova Mənsurə İnqilab qızından ibarət birinci növbəli vərəsələri olmuş, miras əmlak heç kimə vəsiyyət edilməmişdir. Digər vərəsələr miras qalan əmlakın ərizəçi Taleh İsmayılov tərəfindən qəbul edilməsinə etiraz etməmişlər və bu barədə notarial qaydada təsdiq edilmiş ərizələr vermişlər. Lakin mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamış, ərizəçi Taleh İsmayılov ərizə ilə məhkəməyə müraciət etmiş və Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən ərizə təmin edilmişdir.

12. Hazırda X1 birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin onun hüquqlarına toxunduğunu iddia edir.

13. Məhkəmə kollegiyası müəyyən edir ki, apellyasiya şikayəti verən X1 nə miras qoyanın ailə üzvləri sırasına daxil olmuş, nə də vəsiyyət üzrə vərəsə statusuna malik olmuşlar. İş materiallarından mübahisəli əmlakın adı çəkilən şəxsə vəsiyyət edilməsi də müəyyən olunmur. Eyni zamanda, həmin əmlakın X1 təsdiq edən alğı-satqı müqaviləsi və ya onun həmin əmlaka hüququnu təsdiq edən digər hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim olunmamışdır.

14. Halbuki, şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxs mütləq qaydada qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı və məhkəmə şikayəti qəbul edərkən şikayət verən şəxsin bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

15. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar