Məhkəmə qərarları › İş №2(001)-1102/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1102/2021

18.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1102/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsinə köçürülməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsinə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində 1020 nömrə ilə qeyd edilmiş nikah bağlanmış və bu nikahdan xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli evin 2-ci mərtəbəsinə köçərək yaşamışlar. Həmin evdə iddiaçının cehiz əşyaları olan yataq mebeli, qonaq evi mebelləri və digər əşyaları vardır. Cavabdeh tərəflərin münasibətləri pisləşdiyindən iddiaçını evə buraxmayaraq azyaşlı 2 uşağı ilə iddiaçını çöldə qoymuşdur. Həmin ev özbaşına tikili olmaqla hüquq müəyyən edici sənədləri yoxdur. İddiaçının uşaqları ilə birlikdə yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Ona görə də İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə 2014-cu ildə nikaha daxil olmuş, iddiaçı ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçərək özünə məxsus əşyaları bu ünvana gətirmişdir. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X1 anadan olmuşdur. Bundan sonra onların nikahı pozulmuş və iddiaçı yaşadıqları evi tərk etmişdir. Bir müddətdən sonra onlar təkrar nikaha daxil olmuş, iddiaçı yenidən onun yaşadığı özbaşına tikili olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsinə köçmüşdür. Bundan sonra onların birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Özbaşına tikili ona deyil, anasına məxsusdur. Lakin bu faktı təsdiq edən hər hansı bir sənədi o, məhkəməyə təqdim edə bilmir. 2020-ci ilin yanvar-fevral aylarında iddiaçı yaşadığı evi tərk etmiş, 2021-ci ildə onların nikahları yenidən pozulmuşdur. İkinci dəfə nikaha daxil olduqdan sonra onlar birgə nikah dövründə qonaq dəsti və digər əşyalar almış, həmin əşyalar, eynizamanda yataq dəsti, uşaqlarının çarpayıları, yazı stolu, paltar şkafları və övladlarına aid olan digər əşyalar hal-hazırda da ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşir. ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evində onun başqa qohumları da yaşayır. O, da bir valideyn kimi qız övladı olan uşaqlarının onun nəzarəti altında böyümələrini arzulayır. O, anası ilə iddiaçının tələbləri barədə danışmış, iddiaçı nəzərə almalıdır ki, birgə yaşayış qaydalarına əməl etməlidir. Ona görə də iddiaçının birgə nikahlarından olan övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçüb yaşamalarına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ № 332951 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X2 xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1020 nömrəsi ilə qeyd edilmişdir. Nikaha bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. AA0088222 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X1 xx.xx.2014-cü ildə doğulmuşdur. AA0088200 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 xx.xx.2019-cu ildə doğulmuşdur. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 14-15-14-18/29 saylı məktubundan müəyyən olunur ki, vətəndaş Məmmədov X3 qəsəbəsi İntiqam Mahmudov küçəsi döngə 1 ev 2 ünvanında qeydiyyatdadır, lakin həmin ünvanda yaşayıb-yaşamadığını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı E.N. Məmmədova Cavabdehla ailə qurduqdan sonra ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli hüquq müəyyənedici sənədi olmayan fərdi yaşayış evinin 2-ci mərtəbəsinə əşyalarını gətirərək gəlin köçmüş, tərəflərin bu evdə iki övladı anadan olmuş, lakin tərəflərin münasibətləri pozulduğundan iddiaçı himayəsində olan yetkinlik yaşınaçatmayanlarla birlikdə yeganə yaşayış sahəsindən çıxmalı olmuşdur. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı özünün və övladlarının yeganə yaşayış sahəsi olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli hüquq müəyyənedici sənədi olmayan tikilidə uzun müddət övladları ilə birlikdə yaşadığından, cavabdeh iddiaçının və övladlarının həmin tikiliyə köçürülməsinə etiraz etmədiyindən iddia tələbləri əsaslıdır ona görə də təmin edilməlidir. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsinə köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar