Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1103/2022 22.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil2, İddiaçının nümayəndəsi, vəkili Vəkil1, Cavabdehin nümayəndələri Nümayəndə1 və X15, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi X16, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Faı̇ q qızının cavabdeh "Azərbaycan Dövlət Mədənı̇ yyət və İncəsənət Unı̇ versı̇ tetı̇ nin Nəzdı̇ ndə Humanı̇ tar Kollec" Publı̇ k Hüquqı̇ Şəxsı̇ nə(bundan sonra Kollec) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X13 İttifaqı Komitəsinə (bundan sonra Həmkarlar İttifaqı Komitəsi) qarşı (Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. İddiaçı Faı̇ q qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin direktoru Nərmin Qaralova tərəfindən verilmiş 303 saylı, 01.11.2021-ci il tarixli əmrin etibarsızlığı, X17 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecində işə bərpa edilməsi və işə bərpa olunan tarixə qədər ala bilmədiyi aylar üzrə əmək haqqının hesablanıb tam ödənilməsi və ödədiyi 100 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbini artıraraq, əmək müqaviləsinə xitam verilməsinə dair X13 İttifaqı Komitəsinə ünvanladığı 30 iyul 2021-ci il tarixli, 58A/2-12 saylı məktubun etibarsız hesab edilməsi, Həmkarlar İttifaqı Komitəsinin Humanitar Kollecə ünvanladığı 10 sentyabr 2021-ci il tarixli, 05 saylı (29 saylı protokoldan çıxarış) məktubun etibarsız hesab edilməsi, onunla əmək müqaviləsinə xitam verilməsinə dair Humanitar Kollecin direktoru Nərmin Qaralovanın imzaladığı 01 noyabr 2021-ci il tarixli 303 nömrəli əmrin qanunsuz və əsasız olduğundan ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 18.09.2019-cu il tarixində 105 saylı əmrlə "Bakı Humanitar Kolleci"ndə müəllim vəzifəsinə təyin edilmişdir. 04.08.2020-ci il tarixində Azərbaycan Respublikasınının Nəhsil Nazirliyinin 355 saylı əmri ilə Baki Humanitar kolleci, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci adlandırılmışdır. Qeyd edilən ildən, hal-hazırki tarixə qədər əmək fəaliyyətində heç bir qüsura, davamiyyətində nöqsanlara yol verməmişdir. Müəllim adını, şərəfini daimi uca tutmuşdur. Yeni direktor Nərminə Qaralova təyin edildikdən sonra 67 müəllimi işdən azad edəcək hədəsi ilə müqavilələrinin müdətli formada restrukzasiyasını tələb etdi. Əks təqdirdə işdən pozuntu ilə çıxaracağı ilə hədələdi. Bütün müəllimlər Cənab Prezidentə, Təhsil Nazirliyinə, Əmək Müfəttişiliyinə, KİV nə (bir çox saytlarda Nərminə Qafarovanın təhqirləri və qanunsuzluqları barədə məqalələr dərc edilmişdir. Baş Prokururluq yanında Korrupsiya İdarəsinə yazılı şikayətlər edilmişdir. Məlumata əsasən Nərmin Qafarova keçmiş Baş Prokurorun yaxın qohumudur. Təhsil Nazirliyinin nümayəndəsi ilə görüşmüşlər. Nazirliyin nümayəndəsi N.Qafarovanın dediklərini təkzib edib, 67 müəllimin işdən çıxarılması barədə Təhsil Nazirinin göstərişinin olmadığını bildirdi. Nazirliklə N.Qafarovanın bəyanatları tam fərqli oldu. Açıq-aşkar bildirdilər ki, N.Qafarova öz istədiyini edə bilsədə amma Təhsil Nazirliyi bu qanunsuzluğa seyirci qalacaq və müdaxilə edə bilmək hüququ olsada nədən sə etməmişdir. BHK direktoru Nərminə Qafarova ona bildirdi ki, müddətsiz əmək müqaviləvi müddətliyə çevirsələr (1 illik) onu işdən çıxartmayacaq ǝks təqdirdə pozuntu ilə çıxaracaq. Təbii ki bununla razılaşmamışdır. Özü valideyini ilə qalır, himayəsində, ailəsində fiziki imkanları olmayan 1-ci qrup əlil bacısı var. Atası və o işləyərək ailəni dolandırırlar. Kollec rəhbəri və Təhsil Nazirliyindən (nümayəndə) bunla bağlı sənəd istədilər və arayışı və sənədəri təqdim etmişdir. Bildirdilər ki, o əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallara aidsiz siz öz ərzənizlə işdən çıxın sizi başqa bir kollecdə işə götürülməsinə köməklik edəcəyik və dərs saatınızıda artıracağıq. Amma bu kollec kollektivi və yaşadığı ünvana yaxınlığı olduğu üçün razılaşmamışdır. Atestasiya keçirilmədən onun işdən çıxarılması, ştatı üzrə yeni müəllim işə götürülməsi və ştatə ləğv edilməsi hesab edir ki, əsassızdır və direktorun qərəzli olmasıdır. 4 ildir əmək fəaliyyəti ilə məşğuldur. Lakin ona tatın ixtisarı barədə bildiriş/rəsmi xəbərdarlıq edilməmişdir. 06.11.2021-ci il tarixində Əmək müfəttişliyinə edilmiş şikayəti ilə bağlı qaynar xəttə şikayətinin nəticəsini öyrənməək üçün müraciət edən zaman artıq əmək fəaliyyətinə xitam verildiyini öyrənmişdir. Yuxarıda qeyd edilənlərlə yanaşı əmək məcəlləsinin 79-cu maddəsinə öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin Əmək müqaviləsinin ləğv olunması qadağan edilir. Həmçinin Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər srasında işçinin "məcburi köçkün onlara bərabər tutulan Şəxs va qaçqın statusu olan şəxslərə" aid edilib ki, 1988-ci il Qərbi Azərbaycandan (indiki Ermənistan Respublikasından) didərgin düşən şəxslərdəndir.
4. İddiaçı daha sonra iddia tələbini artırdığı hissədə tələbini aşağıdakı qaydada əsaslandırmışdır: 18 sentyabr 2019-ci il tarixindən Bakı Humanitar Kollecinin Musiqi nəzəriyyəsi və dirijorluq fənn birləşməsinə (indiki Mədəniyyət və İncəsənət universiteti nəzdində Humanitar Kollec) müəllim vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə 01 noyabr 2021-ci il tarixinə qədər çalışmışdır. Belə ki, 2020-ci ilin sonlarında kollecə direktor təyin olunan Nərmin Qaralova adlı şəxs təyin olunduqdan az bir vaxt sonra yeni direktor "idarəçiliyin optimallaşdırılması,yüksək nailiyyətlərin əldə olunması" adı altında qanunsuz qəbul edilmiş hesab olunan müəllimləri “ştatların və ya işçilərin ixtisarı" adı altında işlərindən kənarlaşdırmağa, hətta onların yerinə başqa yerdən yeni kadrlar gətirməyə başlamışdır. O səbəbdən, 2019-cu ildə işə qanunsuz qəbul edilmiş müəllim kimi “ixtisar" adı altında onun bağlanmış əmək müqaviləsinə Humanitar Kollec üzrə verilmiş 303 saylı əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ştatları ixtisar edildiyi üçün) xitam verildi. Məhkəmənin hazırlıq iclasları dövründə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki,onun işdən çıxarılmağının (əmək müqaviləsinə xitam verilməsinə) əsaslarından biri X13 İttifaqı Komitəsinin 10 sentyabr 2021-ci il tarixli 05 saylı razılıq məktubu olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edir. Həmin maddənin b) bəndinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Lakin, qanunvericilik bu zaman əmək müqaviləsinin sadə xitamını yox, işəgötürənin üzərinə Əmək Məcəlləsi ilə qoyulmuş müəyyən tələblərin yerinə yetirilməsindən sonra əmək müqaviləsinə xitam verilməyin mümkünlüyünü nəzərdə tutur. Tələblərə dair qeyd etdiyi hüquqi əsaslar Əmək Məcəlləsinin 71-ci maddəsində də əksini tapmışdır. Belə ki,həmin maddənin 1-ci bəndi tələb edir ki,işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Görüləcək tədbirlər sırasında Əmək Məcəlləsinin 78-ci maddəsinə görə, peşəkarlıq səviyyəsinin müəyyən edilməsi və daha yüksəyinə malik olan işçilərin işdə saxlanılmasıdır. Bundan əlavə Əmək Məcəlləsinin 80-ci maddəsinin 1) və 2) bəndlərinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin b)bəndi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının razılığı işəgötürənin həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatı və təqdimata müvafiq əsaslandırma sənədlərinin əlavə ediməsi nəticəsində verilir. Qanunvericilik tələb edir ki,hər işçi barədə ayrıca Təqdimat verilməlidir və həmin təqdimata əsaslandırıcı sənədlər ǝlavə edilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki,X28 İttifaqı Komitəsinə əsaslandırılmış, bu əsasları təsdiq edən sənədlərlə birlikdə Təqdimat vermək əvəzinə,qanunun tələblərinə zidd olaraq, ixtisar olunması planlaşdırılmış 91 nəfər işçinin 30 iyul 2021-ci il tarixli bir siyahıda ad-soyadını Həmkarlar İttifaqı Komitəsinə təqdim etmişdir. X22 Komitəsi heç bir araşdırma aparmadan onunla əmək müqaviləsinə xitam verilməsinə formal razılığını vermiş, o da qanunun tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Təhsil İşçiləri X51 (ATİAHİ) Respublika Komitəsinin 19 noyabr 2012-ci il tarixli Məclisində təsdiq edilmiş “İşəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsinin ləğv edilməsi sahəsində həmkarlar ittifaqlarının hüquq və vəzifələrinə dair" Təlimata görə: əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bandində göstərilən əsaslarla əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin həmkarlar ittifaqına verdiyi təqdimatda aşağıdakılar göstərilməlidir: İşçinin adı,soyadı,atasının adı; təvəllüdü, təhsili,ixtisası, tutduğu vəzifəsi (peşəsi), təhsil müəssisəsinin tam adı; işçinin müvafiq vəzifəyə daxil olduğu tarix (gün,ay, il) ailə vəziyyəti; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya 1-ci qrup əlil ailə üzvlərinin olub-olmaması; Həmkarlar ittifaqı təşkilatının iclasında həmin məsələnin müzakirəsi zamanı iştirak etmək üçün öz nümayəndəsinin adı, soyadı ata adı, vəzifəsi,iş yeri; Bundan əlavə, işəgötürən əmək müqaviləsinə xitam verilməsinin əsasını təsdiq və sübut edən sənədləri tədimata əlavə etməlidir.Təqdimat bu tələblərə uyğun olmadığı halda həmkarlar ittifaqı tərəfindən geri qaytarılmalıdır. Uyğundursa, baxılması üçün təşkilatın müvafiq kollegial orqanına çıxarılır. Təlimata görə, iclasın keçirilməsi ilə bağlı işəgötürənin nümayəndəsi,əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmuş işçi, lazım gəldiyi halda şahidlər va mütəxəssislər əvvəlcədən rəsmi qaydada iclasa dəvət olunurlar. İclasda iştirak edəcək şəxslər vaxtında xəbərdar edilməmişlərsə iclasın keçirilməsi başqa vaxta təxirə salınır. Həmin şəxslərin üzrsüz səbəblərə görə gəlməməsi iclasın keçirilməsinə mane olmur. Həmkarlar ittifaqı təşkilatının müvafiq kollegial orqanınin iclası o vaxt slahiyyətli hesab olunur ki,onun tərkibinə seçilmiş üzvlərinin iclasda iştirakı Nizamnamədə göstərilmiş yetərsay normalarına uyğun olsun. İclasın yetərsay normalarına əmal etmədən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" və ya "ç" bəndləri ilə xitam verilməsi üçün qəbul etdiyi hər hansı qərar etibarsızdır. Təqdimat verilmədiyindən və verilməli olan təqdimata sənədlər -sübutlar əlavə edilmədiyindən, iclas keçirilməmiş, Qanunun və Təlimatın tələblərinə uyğun qərar qəbul edilməmiş, əsaslandırma aparılmadan formal xarakterli "razılıq" verilmişdir ki,bu razılıq da əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilməzdi. Bir sözlə, onunla əmək müqaviləsinə xitam verilməsi direktor Nərmin Qaralovanın şəxsi təşəbbüsü əsasında baş vermiş, bu zaman Əmək Məcəlləsinin və ixtisarla bağlı işə baxan Həmkarlar İttifaqı Komitəsinin rəhbər tutacağı Təlimatın tələbləri pozulmuşdur. İşin bu halları isə X13 İttifaqı Komitəsinə ünvanladığı 30 iyul 2021-ci il tarixli 58A/02-12 nömrəli məktubunun və həmin məktuba Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş 10 sentyabr 2021-ci il tarixli 05 saylı cavab məktubunun ona aid hissədə etibarsızlığına dəlalət edir. Tərəflərin izahatları və iddiaya münasibəti:
5. Sonuncu məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onu işdən çıxardıqdan sonra yerinə daha 2 müəllim işə götürülmüşdür. Odur ki, onun işlədiyi ştat yerindədir və ləğv olunmamışdır.
6. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı izahatlarında bildirmişdir ki, o, kollecin musiqi nəzəriyyəsi müəllimidir. Kollecin direktoru N.Qaralova 67 müəllimi müqavilələrinin müddətli şəkildə yenidən bağlanmasını tələb etmiş, əks təqdirdə onları pozuntu ilə işdən çıxaracağı ilə hədələmişdir. Həmçinin ona da müddətli əmək müqaviləsinin bağlanması təklif edilmiş, lakin o bununla razılaşmamışdır. 2021-ci ilin noyabr ayının 4-ü o Əmək Müfəttişliyi ilə əlaqə saxlayaraq işdən çıxarılmağından xəbər tutmuşdur. Kollec onu ixtisara saldığını bildirmişdir. Onun işlədiyi ştatda isə hazırda başqa müəllim işləyir. Onun ixtisara salınmaqla işdən azad edilməyi tamamilə qanunsuzdur. Çünki, o, ailəsi ilə yaşayır və ailədə 1-ci dərəcə əlil olan bacısı var. Həmçinin işlədiyi ştat vahidi ləğv olunursa, necə olur ki, həmin ştat üzrə yeni müəllim işə götürülür. Ona ştatın ixtisarı ilə bağlı əmək müqaviləsinin ləğv olunması ilə bağlı rəsmi xəbərdarlıq göndərilməmişdir. O, 2021-ci ilin iyul ayından 14 sentyabr 2021-ci ilədək məzuniyyətdə olmuşdur. Həmkarlar İttifaqı Komitəsinin 10 sentyabr 2021-ci il tarixdə iclası keçirilmiş və 91 nəfər ixtisara salınmışdır. Lakin iclasın keçirilməsi barədə işçilərə heç bir məlumat verilməmişdir. İclasda yalnız 4 şöbə müdiri iştirak etmişdir. Müəllimlər həmin vaxt məzuniyyətdə olmuşlar, 14 sentyabr 2021-ci il tarixdə işə çıxmışlar. Hətta fənn birləşməsi müəllimi Afaq Məmmədova 09 sentyabrda “whatsapp” qrupuna səs ataraq müəllimlərə 14 sentyabrda işə gələrək məzuniyyətdən qayıtmaq barədə qeyd vermələrini bildirmişdir. O, təsadüfən 24 sentyabrda kollecə getmiş və orada laborant xanım ona direktor müavini Kamran Mənsimovun iclas keçirəcəyi bildirmişdir. O, iclasda 47 müəllimin qanunsuz olaraq işə götürüldüyünü demişdir. Lakin ixtisar barədə heç nə deyilməmişdir. Kamran müəllim 47 müəllimin qanunsuz işə götürülməsi barədə Təhsil Nazirliyinin arayışının olduğunu bildirmişdir. Onlar Təhsil Nazirliyinə gedib müraciət etsələr də, orada Nicat müəllim onları qəbul etmiş və belə bir arayışın olmadığını demişdir. 24 sentyabrda keçirilən iclasda onlara yalnız 47 nəfərin qanunsuz işə götürülməsi deyilmişdir. İxtisar və işdən azad olunma barədə heç bir şey deyilməmişdir. 19 oktyabrda Eymur müəllim öhdəliyində 1-ci dərəcəli əlil ailə üzvünün olması barədə ondan MİS-dən arayış gətirməyini tələb etmişdir. O da, arayış gətirib ona vermişdir. 21 oktyabrda isə direktor iclas zamanı onun dərs saatlarının geri qaytarılmasını demişdir. Onu 24 sentyabrdan dərsə buraxmamışlar. Lakin o, kollecə gedərək koridorda oturmuş, nəyə görə dərsə buraxılmadığını soruşduqda ona müddətli əmək müqaviləsi bağlanılmasına razılıq verməyi təklif olunmuşdur. Musiqi nəzəriyyəsi və dirijorluq şöbəsindən yalnız onu işdən azad etmişlər. Həmin şöbədə təxmini 10-dan çox müəllim işləyir. Ona 2019-cu ildə qanunsuz işə götürüldüyü bildirilmiş, onunla bağlanmış müddətsiz əmək müqaviləsinin qanunsuz olması və yenidən müddətli əmək müqaviləsi bağlanılmalı olması deyilmişdir. O da buna razılıq vermədiyi üçün ixtisar bəhanəsilə işdən azad edilmişdir.
7. Sonuncu məhkəmə iclasında iddiaçının vəkili Vəkil2 izahatında bildirmişdir ki, araşdırma zamanı məlum oldu ki, əmr ştat ixtisarı ilə bağlı olsa da, əslində Təhsil Nazirliyinin müvafiq arayışı əsasında verilmişdir. İddiaçı işdən çıxarılsa da, yerinə daha iki müəllim işə götürülmüşdür. Halbuki, onun dərs saatları bölünməmişdir. İşə götürülənlərdən biri Şəfaqət Məmmədova, digəri isə Nərmin Səfərli olmuşdur. Bundan başqa İddiaçı onunla bağlanacaq müddətli əmək müqaviləsinə razı olmadığından, işdən çıxarılmışdır. X3 razılığı alınarkən hər bir işçi barəsində ayrı-ayrı təqdimat verilməli olduğu halda, həmkarlara 91 nəfər işçidən ibarət siyahı təqdim edilib, Həmkarlar İttifaqı isə sadəcə razılıq məktubu göndərmişdir. Odur ki, Həmkarlar İttifaqının 29 saylı protokolu da, etibarsız hesab edilməlidir.
8. Əvvəlki məhkəmə iclaslarında iddiaçının vəkili Vəkil2 izahatlarında bildirmişdir ki, Kollec rəhbərliyi işçilərin ixtisar olunması məsələsi ilə bağlı X22 Komitəsinə müraciət edildiyini və 10 sentyabr 2021-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilərək bəzi şəxslərin siyahısı tərtib olunaraq tutduqları vəzifədən azad olunmalarına razılıq verildiyini bildirsə də, faktiki olaraq belə bir iclas keçirilməmişdir. Ümumiyyətlə iddiaçının belə bir iclasdan xəbəri olmamışdır. Kollec rəhbərliyi Həmkarlar İttifaqı Komitəsi ilə əlbir olaraq bəzi işçilərin siyahısını tərtib edərək onların ixtisar olunmasını qərarlaşdırmışlar. İddiaçının işdən azad olunması olunması barədə əmr Həmkarlar İttifaqının razılığı olmadan verilə bilməzdi. Həmçinin iddiaçı belə bir iclas keçirilmiş olsa belə həmin tarixdə təhsil məzuniyyətində olmuşdur. İddiaçı 2021-ci ilin iyul ayından 14 sentyabr 2021-ci ilədək məzuniyyətdə olmuşdur. Həmkarlar İttifaqının təlimatına əsasən o, şəxsin iştirakı olmadan işçinin işəgötürənin təşəbbüsü ilə işdən azad olunmasını məsələsinə baxa bilməz. Şəxs çağırılıb dindirilmədən onun işdən çıxarılmasına razılıq verilə bilməz. İddiaçıya, ümumiyyətlə heç bir müəllimə iclas barədə məktub, bildiriş göndərilməmişdir. İddiaçı Kollecdə musiqi nəzəriyyəsi fənnini tədris etmişdir. Cavabdeh tərəf kollecdə musiqi nəzəriyyəsi fənninin hazırda tədris olunub-olunmaması, əgər olunursa hansı həcmdə və hansı sayda müəllimlər tərəfindən tədris olunması barədə məlumatlar verməlidir. Çünki iddiaçı ştatın ixtisar olunması ilə bağlı işdən azad olunmuşdur, ancaq həmin fənnin hələdə tədris olunduğu və iddiaçının yerinə başqa müəllimin işə götürüldüyü məlumdur. Həmçinin cavabdeh tərəf musiqi nəzəriyyəsi fənni üçün nə qədər dərs saatının ayrılması və həmin dərs saatlarının neçə müəllim arasında bölünməsi barədə sənədləri məhkəməyə təqdim etməlidir. İşçilərin sayı azaldılarkən işçilərin təhsili, professionallıq səviyyəsi nəzərə alınmalıdır. İddiaçının ixtisası birbaşa olaraq musiqi nəzəriyyəsi müəllimidir. İddiaçının işdən azad edilməsi onun peşakarlığı və təhsil səviyyəsi ilə bağlı deyildir. Kollec rəhbərliyi 2019-cu ildə 47 müəllimin qanunsuz olaraq işə qəbul olunduğunu iddia edir. Həmin müəllimlər içərisində iddiaçının da adı vardır. İşçilərin ixtisarla bağlı işdən azad olunmasının kökündə həmin qanunsuz olaraq işə götürülmə dayanır. İddiaçı 2019-cu ildə əmək müqaviləsi bağlanılaraq işə qəbul olunmuşdur və işdən azad olunana qədər qüvvədə olmuşdur. Həmin müqavilənin qanunsuzluğunun nədən ibarət olmasını kollec rəhbərliyi sübuta yetirə bilməmişdir. Əmək müqaviləsi mübahisələndirilməmiş, qanunsuz hesab edilə bilməz. Həmkarlar İttifaqının razılığı həmin müqavilənin qanunsuzluğuna əsaslanır. Kollecin müraciətinə əsasən Təhsil Nazirliyi kollecdə yoxlama aparmış və 47 müəllimin qanunsuz işə qəbul edildiyi barədə arayış təqdim etmişdir. Həmkarlar İttifaqına ixtisarla bağlı 91 nəfərin adları təqdim olunmuş, onlar 15 nəfərə etiraz etmişlər və 76 nəfərin ixtisarına razılıq vermişlər. Həmin şəxslər ixtisara düşmüşlər, lakin Təhsil Nazirliyinin müdaxiləsi ilə bəzi şəxslər işə bərpa olunmuş, iddiaçı da daxil olmaqla 18 nəfər qalmışdır. Cavabdeh iddia ərizəsinə etirazına X22 Komitəsinin 10 sentyabr 2021-ci il tarixli, 29 saylı protokoldan çıxarışı əlavə etmişdir. Guya ki, həmin tarixdə Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və işçilərin ixtisarı məsələsinə baxılmışdır. Protokoldan çıxarışa nəzər saldıqda oradan kimlərin iclasda iştirak etməsi, işçilər barədə qərarın necə qəbul olunması konkret müəyyən olunmur. Protokoladan çıxarış ilə protokolun özü arasında da ziddiyyət vardır. Belə ki, protokolda göstərilir ki, gündəlik məsələyə təqdimatın müzakirəsi daxil edilmişdir, lakin təqdimat olmayıb, sadəcə məktubla siyahı göndərilib Həmkarlar İttifaqına. Protokoldan çıxarışda isə gündəlik məsələ kollecin işçilərinin ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi kimi qeyd edilmişdir. Protokolla protokoldan çıxarış eyni məzmunlu olmalıdır, ancaq burada ziddiyyətlər vardır. X4 tərəfindən belə bir iclas keçirilməmişdir. Protokol, ondan çıxarış sonradan tərtib edilmişdir. İclas keçirilmiş olsaydı işçilər dəvət olunar, həmçinin ortada təqdimat olardı. İclas keçirilsəydi iclas zamanı ixtisarla bağlı işdən azad olunması qadağan olunan işçilərin kimlər olması müzakirə olunardı. Həmkarlar İttifaqının təlimatında işəgötürənin təşəbbüsü ilə işdən azad olunmanın forması göstərilmişdir. Təlimata görə işçinin işdən azad olunması məsələsinə işçinin iclasa çağırılması ilə baxılmalıdır. İddiaçı 14 sentyabr 2021-ci il tarixdə məzuniyyətdən qayıdıb işə çıxmışdır. Həmin tarixdə də işə çıxmaqla bağlı ərizə ilə müraciət etmişdir. Həmkarlar İttifaqının 10 sentyabr 2021-ci il tarixdə göstərilən iclası zamanı müəllimlər işdə olmamışlar. Belə bir iclasın keçiriləcəyi barədə iddiaçıya nə məktub, nə bildiriş, nə də digər başqa formada məlumat verilməmişdir. Bütün bunlara əsasən qeyd edir ki, belə bir iclas ümumiyyətlə keçirilməmiş, Həmkarlar İttifaqı siyahı tərtib edərək 75 işçinin ixtisarına etiraz etmədiyi qeyd etmişdir. İclasın protokolu, protokoldan çıxarışı saxta tərtib edilmiş sənədlərdir. Onların əsasında kollec direktorunun çıxardığı işçilərin sayı və ştatlarının ixtisar edilməsi barədə 14 sentyabr 2021-ci il tarixli, 177 saylı əmr qanunsuzdur. İddiaçı kollecdə 4 fənni tədris etmişdir. Müəyyən edilməlidir ki, bu fənlər kollecdə hələdə tədris olunurmu. Əgər olunursa hansı müəllimlər tərəfindən tədris olunur. Həmin müəllimlərin ixtisası, tədris etdiyi fənnə uyğun olub-olmaması yoxlanılmalıdır. Bütün bunlar iddiaçının işdən azad olunmasına dair əmrin qanunsuzluğuna gətirib çıxarır. Həmkarlar İttifaqı Komitəsinin təlimatında göstərilir ki, onun qəbul etdiyi hər hansı sənəd etibarsız hesab olunarsa, ondan yaranan hüquqi nəticələr də ləğv edilməlidir. İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas X13 İttifaqı Komitəsinin 10 sentyabr 2021-ci il tarixində keçirdiyi iddia olunan iclasda verdiyi razılıq olmuşdur. İxtisar olunacaq şəxslərin ixtisarına razılığın alınması və verilməsi ilə edilmiş prosedur hərəkətlər qanunvericiliyin tələblərinə zidd olmuşdur. Cavabdehlərin məhkəməyə ünvanladığı etirazları qəbul etmir. İşçilər ixtisar olunarkən Əmək Məcəlləsinin 80-ci maddəsinə və Həmkarlar İttifaqı Komitəsinin təlimatına əsasən kollec siyahı şəklində yox, hər bir işçi barəsində ayrıayrılıqda Həmkarlar İttifaqına təqdimat verməli idi. Həmkarlar İttifaqı da iclasın vaxtını təyin edərək bu barədə işçilərə məlumat verməli və iclası keçirərək işçilərin iştirakı ilə təqdimatları ayrı-ayrı yoxlamalı, sonda qərar qəbul etməli idi. Lakin bütün bu prosedurlara əməl olunmamışdır. Zənnimcə belə bir iclas ümumiyyətlə keçirilməmişdir. Kollec ixtisar olunacaq işçilərin siyahısını Həmkarlar İttifaqına təqdim etmiş, onlar da formal olaraq xidməti otaqlarından çıxmadan protokol, protokoldan çıxarış və razılıq məktubu tərtib etmişlər. Bütün bunlar Həmkarlar İttifaqının razılığının qanunsuz olmasını sübut edir. Razılığın qanunsuzluğu isə işçilərin ixtisarı barədə əmrin qanunsuzluğuna gətirib çıxarır. Sadəcə olaraq işçilər Təhsil Nazirliyinin arayışına əsasən ixtisar adı altında işdən azad edilmişlər. Həmin arayış da direktor N.Qaralovanın kollecdə yoxlama aparılması ilə bağlı nazirliyə müraciəti əsasında tərtib edilmişdir. Əgər işçilərin və ştatların ixtisarından söhbət gedirsə, kollecin nümayəndəsi iddiaçının tədris etdiyi musiqi nəzəriyyəsi fənni üçün neçə ştatın ayrılması və hazırda həmin fənnin neçə müəllim tərəfindən tədris olunması barədə sənədləri məhkəməyə təqdim etməlidir.
9. Bundan başqa iddiaçının vəkili Vəkil2 sonuncu məhkəmə iclasında məhkəməyə vəsatət təqdim edərək, tədqiq edilmiş sübutlara istinad etməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
10. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas kimi əmrdə ştatların və yaxud işçilərin ixtisar edilməsini göstərsə də,həqiqətdə onun tədris etdiyi fənlər (dərs yükü) saxlanılmış, Humanitar Kollecin rəhbərliyi İddiaçı münasibətdə qərəzli olmuş, iş yerlərinin və işçilərin sayı ixtisar olunmadığı halda, onunla əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Belə ki,əldə etdiyi sənədlərdən məlum olur ki, İddiaçı ixtisar adı altında işdən azad olunduqdan sonra Kollecin direktoru X44 lobaranti vəzifəsində olan, lakin direktorun katibəsi funksiyasını yerinə yetirən X6 İddiaçı yerinə-Musiqi nəzəriyyəsi və drijorluq fənn birləşməsinə müəllim təyin edir və İddiaçı tədris etdiyi dərs yükünü ona ötürür. X1 lobarant vəzifəsində olması Humanitar Kollecin direktoru Nərmin Qaralovanın X22 Komitəsinə ünvanladığı ixtisara razılığın verilməsi barədə 30 iyul 2021-ci il tarixində 58A/02-12 saylı məktubuna əlavə edilmiş işçilərin 79-cu sıra nömrəsində qeyd olunur. X1 ixtisarına X22 Komitəsi tərəfindən razılıq verildsə də, Şəfaqət Məmmədova işdə saxlanılmaqla ixtisasına uyğun olmayan İddiaçın tədris etdiyi dərs saatları ilə yüklü edilir. X1 dərs saatları ilə yüklü edilməsi vəsatətə əlavə etdiyi dərs, imtahan cədvəlləri və dərs jurnallarından çıxarışların surətləri ilə təstiqini tapır. İddiaçı münasibətdə növbəti qanunsuzluq yenə də Kollecin direktoru Nərmin Qaralovanın qanunsuz hərəkətləri ilə bağlıdır. Belə ki, Humanitar Kollecin direktoru Nərmin Qaralovanın Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsində baxılan 2(001)-1067/2022 saylı işlə bağlı məhkəməyə göndərdiyi arayışdan bəlli olur ki, X40 adlı şəxs də ixtisar prosesinə cəlb olunubdur. Arayışda daha sonra qeyd olunur: "X40 ixtisar anında 4-cü kurs tələbəsi idi. Hal-hazırda ali təhsil diplomu var və müddətli əmək müqaviləsi ilə işdə saxlanılıb". Yenə də, vəsatətinə əlavə etdiyi 2021/2022-ci tədris ilinin dərs və imtahan cədvəllərindən görünür ki, həqiqətən ali təhsilini yenicə başa vuran Nərmin Səfərova da (hal-hazırda Səfərli) İddiaçı tədris etdiyi fənnlər üzrə dərs yükü ilə təmin edilmişdir. Buradan belə nəticəyə gəlinir ki, İddiaçı tədris etdiyi dərs saatlarının nəinki ləğvindən, heç azalmasından belə söhbət getmir. Əksinə direktor bir nəfəri ixtisar etməklə onun əvəzinə həmin ixtisasa aid olmayan iki nəfəri işə qəbul edir və onları İddiaçı azad olunmuş dərs yükü ilə təmin edir. Beləliklə, məsələnin mahiyyəti İddiaçı münasibətdə hər hansı qanuni ixtisardan yox, Kollecin direktoru N.Qaralovanın İddiaçı qarşı qərəzindən ibarətdir. Həmçinin hesab edir ki, Humanitar Kollecin direktoru Nərmin Qaralovanın əməllərində ciddi qanun pozuntuları olduğundan məhkəmə iddia tələbini təmin etməklə yanaşı faktla bağlı xüsusi qərardad çıxararaq, prokurora bildirməlidir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil Vəkil1 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.
12. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi, Vəkil1 izahatlarında bildirmişdir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən iddiaçı işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər sırasına daxildir. Çünki iddiaçı Qərbi Azərbaycandan didərgin düşən şəxslərdəndir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən iddiaçının 1-ci dərəcə əlilliyi olan bacısı olduğundan onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmçinin kollec tərəfindən işçinin ixtisara salınması barədə bildiriş göndərilməmiş, heç bir xəbərdarlıq edilmədən işdən çıxarılmışdır. Kollecin işçiləri tərəfindən iddiaçının Həmkarlar İttifaqının iclasına dəvət olunması, xəbərdar olunması barədə akt tərtib edilmişdir. Lakin iddiaçıya bildiriş, məktub gəlməmişdir. Həmin aktı qəbul etmir. Özləri tərtib edib, imzalayıblar ki, guya iddiaçını xəbərdar etmişlər. İddiaçının işdən azad olunmasının əsl səbəbi ona təklif olunmuş müddətli əmək müqaviləsinin bağlanmasına razı olmamasıdır. Keçən məhkəmə iclasında cavabdehin nümayəndəsi də izahatında əgər müddətli əmək müqaviləsi bağlasaydı işdə qalacağını bildirmişdir. Kollec müddətli əmək müqaviləsinin bağlanmasına razı olmayan işçiləri ixtisar bəhanəsilə işdən azad etmişdir. Həmkarlar İttifaqının protokolu, protokoldan çıxarış, ixtisarına etiraz etmədiyi işçilərin siyahısı və bunlara müvafiq olaraq kollecin işçilərin ixtisarı barədə 14 sentyabr 2021-ci il tarixli əmri kollecin qanunsuz olaraq işçiləri işdən azad etməsinə hüquqi don geydirməyə xidmət edir.
13. Sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, iddiaçı Şəfaqət xanımın işə götürüldüyünü iddia etsə də, Şəfaqət xanım işdən çıxarılmışdır. X29 və dirijorluq fənni üzrə kollecdə 20 nəfər müəllim işləyir. İddiaçı işdən çıxarılmasına səbəb Təhsil Nazirliyinin arayışdır.
14. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi Nümayəndə1 izhatlarında bildirmişdir ki, etirazı müdafiə edir. İddiaçı 70-ci maddənin “b” bəndinə əsasən işçilərin sayının azaldılması ilə bağlı işdən azad edilmişdir. Musiqi nəzəriyyəsi fənni hazırda kollecdə tədris olunur. Sadəcə olaraq fənni tədris edən müəllimlərin sayı azaldılmışdır. Təhsil Nazirliyi kollecdə yoxlama keçirmişdir və 47 nəfərin qanunsuz olaraq işə qəbul edildiyini müəyyən etmişdir. Bu məsələ haqqında ətraflı məlumatı yoxdur. İddiaçı 10 sentyabr 2021-ci il tarixdə işdə olmuşdur. Bundan əvvəl əmək məzuniyyətində olmuşdur. Həmkarlar İttifaqının iclasının keçirib-keçirilməməsi barədə bir söz deyə bilmir, çünki həmkarlar ittifaqı kollecə tabe deyil. O, musiqi nəzəriyyəsi fənninin dərs saatları, tədris olunması barədə sənədləri elektron sistemə əlavə etmişdir. O, 19 oktyabrda iddiaçının öhdəsində 1-ci dərəcəli əlil ailə üzvü olması barədə onu qəbul edib MİS-dən arayış gətirməsini tələb etmişdir. İddiaçı özü müraciət etmişdi ki, onun 1-ci dərəcəli əlil bacısı vardır. İddiaçı arayış gətirdi və elə bir ailə üzvü olması müəyyən olundu. Sonradan əlil şəxsin iddiaçının öhdəsində olub-olmaması məsələsi ortaya çıxdı və ona telefon vasitəsilə məlumat verildi. Bu ərəfələrdə artıq ixtisar prosesi başlanılmışdı. İddiaçı, həmçinin digər müəllimlər ixtisarların olacağından məlumatlı idilər. Hətta iddiaçının ayrı-ayrı qurumlara şikayətləri də vardır. Biz iddiaçıya tutduğu vəzifə ilə bağlı müddətli əmək müqaviləsi bağlamağı təklif etmişdir, lakin o, razılaşmamışdır, müddətsiz istəmişdir. Musiqi nəzəriyyəsi və dirijorluq fənn birləşməsinin ixtisara qədərki işçilərinin siyahısına nəzər yetirdikdə Sənəm xanımın ən az staja malik işçi olması müşahidə olunur. O, həm Təhsil Nazirliyinin arayışında olan 47 nəfərin içərisində olduğundan, həm də ixtisarı qadağan edilmiş işçilər sırasına aid olmadığından ixtisara salınaraq işdən azad edilmişdir. İxtisara razılıq verilməsi ilə bağlı Həmkarlar İttifaqına müraciət olunmuş və Həmkarlar İttifaqının etirazından da göründüyü kimi iclas keçirilmiş, lakin Sənəm xanım da daxil olmaqla 91 nəfər iclasa dəvət edilməmiş və iştirak etməmişdir. Həmkarlar İttifaqı razılıq verdikdən sonra kollec işçilərə xəbərdarlıqlar ünvanlamış və daha sonra işdən çıxarılma əmrini vermişdir. Təhsil Nazirliyinin arayışında müəllimlərin dərs saatlarının da düzgün bölünmədiyi göstərilmişdir. Belə ki, 1 müəllimin dərs saatı 500 saatdan az ola bilmədiyi halda bəzi müəllimlərin dər yükü 500 saatdan az, bəzilərinin isə 500 saatdan çox olmuşdur. Sənəm xanımın tədris etdiyi musiqi nəzəriyyəsi fənni hazırda kollecdə tədris olunur və həmin fənnin nə qədər müəllim tərəfindən tədris olunmasını dəqiq deyə bilməz. Müəllimlərlə müddətli əmək müqaviləsinin bağlanması kollecdən asılı olmayan zərurətdir. Kollecdə dərs yükü tələbələrdən asılı olduğundan və tələbələrin sayı tədris illəri üzrə dəyişdiyindən dərs yükünün azalması məsələsi ortaya çıxır. Buna görə də növbəti tədris ili üçün kollecə daha az müəllim lazım ola bilər. Bu səbəbdən müəllimlərlə 1 tədris ili üçün müddətli əmək müqaviləsi bağlanmalıdır. Çünki kollecin publik hüquqi şəxs olduğundan özü-özünü maliyələşdirir və artıq müəllimlərə əmək haqqı ödəmək imkanı yoxdur. Sənəm xanım da müddətli əmək müqaviləsi bağlamağa razı olmadığından ixtisara salınmışdır. Onu da qeyd edir ki, kollecin əmri ilə ştat ixtisar edilməyib, sadəcə fənni tədris edən müəllimlərin sayı azaldılmışdır.
15. Sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X41 izahatında bildirmişdir ki, təqdim edilən arayışdan göründüyü kimi kollecdə mübahisəli fənn üzrə 2020/2021-ci illərdə 15 işçi, 2021-2022-ci illərdə isə 16 işçi olmuşdur. 1 nəfər artıq görünsə də, həmin 1 nəfər analıq məzuniyyətində olduğundan onun yerinə kollec rəhbərliyi tərəfindən işçi götürülmüşdür. Əslində isə həmin fənn üzrə 15 ştat vardır. N.Səfərlinin adı ixtisara düşən müəllimlər siyahısında olsa da, o, analıq məzuniyyətində olan işçinin yerinə işə götürülmüş və onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Kollecdən tələbələrin sayına uyğun dərs saatları müəyyənləşir. Dərs saatı azdırsa daha az müəllimə ehtiyac var. Ona görə də, müəllimlərlə müqavilə müddətsiz bağlana bilməz. İxtisara zərurət yarandığından, kollec rəhbərliyi Təhsil Nazirliyinin arayışında qeyd edilən 47 nəfərin ixtisarını daha üstün tutmuşdur.
16. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi, X41 izahatlarında bildirmişdir ki, kollec tədris müəssisəsi olduğuna görə hər ilin dərs yükü müəyyən olunur. Bu da kurslar üzrə tələbələrin sayı, dolayısı ilə qrupların sayından asılı olur. Yəni tələbələrin sayı illər üzrə dəyişə bilər. Bundan asılı olaraq dərs saatı və müəllim sayı dəyişə bilər. Ona görə də kollec publik hüquqi şəxs olaraq yenidən təşkil olunduğundan artıq özləri-özlərini maliyyələşdirməlidirlər. Beləliklə onlar yalnız müddətsiz əmək müqaviləsini xadimə, gözətçi, bağban, mühasib və s. kimi vəzifələri tutan şəxslərlə bağlamalıdılar ki, həmin vəzifələr dərs saatı və tələbə sayından asılı olmasın. Tədris işçiləri birbaşa tələbə sayı və dərs saatı ilə bağlı olduqlarından kollec onlarla müddətsiz əmək müqaviləsi bağlaya bilmir, çünki illər üzrə neçə tələbənin kollecdə təhsil alacağı və buna uyğun dərs saatı konkret müəyyən olunmur. Əgər müəllimlər boşda qalarsa kollecin iş saatı olmayan müəllimə əmək haqqı ödəməyə vəsaiti olmayacaq. 2019-cu ildə 47 işçi işə götürülərkən qanunsuz olaraq müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin şəxslərin yalnız 2019-2020-ci illər üzrə 1 tədris ili üçün yaranmış zərurətlə əlaqədar işə götürülməsinə Təhsil Nazirliyi razılıq vermişdir. Lakin kollecin keçmiş direktoru isə həmin şəxslərlə müddətsiz əmək müqaviləsi bağlamışdır. Kollecdə hazırda 5 illik stajı olan müəllimlərlə və tədrislə bağlı olmayan vəzifələri tutan şəxslərlə müddətsiz müqavilə bağlanılır. Təhsil Nazirliyi tərəfindən konkret şəxslərin işdən azad olunması ilə bağlı şifahi və ya yazılı göstəriş yoxdur. Ancaq ixtisarların aparılması zamanı kollec rəhbərliyi hesab etmişdir ki, Təhsil Nazirliyinin arayışında qanunsuz işə götürüldüyü hesab edilən şəxslər əsas götürülməlidir. Çünki həmin şəxslər 2019-cu ildə qanunsuz işə götürülmüşdür və onlar bu gün ştatın əsassız olaraq artmasına və maliyyə balansının pozulmasına səbəb olmuşlar. Həmin şəxslərlə bağlanmış müddətsiz əmək müqavilələrinə başqa formada xitam vermək mümkün deyildi. İşçilərin işə götürülməsi və işdən azad edilməsi kollecin direktorunun səlahiyyətlərinə daxildir, sadəcə olaraq ştat cədvəlini yuxarı orqanla razılaşdırmaq tələb olunur. Kollecin nizamnaməsində ştat cədvəlinin direktor tərəfindən təsdiq edildiyi qeyd olunub. Lakin Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır. Həmçinin iddiaçının tədris etdiyi musiqi nəzəriyyəsi və dirijorluq fənn birləşməsinin növbəti tədris illərində mövcud olacağı sual altındadır, ləğv oluna bilər.
17. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi X42 izahatında bildirmişdir ki, kollec rəhbərliyi Təhsil Nazirliyinin müvafiq arayışına istinad etməklə, məcburiyyət qarşısında qalaraq ixtisarlar etmişdir. Müəllimlərlə müqavilələr əslində müddətli bağlanmalı idi. Odur ki, əmr qanunidir.
18. Əvvəlki məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi X42 izahatında bildirmişdir ki universitet və onun nəzdində olan kollec təhsilin Boloniya sisteminə qoşulmuşdur. Bu sistemdə dərs yükü qəbul olunan tələbənin sayına uyğun müəyyən olunur. Hər il ştat cədvəli tərtib olunur. Dərs yükü düşməyən müəllimin müddətli əmək müqaviləsi xitam olunur. Ona görə də 1 tədris ili üçün müəllimlərlə müddətli əmək müqaviləsi bağlanılır. Kollec publik hüquqi şəxsdir. Universitet ona metodiki rəhbərliyi həyata keçirir, lakin idarəçilik kollecin özündədir. Universitet kollecin işçi sayına, ştatlarına qarışmır. Ştat cədvəli kollec tərəfindən tərtib olunur, Təhsil Nazirliyi və universitetlə razılaşdırılır. Lakin işçilərin işə götürülməsinə, işdən azad edilməsinə universitet müdaxilə edə bilmir. Kollec özü-özünü maliyələşdirməlidir. Lakin bunda çətinlik çəkir, Təhsil Nazirliyi ora dotasiya ayırır. Ona görə də ştatların çoxluğu kollecin müəllimlərə əmək haqqı verə bilməsini çətinləşdirir. Odur ki, müəllimlərlə 1 tədris ili üçün müddətli əmək müqaviləsi bağlanmalıdır. İşçilərin ixtisarına gəldikdə isə bunu işəgötürən müəyyən edir. İşçilərin peşəkarlığı, tədris keyfiyyəti, tələbə məmnunluğu nəzərə alınır. Kollecin işçilərin sayının və ştatların ixtisarı barədə əmri qanunidir.
19. Məhkəmə iclasında iştirak edən iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, Təhsil Nazirliyinin müvafiq arayışında Nazirlər Kabinetinin müvafiq qərarına istinad edilməklə göstərilir ki, dərs yükü 500 saatdan artıq ola bilməz. Kollec rəhbərliyi də, dərs yükünü nəzərə alaraq hesab ediblər ki, 18 nəfər qalmalı, 2 nəfər ixtisara düşməlidir. Hesab edir ki, əmr qanunidir və tələb əsassızdır.
20. Əvvəlki məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 izahatlarında bildirmişdir ki, kollecin ştatların və işçilərin ixtisarı barədə çıxardığı əmr Əmək Məcəlləsinin normalarına tam olaraq uyğundur. Kollec tərəfindən ixtisarı nəzərdə tutulan 91 nəfərlik siyahı Həmkarlar İttifaqı Komitəsinə təqdim olunmuşdur. Həmkarlar İttifaqı Komitəsi araşdırma aparmış və 75 işçinin ixtisarına etiraz etmədiyi qeyd etmişdir. İşçilərin sayı və ştatlar ixtisar edilərkən işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsi, tədrisin keyfiyyəti, işçinin kollektivdə davranışı nəzərə alınmalıdır. Bütün bunları işəgötürən müəyyən edir. Təhsil Nazirliyinin işçilərin qanunsuz işə götürüldüyü barədə arayışı ilə bağlı qeyd edir ki, Nazirlik tərəfindən kollecdə yoxlama aparılmış və 2019-cu ildə 47 nəfər müəllimlə müddətli əmək müqaviləsi bağlanılmalı olsa da, onlarla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Bu da nəticədə ştatların əsassız olaraq şişməsinə səbəb olmuşdur. Ştatların nə qədər olması barədə məlumatı yoxdur. Əmək müqaviləsinin müddətli və müddətsiz bağlanması fənnin növündən asılı deyildir. Fənn saat hesabıdırsa, müddətli əmək müqaviləsi bağlanmalıdır. Kollecin əvvəlki direktoru 2019-cu ildə 1 tədris ili üçün əlavə müəllimlərin işə götürülməsinə razılıq verilməsini ilə bağlı Təhsil Nazirliyinə müraciət etmişdir. Çünki kollecdə müəllim çatışmazlığı yaranmışdı. Direktor həmin müəllimlərlə 1 tədris ili üçün müddətli əmək müqaviləsi bağlamalı idi. Lakin müddətsiz əmək müqavilələri bağlanmışdır. Yeni direktor N.Qaralova nazirliyə kollecdə yoxlama aparılması ilə bağlı müraciət etdikdə bu qanunsuzluqdan ortaya çıxmış və nazirlik arayışında bütün bunları göstərmişdir. Müəllimlərlə qanunsuz olaraq bağlanmış müddətsiz əmək müqavilələrinə yalnız işçilərin ixtisarı yolu ilə xitam verilə bilərdi. Odur ki, kollecin işçilərin ixtisarı barədə verdiyi əmri qanuni hesab edir.
21. Cavabdeh "Azərbaycan Dövlət Mədənı̇ yyət və İncəsənət Unı̇ versı̇ tetı̇ nin Nəzdı̇ ndə Humanı̇ tar Kollec" Publı̇ k Hüquqı̇ Şəxsı̇ iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Etirazda qeyd olunub: İddiaçı qeyd edir ki, 04 Avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 355 saylı əmri ilə Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci adlandırılmışdır. Halbuki cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçı tərəfindən adı qeyd olunmuş lakin sübut olaraq iddia ərizəsinə əlavə edilməmiş 04 avqust 2020-ci il tarixli 355 saylı əmri ilə deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 İyul 2020-ci il tarixli 250 saylı qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevirilmə yolu ilə yenidən təşkil edilib. Bundan başqa iddiaçı qeyd edib ki, yeni direktor Nərminə Qafarova təyin edildikdən sonra 67 müəllimi işdən azad edəcək hədəsi ilə müqavilələrinin müddətli formada restrukzasiyasını tələb etdi. Əks təqdirdə işdən pozuntu ilə çıxaracağı ilə hədələdi. Bütün müəllimlər cənab Prezidentə, Təhsil Nazirliyinə, Əmək Müfəttişliyinə, KİV-ə (bir çox saytlarda Nərminə Qafarovanın təhqirləri və qanunsuzluqları barədə məqalalər dərc edilmişdir. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsina yazılı şikayətlər edilmişdir. Məlumata əsasən Nərminə Qafarova keçmiş Baş Prokurorun yaxın qohumudur. Təhsil Nazirliyinin nümayəndəsi ilə görüşdük. Nazirliyin nümayəndəsi N.Qafarovanın dediklərini təkzib edib, 67 müəllimin işdən çıxarılması barədə Təhsil Nazirinin göstərişinin olmadığını bildirdi. Nazirliklə N.Qafarovanın bəyanatları tam fərqli oldu. Açıq-aşkar bildirdilər ki, N.Qafarova öz istədiyini edə bilsə də amma Təhsil Nazirliyi bu qanunsuzluğa seyirci qalacaq və müdaxila edə bilmək hüququ olsa da nədənsə etmədi. BHK direktoru Nərminə Qafarova ona bildirib ki, müddətsiz əmək müqaviləsini müddətliyə çevirsək 1(illik) o işdən çıxmayacaq əks təqdirdə pozuntu ilə çıxarılacaq. İddiaçı nəzərə almayıb ki, cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X53 X67 Qafarova adlı şəxs çalışmır və bununla da birmənalı şəkildə qeyd edirik ki, iddia ərizəsində Nərmin Qafarova adlı şəxsə eləcə də BHK adlı şəxsə dair yazılanların cavabdehə heç bir aidiyyatı yoxdur. İddiaçı yuxarida qeyd olunanları işin mübahisə edilməyən halları adlandırıb. Lakin iddiaçı işin mübahisə edilməyən hallarının hansı hallar olduğunu unudub. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82-ci maddesinə əsasən sübut etməkdən azad olmaq üçün əsaslar göstərilib. Həmin məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Göründüyü kimi iddiaçının "işin mübahisə edilməyən halları"adlı başlıqlı ərizədə göstərdikləri uydurmadır və əsassızdır. Bununla da həmin halları mübahisə edilməyən kimi qiymətləndirmək düzgün deyil. Eyni zamanda iddiaçı atestasiya keçirilmədən işdən çıxarılmasını, onun ixtisası üzrə yeni müəllimin işə götürülməsini və ştatın ləğv edilməsini əsassız va direktorun qərəzli olması ilə əlaqələndirib. İddiaçı göstərilən arqumenti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.3-cü maddəsinə istinad etməklə əsaslandırıb. Lakin iddiaçı düzgün normaya istinad etməyib. Belə ki, iddiaçı nəzərə almayıb ki, istinad etdiyi maddi hüquq norması Azərbaycan Respublikası Əmək Məcəlləsinin doqquzuncu fəsilinə aid işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normalarına daxildir. Həmin məcəllənin 64-cü maddəsinin 2-ci bəndində qeyd edilib ki, işəgötürən müvafiq is yerlərində əməyin mühafizəsi tedbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində an mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlerinin attestasiyasını keçirməlidir. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə əlaqəli olduğu halda iddiaçı hansısa qeyri-müəyyən səbəbdən həmin məcəllənin attestasiya ilə bağlı, yəni, işə heç bir aidiyyatı olmayan normasina müraciət edib. Daha sonra iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinin tələblərinin cavabdeh tərəfindən pozulduğunu və bunu 4 illik əmək fəaliyyəti ilə məşğul olduğu üçün ona heç bir rəsmi xəbərdarlıq edilmədiyi ilə əlaqələndirmişdir. İddiaçınin cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin təleblerinin pozulması ilə bağlı arqumenti ilə bağlı qeyd edilməlidir ki, 23 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu, 24 sentyabr 2021-ci il tarixdə göndərilmişdir. Həmin tarixdə kollecin ixtisarin həyata keçirilməsinə nəzarət komissiyasının üzvləri (tədris işləri üzrə direktor müavini X33, inzibati-təsərrüfat işləri üzrə direktor müavini X34, baş mühasib X21, hüquqşünas X11 və İnsan resursları ve informasiya şöbəsinin müdiri X50) tərəfindən kollecin akt zalında dərs yükü olmayan ştatları ixtisara düşən müəllimlərlə iclas keçirilmişdir. Müəllimlərə ixtisarlarla bağlı xəbərdarlıq edilmiş və xəbərdarlıq bildirişləri rəsmi qaydada teqdim edilmişdir. Müəllimlər xəbərdarlıqla tanış olsalar da xəbərdarlıq bildirişlərini qəbul etməkdən imtina etmiş və iclasın pozulmasına səbəb olan hərəkətlərə yol verərək iclası tərk etmişlər. İddiaçı qeyd edir ki, ailəsində fiziki imkanları olmayan 1-ci qrup əlil bacısı vardır və bununla da, cavabdeh terəfindən Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri pozulmuşdur. İddiaçı nəzərə almayıb ki, ailədə fiziki imkanları olmayan 1-ci qrup ailə üzvünün olması Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə aiddir. Həmin maddənin mənasına görə sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya dərəcə əlilliyi olan şəxs ilk növbədə ailə üzvü olmalı daha sonra isə öhdədə olmalıdır. Lakin iddiaçı öhdədə olma ilə bağlı heç bir sübut təqdim etməyib. İddiaçı eyni zamanda qeyd edir ki, 1988-ci il Qərbi Azərbaycandan (indiki Ermənistan Respublikasından) didərgin düşən şəxslərdəndir və bununla da cavabdeh tərəfindən Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçı bir daha qanunu düzgün təfsir etməmiş, eyni zamanda özünü əsassız və Qanunsuz olaraq məcburi köçkün onlara bərabər tutulan şəxs va qaçqin statusu olan şəxslər sırasına aid etmişdir. Belə ki, ilk öncə nəzərə alinmalıdır ki, iddiaçı xx xxxx 1991-ci ildə doğulub. Yəni iddiaçının 1988-ci ildə Qərbi Azərbaycandan didərgin düşməsi qeyri-mümkündür. Fərz etsək ki, belə iddiaçı 1988-ci ildə doğulub və həmin ildə Qərbi Azərbaycandan didərgin düşüb, bu zaman iddiaçı qeyd etdiklərini təsdiq edəcək sübutları iddia ərizəsinə əlavə etməli idi. İşçilərin sayının azaldılması və ştatların ixtisarına dair isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarınına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevirilmə yolu ilə yenidən təşkil edilib. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı 05 İyul 2021-ci il tarixli 38/1-12 saylı məktubu ilə kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli ve effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi və uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə yeni ştat cədvəli təqdim edilərək təklif olunan ştat cədvəlinə münasibət göstərilməyi vurğulanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 lyul 2021-ci il tarixli 04-26-718/15 saylı məktubuna əsasən həmin ştat cədvəli təsdiq edilməsinə etiraz edilməmişdir. Cavabdehin 29 iyul 2021-ci il tarixli 141 saylı əmri ilə 2021-2022-ci tədris ili üçün yeni ştat cədvəli təsdiq edilib. Göstərilən struktur dəyişikliyi ilə əlaqədar normadan artıq və eyni zamanda müasir tələblərə cavab verməyən ştat vahidlərini tənzimləmək məqsədilə işçilərin sayı və ya ştatların ixtisar edilməsi, aşkar edilən bir çoxsayda nöqsan və pozuntuların aradan qaldırılması istiqamətində işlərin yerinə yetirilməsinə başlanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 fevral 2021-ci il tarixli, F-65 nömrəli əmrinə əsasən, Audit şöbəsinin şöbə müdiri müavini (Audit sektorunun sektor müdiri) X12, həmin şöbənin böyük məsləhətçisi X7, məsləhətçisi X46 tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə ( Bakı Humanitar Kollec) 01 yanvar 2019-cu il tarixindən 01 yanvar 2021-ci il tarixədək olan dövr üzrə maliyyə-fəaliyyəti araşdırılmış və 16 mart 2021-ci il tarixli Arayış tərtib edilmişdir. Sözügedən Arayışda qeyd edildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 oktyabr 2010-cu il tarixli 215 nömrəli Qərarına əsasən orta ixtisas təhsil müəssisələrində müəllim və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü 500 saatdan az olmamaqla (nəzəri, laborator va praktiki məşğələlərə, musiqi, mədəniyyət, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 80%-dən az olmamaqla) müəyyən olmuşdur. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 2019-2020-ci tədris ilində dərs yükünün hesablanması barədə əmrdə dərs yükü 250-500 saat aralığında olan müəllimlərin sayı 147 nəfər, 500-dən 600 saata qədər dərs yükü olan müəllimlərin sayı 118 nəfər və 600-800 saat dərs yükü olan müəllimlərin sayı isə 21 nəfər olmuşdur. Kollecdə fəaliyyət göstərən 286 müəllimdən 147-nin dərs yükünün 250-500 olmasının əsas səbəbi, yuxarıda göstərilən Qərarın tələblərinə zidd olaraq 2019-cu ilin sentyabr ayı ərzində Kollecin rəhbərliyi tərəfindən öz vəzifə səlahiyyətlərini aşaraq 47 müəllimin daimi işə qəbul edilməsi (o cümlədən 10 müəllim işdən çıxanların yerinə) olmuşdur. Eyni zamanda normativ sənədlərin tələbləri pozularaq 19 nəfər orta ixtisastəhsilli müəllimin kollecdə dərs deməsi nöqsan kimi qeyd edilmişdir. Bununla da yuxarı orqan tərəfindən bir tədris ili üçün müddətli əmək müqaviləsi bağlanılmasına razılıq verilmiş işçilərlə (47 nəfər işçi) əmək müqavilələri müddətsiz bağlanıldığından həmin işçilərin əmək müqavilələrinə müddətin bitməsi əsası ilə (AR ƏM-nin 68.2.b. və ya 73.1 maddəsi ilə) xitam verilməsi mümkün olmamışdır. Kollecdə aparılmış araşdırma nəticəsində 16.03.2021-ci il tarixdə tərtib edilmiş arayışda əks etdirilən nöqsanların aradan qaldırılması, eləcədə təsdiq edilmiş yeni Ştat cədvəlinə əsasən ləğv edilmiş və ya ixtisar edilmiş vəzifə və peşələri tutan işçilərin ixtisarı zərurəti yaranmışdır. İxtisar edilən işçilərin, yeni ştat cədvəli üzrə peşə va ixtisaslarına uyğun olan vəzifə və peşələr təklif edilməsi - nəzərdə tutulmuşdur və işçilərin razılığı olduğu halda həmin vəzifə və peşələrə işə-qəbul təmin edilmişdir. Belə ki, qeyd edilənləri nəzərə alaraq işçilərin sayının və ştatların ixtisar edilməsi barədə 177 nömrəli 14 sentyabr 2021-ci il tarixli əmrə əsasən əmrdən irəli gələn, ixtisar olunacaq işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada (ƏM-nin 78 və 79-cu maddələrinin tələbləri nəzərə alınmaqla) xəbərdarlıq edilməklə, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif edilməklə ixtisara düşən müəllimlərin ixtisasları, əmək fəaliyyəti nəzərə alınmaqla yerləşdirilmişdir. Sözü gedən arayışın iddiaçıya dair olan hissəsində göstərilib ki, İddiaçı 19 Sentyabr 2019-cu il tarixli 105 saylı əmrlə "Musiqi nəzəriyyəsi və solo ifaçılıq" fənn birləşməsinə 500 saat dərs yükü ilə müəllim təyin olunmuşdur. 2019-cu ilin sentyabr ayında müddətsiz əmək müqaviləsi bağlanmaqla daimi işə qəbul edilmiş 47 müəllimdən biri İddiaçı olmuşdur. Onunla bağlanmış əmək müqaviləsi müddətsiz olduğundan və o, qanunsuz şəkildə işə qəbul edildiyindən bu hal digər müəllimlərin dərs saatının azalmasına yəni balansın pozulmasına gətirib çıxarmışdır. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 oktyabr 2010-cu il tarixli 215 nömrəli Qərarının tələblərinə riayət edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə "Orta ixtisas təhsil pilləsinin dövlət standartı subbakalavriat səviyyəsinin ixtisas üzrə təhsil" proqramı 2021-ci ildə yenidən hazırlanmış və həmin proqrama əsasən dərs yükü azaldılmışdır. Qeyd olunan bu hal işçilərin sayının azaldılması zərurətini artırmışdır.Eyni zamanda nəzərə alınmalıdır ki, İddiaçı və digər şəxslər əmək hüquqlarının pozulması ilə bağlı müxtəlif orqanlara müraciatlər etmişlər və həmin müraciətlərə aidiyyatı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı cavabdeh tərəfindən har hansı qanunsuz hərəkətə yol verilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsi əsasları çoxdur və bu səbəbdən iddiaçının iddiası təmin edilə bilməz.
23. İddiaçı iddia tələbinin həcmini artırdıqdan sonra cavabdeh "Azərbaycan Dövlət Mədənı̇ yyət və İncəsənət Unı̇ versı̇ tetı̇ nin Nəzdı̇ ndə Humanı̇ tar Kollec" Publı̇ k Hüquqı̇ Şəxsı̇ iddiaya qarşı etirazını məhkəməyə təqdim etmişdir.
24. Etiraz aşağıdakı məzmunda ifadə edilmişdir.
25. İddia ərizəsində qeyd olunub ki, guya 2020-ci ilin sonlarında kollecə direktor təyin olunan Nərmin Qaralova təyin olunduqdan az bir müddət sonra kollecde pedoqoji faaliyyət göstərən çox sayda müəllimlərə ərizə yazdırıb işdən çıxmalarını təklif etmişdir. Müəllimlər onun təklifi ilə razılaşmadıqda kollecin keçmiş rəhbərliyinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasına dair Təhsil Nazirliyindən komissiya dəvət olunmasına nail olmuşdur. Yoxlamanın nəticələrinə dair komissiyanın verdiyi arayışda göstərilmişdir ki, 2019-cu ildi işə qəbul olunan müəllimlərin hamısı ilə qanunsuz əmək müqaviləsi bağlanmışdır. Bundan sonra yeni direktor idarəçiliyin optimallaşdırılması, yüksək nəaliyyətlərin əldə olunması adı altında qanunsuz qəbul edilmiş hesab olunan müəllimləri "ştatların və ya işçilərin ixtisarı" adı altında işlərindən kənarlaşdırmağa, hətta onların yerinə başqa yerdən yeni kadrlar gətirməyə başlamışdir. İddiaçı tərəfindən yuxarıda göstərilənlərin heç bir faktiki və hüquqi əsası yoxdur. Boş və mənasız söz yığınıdır. Məqsəd məhkəməni işin mahiyyətindən yayındırmaqdır. Belə ki, Nərmin Qaralova 18 dekabr 2020-ci il tarixdə direktor teyin edilib, vəzifələrinin icrasına isə 21 Dekabr 2020-ci il tarixdə başlayıb. Bundan dərhal sonra semestr imtahanları başlayıb. Nərmin Qaralovanin iddiaçının ərizədə göstərdiyi kimi müəllimlərə ərizə yazdırıb işdən çıxmalarını təklif etməsi absurddur. Bundan başqa iddiaçı qeyd edib ki, guya təqdimat əsaslandırılmayıb. Lakin 30 iyul 2021-ci il tarixli 58A/02-12 saylı təqdimatda konkret olaraq hansı səbəbdən həmkarlar ittifaqına müraciət olunmasi göstərilib. Eyni tipli iş üzrə (Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Fuad Abdiyev 2(001)-820/2022) X5 17 Fevral 2022-ci il tarixli məktubundan görünür ki, 10 Sentyabr 2021-ci il tarixdə komitə üzvlərinin və işəgötürən tərəfin iştirakı ilə iclas keçirilib. Həmin məktubda ixtisar olunan tərəfin iclasda iştirak etməməsi ilə bağlı qeyd edilmişdir ki, "işçilərin sayını nəzərə alaraq yəni qeyd edilən 91 nəfər şəxsin iştirakının təmin edilməsi qeyri-mümkün olduğu üçün onlarin iştirakı olmadan iclas keçirilmişdir. Kollecdə aparılmış araşdırma nəticəsində 16.03.2021-ci il tarixdə tərtib edilmiş Arayışda əks etdirilən nöqsanların aradan qaldırılması, eləcə də təsdiq edilmiş yeni Ştat cədvəlinə əsasən ləğv edilmiş və ya ixtisar edilmiş vəzifə va peşələri tutan işçilərin ixtisar zərurəti yaranmışdır. İxtisar edilən işçilərin, yeni ştat cədvəli üzrə peşə və ixtisaslarınauyğun olan vəzifə va peşələr təklif edilməsi nəzərdə tutulmuşdur və işçilərin razılığı olduğu halda həmin vəzifə va peşələrə işə qəbul təmin edilmişdir. Belə ki, qeyd edilənləri nəzərə alaraq işçilərin sayının və ştatların ixtisar edilməsi barədə 177 nömrəli 14 sentyabr 2021-ci il tarixli əmrə əsasən əmrdən irəli gələn ixtisar olunacaq işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nazərdə tutulmuş qaydada (BM-nin 78 ve 79-cu maddələrinin tələbləri nəzərə alınmaqla) xəbərdarlıq edilməklə, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif edilməklə ixtisara düşən müəllimlərin ixtisasları əmək fəaliyyəti nəzərə alınmaqla yerləşdirilmişdir. Sözü gedən arayışın iddiaçıya dair olan hissəsində göstərilib ki, İddiaçı 19 sentyabr 2019-cu il tarixli 105 saylı əmri ilə "Musiqi nəzəriyyəsi və solo ifaçılıq fənn birləşməsinə 500 saat dərs yükü ilə müəllim təyin olunmuşdur. 2019-cu ilin sentyabr ayında müddətsiz əmək müqaviləsi bağlanmaqla daimi işə qəbul edilmiş 47 müəllimdən biri İddiaçı olmuşdur. Onunla bağlanmış əmək müqaviləsi müddətsiz olduğundan və o, qanunsuz şəkildə işə qəbul edildiyindən bu hal digər müəllimlərin dərs saatının azalmasına yəni balansın pozulmasına gətirib çıxarmişdir. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 oktyabr 2010-cu il tarixli 215 nömrəli Qararının tələblərinə riayət edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə "Orta ixtisas təhsil pilləsinin dövlət standartı subbakalavriat səviyyəsinin ixtisas üzrə təhsil" proqramı 2021-ci ildə yenidən hazırlanmış və həmin programa əsasən dərs yükü azaldılmışdır. Qeyd olunan bu hal işçilərin sayının azaldılması zərurətini artırmışdir. Eyni zamanda nəzərə alınmalıdır ki, İddiaçı və digər şəxslər əmək hüquqlarının pozulması ilə bağlı müxtəlif organlara müraciətlər etmişlər və həmin müraciətlərə aidiyyatı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsi əsasları çoxdur və bu səbəbdən iddiaçının iddiası təmin edilə bilməz
26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X13 İttifaqı Komitəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
27. Cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X13 İttifaqı Komitəsi iddiaya dair məhkəməyə etiraz ünvanlayaraq, iddianın rədd edilməsini xahiş etmişdir.
28. Etirazını aşağıdakı məzmunda əsaslandırılmışdır:
29. İddiaçı qeyd edir ki, Azərbaycan Təhsil İşçiləri X51 Respublika Komitəsinin 19 Noyabr 2012-ci il tarixli məclisində təsdiq edilmiş "işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsinin ləğv edilməsi sahəsində həmkarlar ittifaqlarının hüquq və vəzifələrinə dair" Təlimat tələbləri pozulub. Lakin iddiaçı nəzərə almayıb ki, həmin iclasda iddiaçı iştirak etməsə belə iclas keçirilib. Belə ki, 10 Sentyabr 2021-ci il tarixdə komitə üzvlərinin və işəgötürən tərəfin iştirakı ilə komitə sədri Nigar İmanovanın sədrliyi ilə iclas keçirilmişdir. İclasda qoyulmuş məsələyə baxılmış, kollecin təqdim etdiyi sənədlər araşdırılmış və müvafiq qərar verilmişdir. İxtisar olunan tərəfin iclasda iştirak etməməsinə dair isə qeyd olunmalıdır ki, təqdim olunmuş şəxslərin sayı 91 nəfər idi. Həmin şəxsləri bir gündə yığmaq, onlara nəzarət edərək normal iclas keçirilməsini təşkil etmək mümkün deyildir. Kollec tərəfindən təqdim olunmuş sənədlər prosessi ətraflı şəkildə əhatə etdiyi üçün ixtisar olunan şəxslərin iştirakı olmadan iclasın təşkil edilməsi məqsədə müvafiq hesab edilmişdir. Bununla da, əmək qanunvericiliyi Komitə tərəfindən pozulmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
30. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən 038797 saylı vəsiqədən görünür ki, X18 uşaqlıqdan İ qrup əlillik dərəcəsi verilmişdir.
31. Mənzil Kommunal Təsərrüfatı Birliyinin 79 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilən arayışdan görünür ki, İddiaçı anası, atası,qardaşı və bacısı ilə birlikdə Bakı şəhəri,İ.Həşimov küçəsi, 8 saylı evin, 3 №-li mənzilində qeydiyyatdadır.
32. İİ-СЛ seriyalı, 315851 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X47 ilə X19 arasında 16 avqust 1984-cü il tarixində nikah bağlanmışdır.
33. Xİİ-ЖГ seriyalı 494026 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X30 01 oktyabr 1987-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X10 anası X8r.
34. XVİ-ЖГ seriyalı 357140 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X31 29 iyul 1991-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X10 anası X8r.
35. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 30 noyabr 2018-ci il tarixli 308 №-li sərəncamından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş X19 fəaliyyət qabiliyyəti olmayan qızı X30 üzərində qəyyum təyin edilməsi qərara alınmışdır.
36. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 16 sentaybr 2019-cu il tarixindən müddətsiz olmaqla, əmək müqaviləsi əsasında Bakı Humanitar Kollecində müəllim vəzifəsində işə başlamışdır. Bildiriş sistemə 21 oktyabr 2019-cu il tarixində daxil edilmişdir.
37. İddiaçı məxsus 046641 saylı əmək kitabçasından görünür ki, İddiaçı 105 saylı, 18 sentyabr 2019-cu il tarixli əmr ilə Bakı Humanitar Kollecində 16 sentyabr 2019-cu il tarixində müəllim təyin edilmişdir.
38. 01 noyabr 2021-ci il tarixli 303 saylı əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatlrı ixtisar edildiyi üçün İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
39. İddiaçı tərəfindən Bakı Humanitar Kollecin direktoru V.T. Əmiraslanova yazılan ərizədən görünür ki, İddiaçı onu musiqi nəzəriyyəsi ixtisası üzrə müəllim təyin edilməsini xahiş etmişdir.
40. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Humanitar Kollecinin direktoru V.Əmiraslanov tərəfindən verilən 18 sentyabr 2019-cu il tarixli 105 saylı əmrindən görünür ki, İddiaçı 16 sentyabr 2019-cu il tarixindən “Musiqi Nəzəriyyəsi və solo ifaçılıq” fənn birləşməsinə 500 saat dərs yükü ilə müəllim təyin edilməsi,əmək haqqının 10-cu dərəcə ilə hesablanması əmr edilmişdir.
41. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmə müqaviləsinə 01.11.2021-ci il tarixində xitam verilmiş bu barədə sistemə bildiriş 02.11.2021-ci il tarixində daxil edilmişdir.
42. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova tərəfindən verilən 01 noyabr 2021-ci il tarixli 303 saylı əmrdən görünür ki, İddiaçı Kollecin Musiqi nəzəriyyəsi və dirijorluq fənn birləşməsinin müəllimi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 01 noyabr 2021-ci il tarixindən xitam verilməsi, onunla son haqq-hesabın mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aparılması əmr edilmişdir. Əmrdə verilmə əsası kimi işçilərin sayının və ştatlarının ixtisar edilməsi barədə 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmri və Həmkarlar İttifaqı Komitəsinin 05 nömrəli, 10 sentyabr 2021-ci il tarixli məktubu ( 29 №-li protokoldan çıxarış) göstərilmişdir.
43. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 fevral 2021-ci il tarixli F-65 nömrəli əmrinə əsasən Bakı Humanitar Kollecinin 01 yanvar 2019-cu il tarixindən 01 yanvar 2021ci il tarixinədən olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmış, bu barədə 16 mart 2021-ci il tarixinli Arayış tərtib edilmişdir.
44. Arayışa əsasən pedaqoji heyətin və digər işçilərin işə qəbulu, əmək müqavilələrinin müddətinin uzadılması və ləğv olunmasının düzgünlüyüynün araşdırılması nəticəsində müəyyən edilmişdir ki, kollecdə 2019-2020-ci ildə tərtib olunmuş "Əmrlərin qeydiyyat kitabı" nömrələnmiş, qaytanlanmamış, müvafiq qaydada Kollecin möhürü ilə təsdiqlənməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 oktyabr 2010-cu il tarixli 215 nömrəli Qərarına əsasən orta ixtisas təhsil müəssisələrində müəllim va konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü 500 saatdan az olmamaqla (nəzəri, laborator və praktiki məşğələlərə, musiqi, mədəniyyət, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 80%-dən az olmamaqla) müəyyən olmuşdur. Araşdırma nəticəsində müəyyən olundu ki, 2019-2020-ci tədris ilində dərs yükünün hesablanması barədə əmrdə dərs yükü 250-500 saat aralığında olan müəllimlərin sayı 147 nəfər, 500-dən 600 saata qədər dərs yükü olan müəllimlərin sayı 118 nəfər və 600-800 saat dars yükü olan müəllimlərin sayi isə 21 nəfər olmuşdur. Kollecdə faaliyyət göstərən 286 müəllimdən 147 nin dərs yükünün 250-500 olmasının əsas səbəbi, yuxarıda göstərilən Qərarın tələblərinə zidd olaraq 2019-cu ilin sentyabr ayı ərzində Kollecin rəhbərliyi tərǝfindən öz vəzifə səlahiyyətlərini aşaraq 47 müəllimi daimi işə qəbul edilməsi (o cümlədən 10 müəllim işdən çıxanların yerinə) olmuşdur. Qeyd edilən 47 müəllimdən biridə 500 saatlıq dərs yükü ilə 105 saylı əmrlə “Musiqi Nəzəriyyəsi və solo ifaçılığı” fənn birləşməsində dərs deyən İddiaçı olmuşdur.
45. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin tədris işləri üzrə direktor müavini, inzibati-təsərrüfat işləri üzrə direktor müavini, baş mühasib, hüquqşunas, insan resursları və informasiya şöbəsinin müdirinin iştirakı ilə tərtib edilən 24 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, 24 sentyabr 2021-ci il tarixində kollecin akt zalında dərs yükü olmayan ştatları ixtisara düşən müəllimlərlə iclas keçirilmişdir. Müəllimlərə ştatların ixtisar edilməsi barədə xəbərdarlıq edilmiş, xəbərdarlıq bildirişləri təqdim edilmişdir. Müəllimllər xəbərdarlıqla tanış olsalar da, xəbərdarlıq bildirişlərini qəbul etməkdən imtina etmiş və iclasın pozulmasına səbəb olan hərəkətlərə yol vermiş və iclası tərk etmişlər.
46. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova tərəfindən verilən 14 sentyabr 2021-ci il tarixli 177 saylı əmrdən görünür ki, Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlet Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinin, Sumqayıt Musiqi Kollecinin, X61 Kollecinin, X36 Kollecinin, X69 Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.07.2020-ci il tarixli, 25 nömrəli Qərarına asasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollece çevrilma yolu ilə yenidən təşkil edilmişdir. Bununla bağlı olaraq Humanitar Kollecin fealiyyətinin optimallaşdırılması, işçilərin sayının və ya ştatların ixtisar edildilməsi zərurətinin yaranması ilə əlaqədar əmrə əlavə edilən siyahıda göstərilən işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi, bu əmrdən irəli gələn, ixtisar olunacaq işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada ƏM-nin 78 və 79-cu maddələrinin tələbləri nəzərə alınmaqla xəbərdarlıq edilməsi, ixtisar edilən vəzifə (ştatı) tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif edilməsi, əmrin icrasına nəzarətin tədris işləri üzrə direktor müavini Kamran Mənsimova tapşırılması əmr edilmişdir. Əmrin verilmə əsası kimi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli, 250 nömrəli qərarı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 avqust 2020-ci il tarixli F-355 nömrəli əmri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04-26-718/13 nömrəli, 17 iyul 2021-ci il tarixli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 11-01/293 nömrəli 23 iyul 2021-ci il tarixli məktubları və Həmkarlar İttifaqı Komitəsinin 05 nömrəli, 10 sentyabr 2021-ci il tarixli məktubu (29 №-li protokoldan çıxarış) göstərilmişdir. İxtisar edilməsi nəzərdə tutulmuş 75 nəfərdən ibarət ştat üzrə işçilərin siyahısında Musiqi nəzəriyyəsi və dirijorluq fənn birləşməsi müəllimi İddiaçı adı qeyd edilmişdir.
47. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X24 İttifaqı Komitəsinin sədrinə ünvanlanan 30 iyul 2021-ci il tarixli, 58A/02-12 saylı məktubdan görünür ki, Bakı İdarə etmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-lqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət lqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, X61 Kollecinin, X37 Kollecinin, X69 Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edilmasi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.07.2020-ci il tarixli, 25 nömrəli Qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət ve İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yeniden təşkil edilmişdir. Bununla bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədi ilə işçilərin sayının ve ştatların ixtisar edilməsi zərurəti yarandığından məktuba əlavə edilən işçilərin sayının və ya ştatlarınn ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi xahiş olunmuşdur.
48. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X24 İttifaqı Komitəsinə göndərilən siyahıda 91 nəfər işçi göstərilmişdir ki, onlardan biri İddiaçı olmuşdur.
49. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X24 İttifaqı Komitəsinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 30 iyul 2021-ci il tarixli, 58A/02-12 saylı məktubuna cavab olaraq göndərdiyi 10 sentyabr 2021-ci il tarixli, 05 saylı məktubunun surətindən görünür ki, onlara göndərilən siyahında 16 nəfərin kollecdə ixtisar edilməsi uyğun hesab edilməyən işçilər olduğu müəyyən edilmiş, qalan 75 nəfərin ixtisarına etiraz edilməmişdir. İxtisarına etiraz edilməyən işçilərin siyahısında İddiaçı da adı qeyd edilmişdir.
50. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X13 İttifaqı Komitəsinin 10 sentyabr 2021-ci il tarixli iclasının 29 №-li protokolundan görünür ki, iclasda gündəlik məsələ Həmkarlar İttifaqı Komitəsinə daxil olmuş, 30 iyul 2021-ci il tarixli (58-A/02-12) təqdimatın müzakirəsi olmuşdur.
51. İclasda iclasın sədri X57 daxil olmuş təqdimatla əlaqədar məlumat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli, 25 nömrəli Qərarına əsasən Bakı Humanitar Kolleci X14 və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Bununla bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədi ilə işçilərin sayının və ya ştatların ixtisar edilməsi zərurəti yaranmışdır. Nazirlər Kabinetinin qərarına əsaslanaraq Kollecin rəhbərliyi tərəfindən Hemkarlar İttifaqı Komitəsinə göndərilmiş məktuba əlavə edilən işçilərin sayının və ya ştatların ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi xahiş olunmuşdur. İstinad edilən məktuba əlavə edilmiş siyahıda adları təqdim olunan işçilərdən 18 nəfərin Əmək Məcəlləsinin 78- 79-cu maddələrinə əsasən müəyyən imtiyazlara malik olduqlarını nəzərə alaraq onların əmək müqaviləsinə xitam verilməsini uyğun hesab edilməmişdir. HİK üzvü: Gülnarə Məmmədova – hesab edib ki, Humanitar Kollecin fealiyyətinin optimallaşdırılması prosesində Təhsil Nazirliyinin Audit şöbəsi tərəfindən aparılan araşdırılma nəticəsində tərtib edilmiş arayışda əsassız olaraq daimi işə götürülən işçilərin ixtisar edilməsinə üstünlük verilməlidir. Bu hallarda ƏM-nin 78-79-cu maddələri nəzərə alınmalıdır. HİK üzvü: Samirə Tahirova – bildirmişdir ki, əsaslandırılan sənədlərə istinad edilsə göstərilən imtiyazlar nəzərə alınmaqla ixtisarın aparılmasını məqbul hesab etmək olar. Nəticədə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndini və Azərbaycan Təhsil işçileri X51 ilə X14 və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin X51 Komitəsi arasında bağlanmış Kollektiv Müqaviləni rəhbər tutaraq ixtisar edilməsinə razılıq verilməyən və ixtisar edilməsi nəzərdə tutulan siyahı təsdiq edilərək, iclas protokoluna əlavə edilməsi, Həmkarlarlar İttifaqı Komitəsinin protokolundan çıxarış və siyahının suretinin kollecin direktoruna, kadrlar şöbəsinə təqdim olunması qərara alınmışdır.
52. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində X13 İttifaqı Komitəsinin 10 sentyabr 2021-ci il tarixdə keçirilmiş iclasının 29 saylı protokolundan çıxarışdan görünür ki, keçirilən iclasın əsas məsələsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin işçilərinin sayının və ya ştatlarının ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi olmuşdur. İclasda dinlənilən əsas məsələ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli, 25 nömrəli Qərarına əsasən Bakı Humanitar Kollecinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilməsi və bununla bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədilə işçilərin sayının və ya ştatların ixtisar edilməsinin zərurəti yaranması barədə kollecin rəhbərliyi tərəfindən Həmkarlar İttifaqı Komitəsinə göndərilmiş məktub müzakirə edilməsi olmuşdur. Nəticədə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci və 79-cu maddələrini və Azərbaycan Təhsil İşçiləri X51 ilə Azərbaycan Dövlət mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin X51 Komitəsi arasında bağlanmış kollektiv müqaviləni rəhbər tutaraq bu məktubda əlavə edilən cədvəldə qeyd edilən işçilərin ixtisar edilməsinə razılıq bildirilməmişdir.
53. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollec tərəfindən 05 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinə kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün yeni ştat cədvəli təklif edilmişdir.
54. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04-26-718/13 nömrəli, 17 iyul 2021-ci il tarixli məktubundan görünür ki, kollecdə yeni ştat cədvəlinin təsdiq olunmasına etiraz edilməmişdir. Eyni zamanda ştat cədvəli üzrə ixtisara düşən ştat vahidlərində çalışan işçilərə mövcud qanunvericiliyin tələbinə uyğun qaydada xəbərdarlıq olunması, eləcə də mövcud imkanlar daxilində onların başqa işlə təmin olunması məsələsinə baxılması kollec rəhbərliyinə tövsiyyə edilmişdir.
55. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən Kollecə ünvanlanan 23 iyul 2021-ci il tarixli məktubun surətindən görünür ki, ştat cədvəlinin təsdiqi ilə bağlı göndərilən vəsatət təmin edilmişdir.
56. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin direktoru tərəfindən verilən 29 iyul 2021-ci il tarixli 141 saylı əmrdən görünür ki, 2021-2022-ci tədris ili üçün ştat cədvəli təsdiq edilmişdir. Əmrin əsası kimi Təhsil Nazirliyinin 17 iyul 2021-ci il tarixli və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 23 iyul 2021-ci il tarixli məktubları göstərilmişdir.
57. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kolleci tərəfindən İddiaçı ünvanlanan 23 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, ADMİU-nun nəzdində X38 nəzəriyyəsi və dirijorluq fənn birləşməsinin müəllimi İddiaçı kollecin 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmri ilə əlaqədar çalışdığı vəzifə ştatı ixtisara düşməsi və Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələblərinə riayət etməklə ADMİU-nun nəzdində Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bu barədə məktub 24 sentyabr 2021-ci il tarixində İddiaçı ünvanlanmışdır.
58. Bakı Humanitar Kollecin direktoru Vaqif Əmiraslanovun dərs yükünün hesablanması barədə 16 sentyabr 2019-cu il tarixli 28 №-li əmrindən görünür ki, Psixologiya fənn birləşməsi müəllimi olan İddiaçı dərs yükü 500 saat olaraq hesablanmışdır.
59. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru V.Əmiraslanov 15 sentyabr 2020-ci il tarixli, 21 №-li əmri ilə dərs yükünün müəyyən olunması barədə əmrindən görünür ki, İddiaçı illik dərs yükü 501 saat olaraq hesablanmışdır.
60. Bakı İdarəetmə və texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin,Bakı Humanitar Kollecinin, Bakı dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, X61 Kollecinin, X37 Kollecinin, X69 Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumları Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli qərarı ilə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 2.5.2-ci yarımbəndinə uyğun olaraq, orta ixtisas təhsilli müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Bakı Humanitar Kollecinin Azərbaycan Dövlət Mədəiyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilməsi qərara alınmışdır.
61. İddiaçı 09 iyul 2021-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovaya ərizə ünvanlayaraq, ona 2020\2021-ci tədris ili üçün 12 iyul 2021-ci il tarixindən növbəti əmək məzuniyyətinin verilməsini xahiş etmişdir.
62. Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova tərəfindən verilən 09 iyul 2021-ci il tarixli 128 №-li əmrdən görünür ki, 2020/2021-ci tədris ili üçün müəllim heyətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 118-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq 15 iyul 2021-ci il tarixdən 56 təqvim günü əmək məzuniyyəti verilmişdir. Qurban bayramı ilə əlaqədar olaraq əmək məzuniyyətinə 2 təqvim günü əlavə edilmiş və 10 sentyabr 2021-ci il tarixdə işə başlamaları əmr edilmişdir. Əmək məzuniyyəti verilən müəllimlərin arasında 1,0 ştat vahidi tutan müəllim İddiaçı da olmuşdur.
63. 2020/2021-ci iş/tədris ili üçün əmək məzuniyyəti cədvəlindən görünür ki, İddiaçı 15 iyul 2021-ci il tarixindən 10 sentyabr 2021-ci il tarixinədək əmək məzuniyyəti verilmişdir.
64. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nəzdində Humanitar Kollecin Azərbaycan Təhsil İşçiləri X51 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin X51 Komitəsi arasında 29 sentyabr 2021-ci il tarixli 06 saylı kollektiv müqavilə bağlanmış və müqavilə 2021-2023-cü illəri əhatə edir.
65. Azərbaycan Təhsil İşçiləri X51 Respublika Komitəsi tərəfindən Bakı Humanitar Kollecinin sabiq işçilərinə ünvanlanan 10 fevral 2022-ci il tarixli, 44 №-li məktubdan görünür ki, Azərbaycan Təhsil İşçiləri X51 Respublika Komitəsinə daxil olmuş ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin birinci hissəsinə əsasən Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin ikinci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Ərizənizdə qeyd edirsiniz ki, əmək müqavilənizə xitam verilməsinə razılıq verilməsi barədə işəgötürənin təqdimatına Bakı Humanitar Kollecinin həmkarlar ittifaqı 10 sentyabr 2021-ci il tarixdə baxmış, iclasın keçirilməsindən məlumatınız olmamış, Sizlər həmin iclasa dəvət edilməmiş və həmin müddətdə əmək məzuniyyətində olmuşunuz. İlk növbədə qeyd edilir ki, 10 sentyabr 2021-ci il tarixdə əmək məzuniyyətində olmuşsunuzsa, həmkarlar ittifaqı komitəsi təqdimatı məzuniyyətiniz bitənə qədər baxılmamış saxlamalı idi. ATİAHİ Respublika Komitəsinin 19 noyabr 2012-ci il tarixli Məclisində təsdiq edilmiş "İşəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsinin ləğv edilməsi sahəsində həmkarlar ittifaqlarınin hüquq və vəzifələrinə dair Təlimatına əsasən bu məsələ ilə əlaqədar həmkarlar ittifaqi təşkilatının iclasına əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmuş işçi, işəgötürənin nümayəndəsi, lazım gəldiyi hallarda şahidlər, mütəxəssislər rəsmi dəvət olunmalıdır. İclasın keçirilməsi barədə işçi və ya işəgötürənin nümayəndəsi vaxtında xəbərdarlıq edilməmişdirsə, iclasın keçirilməsi başqa vaxta təxirə salınmalı, bu barədə tərəflərə məlumat verilməlidir. İşçi və ya işəgötürənin nümayəndələri üzürsüz səbəbdən təkrarən iclasa gəlmədikdə, həmkarlar ittifaqı komitəsi təqdimata onların iştirakı olmadan baxa bilər. Təlimata əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə işçinin əmək müqaviləsinin ləğy edilməsinə razılıq verilməsi məsələsinə baxılarkən işçilərin sayının azalması və ya ştatların ixtisar edilməsinin hansı məqsədlər üçün aparılması, ştat ixtisarının həqiqətən aparılacağı və ya aparılmayacağı araşdırlmalıdır. Bundan sonra Əmək Məcəlləsinin 78-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçinin işdə saxlanılmaqla üstünlük hüququna malik olub-olmaması, Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq işəgötürən tərəfindən əmək müqaviləsini ləğv etməzdən əvvəl işçinin xəbərdar edilib-edilməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələlər araşdırıldıqdan, tərəflərin izahatları dinlədikdən sonra səs çoxluğu ilə əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməli və ya verilməməsi barədə yazılı formada qərar qəbul edilirməlidir. Sizinlə aparılmış danışıqlar nəticəsinə müəyyən edilmişdir ki, işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişsiniz. İş məhkəmə icraatında olduğuna görə "Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu"na və Əmək Məcəlləsinin 316-cı maddəsinin birinci hissəsinə əsasən bu məsələ məhkəmə tərəfindən həll edilməlidir
66. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nəzdində Humanitar Kollec tərəfindən məhkəməyə verilən 21 aprel 2022-ci il tarixli arayışdan görünür ki, 2020/2021-ci tədris ili ərzində Musiqi nəzəriyyəsi və dirijorluq fənn birləşməsində 20 müəllim fəaliyyət göstərmişdir. Onlardan 3 nəfər dirijor, 1 nəfər vokal, 1 nəfər musiqi tarixi və 15 nəfər musiqi nəzəriyyəsi müəllim tədris prosesində fəaliyyət göstərmişdir. Musiqi nəzəriyyəsi və dirijorluq fənn birləşməsində 2021/2022-ci tədris ilində 20 müəllim fəaliyyətini davam etdirmişdir. Onlardan 3 nəfər dirijor, 1 nəfər vokal, 16 nəfər musiqi nəzəriyyəsi üzrə fəaliyyət göstərir. Cari tədris ilində əvəzçilik qaydasında 0,5 ştat vahidi ilə musiqi nəzəriyyəsi dərsi tədris edən 1 nəfər müəllim öz ərizəsinə əsasən işdən azad olunmuş, onun yerinə yetirilməmiş dərs saatları həmin fənn birliyinin müəllimi X26 verilmişdir. Sosial məzuniyyətdə olan müəllimlərdən X32 500 saat, X27 501 saat olmaqla dərs yükü ilə təmin edilmiş (ayrılmış) və onların müvafiq dərs saatları Musiqi nəzəriyyəsi və dirijorluq fənn birliyinə daxil olan X48, XXX Əminə İlham qızı, X9 və X20 dərs yüklərinə əlavə edilərək, 1 ştat vahidi ilə dərs yükü formalaşdırılmışdır. Məhkəmə prosesi zamanı adı çəkilən X40 17.09.2018-ci il tarixində müəllim vəzifəsində işə götürülmüş, ixtisar zamanı müəyyən edilmişdir ki, N.R.Səfərova Bakı Musiqi Akademiyasında İV tədris ili üzrə tələbədir. Müəllim ali təhsiı haqqında dövlət sənədi-bakalavr diplomunu təqdim etdiyinə görə Musiqi nəzəriyyəsi və dirijorluq fənn birləşməsinə müəllim olaraq yenidən müddətli əmək müqaviləsi əsasında işə götürülmüşdür.
67. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nəzdində Humanitar Kollecin “incəsənət” şöbəsinin 2021/2022-ci il tədris ilinin İ yarım ili üçün dərs cədvəlindən görünür ki, X2 xalqlarının musiqi ədəbiyyatı, musiqi əsərlərinin təhlili fənnini, Şəfaqət Məmmədova isə Azərbaycan musiqi Ədəbiyyatı fənnini tədris etmişdir.
68. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nəzdində Humanitar Kollecin “incəsənət” şöbəsinin 2021/2022-ci il tədris ilinin İİ yarım ili üçün dərs cədvəlindən görünür ki, X2 xalqlarının musiqi ədəbiyyatı fənnini, Şəfaqət Məmmədova isə Müasir musiqi ədəbiyyatı fənnini tədris etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
69. İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Humanitar Kollecinin 18.09.2019-cu il tarixli əmri ilə 16.09.2019-cu il tarixdən “Musiqi nəzəriyyəsi və solo ifaçılığı” fənn birləşməsinə 500 saat dərs yükü ilə müəllim təyin edilmişdir. Onun əmək müqaviləsi müddətsiz bağlanmış və əmək haqqı 360 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Nərmin Qaralova 18 dekabr 2020-ci il tarixdə Humanitar Kollecə direktor təyin edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 fevral 2021-ciil tarixli əmrinə əsasən Humanitar Kollecdə 01 yanvar 2019-01 yanvar 2021-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyəti təhsil nazirliyinin əməkdaşları tərəfindən yoxlanılmışdır. Bununla bağlı 16 mart 2021-ci il tarixdə Arayış tərtib edilmişdir. Həmin yoxlamanın nəticəsi olaraq Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi barədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nəzdində Humanitar Kollecinin direktoru Nərmin Qaralovaya müraciət ünvanlanmışdır. Həmin məktubda göstərilmişdir ki, araşdırma zamanı kollecdə kadrların işə qəbulu və yerdəyişməsi, dərs-məşğələ jurnallarının tərtibi, imtahan nəticələrinin rəsmiləşdirilməsi, kredit sistemi ilə tədrisin təşkili, dərs bölgülərinin aparılması, təcrübənin təşkili, əsas vəsaitlərin üçotu və qorunub saxlanılması, ştatların komplektləşdirilməsi istiqamətlərində bir çox sayda nöqsan və pozuntuların olduğu müəyyən edilmişdir və göstərilənləri nəzərə alaraq, nöqsanlara yol vermiş və səbəbkar olmuş şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi, əsassız ödənilmiş əməkhaqlarının günahkar vəzifəli şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa edilməsi, tədrisin qanunvericiliyin tələblərinə uyğun təşkili, ştatların düzgün komplektləşdirilməsi və kollecin səlahiyyətləri daxilində digər nöqsanların aradan qaldırılması və bu kimi pozuntuların gələcəkdə təkrarlanmaması üçün zəruri addımların atılması, görülmüş tədbirlərin nəticələri barədə 1 ay ərzində Rəhsil Nazirliyinə məlumat verilməsi və.s tapşırılmışdır. Qeyd edilən arayışda isə aşkar edilən nöqsanlardan biri kimi o da qeyd edilmişdir ki, 2019-cu ilin sentyabr ayı ərzində Kollecin rəhbərliyi tərəfindən öz vəzifə səlahiyyətlərini aşaraq 47 müəllimin daiçi olaraq işə qəbul edilməsi olmuşdur. Həmin qanunsuz işə qəbul edilmiş şəxslər sırasında İddiaçı da adı qeyd edilmişdir. Daha sonra cavabdeh tərəfindən müəyyən edilmiş ştat cədvəlinə razılıq verilməsi ilə bağlı Təhsil Nazirliyinə, Mədəniyyət və İncəsənət Universitetinə müraciətlər edilmiş və sonuncularla yeni ştat cədvəli razılaşdırılmışdır. Cavabdehin yeni ştat cədvəli ilə bağlı məhkəməyə təqdim etdiyi siyahı yalnız rəhbər və inzibati-idarə heyəti ilə bağlı olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nəzdində Humanitar Kollecin 29 iyul 2021-ci il tarixli, 141 saylı əmrinə əsasən 2021-2022-ci ili üçün ştat cədvəli təsdiq edilmişdir. 30 iyul 2021-ci il tarixdə isə cavabdeh X25 Həmkarlar İttifaqı Komitəsinə müraciət edərək, Bakı Humanitar Kollecinin yenidən təşkil edilməsi ilə bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədi ilə işçilərinin sayının və ya ştatların ixtisar edilməsi ilə bağlı yaranmış zərurətə görə təqdim edilmiş siyahı üzrə işçilərinin sayının və ya ştatların ixtisar edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Həmin müraciətə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nəzdində X28 İttifaqı Komitəsi tərəfindən 10 sentyabr 2021-ci il tarixdə cavab verilmişdir. Cavab məktubunda siyahıda göstərilmiş 16 nəfərin ixtisarına etiraz edilmiş, 75 nəfərin ixtisarına etiraz edilməmişdir, o cümlədən İddiaçı ixtisarına etiraz edilməmişdir. Bundan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nəzdində Humanitar Kollecin 14 sentyabr 2021-ci il tarixli, 177 saylı əmrinə əsasən, Bakı Humanitar Kollecinin yenidən təşkil edilməsi ilə bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədi ilə işçilərinin sayının və ya ştatların ixtisar edilməsi ilə bağlı yaranmış zərurətə görə əmrə əlavə edilən siyahıda göstərilən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi əmr edilmişdir. 01 noyabr 2021-ci il tarixdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nəzdində Humanitar Kollecin 303 saylı əmrinə əsasən, Kollecin Musiqi nəzəriyyəsi və dirijorluq fənn birləşməsinin müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 01 noyabr 2021-ci il tarixindən xitam verilmişdir. Əmrdə verilmə əsası kimi İşçilərin sayının və ştatlarının ixtisar edilməsi barədə 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmri və Həmkarlar İttifaqı Komitəsinin 05 nömrəli, 10 sentyabr 2021-ci il tarixli məktubu (29 №-li protokoldan çıxarış) göstərilmişdir.
70. Bundan sonra İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehlərə münasibətdə müvafiq hissədə əmrin verilməsinə əsas olmuş Həmkarlar İttifaqı Komitəsinə Kollecin ünvanladığı məktubun və əksinə Həmkarlar İttifaqı Komitəsinin Kollecə ünvanladığı məktubun etibarsız hesab edilməsini, həmin əmrin ləğv olunmasını və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməklə işə bərpa olunmağını xahiş etmişdir.
71. İddiaçı əmrin və onun verilməsinə əsasən olan sənədlərin əsassızlığını bir neçə aspektdən sübut etməyə çalışmışdır.
72. Birincisi iddiaçı hesab edir ki, işəgötürən onu ixtsar etməkdə ona görə haqlı olmamışdır ki, o, Əmək Məcəlləsinin 78.2-ci maddəsində göstərilmiş şəxslər kateqoriyasına aiddir. Lakin cavabdeh(kollec) buna etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı nə öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlar kateqoriyasına aiddir, belə ki, onun himayəsində olduğunu göstərdiyi bacısı, onun yox valideynlərinin himayəsindədir, nə də ki, xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslər kateqoriyasına aiddir, belə ki, bununla bağlı hər hansı sübut təqdim edilməmiş, o cümlədən onun 1991-ci ildə Bakı şəhərində doğulması faktı aşkardır.
73. İkincisi iddiaçı iddia edir ki, ona Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbi baxımından xəbərdarlıq edilməmişdir. Cavabdeh(kollec) həmin dəlillə bağlı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya 24 sentyabr 2021-ci il tarixdə kollecin akt zalında keçirilən iclas zamanı ixtisarla bağlı məlumat verilmiş və xəbərdarlıq bildirişi ilə tanış edilmişdir, lakin o, xəbərdarlıq bildirişini almaqdan imtina etmiş və bu barədə 24 sentyabr 2021-ci il tarixli AKT tərtib edilmişdir. Bundan başqa iddiaçıya xəbərdarlıq-bildirişi 23 sentyabr 2021-ci il tarixli məktubla da göndərilmiş, bununla bağlı poçtun möhürü də iş materiallarına əlavə edilmişdir.
74. Üçüncüsü iddiaçı iddia edir ki, onun əmək müqaviləsinə xitam verilərkən o məzuniyyətdə olmuşdur. Cavabdeh(kollec) isə bu barədə sübutlar təqdim etmiş və müəyyən edilmişdir ki, iddiaçının məzuniyyətinin müddətinin sonuncu günü 10 sentyabr 2021-ci ilə təsadüf edir. İddiaçı ona məzuniyyətinin davam etməsi barədə iş yerindən şifahi qaydada məlumat verildiyini bildirsə də, bunu təsdiq edəcək hər hansı sübut təqdim edə bilməmişdir.
75. Dördüncüsü iddiaçı onun yerinə adam götürüldüyünu bildirsə də, cavabdeh(kollec) buna etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, 2020/2021 tədris ili üzrə Musiqi Nəzəriyyəsi və drijorluq fənn birləşməsində 20 müəllim fəaliyyət göstərmişdir. Onlardan 3 nəfər dirijor, 1 nəfər vokal, 1 nəfər musiqi tarixi və 15 nəfər musiqi nəzəriyyəsi müəllim tədris prosesində fəaliyyət göstərmişdir. Musiqi nəzəriyyəsi və dirijorluq fənn birləşməsində 2021/2022-ci tədris ilində 20 müəllim fəaliyyətini davam etdirmişdir. Onlardan 3 nəfər dirijor, 1 nəfər vokal, 16 nəfər musiqi nəzəriyyəsi üzrə fəaliyyət göstərir. Cari tədris ilində əvəzçilik qaydasında 0,5 ştat vahidi ilə musiqi nəzəriyyəsi dərsi tədris edən 1 nəfər müəllim öz ərizəsinə əsasən işdən azad olunmuş, onun yerinə yetirilməmiş dərs saatları həmin fənn birliyinin müəllimi X26 verilmişdir. Sosial məzuniyyətdə olan müəllimlərdən X32 500 saat, X27 501 saat olmaqla dərs yükü ilə təmin edilmiş (ayrılmış) və onların müvafiq dərs saatları Musiqi nəzəriyyəsi və dirijorluq fənn birliyinə daxil olan X48, XXX Əminə İlham qızı, X9 və X20 dərs yüklərinə əlavə edilərək, 1 ştat vahidi ilə dərs yükü formalaşdırılmışdır. Məhkəmə prosesi zamanı adı çəkilən X40 17.09.2018-ci il tarixində müəllim vəzifəsində işə götürülmüş, ixtisar zamanı müəyyən edilmişdir ki, N.R.Səfərova Bakı Musiqi Akademiyasında İV tədris ili üzrə tələbədir. Müəllim ali təhsili haqqında dövlət sənədi-bakalavr diplomunu təqdim etdiyinə görə Musiqi nəzəriyyəsi və dirijorluq fənn birləşməsinə müəllim olaraq yenidən müddətli əmək müqaviləsi əsasında işə götürülmüşdür.
76. Odur ki, iddiaçının yerinə həmin ştat vahidində işçi götürülməsə də, işçilərin sayının azalmadığı müəyyən edilir. Belə ki, sosial məzuniyyətdə olan işçilərin və öz ərizəsi ilə işdən azad olunan işçinin dərs yükü toplanılaraq 1 ştat vahidi ilə dərs yükü formalaşdırılmışdır.
77. Beşincisi iddiaçı əmrin əsassızlığını onunla əsaslandırmışdır ki, ixtisar real olmamış və onun tədris elədiyi dərsin ixtisarına zərurət olmamışdır. Cavabdeh(kollec) isə bunu da qəbul etməmiş və məhkəmə iclaslarında cavabdehin nümayəndəsi dəfələrlə vurğulamışdır ki, iddiaçıya qarşı hər hansı qərəz olmamışdır, onun ixtisar edilməsinin səbəbi Təhsil Nazirliyinin müvafiq arayışında qeyd edilən 47 nəfər işçinin qanunsuz olaraq işə götürülməsi ilə bağlı mövqeyindən irəli gəlmişdir. Həmin 47 nəfərdən biri də iddiaçı olmuş, ona həmin işində davam etməsi üçün müddətli əmək müqaviləsi bağlanılması təklif olunmuş, lakin iddiaçı müddətli əmək müqaviləsi bağlamaqdan imtina etdiyinə görə, Təhsil Nazirliyinin arayışı əsas götürülürək iddiaçının əmək müqaviləsinə xitam verilmişdir.
78. Altıncısı iddiaçı iddia edir ki, cavabdeh(Kollec) Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbini pozmuşdur, belə ki, işəgötürən olan cavabdeh digər cavabdeh Həmkarlar İttifaqı Komitəsinə əsaslandırılmış yazılı təqdimatla müraciət etməli olduğu halda, təqdimata müvafiq əsaslandırma sənədlərini əlavə etməli olduğu halda bunu etməmiş ixtisar olunması planlaşdırılan işçilərin siyahısını təqdim etməklə kifayətlənmişdir.
79. Yeddincisi iddiaçı iddia edir ki, X22 Komitəsi heç bir araşdırma aparmadan əmək müqaviləsinə xitam verilməsinə formal razılıq vermişdir, halbuki Azərbaycan Təhsil İşçiləri X51 Respublika Komitəsinin 19 noyabr 2012-ci il tarixli Məclisində təsdiq edilmiş “İşəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsinin ləğv edilməsi sahəsində həmkarlar ittifaqlarının hüquq və vəzifələrinə dair“ Təlimatda təqdimatın forma və məzmununa dair tələblər, təqdimata baxılmasının qaydası, qərarın qəbul edilməsinin qaydaları, təqdimata baxılmasında tərəflərin iştirakı və.s öz əksini tapmasına baxmayaraq, nə Kollec, nə Həmkərlar İttifaqı Komitəsi təlimata əməl etməmişdir.
80. Cavabdeh(kollec) iddiaçının 6-cı və 7-ci dəlillərinə bir yerdə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 1-ci maddəsinə əsasən əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların dairəsi göstərilmişdir və iddiaçının istinad etdiyi təlimat normativ hüquqi akt deyildir və məcburi xarakter daşımır. Eyni zamanda Həmkərlar İttifaqı Komitəsində ixtisar məsələsi müzakirə edilərkən, bunun təhsil nazirliyinin müvafiq audit yoxlamasının nəticəsi ilə bağlı olduğu məlum idi və ixtisara razılıq verilərkən həmin audit yoxlamasında qanunsuz işə qəbul olunduğu müəyyən edilən işçilərin ixtisarına üstünlük verilmişdir.
81. Bundan başqa digər cavabdeh Həmkarlar İttifaqı Komitəsi ona qarşı yönəlmiş tələbə münasibətdə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iclasda iştirak etməsə də iclas keçirilmişdir, iclasda qoyulmuş məsələyə baxılmış, kollecin təqdim etdiyi sənədlər araşdırılmış və müvafiq qərar verilmişdir.Tərəfin iştirakının təmin edilməməsinə səbəb isə, ixtisar olunması ilə bağlı təqdim edilmiş siyahıda 91 nəfər olmuşdur, həmin şəxsləri eyni gündə toplamaq, onlara nəzarət etmək, normal iclas keçirilməsini təşkil etməyin mümkün olmayacağı olmuşdur. Kollec tərəfindən təqdim edilmiş sənədlər prosesi ətraflı şəkildə əhatə etdiyinə görə ixtisar olunmalı olan şəxslərin iştirakının olmadan iclasın keçirilməsi məqsədə müvafiq hesab edilmişdir.
82. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 isə kollecin ştatların və işçilərin ixtisarı barədə çıxardığı əmrin Əmək Məcəlləsinin normalarına tam olaraq uyğun olduğunu, müəllimlərlə qanunsuz olaraq bağlanmış müddətsiz əmək müqavilələrinə yalnız işçilərin ixtisarı yolu ilə xitam verilə biləcəyini bildirməklə, kollecin işçilərin ixtisarı barədə verdiyi əmri qanuni hesab etmişdir.
83. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi X42 işçilərin işə götürülməsinə, işdən azad edilməsinə universitetin müdaxilə edə bilmədiyini, kollecin özüözünü maliyələşdirdiyini, lakin bunda çətinlik çəkdiyini bildirməklə, kollecin işçilərin sayının və ştatların ixtisarı barədə əmrini qanuni hesab etmişdir.
Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
84. Məhkəmə işin müəyyən edilən hallarını aşağıda qeyd edilən normalar baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
85. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
86. 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
87. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər;
88. 71-ci maddəsinin İ hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür;3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
89. 77-ci maddəsinin İ hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
90. 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
91. 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
92. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
93. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
94. Məhkəmə ilkin olaraq cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 01 noyabr 2021-ci il tarixli, 303 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbi ilə bağlı hüquqi dəyərləndirmə aparılmasını məqsədə müvafiq hesab edir.
95. Bununla bağlı qeyd edilməlidir ki, işəgötürən işçi ilə olan əmək münasibətlərinə faktiki olaraq işçilərin sayının azaldılması əsası ilə xitam vermişdir. Belə ki, işçinin əvvəlki vəzifəsi, yəni musiqi nəzəriyyəsi və dirijorluq fənn birləşməsi üzrə müəllim ştatı ixtisar olunmamışdır, hal-hazırda da həmin fənn üzrə tədris keçirilməkdədir. Buradan o qənaət formalaşır ki, iddiaçının əmək müqaviləsinə mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatlarının ixtisarı əsası ilə xitam verilməsi ümumi olaraq göstərilsə də, faktiki olaraq işçinin sayının azaldılmasına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
96. Məhkəmə Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin və onun nümayəndələrinin iddia tələbinə etirazının əsasları kimi istinad etdiyi dəlilləri ilə qismən razılaşsa da hesab edir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 01.11.2021-ci il tarixli, 303 nömrəli əmr əsassız olduğundan ləğv edilməlidir.
97. Belə ki, həm əmək qanunvericiliyinin prinsiplərindən, həm əmək hüququnun konstitusion hüquqi təbiətindən göründüyü kimi əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir.
98. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
99. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.
100. Yuxarıda sadalanan normalardan da göründüyü kimi, işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Əmək hüquqlarının müdafiəsi və əhalinin məşğulluğunun təmin olunması dövlət siyasətinin vacib hissəsini təşkil edir, elə bu səbəbdən də işəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən əsasla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməlidir.
101. O cümlədən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən əmək qanunvericiliyinin vəzifə və prinsipləri rəhbər tutulmalı, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyi təmin edilməli, onların mənafeləri haqq-ədalətlə qorunmalıdır.
102. Lakin işin müəyyən edilən hallarından göründüyü kimi əmək müqaviləsinə xitam verilərkən prosedur qaydalara əməl edilsə də, iddiaçının əmək müqaviləsinə əmrdə göstərilən əsasla xitam verilməsinə zərurət olmamışdır. Halbuki əmək qanunvericiliyi tələb edir ki, işçilərin sayının azaldılması və ya ştatlarının ixtisarı zərurəti əvvəla real olmalıdır. Çünki bu tədbirin məqsədi müəssisədə idaretməni təkmilləşdirmək, için həcminin azaldılması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və.s-dir.
103. Buna baxmayaraq işəgötürən özü də etiraf etdiyi kimi Təhsil Nazirliyinin arayışına istinad edərək, ixtisarın zəruriliyini əsaslandırmadan əmək müqaviləsinə xitam vermişdir. Hansı ki işin hallarından da görünür ki, iddiaçının tədris elədiyi fənn birləşməsi üzrə işçilərin sayının azaldılmasına ehtiyac olmamış, işçi ilə əmək münasibətlərinə xitam verildikdən sonra eyni ştat vahidi digər işçilərin dərs yükündən toplanılmaqla yenidən formalaşdırılmışdır. Bundan başqa işçiyə həmin vəzifənin müdətli əmək müqaviləsi ilə yenidən təklif edilməsi dərs yükünün azalması ilə bağlı ixtisarın formallığını bir daha təsdiq edir.
104. Eyni zamanda işəgötürənin Təhsil Nazirliyinin arayışında qeyd edilən “qanunsuz işə götürmə” barədə mücərrəd təsbitinə istinad edərək işçini ixtisar etməsi, işçinin konstitusion hüquq olan əmək hüququnu pozmuşdur. Halbuki əmrin qanuniliyi(vəzifə səlahiyyətlərini pozaraq müddətli bağlanılmalı olduğu halda müddətsiz bağlama) barədə yaranmış fikir ayrılığı fərdi əmək mübahisəsidir və bu mübahisənin həlli qaydası Əmək Məcəlləsində tənzimlənmişdir.(ƏM 294 maddə)
105. Buradan o nəticə doğur ki, Təhsil Nazirliyinin müvafiq arayışında göstərilən iddiaçı ilə əmək müqaviləsinin müddətsiz bağlanmış olmasının qanunsuz hesab edilməsi ilə bağlı qənaəti işəgötürəni onunla müddətli əmək müqaviləsi bağlamayan işçiləri ixtisar etməyə vadar etmişdir. Nəticə etibarı ilə ixtisarın real olmadığı aydındır və ixtisarın əsl məqsədi qanunsuz olduğu ehtimal edilən işçi ilə bağlanmış müddətsiz əmək müqaviləsi üzrə yaranan münasibətlərə bu formada xitam vermək olmuşdur.
106. Bu baxımdan məhkəmə iddiaçının tələbini qismən əsaslı hesab edir, iddiaçının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə qarşı digər tələbinin, iddianın əsası kimi istinad etdiyi digər halları, o cümlədən cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X13 İttifaqı Komitəsinə qarşı tələbini cavabdehlərin etirazının dəlilləri ilə razılaşaraq əsassız hesab edir. Məhkəmə təkrarçılığa yol verilməməsi üçün cavabdehlərin etirazının dəlilləri ilə bağlı qətnamənin 72,73,74,80,87-ci bəndlərində qeyd edilən əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçının göstərdiyi əsaslar və yönəltdiyi digər tələblər əsassızdır.
107. Bundan başqa məhkəmə hesab edir ki, proses iştirakçılarının və digər şəxslərin əməllərində cinayətin əlamətləri müəyyən edilmədiyindən xüsusi qərardad çıxarılması barədə vəsatət təmin edilməməlidir. Tətbiq edilən prosessual normalar:
108. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
109. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
110. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
111. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh "Azərbaycan Dövlət Mədənı̇ yyət və İncəsənət Unı̇ versı̇ tetı̇ nin nəzdı̇ ndə Humanı̇ tar Kollec" Publı̇ k Hüquqı̇ Şəxsı̇ n 01.11.2021-ci il tarixli, 303 saylı əmri ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı "Azərbaycan Dövlət Mədənı̇ yyət və İncəsənət Unı̇ versı̇ tetı̇ nin nəzdı̇ ndə Humanı̇ tar Kollec" Publı̇ k Hüquqı̇ Şəxsı̇ ndə “Musiqi nəzəriyyəsi və dirijorluq” fənn birləşməsi üzrə müəllim vəzifəsinə bərpa edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
112. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia qismən təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh "Azərbaycan Dövlət Mədənı̇ yyət və İncəsənət Unı̇ versı̇ tetı̇ nin Nəzdı̇ ndə Humanı̇ tar Kollec" Publı̇ k Hüquqı̇ Şəxsı̇ n 01.11.2021-ci il tarixli, 303 saylı əmri ləğv edilsin. Məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı "Azərbaycan Dövlət Mədənı̇ yyət və İncəsənət Unı̇ versı̇ tetı̇ nin Nəzdı̇ ndə Humanı̇ tar Kollec" Publı̇ k Hüquqı̇ Şəxsı̇ ndə “Musiqi nəzəriyyəsi və dirijorluq” fənn birləşməsi üzrə müəllim vəzifəsinə bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev