Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1109/2021 12.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi iştirakı ilə İddiaçı Cavabdeh Mirvari Meirova qarşı ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, X5 küçəsi 3123-cü məhəllə 7a saylı evin 70 saylı mənzilin ona məxsus 9/12 hissədə payının natura şəklində ayrılmasının və payına uğun kompensasiyanın cavabdehdən tutulmasının qeyri-mümkün olmasını müəyyən edib mənzilin açıq hərracdan satılmasına, əldə olunmuş vəsaitin bölüşdürülməsinə dair ilk iddia ərizəsi, İddiaçı Mirvari Meirovun Cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, X5 küçəsi 3123-cü məhəllə 7a saylı evin 70 saylı mənzilindəki payına görə 30000 manat kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam verilməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Mirvari Meirova qarşı ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, X5 küçəsi 3123-cü məhəllə 7a saylı evin 70 saylı mənzilin ona məxsus 9/12 hissədə payının natura şəklində ayrılmasının və payına uğun kompensasiyanın cavabdehdən tutulmasının qeyri-mümkün olmasını müəyyən edib mənzilin açıq hərracdan satılmasına, əldə olunmuş vəsaitin bölüşdürülməsinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Mirvari Meirov cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, X5 küçəsi 3123-cü məhəllə 7a saylı evin 70 saylı mənzilindəki payına görə 30000 manat kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam verilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu 7 mkr, X5 küçəsi 3123-cü məhəllə, 7a saylıevin 70 saylı mənzilini vərəsəlik hüququ əsasında onun və cavabdehin paylı mülkiyyətinə keçmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışa əsasən 05.12.2019-ci il tarixdə həmin mənzilin 9/12 hissəsinə olan hüququ onun adına və 3/12 hissəsi cavabdeh Meirov Mirvarinin adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh 27 ildir ki, xaricə köçüb, İsrail vətəndaşlığını alıb və daimi olaraq X3 yaşayır. Mübahisəli mənzildən başqa, cavabdehin Azərbaycan Respublikasında əmlakı və yaşayış yeri yoxdur, o daimi xaricdə yaşayır, mübahisəli mənzildən istifadə etmir, mənzilin texniki vəziyyətinə baxmır, kommunal xidmətlərini ödəmir. Yəni onun həmin mənzildən təyinat üzrə və ya əmlak kimi istifadəsində heç bir marağı yoxdur. O, mənzilin satılmasının təklifi ilə dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh buna razılıq vermir. Bundan başqa, o, cavabdehdən öz payına uyğun pul kompensasiya istəmiş, lakin cavabdeh bu təklifi də qəbul etmir. O, bu barədə rəsmi təklifini, Bakı şəhəri Binəqədi rayonu 7 mkr, X5 küçəsi 3123-cü məhəllə, 7a saylı evin 70 saylı mənzili ünvanına göndərmiş, cavabdeh həmin ünvanda yaşamadığından təklif geri qaytarılmışdır. Digər tərəfdən cavabdehin ona mənzilə görə kompensasiyanı ödəməyə maddi imkanı yoxdur və onun xaricdə yaşamasını nəzərə alaraq, pul tələbinin icrası və cavabdehdən tutulması qeyri-mümkün görünür. Aralarında olan münasibətlər uzun müddətdir pozulub, hazırda isə mübahisəli mənzilə görə əlavə gərginlik yaranır. Bu hallar həm ona, həm cavabdehə mənfi təsir göstərir. O, mülkiyyətçi kimi istədiyi qaydada mənzilə dair sərəncam vermək hüququndan məhrum olur. Digər tərəfdən, cavabdeh öz hüquqlarından istifadə edərək ona mənzilə dair hüquqlarını həyata keçirməyə imkan verməyəcək. Qeyd olunmuş faktiki halları nəzərə alaraq, həmin mənzili satıb, satışdan əldə edən pul vəsaitlərinin payların dəyərinə uyğun aralarında bölüşdürülməsini məqsədəuyğun hesab edir. İş üzrə keçirilən ekspertiza ilə mənzilin naturada bölünməsinin mümkün olmadığı müəyyən olunmuşdur. O, iki dəfə mənzilə alıcı taparaq mənzili 60000 manata sataraq həmin məbləği paylarına uyğun bölməyi təklif etmiş, lakin cavabdeh bu təkliflə razılaşmamışdır. Alıcıların təklif etdikləri qiyməti nəzərə alaraq cavabdeh tərəfindən təklif olunan 30000 manat mənzilin qiymətinin ½ hissəsinə uyğundur. Lakin mənzildə ona məxsus pay 9\12 hissəni təşkil edir. Kompensasiya 30000 manat deyil, 45000 manat olmalıdır. Cavabdehin təklif etdiyi 30000 manat kompensasiya əlverişsizdir, onun mülkiyyət hüquqlarını pozur. Ona görə də ümumi paylı mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu 7 mkr, X5 küçəsi 3123-cü məhəllə, 7a saylı evin 70 saylı mənzilinin ona məxsus 9/12 hissəli payının natura şəklində ayrılmasının və ya payına uyğun kompensasiyanın cavabdehdən xeyrinə tutulmasının qeyri-mümkün müəyyən edib, mənzilin açıq hərracdan satılmasına və əldə olunmuş vəsaitin onunla cavabdeh Meirov Mirvari arasında paylarına uyğun bölüşdürülməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsinə dair ətnamə qəbul dilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, ayrılmaq istəyən paylı mülkiyyətçi kimi Meirov Mirvari öz payını almağı İddiaçı təklif edə bilər. Onun İddiaçı payını almaq təklifini irəli sürmək hüququ yoxdur. Məhkəmə araşdırması zamanı tərəflərin paylı mülkiyyətlərində olan mənzilin paylarına uyğun natirada bölgüsünün mümkün olmadığı, İddiaçı M.Meirova Azərbaycan Respublikasında olan əmlakının yerləşdiyi ünvan üzrə öz payını almağa dair təklif göndərdiyindən, bu təklif M.Meirova tərəfindən qəbul edilmədiyindən Bakı şəhəri Binəqədi rayonu 7 mkr, X5 küçəsi 3123-cü məhəllə, 7a saylı evin 70 saylı mənzilinin açıq hərracda satılaraq əldə olunan pul vəsaitinin mülkiyyətçilərin paylarına uyğun bölünməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Mirvari Meirovanın vəkili və nümayəndəsi Vəkil1 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu 7 mkr, X5 küçəsi 3123-cü məhəllə, 7a saylı evin 70 saylı mənzilinin satılmasını təklif etsə də, Mirvari Meirovun payına düşən hissədə hansı məbləğdə kompensasiyanın verilməsini cavabdehə təklif etməmiş, həmçinin öz payına düşən hissədə nə qədər məbləğdə kompensasiya tələb etdiyi barədə heç bir qeyd etməmiş, yalnız mənzilin bütövlükdə satılmasını və əldə olunmuş vəsaitin paylara uyğun bölüşdürülməsini təklif etdiyindən onun təklifi qeyri-müəyyəndir. M.Meirova Bakı şəhəri Binəqədi rayonu 7 mkr, X5 küçəsi 3123-cü məhəllə, 7a saylı evin 70 saylı mənzilində yaşamır, ona görə də İddiaçı hər hansı bir təklifini almamışdır. Bundan başqa M.Meirova göndərilməsi qeyd olunan təklfdə İddiaçı paylı mülkiyyətdə olan öz payının dəyərini qeyd etməmiş, həmin məbləğin nə qədər olmasını məhkəmə iclasında da bildirməmişdir. Mənzil təmirsizdir, orada əsaslı təmir işləri aparılmadan yaşayış üçün demək olar ki, tam yararsızdır. Adı çəkilən mənzil üzərində payların müəyyən edilməsi barədə məhkəmə qərarları qanuni qüvvəsini aldıqdan sonra M.Meirov İddiaçı 5184,23 manat ödəmiş, hazırda mənzilə görə iddiaçının payına düşən hissəyə əlavə olaraq 30000 manat kompensasiya ödəməklə İddiaçı payını almaq və mülkiyyət hüquqlarına xitam verilməsinə hazırdır. Hesab edir ki, bu məsələnin məhkəmələrdə uzun bir müddət mübahisələndirilməsinin qarşısını almaq və mübahisənin tez öz həllini tapmasının asan yoludur. Ona görə də ilk iddia ərizəsinin təmin edilməməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilərək İddiaçı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, X5 küçəsi 3123-cü məhəllə 7a saylı evin 70 saylı mənzilindəki payına görə M.Meirov tərəfindən 30000 manat kompensasiya ödənilməklə mülkiyyət hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Binəqədi rayonu 35 saylı MKİS-nin 15.10.2020-ci il tarixli 31 saylı arayışından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, X5 küçəsi 3123-cü məhəllə 7a saylı evin 70 saylı mənzilində qeydiyyatda heç kim yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05.12.2019-cu il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, X5 küçəsi 3123-cü məhəllə 7a saylı evin 70 saylı mənzilinə dair Mirvari Meirovun 3/12 hissədə, İddiaçı Aleksandrovişin 9\12 hissədə dair paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** və ********** qeydiyyat nömrələri ilə qeydiyyata alınmışdır. İddiaçı nümayəndəsi Vəkil2 tərəfindən imzalanan Mirvari Meirova Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, X5 küçəsi 3123-cü məhəllə 7a saylı evin 70 saylı mənzili ünvanına göndərilən 13.10.2020-ci il tarixli təklifdən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, X5 küçəsi 3123-cü məhəllə 7a saylı evin 70 saylı mənzilində olan 9\12 hissədə payının dəyərini ödəməyi M.Meirova təklif etmiş, təklifdə M.Meirovanın Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, X5 küçəsi 3123-cü məhəllə 7a saylı evin 70 saylı mənzilində yaşamadığı, daimi olaraq Azərbaycan Respublikasından kənarda yaşadığı qeyd edilmiş, Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, X5 küçəsi 3123-cü məhəllə 7a saylı evin 70 saylı mənzilində olan İddiaçı 9\12 hissədə payının dəyəri qeyd edilməmişdir. Təklifə əlavə olunan zərfdən müəyyən olunur ki, müvafiq poçt şöbəsi təklifi M.Meirovun ünvanda yamaması səbəbindən geri qaytarmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.08.2021-ci il tarixli 10\3123 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, X5 küçəsi 3123-cü məhəllə 7a saylı evin 70 saylı mənzilinin otaqlarının təyinatının yerləşmə vəziyyətinə uyğun olaraq tərəflərarasında 3\12 və 9\12 hissə olmaqla 2 yerə bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında bərabər ölçüdə yaşayış və yardımçı otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.2; 2.4;2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-Texniki Ekspertizasının həlli Metodlarının tələblərinə uyğun qaydada naturada bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ilk iddiaçı X.A. Nisanov paylı mülkiyyətdə olan əmlakdan məhkəmə qaydasında öz payının ayrılmasını tələb etmədən paylı mülkiyyətdə olan mənzilin satılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Baxmayaraq ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılıq əldə olunmadığı halda maraqlı mülkiyyətçi ilk növbədə öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Bu hüquq ayrılmaq istəyən mülkiyyətçiyə aid olduğundan bu halı tələb olmadığı halda məhkəmə müəyyən etməli deyildir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, ilk İddiaçı cavabdehi M.Meirovun daimi yaşayış yerini bildiyi halda ona yaşamadığı ünvan üzrə paylı mülkiyyətdə olan daşınmaz əmlakda payını alması təklifini göndərmiş, həmin təklifdə payın dəyəri göstərilməmiş, cavabdeh ünvanda yaşamadığından təklif geri qaytarılmışdır. Bundan sonra ilk iddiaçı, öz payına görə kompensasiya verilməsini təklif etmək və ya belə təklifi qəbul etmək paylı mülkiyyətçilərin hüququ olduğu halda, payına uyğun kompensasiyanın cavabdehdən tutulmasının qeyri-mümkün olmasını müəyyən edən məhkəmə aktının qəbul edilməsi barədə mənasız tələb irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 220.4-cü maddəsində paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Lakin iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6.-cı maddəsinə əsasən Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İstinad olunan normadan müəyyən olunur ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir və əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmə ilk iddia ərizəsi ilə bağlı sübutları tədqiq edib belə nəticəyə gəlir ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada, yəni ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi yolu ilə həyata keçirildiyindən, ayrılmaq istəyən mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququna malik olduğundan, bu mümkün olmadığı halda öz payının dəyərinin ona ödənilməsini digər mülkiyyətçiyə təklif etmək hüququ olduğundan, İddiaçı M.Meirova yaşamadığı ünvan üzrə göndərdiyi, formal xarakter daşıyan təklifdə pul kompensasiyasının məbləği göstərilmədiyindən ilk iddia ərizəsinin təmin edilməsi qeyri-mümkündür. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini təklif etmək hüququna malik olduğundan, M.Meirov İddiaçı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, X5 küçəsi 3123-cü məhəllə 7a saylı evin 70 saylı mənzilindəki payına görə 30000 manat kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam verilməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçıların ödədikləri dövlət rüsumları onların özlərinə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ Nisanov X1rşı ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, X5 küçəsi 3123-cü məhəllə 7a saylı evin 70 saylı mənzilin ona məxsus 9/12 hissədə payının natura şəklində ayrılmasının və payına uğun kompensasiyanın cavabdehdən tutulmasının qeyri-mümkün olmasını müəyyən edib mənzilin açıq hərracdan satılmasına, əldə olunmuş vəsaitin bölüşdürülməsinə dair ilk iddia ərizəsi təmin edilməsin. Mirvari Meirovun İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, X5 küçəsi 3123cü məhəllə 7a saylı evin 70 saylı mənzilindəki payına görə 30000 manat kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam verilməsinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1109/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1109/2021
12.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver