Məhkəmə qərarları › İş №2(001)-1125/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-1125/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1125/2023 14.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh Yayla MTK-ya qarşı xx.xx.2005-ci il tarixli 27 nömrəli müqaviləyə əsasən aldığı Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, 1300 keçid ünvanında yerləşən 3 nömrəli binanın 1-ci girişində ümumi sahəsi 27 kv.m. olan qarajın ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Yayla MTK-ya qarşı xx.xx.2005-ci il tarixli 27 nömrəli müqaviləyə əsasən aldığı Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, 1300 keçid ünvanında yerləşən 3 nömrəli binanın 1-ci girişində ümumi sahəsi 27 kv.m. olan qarajın ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ilə cavabdeh Yayla MTK arasında bağlanmış xx.xx.2004-ci il tarixli 197 nömrəli müqaviləyə əsasən iddiaçı Yayla MTK-nın Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, 1300 keçid ünvanda inşa etdiyi 3 nömrəli binanın 9cu mərtəbəsində yerləşən 141 nömrəli 5 otaqlı mənzilini almış, dəyəri tam ödənildikdən sonra mənzil iddiaçıya təhvil verilmişdir. Eyni zamanda iddiaçı Yayla MTK ilə bağladığı xx.xx.2005-ci il tarixli 27 nömrəli müqaviləyə əsasən MTK-nın Bakı şəhəri Binəqədi rayonu 9 mkr, 1300 keçid ünvanda inşa etdiyi 3 nömrəli binanın 1-ci girişində ümumu sahəsi 27 kv.m. olan qeyri-yaşayış sahəsini almış, qaraj tikintidə olduğu üçün onun nə vaxt təhvil verəcəyi müəyyən edilməmişdir. Qarajın dəyəri iddiaçı tərəfindən xx.xx.2005-ci il tarixli seriya DZS № ********* saylı kassa mədaxil orderi və MTK tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli və xx.xx.2007-ci il tarixli maliyyə arayışlarına əsasında tam ödənilmişdir. İddiaçı tərəfindən xx.xx.2005-ci il tarixli arayışa əsasən 2000 ABŞ dolları, xx.xx.2007-ci il tarixli maliyyə arayışına əsasən 2500 ABŞ dolları ödənilmiş, lakin qaraj bu günə kimi iddiaçıya təhvil verilməmişdir. İddiaçı vəkili ilə birlikdə cavabdehə müraciət edib Yayla MTK-dan satın aldığı qarajın ona təhvil verilməsini xahiş etmiş, əks halda qarajın hansı səbəblərə görə təhvil verməkdən imtina etdikləri barədə ətraflı məlumat verilməsni xahiş etmiş, lakin cavabdeh onların müraciətinə cavab verməmiş, bununla da müqavilə üzrə götürdüyü öhdəliyini icra etmək niyyətində olmadığını nümayiş etmişdir. Ona görə də tərəflər arasında bağlanmış xx.xx.2005-ci il tarixli 27 nömrəli müqaviləyə əsasən Yayla MTK-nın inşa etdiyi Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, 1300 keçid ünvanında yerləşən 3 nömrəli binanın 1-ci girişində ümumi sahəsi 27 kv.m. olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsinə, bu mümkün oldağı halda məhkəmə qərarı çıxardığı gündən qarajın mövcud olduğu bazar qiyməti müəyyən etməklə onun dəyərinin cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin həcminin azaldılmasına və mülki işə qiyabi icraat qaydasında baxılmasına dair ərizələrini məhkəməyə təqdim edərək xx.xx.2005-ci il tarixli 27 nömrəli müqaviləyə əsasən iddiaçı E.Ş. Mehdiyevin cavabdeh Yayla MTK-dan aldığı Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, 1300 keçid ünvanında yerləşən 3 nömrəli binanın 1-ci girişində ümumi sahəsi 27 kv.m. olan qarajın iddiaçı E.Ş. Mehdiyevə təhvil verilməsi vəzifəsinin cavabdeh Yayla MTK-ya həvalə edilməsinə dair qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Yayla MTK-ya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh Yayla MTK məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-1125/2023 saylı qərardadına əsasən, məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinin tələblərinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Yayla MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli 27 saylı kooperativ mənzil tikintisi haqqında müqavilədən müəyyən olunur ki, MTK Binəqədi rayonu 9-cu mkr, 1300 keçid ünvanında yerləşən 3 nömrəli binanın 1-ci girişində ümumi sahəsi 27 kv.m. olan qeyri-yaşayış sahəsini – qarajı payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan qarajın sxeminin surətinin arxa tərəfində aparılan Yayla MTK-nın sədri Nümayəndə tərəfindən imzalanmaqla MTK-nın möhürü ilə təsdiq edilmiş qeyddən görünür ki, Yayla MTK-nın qaraj hissəsinin 27-28 oxlar arasında, 35 m2 –lik 54 saylı qaraj İddiaçı aiddir. Yayla MTK-nın sədri Nümayəndə tərəfindən imzalanmaqla MTK-nın möhürü ilə təsdiq edilmiş xx.xx.2005-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı Yayla MTK-ya Binəqədi rayon 9-cu mkr, 1300-cü məhəllə ünvanında yerləşən qaraja görə 2000 ABŞ dollarını ödəmişdir. Yayla MTK-nın sədri Nümayəndə tərəfindən imzalanmaqla MTK-nın möhürü ilə təsdiq edilmiş xx.xx.2005-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı Yayla MTK-ya Binəqədi rayon 9-cu mkr, 1300-cü məhəllə ünvanında yerləşən 3/9/4 mənzilə görə 2500 ABŞ dollarını ödəmişdir. Yayla MTK-nın DZS seriyalı 024603 saylı xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzindən müəyyən olunur ki, İddiaçı Yayla MTK-ya qeyri-yaşayış sahəsi (qaraj) üçün 9 500 000 AZM ödəmişdir. Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Vəkil Yayla MTK-ya ünvanladığı xx.xx.2022-ci il tarixli 117 saylı pretenziyadan müəyyən olunur ki, İddiaçı Yayla MTK-dan satın aldığı Bakı şəhəri Binəqədi rayon 9-cu mkr, 1300 keçid ünvanında yerləşən 3 nömrəli binanın 1-ci girişində ümumi sahəsi 27 kv.m. olan qarajın İddiaçı təhvil verilməsi MTK-ya təklif olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2352 saylı rəyindən müəyyən olunur ki, Yayla MTK ilə İddiaçı arasında xx.xx.2005-ci tarixdə bağlanmış 27 saylı kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı satılan MTK-ya ayrılmış Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, 1300 keçid ünvanında inşa edilmiş 3 saylı yaşayış binasının 1-ci giriş ünvanında yerləşən 27 m2 olan qarajın yerləşmə vəziyyətinə dair sxem olmadığına, binaya dair layihə sənələri təqdim olunmadığına görə həmin qarajın yerini müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayon 9-cu mkr, 1300 keçid ünvanına yaxın ərazilərdə yerləşən analoji qarajların 1 m2 –nin hazırda mövcud olan orta bazar qiyməti təqribən 1123 manat məbləğində müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.2. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 241.3. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Maddə 241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutları tədqiq edib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Yayla MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli 27 saylı kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən, cavabdeh Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, 1300 keçid ünvanında inşa etdiyi 3 nömrəli binanın 1-ci girişində ümumi sahəsi 27 kv.m. olan qeyri-yaşayış sahəsini, yəni qarajı iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də, öhdəliyini icra etmədiyindən, iddia tələbinə qarşı hər hansı bir etirazını məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməli, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 241-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Yayla MTK-ya xx.xx.2005-ci il tarixli 27 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, 1300 keçid ünvanında yerləşən 3 nömrəli binanın 1-ci girişində ümumi sahəsi 27 kv.m. olan qarajı İddiaçı təhvil verməsi vəzifəsi həvalə edilsin. Yayla MTK-dan dövlət rüsumuna görə 100 manat İddiaçı xeyrinə tutulsun. Yayla MTK-dan ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar