Məhkəmə qərarları › İş №2(001)-1126/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1126/2025

04.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1126/2025 04.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X15 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, xx.xx.1965-ci il tarixdə Ermənistan SSR-nin Amasiya rayonunda doğulmuşdur. X1, anası isə X5 olmuşdur. Atasıgil Cəfərov soyadında getdiyi üçün o, da atasının soyadını soyadı kimi götürmüşdür. O, ailə həyatı qurduqdan sonra, yəni 1989-1993-cü illərdə artıq ailəsi ilə birlikdə köçdüyündən özünə lazım olan zəruri sənədləri itirmişdir. Həmin andan etibarən onun doğum haqqında şəhadətnaməsi bu günə kimi olmamışdır. Həmin sözü gedən doğum haqqında şəhadətnamə gələcəkdə ona lazım olan zəruri sənədlərdən biri kimi lazım olacaqdır. Bu səbəbdən də, doğum akt qeydinin bərpa oluması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsində ona izah edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 4-cü bəndində əks olunan hüquqi mövqeyinə uyğun olaraq izah edilmişdir ki, doğum haqqında akt qeydi yalnız doğumun qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə müvafiq rayon (rayon (şəhər)) məhkəməsinin qətnaməsi əsasında bərpa edilə bilər. Bütün sənədlərində, həmçinin şəxsiyyətini təsdiq edən sənəddə doğulduğu tarix, yer göstərilir. Həmçinin bu halı təsdiq edən şahidləri də vardır. Doğum haqqında şəhadətnamə bir sıra məsələlərin həll edilməsi, eyni zamanda sənədləşmə işlərinin həyata keçirilməsi üçün lazımdır. Ərizəçi ərizəsini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.2.3, 307.2.11, 308 və 309-cu maddələri ilə əsaslandıraraq, doğum akt qeydinin bərpa olunması və həmin akt qeydində onun doğum tarixinin xx.xx.1965-ci il kimi, ata qrafasında atasının X4 və ana qrafasında anasının X2 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğumun qeyd edilmə faktının müəyyən edilməsi və həmin akt qeydində onun doğum tarixinin xx.xx.1965-ci il kimi, ata qrafasında atasının X4 və ana qrafasında anasının X2 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-3623/24 №-li məktubdan görünür ki, qeydiyyat şöbəsi tərəfindən onun müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin bir hissəsindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1965-ci il tarixdə Amasiya rayonunda doğulmuşdur. İş materiallarında olan Amasiya rayonu kənd sovetliyi tərəfindən verilmiş İ-ЗЖ seriyalı 853777 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx xxxxxxxx 1965ci il tarixdə Amasiya rayonunda doğulmuş, X1, anası isə X3r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ərizəçinin bacısı olmaqla yanaşı, ailədə beş uşaq olmalarını, böyük bacılarının əkiz olmalarını, Ermənistan Respublikasında olan zəlzələ nəticəsində evlərinin dağıldığını, bacısının sənədinin həmin dövrdən yarısının itirildiyini bildirərək, Ərizəçi xx xxxxxxxx 1965-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulması və bu barədə müvafiq qeydin aparılması faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ərizəçinin anası olmaqla yanaşı, Ermənistan Respublikasında olan zəlzələ nəticəsində evlərinin dağıldığını bildirərək, Ərizəçi xx xxxxxxxx 1965-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulması və bu barədə müvafiq qeydin aparılması faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bununla yanaşı, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, Ərizəçi xx xxxxxxxx 1965-ci il tarixdə Amasiya rayonunda doğulmasının qeyd edilməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, Ərizəçi xx xxxxxxxx 1965-ci il tarixdə Amasiya rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilməli, həmin akt qeydində Ərizəçi “doğum tarixi” qrafasında “xx.xx.1965-ci il”, “ata adı” qrafasında “X4”, “ana adı” qrafasında “X6” kimi qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxxx 1965-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ərizəçi doğum haqqında şəhadətnaməsində “doğum tarixi” qrafasında “xx.xx.1965-ci il”, “ata adı” qrafasında “X4” və “ana adı” qrafasında “X6” kimi qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar