Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1160/2024 29.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, cavabdeh Yılan Ali ilə 2007-cı ildən faktiki nikahda olmuş və 21 fevral 2017-ci il tarixdə isə cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından 17 iyun 2008-ci il təvəllüdlü X25 və 30 yanvar 2010-cu il təvəllüdlü X23 adlı 2 övladları dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra bir müddət kirayədə yaşamışlar. Daha sonra isə onlar faktiki nikah dövründə yəni 30 may 2012-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal qəsəbəsi, ev 59V ünvanında yerləşən fərdi yaşayış evini almışlar və ora köçmüşlər. Cehiz əşyaları da həmin yaşadığı evdədir. Övladları və o, həmin evdə pasport qeydiyyatdadırlar. Övladlarının hər ikisi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən orta məktəbdə oxuyurlar. İlk vaxtlar cavabdehlə mehriban yaşasalar da, sonradan cavabdeh Yılan Ali ilə xasiyyətləri uyğun gəlmədiyi üçün nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir və nikahları məhkəmə qaydasında pozulmuşdur. Hazırda cavabdeh Yılan Ali onu və övladlarını həmin evdən zorla çıxardaraq çölə atmışdır. Hazırda kirayədə yaşayır. Həmin evdən övladlarının məktəbə gedib gəlməyi çətin olacaq, bu isə onların təhsilindən yayınmasına gətirib çıxarda bilər. Bundan əlavə olaraq ona və uşaqlarına məxsus bütün əşyalar köçmək istədiyi evdə yerləşir. Cehiz əşyaları da, hazırda o evdədir. Cavabdeh onlara geyimlərini götürməyə belə icazə vermir. Hazırda qaldıqları kirayə mənzildə yaşamaq olduqca çətindir. Orada onun öz uşaqları ilə birlikdə yaşamaqları üçün şərait yoxdur, ev çox kiçikdir. Onlar orda daimi yaşaya bilməzlər. Mübahisə predmeti olan evdə çıxarış olmasa da, bələdiyyə sənədi ilə alqı-satqısı müəyyənləşmişdir. Hazırda hüquq müəyyənedici sənədləri yoxdur və bu səbəbdən özbaşına tikili sayılmaqdadır. Mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Hazırkı şəraitdə cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, onun və övladlarının da həmin şərtlər daxilində evdə yaşamaq hüquqları vardır. Mübahisəli evdən öz iradəsindən asılı olmayan səbəbdən çıxmağı onun və uşaqlarının həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Mübahisəli tikiliyə faktiki nikaha daxil olduqdan sonra cehiz əşyalarının gətirilməsini, uzun müddət orada yaşadıqlarını və həmin mübahisəli evin onun və övladlarının yeganə yaşayış yeri olduğundan o, hesab edir ki, övladları ilə birlikdə ünvan 1 fərdi yaşayış evinə köçürülmələrinə dair iddiası təmin edilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun, övladları 17 iyun 2008-ci il təvəllüdlü X25 və 30 yanvar 2010-cu il təvəllüdlü X23 ilə birlikdə ünvan 1 özbaşına tikilidən ibarət fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda bildirmişdir ki, hazırda kirayədə yaşayır, köçürülməsini tələb etdiyi mənzil övladlarının haqqıdır, cavabdeh tərəfindən təklif olunan mənzil təmirli mənzil olsa da, o, məhz hazırki mübahisə predmeti olan mənzilə köçürülməsini məhkəmədən tələb edir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, izahatında bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini iddiaçı ilə rəsmi nikaha girənədək öz vəsaiti hesabına 2012-ci ildə əldə etmişdir. İddiaçı ilə rəsmi nikaha 2017-ci ildə daxil olmuş, 2022-ci ildə nikahları pozulmuşdur. İddiaçı mübahisəli fərdi yaşayış evini könüllü tərk etmiş, cavabdeh ona eyni ünvanda yerləşən fərdi yaşayış evinin arxasında yerləşən 3 otaqlı fərdi yaşayış evini təklif etmiş, lakin iddiaçı qəbul etməmişdir. Bununla yanaşı cavabdeh bildirmişdir ki, tərəfindən iddiaçının mülkiyyətinə çoxsayı əmlaklar, o cümlədən avtomobil, torpaq sahələri, fərdi yaşayış evi verilmişdir. Bu səbəbdən də, cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Y.Alı eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək, sözügedən fərdi yaşayış evinin tam yaxınlığında yerləşən tam təmirli 3 otaqlı evin iddiaçının adına alınmasını, sənədləşdirilərək bağışlanmasını əsas gətirərək, iddianın əsassız olmasını bildirmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilmiş 14 aprel 2003-cü il tarixli 76 №-li “vətəndaş X4 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə torpaq sahəsinin satılması” haqqında qərardan görünür ki, Bakı şəhəri Bibi-Heybət qəsəbəsi Y.Mürsəlov küçəsi ev 39 mənzil 1-də yaşayan vətəndaş X4 M.Ə.Rəsulzadə bələdiyyəsi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə 400 kv.m. torpaq sahəsinin verilməsi barədə xx.xx.2003-cü il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasının xx.xx.2003-cü il tarixli rəyinə əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən, əvvəllər bataqlıq olmuş, sonradan bələdiyyənin vəsaiti hesabına torpaqla doldurularaq yararlı vəziyyətə gətirilmiş ərazidən 400 kv.m. torpaq sahəsi əlavə edilmiş eskiz əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş X4 mülkiyyətinə satılması, (hər kv.m. üçün 11200 manat ödəmək şərtilə) ayrılmış torpaq sahəsində inşa ediləcək tikilinin layihəsinin rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırılmasının vətəndaş G.M.Məmmədovaya tapşırılması, qərarın icrasının qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyənin icra aparatına tapşırılması qərara alınmışdır. İş materiallarında olan 30 may 2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, Abdullayeva (Məmmədova) Gözəl Məhərrəm qızı tərəfindən X19 həmin tarixdə xx.xx.2051-ci il müddətinə etibarnamə verilmiş və həmin etibarnamədə “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsinin 14 aprel 2003-cü il tarixli 76 nömrəli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində Binəqədi şossesinin sağ tərəfindən yerləşən 400 kv.metr torpaq sahəsinin istifadəsi ilə bağlı müvafiq dövlət orqanlarında və sair ........” səlahiyyətləri etibar etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 952172 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 30 yanvar 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Yılan Ali, anası isə X14r. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 945381 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 17 iyun 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Yılan Ali, anası isə X14r. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3074/2022 saylı 16 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X10 cavabdeh Yılan Aliyə qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiası təmin edilmiş, Yılan Ali ilə Yılan (Hacılarova) Sevinc Rafiq qızı arasında xx.xx.2017-ci il tarixdə 78 nömrəli akt qeydi ilə Səadət Sarayında (Bakı Nikah Evi) bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X25 və xx.xx.2010-cu il təvəllüdlü X27 anaları Yılan (Hacılarova) Sevinc Rafiq qızının yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X20 və xx.xx.2010-cu il təvəllüdlü X21 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin cavabdeh Yılan Alidən tutularaq iddiaçı Yılan (Hacılarova) Sevinc Rafiq qızının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-02/2-1080/2024 saylı məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən 59V nömrəli fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1619/2024 saylı 27 fevral 2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Yılan Aliyə qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X20 və xx.xx.2010-cu il təvəllüdlü X21 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3074/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda alimentin cavabdeh Yılan Alidən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 06 iyun 2015-ci il tarixli Torpaq Sahəsinin alqı-satqısına dair İlkin müqavilədən görünür ki, birinci tərəf X15 və ikinci tərəf İddiaçı arasında müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən “Satıcı” X2 100 kv.m. torpaq sahəsini 23500 manata qiymətləndirir və gələcəkdə həmin qiymətə “Alıcı” İddiaçı satmağı “Alıcı” İddiaçı isə həmin 100 kv.m. torpaq sahəsinin gələcəkdə 23500 manat almasını öhdəsinə götürür. “Alıcı” İddiaçı satış məbləğindən 13560 manatını hazırda notariusun bankda açdığı depozit hesab vasitəsi ilə “Satıcı” X9 ödəyir, satış qiymətinin 9360 manatını 40 gün müddətinə 580 manatını isə torpağın alqı-satqısına dair əsas müqavilə bağlanarkən “Satıcıya” ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2ində 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X10 adına 08 may 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz əmlakın icarəyə verilməsi haqqında 12 yanvar 2024-cü il tarixli M3 nömrəli müqavilədən görünür ki, icarəçi İddiaçı ilə icarədar X5 arasında icarə müqaviləsi bağlanmış, icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov 69, 5-ci mərtəbə, mənzil 29, 2 otaqlı mənzil aylıq 600 manat olmaqla İddiaçı icarəyə verilmiş və sonuncu həmin mənzili icarə haqqını hər ayın 12-si ödəmək şərti ilə 12 yanvar 2025-ci il tarixədək icarəyə götürmüşdür. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 ilə X22 arasında ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsinə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən X16 ünvanlanmış 14 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində ərizəsi əsasında toplanmış materialın icraatına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Qəbul edilmiş qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122-ci maddəsinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmək hüququnun olduğu izah edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Asəf Məmmədov tərəfindən qəbul edilmiş “Toplanmış material üzrə icraata xitam verilməsi haqqında” 05 yanvar 2022-ci il tarixli qərardan görünür ki, X10 şikayət ərizəsi əsasında toplanmış materialın araşdırılmasına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan cavabdeh Yılan Ali tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, etiraz ərizəsində İddiaçı onun tərəfindən 3 (üç) otaqlı ev alındığını, Sevincin adına sənədləşdirildiyini və ona bağışlanıldığını qeyd etmişdir. Həmçinin bildirmişdir ki, İddiaçı ərizəsinin əsassız olduğunu bildirərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qəbul edilmiş “vətəndaş X7 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə torpaq sahəsinin satılması haqqında” 25 iyul 2005-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsuİzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 41, mənzil 409-410-da yaşayan vətəndaş X3 xx.xx.2005-ci il tarixli razılıq ərizəsinə, Oğuz rayonu, Xaçmaz kəndində pasport qeydiyyatında olan vətəndaş X7 xx.xx.2005-ci il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadiyyat daimi komissiyasının xx.xx.2005-ci il tarixli rəyinə əsasən Binəqədi rayonu M.Ə.Rəsuİzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən 100 kv.m. torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş X7 mülkiyyətinə verilməsi, (hər kv.m. üçün 11 200 manat ödəmək şərtilə), M.Ə.Rəsuİzadə bələdiyyəsinin vətəndaş B.M.Zeynalovun adına verdiyi xx.xx.2004-cü il tarixli, 244 saylı qərarın ləğv edilməsi və bu barədə vətəndaşa məlumat verilməsi, vətəndaş B.M.Zeynalov tərəfindən bələdiyyə büdcəsinə seriya AEY 453254 saylı, xx.xx.2004-cü il tarixli kassa mədaxil orderinin qəbzi əsasında ödənilmiş 1 120 000 (bir milyon yüz iyirmi min) manat pul vəsaitin geri qaytarılması və qərarın icrası qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyənin icra aparatına tapşırılması qərara alınmışdır. İş materiallarında olan 08 avqust 2015-ci il tarixli, AR-İ seriyalı, 423212 nömrəli etibarnamənin surətindən görünür ki, X15 tərəfindən İddiaçı həmin tarixdə 80 il müddətinə etibarnamə verilmiş və həmin etibarnamədə “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsinin 25 iyul 2005-ci il tarixli 161 nömrəli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsi ərazisində ona ayrılmış 100 kv.m torpaq sahəsinin istifadəsi ilə bağlı səlahiyyətli dövlət orqanlarında və sair ........” səlahiyyətləri etibar etmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı adına ünvan 2ində yerləşən 4 otaqlı, 59.60 kv.m sahəsi olan fərdi yaşayış evi, “Kia Cerato” minik markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, 59 V ünvanı və M.Ə.Rəsulzadə qəsəbəsi, St-detal küçəsi, ev 7 ünvanı ilə bağlı kommunal xidmət məlumatları qrafasında “təbii qazdan istifadə qrafasında” həmin ünvanlarda sayğaclar quraşdırılmış, abonent kodu verilmiş və abonent qismində “İddiaçı” göstərilmişdir. Digər tərəfdən “sudan istifadə qrafasında” M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, ev 1/B ünvanında sayğaclar quraşdırılmış, abonent kodu verilmiş və abonent qismində “İddiaçı” göstərilmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, hazırki mübahisənin predmetini özbaşına tikili təşkil edir. Özbaşına tikililərlə bağlı hüquqları tənzimləyən maddi hüquq normaları nə mülki qanunvericilikdə, nə də mənzil qanunvericiliyində mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Məhkəmə hesab edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə (mənzilə) köçürülmə tələbinə dair olduğundan və özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq normaları mövcud olmadığından mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı mübahisəli evdə (mənzildə) 2012-ci ildən yaşadığından mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bununla yanaşı, məhkəmə qeyd edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur (180.2). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsi təsbit edir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə uyğun olaraq ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Eyni Məcəllənin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-ci maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinə istinadən ilk növbədə qeyd edir ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalı, ikincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Belə ki, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ümumi əmlakın bölünməsi dedikdə isə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Qanunverici ailə institutunu ər arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Mülki işdə olan sübutlarla və tərəflərin izahatları ilə təsdiq edilir ki, mübahisəli ev özbaşına tikili olmaqla cavabdeh tərəfindən nikaha qədər əldə edilmişdir, hal-hazıradək həmin evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı cavabdehlə 2007-ci ildən qeyri-rəsmi nikah münasibətlərində olmuş, nikahları 21 fevral 2017-ci il tarixdə rəsmiləşdirilmişdir. Tərəflərin iki övladları - 17 iyun 2008-ci il təvəllüdlü X25 və 30 yanvar 2010-cu il təvəllüdlü X23 doğulmuşdur. Mübahisəli ev, yəni ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi 2012-ci ildə alınmışdır və tərəflər həmin evdə yaşamağa başlamışlar. Daha sonra tərəflər arasında münasibətlər pozulmuş, aralarında münaqişələr yaranmış, bu səbəbdən də, hazırki iş üzrə iddiaçı iki övladı ilə birlikdə evi tərk etmiş, hazırda bildirdiyinə görə icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov 69, 5-ci mərtəbə, mənzil 29, 2 otaqlı mənzildə aylıq 600 manat olmaqla icarədə yaşayır və həmin mənzili 12 yanvar 2025-ci il tarixədək icarəyə götürmüşdür. Hazırki iş üzrə İddiaçı məhkəməyə icra müqaviləsi təqdim edərək, hazırda yaşayış yerinin olmaması səbəbindən, eyni zamanda cavabdeh tərəfindən zorla mübahisəli fərdi yaşayış evindən çıxarılmasına istinad edərək, həmin mübahisəli mənzilə köçürülməsini xahiş etsə də, məhkəmə aşardırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində və istifadəsində özünü və övladlarını yaşayış yeri ilə təmin edə biləcək daşınmaz əmlaklar mövcuddur. Bununla yanaşı, istifadəsində daşınmaz əmlakların olmasına baxmayaraq, məhkəmə iclasında cavabdeh Ali Yılan tərəfindən iddiaçıya təklif edilmiş 3 otaqlı normal şəraitli fərdi yaşayış evindən də, iddiaçı heç bir ağlabatan əsas göstərmədən imtina etmişdir. Həmçinin məhkəmə tərəfindən iddiaçının həmin mübahisəli evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğu yoxlanılmışdır. (tikilinin iddiaçının əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edilməsi, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakların əvəzli əldə edilməsi, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etməsi). İddiaçı mübahisəli fərdi yaşayış evinin məhz onun səyi, zəhməti ilə əldə edildiyini iddia etsə də, həmin faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, əksinə məhkəmə iclasında tərəflərin verdikləri izahatları ilə təsdiq edilmişdir ki, hazırda istər iddiaçının, istərsə də, cavabdehin mülkiyyətində və ya istifadəsində olan əmlaklar məhz cavabdehin səyi, zəhməti nəticəsində əvəzli qaydada əldə edilmişdir. Eyni zamanda hazırki iş üzrə iddiaçının istifadəsində və ya mülkiyyətində olan əmlaklar, yəni ünvan 2ində yerləşən 4 otaqlı, 59.60 kv.m sahəsi olan fərdi yaşayış evi, “Kia Cerato” minik markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, 59 V ünvanı və M.Ə.Rəsulzadə qəsəbəsi, St-detal küçəsi, ev 7, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi Ev-1/B ünvanında yerləşən fərdi yaşayış evləri də məhz cavabdeh tərəfindən alınaraq iddiaçının faktiki istifadəsinə və mülkiyyətinə verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, İddiaçı istifadəsində və ya mülkiyyətində kifayət qədər yaşayış sahəsi olduğundan, həmçinin iddiaçı tələblərinin əsası kimi göstərdiyi halları mötəbər sübutlarla təsdiq edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-1160/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1160/2024
29.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver