Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1176/2021 08.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan və Bakı şəhəri Binəqədi rayonu, 6-cı mkr, 3205-ci məhəllə, 7-ci Binəqədi küçəsi, ev 1, 174 saylı mənzildə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, 3205-ci məhəllə, 7-ci Binəqədi küçəsi, ev 1, 174 saylı mənzil DƏDRX-nin xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışına əsasən ona məxsusdur. Qaynının arvadı Cavabdeh və onun azyaşlı qızı X4 2013-cü ildən həmin mənzildə qeydiyyatdadırlar. Lakin Cavabdeh və azyaşlı qızı ona məxsus olan mnzildə qeydiyyatda olmalarına baxmayaraq, həmin mənzildə yaşamırlar. Onlar abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, keçid 1260-da yerləşən 12 mərtəbəli, 2 gürüşlü binanın İİ blok, mənzil 68 ünvanında yaşayırlar. Onunla demək olar ki, təsadüfən əlaqə saxlayırlar. Cavabdehin mənzilində qeydiyyatda qalması , onun həmin mənzillə bağlı heç bir hüquqi əqd bağlaya bilməməsinə səbəb olmuşdur. Xüsusəndə həmin mənzil üzərində sərəncam vermək hüququ pozulur.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq, iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə təqdim edərək, Cavabdeh yetkinlik yaşına çatmayan övladı xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, 3205-ci məhəllə, 7-ci Binəqədi küçəsi, ev 1, 174 saylı mənzildən istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh izahatında bildirşdir ki, iddia tələbini qəbul edir. Hazırki iddia tələbi ilə bağlı iddiaçı ilə aralarında mübahisə yoxdur. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən olan MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, 3205-ci məhəllə, 7-ci Binəqədi küçəsi, ev 1, mənzil 174 ünvanına İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx xxx 2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti aparatının Mənzil-tikintisi koporativinin idarə heyəti “xxxx” MTK tərəfindən verilən 01/041 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, 3205-ci məhəllə, 7-ci Binəqədi küçəsi, ev 1, mənzil 174 ünvanında İddiaçı, X1, X3, Şıxılı Lətifə yalçın qızı, Cavabdeh, X4 qeydiyyatdadırlar. Azərbaycan Respublikası “xxxx” MTK tərəfindən verilən xx xxxxxxxx 2020-ci il tarixli arayışın foto surətindən görünür ki, X6 “xxxx” MTK-ya məxsus Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, keçid 1260-da yerləşən 12 mərtəbəli, 2 girişli binanın, İİ bloku, 68 saylı mənzilində ailə üzvləri Cavabdeh və X4 ilə birlikdə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi tərəfindən İddiaçı verilən cavab məktubundan görünür ki, Cavabdeh qıznın və X2 Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, 3205-ci məhəllə, 7-ci Binəqədi küçəsi, ev 1, mənzil 174 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin faktiki hallarına əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh iddiaçının qohumudur(qaynı arvadı) cavabdeh iddiaçının mənzilində formal qeydiyyatda olmaqla, faktiki olaraq “xxxx” MTK-ya məxsus Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, keçid 1260-da yerləşən 12 mərtəbəli, 2 girişli binanın, İİ bloku, 68 saylı mənzilində yaşayırlar. Cavabdeh iddia tələbini qəbul etdiyini və bu barədə iddiaçı ilə arasında mübahisə olmadığını məhkəmənin hazırlıq iclasında bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdeh tərəfindən iddianın etiraf edilməsini qanuna uyğun hesab edir və o qənaətə gəlir ki, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə ki, Mülki Məcəllənin: 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Bundan başqa “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehin iddianı etiraf etməklə istifadə hüququndan imtina etməsi barədə razılığı olduğundan, o cümlədən cavabdeh faktiki olaraq başqa yerdə yaşamaqla yaşayış sahəsinə zərurəti aradan qalxdığından iddia təmin edilməli, Cavabdeh xx xxxxxxxx 2013cü il təvəllüdlü övladı X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, 3205-ci məhəllə, 7-ci Binəqədi küçəsi, ev 1, mənzil 174 ünvanına istifadə hüququ itirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2013-cü il təvəllüdlü övladı X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, 3205-ci məhəllə, 7-ci Binəqədi küçəsi, ev 1, mənzil 174 ünvanına istifadə hüququ itirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1176/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1176/2021
08.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver