Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-834/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, X2, cavabdehlər cavabdeh2 və cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 qarşı kompensasiya ödəmək yolu ilə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 qarşı “kompensasiya ödəmək yolu ilə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 12000 (on iki min) manat verilməklə mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi, digər cavabdeh cavabdeh1 Rəfail qızı, azyaşlı uşaqları X4, X3, X5 və X6 ilə və əmlakları ilə birlikdə mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən * saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 20000 (iyirmi min) manat verilməklə mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi, digər cavabdeh cavabdeh1 Rəfail qızı, azyaşlı uşaqları X4,X3, X5 və X6 ilə və əmlakları ilə birlikdə mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən * saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi qismən təmin edilmiş, iddiaçı İddiaçı tərəfindən cavabdehlər cavabdeh2, cavabdeh1 30000 manat məbləğində kompensasiya ödənilməklə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən ev * nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməklə həmin yaşayış sahəsindən azyaşlı uşaqları X4, X3, X5 və X6 ilə və əmlakları ilə birlikdə çıxarılmaları, Cavabdehlər cavabdeh2 və cavabdeh1 mənzilə istifadə hüququna xitam verilməklə həmin yaşayış sahəsindən azyaşlı uşaqları X4,X3, X5 və X6 ilə və əmlakları ilə birlikdə çıxarılmasının eyni vaxtda icra olunması, cavabdehlər cavabdeh2, cavabdeh1 ekspertiza tədqiqatının dəyəri qismində 100 (bir yüz) manatın müştərək qaydada tutularaq “xxxx” MMC-nin (H/h:AZ66AİİB38030019443905478109, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi 1500136221, S.W.İ.F.T AIIBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ01350100000000001944) hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər cavabdeh2 və cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətlərindən imtina etdiklərini, apellyasiya şikayətinə baxılmadan işin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, cavabdehlərin apellyasiya şikayətindən imtinası qəbul edilməli və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya icraatına xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdehlər cavabdeh2 və cavabdeh1 apellyasiya şikayətindən imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-834/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-834/2026
28.07.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver