Məhkəmə qərarları › İş №2(103)-1597/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1597/2025

28.07.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(103)-1597/2025 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, m ü ə y y ə n e t d i:

1. Iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı istifadə hüququnun itirilmiş hesab olunmasına, əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən, 67 evin ** saylı mənzilinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 tərəfindən boşaldılmasına, bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsinə; Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən, ** saylı evin ** saylı mənzilinə cavabdeh1, cavabdeh3 və cavabdeh2 istifadə hüquqlarının itirilmiş hesab olunmasına; ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASC ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi (hakim Mədinə Bağırova) ilə iddia təmin edilmiş, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 67 evin ** saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilmiş, mənzilin boşaldılaraq iddiaçı İddiaçı ASC-yə təhvil verilməsi, həmin qətnamənin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 67 evin ** saylı mənzilində qeydiyyatlarının ləğv edilməsi üçün əsas olması, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada 100 (yüz) manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi qərara alınmışdır.

3. Cavabdeh cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı cavabdeh2 cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair *(***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə kimi hazırkı iş üzrə icraat dayandırılmışdır.

5. Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş *(***)-****/**** saylı mülki iş üzrə ##.##.2025-ci il tarixdə qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı cavabdeh2 Nərimanov Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunmuş və mülki iş üzrə apellyasiya icraatına xitam verilmişdir. Beləliklə də, Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir.

7. Cavabdeh cavabdeh2 nümayəndəsi nümayəndə1 ##.##.2026-cı il tarixdə ərizə ilə Məhkəməyə müraciət edərək, cavabdehin apellyasiya şikayətindən imtinasının qəbul eidlməsini və apellyasiya icraatına xıtam verilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

9. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə cavabdehin apellyasiya şikayətindən imtinaya dair ərizəsini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, cavabdehin Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilməli və onun şikayətinə münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

11. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində yazılı formada ondan imtina edə bilər.

12. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur.

14. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə belə nəticəyə gəlir ki, Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli və onun şikayətinə münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

15. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

16. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

17. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 apellyasiya şikayətindən imtinası qəbul edilsin və onun şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar