Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-647/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov Ilqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Rzayev Məhəmmədəli Əsədulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə, cavabdeh Cavabdeh, onun nümayəndəsi vəkil Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI Işin halları
1. Sumqayıt şəhər Icra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin ## ###### 2000-ci il tarixli orderindən görünür ki, 36-cı məhəllə, ev 3/24, mənzil 43 X3 istifadəsinə verilmişdir.
2. AZ-II ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ##.##.2017-ci ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2017-ci ildə 991 nömrə ilə qeyd edilmişdir.
3. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ##.##.2005-ci il tarixdən Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 3/24, mənzil 43 ünvanında qeydiyyatdadır.
4. Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş ##.##.2017-ci il tarixli arayışdan görünür ki, anası Əhmədova Gülöyşə Əjdər qızı ünvan 2 onun himayəsində olmuş və birgə yaşamış, ## #### 2017-ci il tarixdə beyin ödemi nəticəsində vəfat etmişdir. Onun dəfn xərci qızı İddiaçı tərəfindən ödənilmişdir.
5. Sumqayıt şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Istehsalat Birliyinin * saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 3/24, mənzil 43 ünvanında qeydiyyatdadır, yaşamır.
6. Afət Camalova, Camal Mədətov, Seyran Əbdurəhmanov tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, 36-cı məhəllə 3/24, mənzil 43-də İddiaçı, X4 yaşayırlar. Qardaşı Cavabdeh qeydiyyatda olmağına baxmayaraq ##.##.1996-cı ildən bu ünvanda yaşamır.
Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, cavabdeh Cavabdeh Sumqayıt şəhəri, 36-cı məhəllə ünvanında yerləşən, */** saylı evin, 43-cü mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı qarşı Sumqayıt şəhəri, 36-cı məhəllə ünvanında yerləşən, ev 3/24, mənzil 43 ünvanında 5 mərtəbəli daş binanın 5-ci mərtəbəsində yerləşən, sahəsi 47,05 kv.metr olan, 3 otaqlı mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Iddiaçı İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, Cavabdeh qardaşıdır. X3 anası, Əhmədov Imamətdin Nuhi oğlu atasıdır. Atası ##.##.1997-ci ildə, anası ##.##.2017-ci ildə vəfat etmişdir. Hal-hazırda onun və qardaşı Cavabdeh (hazırki iddia tələbi üzrə cavabdeh) pasport qeydiyyatında olduqları mənzil (Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 3/24, mənzil 43) mərhum anası X3 məxsusdur. Bunu ##.##.2000-ci ildə Sumqayıt şəhər IH tərəfindən verilmiş *** saylı order təsdiq edir. Cavabdeh mənzildə qeydiyyatda olsa da, 1996-cı ildən həmin ünvanda yaşamır. Cavabdeh həyat yoldaşı ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. Bunu * saylı MIS-nin ##.##.2011-ci il tarixli arayışı təsdiq edir. Həmçinin Sosial Müdafiə Fondunun Sumqayıt filialına ünvanlanmış 299 və *** saylı arayışlarda Cavabdeh ünvan 2 qeydiyyatda olsa da, həmin ünvanda yaşamadığı göstərilmişdir. Həmin arayış * saylı MIS tərəfindən verilmişdir. * saylı MIS-dən Sumqayıt Şəhər Məhkəməsinə təqdim etmək üçün “Ailə tərkibi haqqında" arayış verilməsini xahiş etmişdir. Oradan ona bildirilmişdir ki, yalnız məhkəmə sorğusu olduğu halda "Ailə tərkibi haqqında" arayış verə bilər. Bir daha bildirir ki, cavabdeh 1996-cı ildən sonra qeydiyyatda olduğu ünvanda yaşamır. Yaşamadığı halda onun əvəzinə kommunal xərclər ödəyir. Onun qeydiyyatı formal xarakter daşıyır. Anası G.Əhmədova himayəsində olmuş, birgə yaşamış, dəfnini təşkil etmişdir (arayış iddia ərizəsinə əlavə edilir). Hesab edir ki, cavabdehin mənzilində olan istifadə hüququna xitam verilməlidir.
10. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ##.##.1963-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Cavabdeh doğma bacısıdır. Onunla yuxarıda göstərilən mübahisəli mənzildə - mərhum anası X3 məxsus dövlət mənzil fonduna aid Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 3/24, mənzil 43 ünvanında 5 mərtəbəli daş binanın 5-ci mərtəbəsində yerləşən, sahəsi 47,05 kv.m, 3 otaqlı mənzildə yaşamışdırlar. Lakin anasının vəfatından sonra cavabehlə münasibətləri pozulmuş və mənzildən istifadə hüququ məhdudlaşdırılmışdır. Cavabdehə bildirmişdir ki, mənzildə qanunla gözlənti hüququ vardır, mənzili özəlləşdirib sataraq paylarını götürsünlər, o buna qəti razı olmayaraq bildirmişdir ki, ev onundur, heç bir hüququ yoxdur. Ona bildirəndə ki, mənzildən gözlənti hüququ vardır, məcbur olub məhkəməyə müraciət edəcək. Onda bildirmişdir ki, hara istəyirsən şikayət elə, onu mənzilə buraxmayacaq. Ona görə də məcbur olub cavabdehə qarşı məhkəməyə mənzilə köçürmə ilə bağlı müraciət etməyə məcbur olmuşdur.
11. Birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının iddiasının rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsində ona qarşı mənzilə köçürülmə tələbi"nə dair iddia qaldırmışdır. Iddia ərizəsinə etiraz edərək məhkəmənin nəzərinə aşağıdakıları çatdırır: Cavabdeh qardaşıdır. Sözügedən mənzil mərhum atası Əhmədov Imamətdin Nuhi oğluna məxsus olub. Mərhum atası ##.##.1997- ci il tarixdə vəfat edib. Mərhum atası vəfat edəndən sonra, yəni ##.##.2000-ci il tarixdə sözügedən mənzil Sumqayıt şəhər Icra Hakimiyyətinin *** saylı orderi ilə mərhum anası X3 adına verilib. Mərhum anası ##.##.2017-ci il tarixdə vəfat edib. Qardaşı sözügedən mənzildə pasport qeydiyyatında olsa da, 1996-cı ildən sonra qardaşı ailəsi ilə birlikdə mənzildən çıxıb və orada yaşamırlar. O yaşamadığı halda evin bütün kommunal xərclərini özü ödəmişdir. Onun pasport qeydiyyatı formal xarakter daşıyır. Mərhum anası himayəsində olub, mərhum anasının dəfinini də təşkil etmişdir. Qardaşı ailə üzvləri ilə birlikdə artıq 30 ildir ki, mənzildə yaşamır. Iddiaçının iddia ərizəsində istinad etdiyi maddi normaların münasibətlərə heç bir aidiyyatı yoxdur. Iddiaçı 30 ildə bir dəfə olsun mənzillə bağlı mübahisə açmamışdır. Onun mənzildə hər hansı əmlakı mövcud deyil. O mənzillə bağlı hər hansı hüquq və vəzifə yerinə yetirməmişdir. Ona görə də hesab edir ki, iddiaçının iddiası əsassızdır və rədd olunmalıdır.
12. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, cavabdeh Cavabdeh Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 3/24, ** saylı mənzilə istifadə hüququna xitam verilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh Imamətdi oğlunun birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Vəfa Şirəliyeva). 13.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 3/24, mənzil 43-ə dair İddiaçı anası X3 adına order verilmişdir. Hazırki iş üzrə iddiaçı onun qızı, cavabdeh isə oğludur. X3 ##.##.2017-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda iddiaçı cavabdeh Cavabdeh sözügedən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qardaşıdır. Məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüququn itirilmiş hesab edilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə hesab etmişdir ki, ilk növbədə hazırki işə tətbiq edilməli olan hüquq norması müəyyən edilməlidir. Buna görə də tərəflər arasında sözügedən mənzilə dair hüquq münasibətinin hansı dövrdə yaranmasının müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd etmişdir ki, yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə bağlı hüquq münasibətləri yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək, yəni ## ####### 2009-cu il tarixədək yarandığından, belə münasibətlərdən irəli gələn mübahisələrə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53 və ya 123- cü maddələrinin tələblərinə görə baxılmalı və hazırkı mübahisəyə 2009cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Iş materiallarından görünür ki, mübahisəli mənzil ## ###### 2000-ci il tarixli order əsasında İddiaçı anasının istifadəsində olmuşdur. Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh X3 icarəsinə verilmiş mübahisəli mənzilə köçüb, icarədarla birlikdə yaşayıb, onunla ümumi təsərrüfat apararaq ailə üzvü qismində həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələbinə əsasən mənzildən istifadə hüququ əldə etmişdir. Cavabdehin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, sözügedən Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı və onun ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisənin həlli, yəni cavabdehin mübahisəli mənzildən olan istifadə hüququnun itirilibitirilməməsinin müəyyən edilməsi üçün onların bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamamasının səbəblərini araşdıraraq hesab etmişdir ki, cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Belə ki, məhkəmə iclasında cavabdeh 1996-cı ildən mübahisə predmeti olan mənzildə yaşamadığını, həyat yoldaşına məxsus olan Kimyaçılar qəsəbəsində yerləşən mənzildə yaşadığını, sonradan həmin evə köçmək istəmədiyini, lakin iddiaçının imkan vermədiyini bildirmişdir. Lakin cavabdeh bu halları təsdiq edən hər hansı sübutu məkəməyə təqdim etməmişdir. Hazırki iş üzrə cavabdehin, birləşdirilən iş üzrə iddiaçının mənzilə köçürülmə tələbi bilavasitə onlara qarşı iddiaçının hazırki iddianı qaldırması ilə bağlı olmuşdur. Başqa sözlə, hazırki iddia qaldırılmadığı təqdirdə mövcud vəziyyət davam edəcək idi, yəni cavabdeh mənzilə köçürülmə tələbini irəli sürmədən başqa ünvanda yaşamaqda davam edəcək. Beləliklə Cavabdeh mənzilə köçürməsini xahiş etsə də, bununla bağlı bu vaxta qədər iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Bu isə, onun müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Afət Camalova, Camal Mədətov, Seyran Əbdurəhmanov tərəfindən tərtib edilmiş və * saylı mənzil-kommunal sahəsi tərəfindən təsdiq edilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, 36-cı məhəllə 3/24, mənzil 43-də İddiaçı, X4 yaşayırlar. Qardaşı Cavabdeh qeydiyyatda olmağına baxmayaraq ##.##.1996- cı ildən bu ünvanda yaşamır. Beləliklə, cavabdehin başqa yaşayış sahəsinə köçməsi onun sözügedən mənzili könüllü olaraq, daimi əsaslarla tərk etməsi anlamına gəlir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282) Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdeh Cavabdeh Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 3/24, ** saylı mənzilə istifadə hüququna xitam verilməlidir. Məhkəmə birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh Imamətdi oğlunun birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iddiasına münasibətdə qeyd etmişdir ki, həm birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh Imamətdi oğlunun mübahisəli mənzilə münasibətdə istifadə hüquqununun itirilmiş hesab edilməsi nəticəsinə gəlindiyi üçün, həm də məhkəmə tərəfindən birləşdirilmiş iş üzrə iddiaçının iddia ərizəsində bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmaması müəyyən edildiyindən onun birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi əsaslı sayıla bilməz.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.3-cü maddəsinin, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51, 53, 54, 60, 87.2-ci maddəsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli Qərarı üzrə Mənzil Məcəlləsinin 60 və 87-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** saylı Qətnaməsi məhkəmə tərəfindən hərtərəfli, tam araşdırma aparmadan, habelə mötəbər sübutlara əsaslanmadan çıxarıldığına görə qanuni və əsaslı deyil, ona görə də ləğv edilməlidir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, ilkin iddia təmin edilməlidir. Halbuki ilkin iddianı o vermişdir. Və bu qanuni qüvvədə olan Sumqayıt şəhər məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qərardadı ilə sübut olunur. Belə ki, həmin qərardadla onun cavabdeh İddiaçı qarşı həmin mübahisəli mənzilin bölgüsü barədə iddia ərizəsi geri qaytarılmış və bildirilmişdir ki, mənzilin bölgüsü barədə tələb hüquqları mülkiyyətçiyə məxsusdur. Ona görə də, o bununla razılaşaraq mənzilə köçürülmə iddiası ilə məhkəməyə təkrar müraciət etmişdir. Lakin məhkəmə bitərəflik prinsipini pozaraq onun mənzilin bölgüsünü tələb etmək üzrə subyektiv hüquqa malik olmadığını bildirdiyi halda, digər cavabdehə isə bu hüququ tanıyır və onun ona qarşı mənzilə istifadə hüququna xitam verilməsini tələb etmək barədə hüququnu tanıyır və təmin edir. Məhkəmə burada hüquq bərabərliyi prinsipini də pozur. Belə ki, bu mənzil dövlət mənzil fondunda aid olsa da ## ###### 1993-cu il tarixli Dövlət Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna əsasən, onun valideynlərinə bağışlanıb və hal-hazırda hər iki valideyni öldüyü üçün cavabdeh və o əmlaka mülkiyyət hüququnu əldə etmək üzrə bərabər subyektiv gözlənti hüququna malikdirlər. Lakin məhkəmə bərabərlik prinsipini pozaraq bu hüququ bir tərəfə tanımış, digər tərəfi isə bu subyektiv hüquqdan məhrum etməklə qərəzli mövqe tutmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Hazırda kirayə mənzildə tək yaşayır. Sabit yaşayış yeri yoxdur. Sağlamlıq və maddi durumunu nəzərə aldıqda, kirayə xərclərini daşımaq maddi baxımdan çətindir. Ata evi olan, adının orderdə ailə üzvü kimi göstərildiyi, pasport qeydiyyatının olduğu mübahisəli mənzil onun üçün sosial müdafiənin, yaşlılıq dövrünün mənzil təminatının yeganə hüquqi əsasıdır. Bu mənzilin ondan alınması yalnız hüquqi deyil, həm də insani baxımdan sosial hüquqlarının pozulmasının nəticəsidir. Sözügedən qətnamə ilə iki qərar qəbul edilmişdir: İddiaçı tələbi əsasında mübahisəli mənzilə — Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 3/24, mənzil 43-ə onun istifadə hüququna xitam verilmiş; eyni zamanda birləşdirilmiş iş üzrə onun həmin mənzilə köçürülmə tələbi rədd edilmişdir. İddiaçı onun doğma bacısıdır. Iradə orada ailəsi ilə yaşadığına görə onun ata evində yaşamasını istəmir və buna görə də məhkəməyə onun orda qeydiyatdan çıxarılması ilə əlaqədar iddia qaldırıb. Eyni zamanda o da mübahisəli mənzilə köçməsi ilə bağlı iddia qaldırmışdır lakin onun iddiası rədd olunub. Qətnamə aşağıda ətraflı izah edilən hüquqi pozuntuların üzərindədir.Məhkəmə: Birinci instansiya məhkəməsinə müvafiq prosessual qaydada təqdim edilmiş sənədlər toplusuna — *** saylı order, nikahın pozulması şəhadətnaməsi, **** nömrəli arayış, *** nömrəli arayış, ailə tərkibi arayışı, keçmiş həyat yoldaşının ##.##.2026 tarixli rəsmi imzalı ərizəsi, üç ayrı audio yazı — qətnamədə heç bir hüquqi qiymət vermədən kənara qoymuşdur; 12 Mart 2026-cı il tarixdə şəxsən məhkəmə zalında dindirilmiş qardaşları şahid şahid3 ifadəsini qətnamədə nə qeyd etmiş, nə qiymətləndirmiş, nə də hüquqi baxımdan rədd etmişdir; Onun mənzili tərk etməsinin konkret, sənədlə sübut olunan üzrlü səbəblərini, 2012-ci ildəki qayıtma cəhdini, 2026cı ildəki danışıqları və ona göstərilən açıq maneəni araşdırmamışdır; AR Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli məcburi qüvvəyə malik qərarının tələblərini faktiki olaraq tətbiq etməmişdir; Tərəflərin hüquqi statusunu yanlış müəyyənləşdirmiş, İddiaçı icarədar, ona isə yalnız onun razılığına bağlı olan bir şəxs statusu vermişdir. Bu pozuntular AR MPM-nin 8.1, 9, 14.1, 76.1, 76.2, 77.1, 82.1, 88, 217.1, 217.3, 217.4, 218.1-ci maddələrini; AR Konstitusiyasının 12, 57, 60, 71, 127-ci maddələrini; AR Mülki Məcəlləsinin 425-ci maddəsini; Avropa Insan Hüquqları Konvensiyasının 6-cı, 8-ci maddələrini və * saylı Protokolun 1-ci maddəsini pozur. Mübahisəli mənzil — Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 3/24, mənzil 43 ünvanında yerləşən, beşmərtəbəli daş binanın 5-ci mərtəbəsindəki, sahəsi 47,05 kv.m olan 3 otaqlı dövlət mənzil fonduna aid yaşayış sahəsidir. Mənzil ilkin olaraq ataları Əhmədov Imamətdin Nuh oğluna məxsus olmuşdur. Atası ##.##.1997-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra ##.##.2000-ci il tarixdə Sumqayıt Şəhər Icra Hakimiyyətinin *** saylı orderi əsasında mənzil X5nın adına rəsmiləşdirilmişdir. Həmin orderdə onun adı — Cavabdeh — ailə üzvü kimi açıq şəkildə göstərilmişdir. Bu sənəd birinci instansiya məhkəməsinə tam surətiylə təqdim edilmişdir. Onun mübahisəli mənzilə olan istifadə hüququ iki müstəqil hüquqi əsasa söykənir: birincisi, dövlət orqanı tərəfindən verilmiş *** saylı orderdəki ailə üzvü statusu; ikincisi, o dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsi — icarədar ilə birlikdə yaşayan ailə üzvlərinin bərabər istifadə hüququ. O 1996-cı ildən faktiki olaraq orada yaşamamışdır, lakin səbəblər və hüquqi nəticələr tamamilə fərqlidir: Mənzili tərk etməsinin səbəbi könüllü qərar deyil, ailə daxili münaqişələr və bacısı tərəfindən ona və həyat yoldaşına qarşı olan daimi psixoloji təzyiqlər olmuşdur; (keçmiş həyat yoldaşı X7 ərizəsini vəsatətə əlavə edir) Bu münaqişələr nəticəsində o həyat yoldaşı ilə 2005-ci ilə qədər (rəsmi boşanma qədər) ünvan 4 ünvanında qeydiyyatsız şəkildə yaşamağa məcbur olmuşdur; Bu fakt sübut edir ki, mənzili 1996-cı ildə tərk etməsi istifadə hüququndan imtina demək deyil, əksinə məcburi sosial vəziyyətin nəticəsi olmuşdur. Hər şeyi şəxsən müşahidə etmiş olan keçmiş həyat yoldaşı X7r. Solmaz xanım bu hadisəni öz könüllü iradəsi ilə, oğulları X1 təkidi ilə ## ###### 2026-cı il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə rəsmi imzalı ərizə şəklində çatdırmışdır. Həmin ərizədə o, bildirir: "Mən, X7, bildirirəm ki, 1993-cü ilin avqust ayında Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və onunla birlikdə Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 3/24, mənzil 43 ünvanında 1996-cı ilin oktyabr ayına kimi yaşamış və sonra mənzili tərk etməyə məcbur edilmişəm." Solmaz xanım eyni ərizədə o dövrdəki yaşayış şəraitinin nə qədər ağır olduğunu birinci şəxsin dilindən açıqlamışdır. Onun bəyanına görə, İddiaçı həmin dövrdə ona və keçmiş həyat yoldaşına qarşı davamlı psixoloji təzyiq göstərmişdir. İddiaçı onların ailədaxili münasibətlərinə qəsdən müdaxilə edirdi; valideyinlərini manipulyasiya etməyə çalışırdı; onun uşaq sahibi olmadığı mövzusunu isə dəfələrlə istehza ilə gündəmə gətirirdi. Solmaz xanım bu bəyanını öz imzası ilə, şəxsən təsdiqləmişdir. Bu psixoloji sıxışdırmanın nəticələri yalnız ona mənəvi olmamışdır. Solmaz xanımın ərizəsindəki ən ağır fakt budur: həmin dövrdə o hamilə idi; İddiaçı psixoloji sıxışdırmalarının birbaşa nəticəsi olaraq 3 aylıq dölü itirilmişdir. Bu faciəvi hadisənin ardından Solmaz xanım uzun müddət psixoloji müalicəyə ehtiyac duymuşdur. Həkimlərin rəyinə əsasən həmin evdəki toksik mühitin onun sağlamlığına ciddi risk yaratdığı müəyyən edilmiş; həkim tövsiyəsi ilə mənzildən ayrılmaq qərarına gəlinmişdir. Solmaz xanım bunu öz ərizəsindəki şəxsi imzası ilə təsdiqləmişdir. Beləliklə, 1996-cı ildə mənzilin tərk edilməsi heç bir şəkildə könüllü bir qərar deyildi. Bu, aşağıdakı üzrlü halların məcmusu nəticəsindəki qaçınılmaz bir addım idi: İddiaçı davamlı psixoloji sıxışdırması; həyat yoldaşının sağlamlığına dəyən ciddi zərər — hamiləlik dövründəki dölün itirilməsi; bu şəraitdə həmin mənzildə qalmağın fiziki və psixoloji olaraq mümkün olmaması. Məhkəmə zamanı cavabdehin vəkili təqdim edilmiş sübutun əleyhinə olaraq yalnız “o qadın yaxşı qadın olsaydı, oradan köçməzdi” kimi subyektiv və etik normalara zidd ifadə səsləndirmişdir. Bu məhkəmə iclasının video-qeydiyyat materiallarına baxış keçirilməklə də aydın şəkildə təsdiqlənə bilər. Birinci instansiya məhkəməsi bu həyati faktları — Solmaz xanımın rəsmi imzalı ərizəsini — nə rədd etmiş, nə də qiymətləndirmişdir. Qətnamənin heç bir bəndindəki bu sənədə istinad edilməmişdir. Bu, AR MPM-nin 14.1, 76.2, 88, 217.3 və 218.1-ci maddələrinin açıq şəkildə pozulmasıdır. Mənzili tərk etdikdən sonra həyat yoldaşı Solmaz xanım ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 22, Yataqxana 1, mənzil 32/36 ünvanında yaşamağa başlamışdır. Pasport qeydiyyatı mübahisəli mənzildə saxlanıldı. Bu yaşayış müvəqqəti xarakter daşıyırdı; anası həmin ünvanda yaşayırdı, o isə onunla mütəmadi əlaqə saxlayır, yanına gedib-gəlir, ərzaq və tibbi ehtiyaclarını ödəməsinə dəstək olurdu. ## ###### 2005-ci ildə AZ1 №****** saylı şəhadətnamə əsasında həyat yoldaşı X7 ilə rəsmi qaydada boşanmışdır (şəhadətnamə vəsatətə əlavə olunur). O gündən bu günə — 21 ildir — yenidən ailə qurmamışdır. Tək yaşayır. Kirayədə yaşayır. Birinci instansiya məhkəməsinin qətnamədəki qənaətinə görə o 1996-cı ildən "ailəsi ilə birlikdə" mənzili tərk etmişdir və hələ də indiyə kimi ailəsi ilə yaşayır. Bu tamamilə yanlışdır və həqiqəti əks etdirmir. 2005-ci ildəki rəsmi boşanmadan sonra "ailə" hüquqi anlamda artıq mövcud deyildi. Bu tarixin 2005-ci ildən sonraki dövrə istinad edən hər iddia üçün hüquqi dayağı olmaması bir faktdır. Bu sənəd — boşanma şəhadətnaməsi — məhkəməyə tam surətiylə təqdim edilmişdi. Qətnamənin heç bir bəndindəki bu sənədə istinad edilməmişdir. 2005–2012-ci illərdə maddi və sosial vəziyyəti ilə əlaqədar olaraq Kimyaçılar qəsəbəsində yerləşən yataqxana 1, mənzil 32/36 ünvanında qeydiyyatsız şəkildə yaşamalı olmuşdur. Bu, onun şəxsi seçimi deyil, azyaşlı övladlarının təhlükəsizliyi və yaşayış şəraiti ilə bağlı məcburi sosial vəziyyətin nəticəsi idi. Yaşadığı tarix aralığı rəsmi arayışla təsdiqlənir. İddiaçı ## #### 2011-ci il tarixdə X2 ilə evlənmişdir. Evlilikdən qısa müddət sonra X2 heç bir qeydiyyat olmadan, heç bir hüquqi əsas olmadan mübahisəli mənzilə köçmüşdür. O dövrdə həmin şəxs ona bildirdi ki, tezliklə bu mənzildən köçüb Iradə ilə ilə başqa ünvana gedəcəkdir. Lakin bu söz yerinə yetirilmədi. X2 bu mənzilə heç bir qanuni hüquqa malik deyil: o, nə orderdə göstərilmişdir, nə qeydiyyata alınmışdır, nə də hər hansı rəsmi sənəd əsasında həmin yaşayış sahəsinə hüquq qazanmışdır. Buna baxmayaraq, onun qanuni hüquqa malik olduğu mənzilə girişi faktiki olaraq Ceyhunun Iradəyə təkidi sayəsində mümkünsüz edilmişdir. Bu şəxsin burada yerləşdirilməsi öz komfort şəraitini qorumağa yönəlmiş bir hərəkətdir; onun qanuni hüquqları isə bu komfort naminə qurban verilmişdir. Ceyhun orada yaşadığı dövrdə 2013-ci ildə öz hesabına mənzildə bir sıra konkret təmir işləri aparmışdır: bir otağın tam təmiri, mətbəxin pəncərələrinin dəyişdirilməsi, koridor və mətbəxdə tavan üzərindəki lambir işlərinin görülməsi, sanitar qovşaqda köhnəlmiş boruların dəyişdirilməsi və kosmetik işlər. Bu işlər qardaşı şahid3 tərəfindən şəxsən müşahidə edilmiş və ##.##.2026 tarixli məhkəmə iclasında şahid ifadəsi kimi bəyan edilmişdir. Bunu məhkəmə ekspertizası mənzilə gedərək müəyyən edə bilər. Qətnamənin heç bir bəndindəki bu barədə məlumata istinad edilməmişdir. 2012-ci ilin oktyabr ayında pasport qeydiyyatının olduğu, adının *** saylı orderdə ailə üzvü kimi göstərildiyi mübahisəli mənzilə qayıtmaq qərarına gəlmişdir. Mənzilə gəlmişdir. Faktiki olaraq bir həftə orada yaşamışdır. Həmin bir həftə ərzində X2 tərəfindən ona qarşı daimi mübahisələr başladıldı, psixoloji sıxışdırma tətbiq edildi, normal yaşayış imkansız hala gətirildi. Nəticədə mənzili tərk etmək məcburiyyətinə düşmüşdür. Bu hadisəni qardaşı şahid3 şahid kimi 12 Mart 2026-cı il tarixdəki məhkəmə iclasında şahid qismindəki çıxışında şəxsən təsdiqləmişdir. O, 2012-ci ilin oktyabr-noyabr dövrünü birinci şəxs kimi şərh etmiş; mübahisəli mənzildən 1 həftə yaşayıb çıxdıqdan sonra onun noyabr ayına qədər qardaşının evindən sığınacaq kimi istifadə etdiyini açıq şəkildə bildirmişdir. 2012-ci ilin noyabr ayından bu günə qədər ünvan 1 ünvanında kirayə mənzildə yaşayır. Bu fakt * saylı MKIS-nin ##.##.2025 tarixli *** nömrəli rəsmi arayışı ilə sübut olunur. Bu birinci instansiya məhkəməsinin qətnamədəki qənaətinə görə onun 1996-cı ildən "ailəsi ilə birlikdə" mənzili tərk etmiş və hələ də indiyə kimi ailəsi ilə yaşayır qərarının düzgün olmadığını sübüt edir. Qətnamənin heç bir bəndindəki bu sənədə istinad edilməmişdir. Halhazırda 63 yaşındadır. Pensiya gəliri ilə kirayə xərclərini daşımaq maddi baxımdan son dərəcə çətindir və sağlamlığı üçün müalicələrə pulu çox çıxır. Illər boyu çalışaraq qazandığı, öz hesabına təmir etdirdiyi, anasını ziyarət etdiyi, pasport qeydiyyatının olduğu ata evi bu günə qədər ondan uzaqda qalmışdır. Kirayə mənzil üçün maddi imkanının daha da çətin olduğunu nəzərə aldıqda, bu mübahisənin ədalətli şəkildə həll edilməsi onun üçün artıq sosial müdafiə məsələsinə çevrilmişdir. Buna səbəb cavabdehin onun həmin mənzildə yaşamamasına qarşı çıxmasının hüquqi səbəblərə əsaslanmadığını, tamamilə şəxsi rahatlıq və şəxsi komfort istəyi ilə bağlı olduğunu sübut edir. Kirayədə yaşaması sabit, mülkiyyətin verdiyi daimi yaşayış deyil. Bu fakt birinci instansiya məhkəməsinin "daimi başqa yaşayış yerinə köçmə" nəticəsini faktiki əsasdan məhrum edir: kirayə müqaviləsi istənilən an bitə bilər, mülkiyyətə dayanan bir hüquq vermir. Məhkəmə bu fərqi araşdırmamışdır. X5 ##.##.2017-ci ildə vəfat etmişdir (AZ-II ****** saylı ölüm haqqında şəhadətnamə). Onun vəfatından sonra İddiaçı mənzildə qalmaqda davam etdi; həyat yoldaşı X2 isə qeydiyyatsız sakin kimi mənzildəki varlığını davam etdirdi. Sonradan ailənin azyaşlı övladı X4 da mənzildə qeydiyyata alındı. Mənzil faktiki olaraq İddiaçı ailəsinin yaşayış yerinə çevrildi. Yuxarıda qeyd etdiyi kimi anası sağ olduğu dövrdə 2013-ci ildə öz hesabına mənzildə bir sıra konkret təmir işləri aparmışdır: bir otağın tam təmiri, mətbəxin pəncərələrinin dəyişdirilməsi, koridor və mətbəxdə tavan üzərindəki lambir işlərinin görülməsi, sanitar qovşaqda köhnəlmiş boruların dəyişdirilməsi və kosmetik işlər. Bu işlər qardaşı şahid3 tərəfindən şəxsən müşahidə edilmiş və ##.##.2026 tarixli məhkəmə iclasında şahid ifadəsi kimi bəyan edilmişdir. Bunu məhkəmə ekspertizası da müəyyən edə bilər. O isə bu müddət ərzində kirayə mənzildə tək yaşamaqda davam etmişdir. Kirayə xərclərini ödəmək üçün maddi imkanları daralır. Ata evinə qayıtmaq hüquqları mövcuddur, bu hüquqların həyata keçirilməsini arzulayır. İddiaçı anasının bütün dəfn xərclərini təkbaşına ödədiyi iddiasını irəli sürmüşdür. Məhkəmə öz qətnaməsində bunun bir tərəfli olduğunu eyd etmişdir. Bu iddia tam dürüst deyil və qardaşı Adil və bunu şahid qismində 12 Mart 2026-cı ildə bildirib. Faktiki vəziyyət belədir: Anası sağlığında dəfn xərcləri üçün 2000 AZN məbləğindəki vəsaiti xüsusi şəkildə saxlamışdı; həmin vəsait dəfn zamanı istifadə edilmişdir.Dəfn üçün dövlət tərəfindən əlavə yardım vəsaiti alınmışdır.O və qardaşı şahid3 maddi qatqı etmişlər; kollektiv və dostların dəstəyi ilə toplanan vəsait də xərclərə yönəldilmişdir.Buna dair səs yazıları da təqdim etmişdir. AR MPM-nin 14.1-ci maddəsi beş ayrı halda pozulmuşdur: şahid onun qardaşı şahid3 ifadəsinə qiymət verilməmişdir; onun keçmiş həyat yoldaşı Zeynəddinova Solmazın ##.##.2026 tarixli rəsmi imzalı ərizəsi qiymətləndirilməmişdir; beş audio yazı — səs 1, səs 2, səs 3, səs 4 və səs 5 — qiymətləndirilməmişdir; 1996-cı ildə mənzildən çıxmanın üzrlü səbəbləri — həyat yoldaşının düçar olduğu sağlamlıq problemi, dölün itirilməsi— araşdırılmamışdır; 2012-ci ildəki qayıtma cəhdi və 2026-cı ildəki maneə araşdırılmamışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Işdə iştirak edən şəxslərin izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh, onun nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin dəlilərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
22. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan):
51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87.2-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
23. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## #### 1999- cu il tarixli qərarı:
“..Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir...”.
24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ əvvəllər mövcud olmuş, lakin onun həmin mənzildən uzun müddət faktiki istifadə etməməsi, başqa ünvanda yaşaması və uzun illər ərzində mənzilə qayıtmaqla bağlı hüquqi tələb irəli sürməməsi birinci instansiya məhkəməsi tərəfindən həmin yaşayış sahəsini daimi əsaslarla tərk etməsi kimi qiymətləndirilmişdir.
27. Iş üzrə müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh 1996-cı ildən etibarən mübahisəli mənzildə faktiki yaşamamışdır. ## ###### 2025-ci il tarixli aktda da onun qeydiyyatda olmasına baxmayaraq, ## #### 1996-cı ildən həmin ünvanda yaşamadığı göstərilmişdir. Cavabdeh özü də mübahisəli mənzildə 1996-cı ildən yaşamaması faktını təsdiq etmiş, yalnız anasının sağlığında 2012-ci ilin oktyabr ayında mübahisəli mənzildə bir həftə yaşadığını qeyd etsə də, bu onun həmin mənzilə istifadə hüququna xitam verilməməsinə əsas kimi qəbul edilə bilməz.
28. Apellyasiya şikayətində göstərilən dəlillər, o cümlədən cavabdehin mənzili üzrlü səbəbdən tərk etməsi, sonradan mənzilə qayıtmaq istəməsi, buna maneələrin yaradılması, qeydiyyatının mübahisəli mənzildə saxlanılması və başqa yaşayış sahəsində mülkiyyət hüququnun olmaması barədə göstərilən hallar qətnamənin ləğvi üçüb əsas hesab edilə bilməz.Kollegiya hesab edir ki, bu hallar məcmu şəkildə cavabdehin mənzildən ayrılmasının müvəqqəti deyil, daimi xarakter daşıdığını göstərir.
29. Belə ki, 2009-cu ilə kimi qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87.2-ci maddələrinin, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarının mənasına görə, şəxsin yaşayış sahəsindən istifadə hüququnun saxlanılıb-saxlanılmaması müəyyən edilərkən mənzili tərk etməsinin səbəbləri, başqa yerdə yaşamasının xarakteri, həmin mənzillə faktiki əlaqəsinin davam edib-etməməsi və digər hallar məcmu şəklində nəzərə alınmalıdır.
30. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 1996-cı ildən etibarən mübahisəli mənzildə daimi yaşamaması, uzun müddət başqa ünvanda faktiki yaşaması, həmin dövr ərzində mənzildən istifadə hüququnun həyata keçirilməsi ilə bağlı məhkəməyə və ya digər səlahiyyətli orqanlara müraciət etməməsi iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə, onun mübahisəli yaşayış sahəsini daimi əsaslarla tərk etməsini sübut edir və həmin dəlillər əsassızdır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.