Məhkəmə qərarları › İş №2(001)-1182/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1182/2023

21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1182/2023 21.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilin X1 ayrılması barədə Bakı şəhəri Maraqlı şəxs (keçmiş Nəsimi XDS İK) tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli 216712 saylı orderin, həmin orderdə ailə üzvü sırasında qeyd olunan Ərizəçi məxsus olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X1 Bakı şəhəri Maraqlı şəxs (keçmiş Nəsimi XDS İK) tərəfindən xx.xx.1985-ci il tarixli 216712 saylı order verilmiş və ona həmin orderə əsasən ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil ayrılmışdır. Lakin 1985-ci ildə order yazılan zaman texniki səhvə yol verilmiş və ata adı İsrailovna olduğu halda orderdə səhvən İsrafilovna yazılmış, ərizəçi isə ata adının səhv yazılmasına fikir verməmişdir. Həyat yoldaşı xx.xx.2021-ci il tarixəd vəfat etmişdir. Ərizəçi hazırda orderdə qeyd edilən ünvanda yaşayır və əri vəfat etdiyindən həmin mənzilə dair ərizəçinin adına kirayə müqaviləsinin bağlanmasında hüquqi marağı vardır. Orderdə düzəliş mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Ərizəçi yanlışlıqla bağlı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, orderdə düzəliş İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirakən edən maraqlı şəxsin nümayəndəsi H.Aberkarov ərizədə qeyd edilənləri qəbul edərək, tələbin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.1985-ci il tarixli 40/9 saylı qərardan görünür ki, qeyd olunan qərarda Ərizəçi İsrafilovna qeyd edilmişdir. - xx.xx.1986-cı il tarixli 216712 nömrəli orderdən görünür ki, ailə tərkibinin üzvü olan ərizəçinin adı “Ərizəçi İsrafilovna” kimi qeyd edilmişdir. - nikah haqqında şəhadətnaməyə əsasən, X2 ilə Əlixanova (Xalıqova) Rəna İsrailovna xx.xx.1975-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - ölüm haqqında şəhadətnaməyə əsasən, X3 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və bu barədə akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 666 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Maraqlı şəxs başçısının aparatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi müraciətinə əsasən bildirilmişdir ki, sözügedən orderin verilməsi üçün əsas olmuş ilkin sənədlər rayon İcra Hakimiyyətində saxlanılmadığından ərizəni təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Məhkəmə hesab edir ki, orderin ərizəçiyə məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Beləliklə, ərizəçinin ata adı “İsrailovna” olduğu halda orderdə səhvən “İsrafilovna” kimi göstərilmişdir. Odur ki, orderdə göstərilən “Ərizəçi İsrafilovna” ilə şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi”nın eyni şəxs olması şübhə doğurmur. Bu sənədlərin hamısı – orderin, doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi, şəxsiyyətini təsdiq edən sənəddə ərizəçinin ata adı “İsrailovna” kimi göstərildiyi halda orderdə “İsrafilovna” kimi göstərilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mənzil ərizəçinin istifadəsindədir, hal-hazırda mənzillə bağlı hər hansı mübahisə yoxdur. Orderdə sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin göstərilən mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Yuxarıda sadalanan sübutlara qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, göstərilən orderdə adı qeyd olunan Ərizəçi İsrafilovna ilə hazırkı Ərizəçi eyni şəxslərdir və sözügedən orderdə ərizəçinin ata adı səhvən “İsrafilovna” olaraq yazılmışdır. Buna görə də məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən fakt müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Maraqlı şəxs (keçmiş Nəsimi XDS İK) tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli 216712 nömrəli orderin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar