Məhkəmə qərarları › İş №2(3-6)-3967/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3967/2026

02.09.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3967/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Bakı "Asan Xidmət" X2 və maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək rayon Şəki VVAQ şöbəsi tərəfindən doğum akt qeydində qeydə alınmış ##.##.1982-ci ildə Şəki rayonu, Baş Layısqı kəndində doğulmuş Ərizəçi Cəmil oğlunun adının "Məmmədəlidən" "Mahirə" dəyişiklik edilməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi saylı Bakı "Asan Xidmət" X2 və maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Daha sonra ##.##.2026-cı il tarixində Ərizəçi Ərizəçi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi ##.##.1982-ci il tarixdə doğulmuşdur. Şəki rayon VVAQ şəbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamədə soyadı “Isgəndərov”, adı “Mahir”, ata adı “Cəliloğlu” kimi qeyd edilmişdir. Bu barədə doğum akt qeydləri kitabında ## ### 1982-ci ildə 59 nömrə ilə qeyd aparılmışdır. Atasının vəfatında sonra sonra qalan miras əmlak üzrə vərəsəlik işi açılması zamanı doğum akt qeydləri kitabında adının əvvəllər Məmmədəli olması və sonradan onun Mahirə dəyişdirilməsi ortalığa çıxdı. Hamı Mahir kimi tanıyır, adının doğum akt qeydləri kitabında Məmmədəli kimi yazılmasından məlumatı olmayıb. Şəxsiyyət vəsiqəsində və ona məxsus olan digər sənədlərdə adı Məmmədəli kimi deyil, Mahir kimi qeyd olunub. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Bakı “Asan Xidmət “ X2 tərəfindən verilən ##.##.2025-ci il tarixli, *-**-*/*-**-***/** saylı məktubundan da görünür ki, adının Məmmədəlidən Mahirə dəyişiklik edilməsi ilə bağlı müraciət etsə də bu mümkün olmamışdır. Belə ki, sözügedən cavab məktubunda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, aidiyyatı orqanlara sorğu göndərilmiş, lakin adının Məmmədəlidən - Mahirə dəyişdirilməsi haqqında heç bir məlumat aşkar olunmamışdır. Doğum haqqında akt qeydində olan məlumatlar ilə şəxsiyyət vəsiqəsində olan məlumatlar arasında uyğunluq olmaması səbəbindən adına dəyişiklik edilməsi şöbənin imkanı xaricində olması qeyd olunmuşdur. Doğum haqqında akt qeydində olan məlumatlar ilə şəxsiyyət vəsiqəsində olan məlumatlar arasında uyğunluq olmaması səbəbindən doğum akt qeydində olan məlumatlara dəyişiklik edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Bakı "Asan Xidmət" X2 və maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı qanunsuz və əsassızdır, Konstitusion hüquqlarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə qərardadın 3-cü səhifəsinin 11-ci bəndində qeyd edir ki, ərizəçinin tələbi MPM-in 307.2.5-ci maddəsi ilə tənzimələnən məsələlər dairəsinə aiddir və həmin maddənin mətnində qeyd edilir ki, şəxsin həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı ümumi məhkəmə qaydasında baxılaraq hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilə bilər. (§4) Həmin maddənin mətnində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi,qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2000-ci il tarixli, *** saylı Fərmanına (§5) göndərmə edilmiş, normanın mətnində qeyd edilən “müvafiq icra hakimiyyəti orqanları”nın dairəsi müəyyənləşdirilmişdir. Məhkəmə bu hissədə nəzərə almamışdır ki, tələbi doğum haqqında şəhadətnamədə adına düzəliş deyil, doğum akt qeydinə düzəliş edilməsi ilə bağlıdır. Məhkəmənin istinad etdiyi bu hüquq normasını düzgn tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə qərardadın 3-cü səhifəsinin 12-ci bəndində aşağıdakı kimi göstərmişdir. Eyni zamanda Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2019 tarixliqərarının 6.1.-ci maddəsində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. (§7) Bundan başqa, məhkəmə qərardadının 15-ci bəndində məhkəmə aşağıdakı qaydada göstərmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, ərizəçi birinci növbədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbəsinə müraciət etməli, doğum haqqında şəhadətnaməsindəki yanlışlığın aradan qaldırılmasından imtina edildiyi təqdirdə ümumi məhkəməyə deyil müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Məhkəmə doğum akt qeydində olan yanlışlıqla, doğum haqqında şəhadətnaməni qarışdırmışdır. Belə ki, doğum haqqında şəhadətnamədə hər hansı bir yanlışlıq olmadığından və mənimbu barədə hər hansı bir xahişi olmadığından işimə inzibati məhkəmələrdə baxılmalı deyildir. Hakim bu normanı tətbiq etməklə səhv nəticəyə gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi Ərizəçi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verdiyi şikayətin təmin edilməməsi, şikayətin *(***)-****/**** nömrəli mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ və II hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tələbi MPM-in 307.2.5-ci maddəsi ilə tənzimlənən məsələlər dairəsinə aiddir və həmin maddənin mətnində qeyd edilir ki, şəxsin həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı ümumi məhkəmə qaydasında baxılaraq hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilə bilər. (§4) Həmin maddənin mətnində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2000-ci il tarixli, *** saylı Fərmanına (§5) göndərmə edilmiş, normanın mətnində qeyd edilən “müvafiq icra hakimiyyəti orqanları”nın dairəsi müəyyənləşdirilmişdir. Eyni zamanda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2019 tarixli qərarının 6.1.-ci maddəsində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. (§7) “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli Qərarının 15.4.-cü bəndinə əsasən, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPMdə nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. (§6) Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ərizəçinin tələbi mülki məhkəmə icraatı qaydasında baxılmalı olan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı olmayıb, qeydiyyat orqanının hərəkət və ya hərəkətsizliyi ilə əlaqədar yaranmış mübahisədən irəli gəlir. Belə mübahisələr isə inzibati məhkəmə icraatı qaydasında həll edilməlidir. Bu səbəbdən, hazırkı mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Kollegiya hesab edir ki, sadalanan qanunvericilik normalarına əsasən mövcud iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsinə xitam verilməli olduğuna dair gəldiyi nəticə qanuni və əsaslıdır. Həmçinin, ərizəçiyə birinci növbədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbəsinə müraciət etməli olduğu, doğum haqqında şəhadətnaməsindəki yalnışlığın aradan qaldırılmasından imtina edildiyi təqdirdə ümumi məhkəməyə deyil, müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Azərbaycan Respublikassı Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı qaydasında) qaydasında baxılmalı olmasını ehtiva edir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar