Məhkəmə qərarları › İş №2(3-8)-1062/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-1062/2026

31.08.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 2(3-8)-1062/2026 31.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin mülki kollegiyasının hakimi Qafari Sәyyad Ağaәli oğlunun sәdrliyi vә mәruzәsi, hakimlәr X3 vә Mәmmәdov Fuad Əli oğlundan ibarәt tәrkibdә, Ərizәçi Ərizәçi Mәmmәdçah qızının maraqlı şәxs Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi Dayanıqlı vә Operativ Sosial Tәminat Agentliyinә qarşı ahıl şәxsә qulluq etmә faktının hüquqi әhәmiyyәti olan fakt kimi müәyyәn edilmәsi tәlәbinә dair mülki iş üzrә Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadı ilә (hakim G.Kamilli) әrizәçi Ərizәçi maraqlı şәxs Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyinin tabeliyindә Dövlәt Sosial Müdafiә Fondunun Sosial ödәnişlәrin Tәyinatı üzrә Mәrkәz filialına qarşı ahıl şәxsә qulluq etmәyi faktının hüquqi әhәmiyyәti olan fakt kimi müәyyәn edilmәsi tәlәbinә dair әrizәsinin baxılmamış saxlanılması qәrara alınmışdır. Ərizәçi Ərizәçi bu qәrardaddan şikayәt vermişdir. Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadı ilә Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrәli qәrardadından Ərizәçi nümayәndәsi vә vәkili nümayәndә2 tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәmәsi, şikayәt mülki işlә birlikdә baxılması üçün Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. İŞİN HALLARI Ərizәçi Ərizәçi әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, onun, yәni Ərizәçi 1999-cu ildәn ## #### 2025-ci il tarixәdәk qaynatası, ahıl X1 yәni, 1 dәrәcәli әllә qulluq etmәyi faktının müәyyәn edilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. İş üzrә yuxarıda göstәrilәn mәhkәmә aktı qәbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizәçi Ərizәçi qәrardaddan şikayәt verәrәk, Quba Rayon Mәhkәmәsinin ## #### 2026cı il tarixli *(***)-***/**** nömrәli qәrardadının lәğv edilmәsini xahiş etmişdir. Şikayәti onunla әsaslandırmışdır ki, mәhkәmәnin bu nәticәsi işin faktiki hallarına vә hüquqi mahiyyәtinә uyğun deyildir. Ərizә üzrә әrizәçinin tәlәbi “Əmәk pensiyaları haqqında” Azәrbaycan Respublikası Qanunun 21.2.4-cü maddәsinin vә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrәli Qәrarı ilә tәsdiq edilmiş “Əmәk pensiyalarının tәyin edilmәsi, hesablanması, yenidәn hesablanması, bir növdәn başqa növә keçirilmәsi vә ödәnilmәsi Qaydası”nın 4.1.6-cı bәndinә müvafiq olaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görә әlilliyi müәyyәn edilmiş, әrizәçinin qaynatasına qulluq etmәsi faktının müәyyәn edilmәsindәn ibarәt olmuşdur. Onun müraciәtinin predmeti hәr hansı sәnәdin verilmәsi, sosial tәminatın tәyin edilmәsi vә ya inzibati orqanın qәrarından şikayәt deyil, ahıl şәxsә faktiki qulluq etmәyi faktının hüquqi әhәmiyyәti olan fakt kimi müәyyәn edilmәsidir. Bu faktın müәyyәn edilmәsi gәlәcәkdә qanunla nәzәrdә tutulmuş hüquqlarımın hәyata keçirilmәsi üçün zәruridir. Bu faktı tәsdiq edәn rәsmi sәnәd heç bir dövlәt orqanı tәrәfindәn verilmir. Buna görә dә hәmin faktı başqa qaydada tәsdiq edәn sәnәdi әldә etmәk vә ya bәrpa etmәk obyektiv olaraq mümkün deyildir. Belә olan halda, hәmin hüquqi faktın müәyyәn edilmәsi yalnız mәhkәmә qaydasında mümkündür. Mәhkәmә isә bu halları araşdırmadan vә işin mahiyyәti üzrә qiymәtlәndirmәdәn әrizәni geri qaytarmışdır ki, bu da qanunsuz vә әsassızdır. Mәhkәmә qәrardadında qeyd edir ki, nәzәrә alınmalıdır ki, mәhkәmәlәr tәrәfindәn xüsusi icraat qaydasında әrizәlәrә o halda baxılması mümkündür ki, hüquq haqqında hәr hansı bir mübahisә mövcud olmasın. Hazırki halda isә maraqlı şәxs qismindә çıxış edәn Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyinin tabeliyindә Dövlәt Sosial Müdafiә Fondunun Sosial ödәnişlәrin Tәyinatı üzrә Mәrkәz Filialı mәhkәmәyә etiraz ünvanlayaraq, әrizәçi tәrәfindәn tәqdim edilmiş әrizәyә etirazlarının mövcud olduğunu bildirmişlәr. Mәhkәmә tamamilә sәhv nәticәyә gәlmişdir. Belә ki, Dövlәt Sosial Müdafiә Fondu Mәhkәmәyә etiraz әrizәsi tәqdim etmişdir. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyinin tabeliyindә Dövlәt Sosial Müdafiә Fondunun Sosial ödәnişlәrin Tәyinatı üzrә Mәrkәz Filialı hüquqa dair mübahisә açmamış, sadәcә әrizәnin tәmin olunmasına etiraz etmiş vә rәdd edilmәsini xahiş etmişdir. Bu iş üzrә mәhkәmә dәqiq analiz etmәlidir ki, hüquqa dair mübahisә qәti yoxdur. İş üzrә maraqlı tәrәfin hüquqa dair mübahisә açmaq üçün hәr hansә bir arqumenti dә yoxdur vә ola bilmәz. Ahıl şәxsә DSMF baxmayıb ki, onun hüquqa dair mübahisә açma hüququ yaransın. Hüquq haqqında mübahisә dedikdә, digәr şәxsin (şәxslәrin) eyni predmetә hüquqlarının olması, maddi hüquq münasibәtlәrinin iştirakçıları arasında iddia edilәn hüquqların yalnız ona mәxsus olması vә ya hәmin hüquqların hәcmi vә sair barәdә yaranan fikir ayrılığı başa düşülür. Belәliklә, әrizәnin geri qaytarılması qanunsuz vә әsassızdır, onun mәhkәmә müdafiәsi hüququnun hәyata keçirilmәsini mәhdudlaşdırır vә işә mahiyyәti üzrә baxılmasına mane olur. Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı qanunsuz vә әsassızdır. HÜQUQİ MƏSƏLƏLƏR Tәrәflәrdәn işә mәhkәmә iclasında baxılmasını istәdiklәri barәdә әsaslandırılmış vәsatәt daxil olmamış, hәmçinin mәhkәmә tәrәfindәn işә mәhkәmә iclasında baxılmasını zәruri edәn Azәrbaycan Respublikası Mülki Prossesual Mәcәllәsinin 397.2-ci maddәsindә nәzәrdә tutulan hallar aşkar edilmәmişdir. İş materiallarını araşdıraraq, şikayәtin dәlillәrini müzakirә edәrәk mәhkәmә kollegiyası hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli vә onunla bağlı ## #### 2026-cı il tarixli qәrardadları lәğv edilmәli, әrizәyә yenidәn baxılması üçün mülki iş Quba Rayon Mәhkәmәsinә qaytarılmalıdır. İş materiallarından müәyyәn edilir ki, әrizәçi Ərizәçi xüsusi icraat qaydasında mәhkәmәyә müraciәt edәrәk 1999-cu ildәn ## #### 2025-ci il tarixәdәk qaynatası X1 qulluq etmәsi faktının hüquqi әhәmiyyәti olan fakt kimi müәyyәn edilmәsini xahiş etmişdir. Birinci instansiya mәhkәmәsi maraqlı şәxsin әrizәyә etiraz etmәsini hüquq haqqında mübahisәnin mövcudluğu kimi qiymәtlәndirәrәk MPM-in 259.0.10 vә 306.4-cü maddәlәrinә әsasәn әrizәni baxılmamış saxlamışdır. Mәhkәmә kollegiyası qeyd edir ki, birinci instansiya mәhkәmәsi әrizәçinin ahıl şәxsә qulluq etmәsi faktının müәyyәn edilmәsi barәdә әrizәsini maraqlı şәxsin tәqdim etdiyi etirazı hüquq haqqında mübahisәnin mövcudluğu kimi qiymәtlәndirәrәk baxılmamış saxlamışdır. Halbuki aşağı instansiya mәhkәmәsi özü dә Ali Mәhkәmәnin Plenumunun ## ##### 2019-cu il tarixli ** saylı Qәrarının 1.5-ci bәndinә istinad etsә dә, hәmin bәnddә nәzәrdә tutulan hüquq haqqında mübahisә anlayışını işin hallarına düzgün tәtbiq etmәmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 306.4-cü maddәsinin tәlәbinә görә xüsusi icraat qaydasında işlәrә baxılarkәn mәhkәmәyә aid hüquq haqqında mübahisәnin olduğu müәyyәn edilәrsә, hakim әrizәnin baxılmamış saxlanılması haqqında qәrardad çıxarmalı vә maraqlı şәxslәrә ümumi әsaslarla iddia vermәk hüququnu izah etmәlidir. Demәli, әrizәnin baxılmamış saxlanılması üçün sadәcә әrizәyә etirazın mövcudluğu kifayәt etmәyib, mәhz mәhkәmәyә aid olan hüquq haqqında mübahisәnin mövcudluğu müәyyәn edilmәlidir. Bu baxımdan Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun “Hüquqi әhәmiyyәti olan faktların müәyyәn edilmәsinә dair işlәr üzrә mәhkәmә tәcrübәsinin bәzi mәsәlәlәri haqqında” ## ##### 2019-cu il tarixli ** saylı Qәrarının 1.5-ci bәndinin izahları xüsusi әhәmiyyәt kәsb edir. Hәmin bәndә әsasәn hüquq haqqında mübahisә dedikdә, digәr şәxsin vә ya şәxslәrin eyni predmetә hüquqlarının olması, maddi hüquq münasibәtlәrinin iştirakçıları arasında iddia edilәn hüququn yalnız müәyyәn şәxsә mәxsus olması, hәmin hüququn hәcmi vә digәr mәsәlәlәr barәdә yaranan fikir ayrılığı başa düşülür. Plenum qәrarında eyni zamanda xüsusi olaraq göstәrilmişdir ki, maraqlı şәxsin hüquqi faktın müәyyәn edilmәsi barәdә qәtnamәnin qanuniliyini vә әsaslılığını mübahisәlәndirmәsi öz-özlüyündә hüquq haqqında mübahisә hesab edilmir vә bu әsasla әrizәnin baxılmamış saxlanılması yolverilmәzdir. Mәhkәmә kollegiyası qeyd edir ki, xüsusi icraat qaydasında baxılan iş üzrә maraqlı şәxsin әrizәçinin tәlәbi ilә razılaşmaması, tәqdim edilmiş sübutları kifayәt hesab etmәmәsi vә ya әrizәnin tәmin edilmәsinә etiraz etmәsi hәlә hәmin iş üzrә mütlәq şәkildә hüquq haqqında mübahisәnin yarandığını göstәrmir. Bunun üçün mәhkәmә konkret olaraq hansı maddi hüquq münasibәtindәn irәli gәlәn hüququn mübahisәlәndirildiyini, hәmin hüququn hansı şәxsә mәxsusluğu vә ya hәcmi barәdә tәrәflәr arasında fikir ayrılığının mövcud olduğunu müәyyәn etmәlidir. Hazırkı halda birinci instansiya mәhkәmәsi maraqlı şәxsin etiraz vermәsini hüquq haqqında mübahisәnin mövcudluğu qәnaәtinә gәlmәk üçün әsas kimi qәbul etsә dә, hәmin etirazdan hansı konkret maddi hüquq münasibәti üzrә hüquq haqqında mübahisәnin yarandığını, digәr şәxsin әrizәçinin müәyyәn etdirilmәsini istәdiyi faktla bağlı hansı müstәqil hüquqa malik olduğunu vә hәmin hüququn mәhz nәdә mübahisәlәndirildiyini müәyyәn etmәmişdir. Başqa sözlә, birinci instansiya mәhkәmәsi maraqlı şәxsin әrizәnin tәmin olunmasına etiraz etmәsi ilә hüquq haqqında mübahisәnin mövcudluğu anlayışlarını eynilәşdirmişdir. Halbuki Ali Mәhkәmәnin Plenumunun yuxarıda göstәrilәn hüquqi mövqeyinә görә, hüquqi faktın müәyyәn edilmәsi barәdә tәlәbә qarşı etirazın olması özlüyündә xüsusi icraat qaydasında işә baxılmasını istisna edәn hüquq haqqında mübahisәnin mövcudluğu demәk deyildir. Bununla yanaşı, Ali Mәhkәmәnin Plenumunun hәmin Qәrarının 1.2-ci bәndinә әsasәn hüquqi әhәmiyyәti olan faktlar mәhkәmә qaydasında yalnız qanunla nәzәrdә tutulmuş şәrtlәrin mәcmusu mövcud olduqda müәyyәn edilә bilәr. Mәhkәmә әrizәçinin müәyyәn edilmәsini istәdiyi faktın hüquqi nәticәlәr doğurub-doğurmadığını, hәmin faktın müәyyәn edilmәsinin qanunvericiliklә başqa qaydada nәzәrdә tutulub-tutulmadığını, әrizәçinin hәmin faktı tәsdiq edәn sәnәdlәri başqa qaydada әldә etmәk imkanının olub-olmadığını vә digәr zәruri halları araşdırmalıdır. Hәmçinin Plenum qәrarının 1.7-ci bәndinә görә, hüquqi әhәmiyyәti olan faktın müәyyәn edilmәsi haqqında әrizәyә baxılarkәn mәhkәmә hәmin faktın müәyyәn edilmәsinin öz sәlahiyyәtinә aid olub-olmadığını, әrizәçinin belә müraciәt etmәk hüququnun mövcudluğunu, faktın hansı mәqsәdlә müәyyәn edilmәsinin tәlәb olunduğunu, zәruri sәnәdlәrin başqa qaydada alına bilmәmәsi vә ya bәrpasının mümkün olmaması hallarını aydınlaşdırmalıdır. Birinci instansiya mәhkәmәsi bu mәsәlәlәri tam vә hәrtәrәfli araşdırmadan, yalnız maraqlı şәxsin etirazının mövcudluğuna әsaslanmaqla әrizәni baxılmamış saxlamışdır. Mәhkәmә kollegiyası hesab edir ki, әrizәnin baxılmamış saxlanılması üçün nәzәrdә tutulmuş prosessual әsasın mövcudluğu birinci instansiya mәhkәmәsi tәrәfindәn düzgün müәyyәn edilmәmişdir. Qәbul edilmiş qәrardadın әsasını tәşkil edәn hüquq haqqında mübahisәnin mövcudluğu nәticәsi konkret faktlarla әsaslandırılmamış, maraqlı şәxsin etirazının mahiyyәti hüquq haqqında mübahisә anlayışı baxımından lazımi qaydada qiymәtlәndirilmәmişdir. Belә olan halda, birinci instansiya mәhkәmәsinin әrizәni MPM-in 259.0.10 vә 306.4-cü maddәlәrinә әsasәn baxılmamış saxlaması üçün kifayәt qәdәr hüquqi әsasın mövcudluğu müәyyәn edilmәdiyindәn, qәrardad qanuni vә әsaslı hesab edilә bilmәz. Mәhkәmә kollegiyası hәmçinin nәzәrә alır ki, әrizәçinin tәlәbinin xüsusi icraat qaydasında baxılmasının mümkünlüyü, müәyyәn edilmәsi xahiş olunan faktın mәhkәmә qaydasında müәyyәn edilә bilәn faktlar sırasına aid olub-olmaması vә bu mәsәlәnin qanunvericiliklә başqa qaydada hәllinin nәzәrdә tutulub-tutulmaması işin bütün halları nәzәrә alınmaqla birinci instansiya mәhkәmәsi tәrәfindәn araşdırılmalı vә hәmin mәsәlәlәr üzrә müvafiq hüquqi qiymәt verilmәlidir. Bu sәbәbdәn mәhkәmә kollegiyası yol verilmiş prosessual pozuntunun aradan qaldırılması üçün işin yenidәn baxılması mәqsәdilә birinci instansiya mәhkәmәsinә qaytarılmasını zәruri hesab edir. Bu baxımdan mәhkәmә kollegiyası hesab edir ki, әrizәçi Ərizәçi şikayәti qismәn tәmin edilmәli, Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli vә onunla bağlı ## #### 2026-cı il tarixli qәrardadları lәğv edilmәli, әrizәyә yenidәn baxılması zamanı qәrardadın tәsviri vә әsaslandırıcı hissәsindә göstәrilәn nöqsanlar aradan qaldırılmaqla qanuni vә әsaslandırılmış mәhkәmә aktının qәbul edilmәsi üçün mülki iş Quba Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Mülki Prosessual Mәcәllәnin 398.0.2. maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin, şikayәtә baxıb qәrardad qәbul etdikdә qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. Mülki Prosessual Mәcәllәnin 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 vә 405-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDI: Ərizәçi Ərizәçi şikayәti qismәn tәmin edilsin. Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli vә onunla bağlı ## #### 2026-cı il tarixli qәrardadları lәğv edilsin. Ərizәçi Ərizәçi tәrәfindәn verilmiş ahıl şәxsә qulluq etmәyi faktının hüquqi әhәmiyyәti olan fakt kimi müәyyәn edilmәsi barәdә әrizәyә qәrardadın tәsviri vә әsaslandırıcı hissәlәrindә göstәrilәnlәr nәzәrә alınmaqla yenidәn baxılması vә mәhkәmә baxışının nәticәsi kimi qanuni vә әsaslandırılmış mәhkәmә aktının qәbul edilmәsi üçün mülki iş Quba Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardad qәbul edildiyi andan qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar