Məhkəmə qərarları › İş №2(3-6)-3874/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3874/2026

31.08.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qərardad Bakışəhəri İş№2(3-6)-3874/2026 31.08.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Səlimova Səadət Rəşid qızındanvəİmanovAzadNizamoğlundanibarəttərkibdə X2 “ölüm faktının müyyən olunması” barədə ərizəsinin geri qaytarılması ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından ərizəçinin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılıicraatqaydasındabaxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (ərizəçi) ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, ##.##.1973-ci il tarixdə Bakı şəhərinin Bilgəh qəsəbəsində vəfat etmiş X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin ## #### 2026-cı il tarixliqərardadıiləərizəningeriqaytarılmasıqəraraalınmışdır. Məhkəməözqənaətiniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:  Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli, * nömrəli qərarlarının 9.1-ci bəndinə əsasən "Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının ## ###### 2018-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin "Qayda”nın 4-cü bəndində "ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. "Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, "Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.  Həmin Qanunun 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə "Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.  Lakin ərizəçi tərəfindən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə "Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməmişdir. Belə olan halda ərizəçi mübahisənin məhkəməyədək nizama salma qaydasına riayət edilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir.  Həmçinin, ərizədə maraqlı şəxs qismində * saylı Bakı "ASAN Xidmət” Mərkəzi deyil, * saylı Bakı "ASAN Xidmət” X3 qeyd edilməlidir. Ərizəçinin nümayəndəsinin (vəkilinin) həmin qərardaddan verdiyi şikayət məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinəgöndərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq hesab edir ki, mübahisələndirilənqərardaddəyişdirilmədənsaxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləribaşqaqaydadaalabilməsin,yaxuditirilmişsənədlərinbərpasımümkünolmasın. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təminetməməkhüququvardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin397-398, 405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası QƏRARA ALDI: Şikayəttəminedilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddanşikayətveriləbilməz. Hakimlər: Elnur Həsənov Səadət Səlimova Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar