Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1229/2024 29.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi barədə iddia ərizəsinə dair mülki işə 29 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən, özü tərəfindən tikdirilmiş və təmir etdirilmiş fərdi yaşayış evinə yaşayış hüququ tanınmaqla, həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 08 iyun 2006-cı il tarixdə ailə qurmuşlar. Həmin il iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ərazisində torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdirərək ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. Sonradan evin otaqlarının sayını artıraraq 4 otaq etmişdir. Evin tikintisinə və təmirinə çəkilən xərclər iddiaçı tərəfindən qarşılanmışdır. Qobustan Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən, cavabdehlə aralarındakı nikah pozulmuş, aralarında mübahisə olduğundan iddiaçı həmin evdən çıxmaq məcburiyyətində qalmış, bacısıqızının evinə sığınmışdır. Lakin, həmin ev dar, şəraitsizdir, iddiaçının yaşamağa başqa yeri yoxdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirib təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul etdiyini, iddiaçının sözügedən evə köçməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Cavabdehin məhkəmə iclasında iddiaya münasibətindən də məlum olduğu kimi sözügedən evə iddiaçının köçüb yaşaması üçün şəraitin olduğu və iddiaçının yaşamsına etiraz etmədiyini, lakin evin naturada bölünməsinə və iddiaçının yenidən ailə qurub orada yaşamasına razı olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddianın predmeti iddiaçının evə yaşayış hüququ tanınmaqla, həmin evə köçürülməsi ilə əlaqədar olduğundundan cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən, özü tərəfindən tikdirilmiş və təmir etdirilmiş fərdi yaşayış evinə yaşayış hüququ tanınmaqla, o, həmin evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1229/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1229/2024
29.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver