Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1249/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı oğlu xx.xx.2008-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bakı Fəhləsi küçəsi 42 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının tanınmasına və yaşamaq üçün həmin evə köçürülmələrinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı oğlu xx.xx.2008-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bakı Fəhləsi küçəsi 42 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının tanınmasına və yaşamaq üçün həmin evə köçürülmələrinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı xx.xx.2007-ci il tarixdə Cavabdehla nikaha daxil olub ailə qurmuş, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra bir müddət cavabdehin dayısı Habilin evində yaşamış, 2008ci ildə onlar iddiaçının bacısı Könülün mənzilinə köçmüş, xx.xx.2009-cu ildə cavabdeh iddiaçının ailəsinin də maddi dəstəyi ilə Simurq MTK-dan müqavilə yolu ilə mənzil almış, təmir etdikdən sonra isə 2010-cu ildən 2015-ci ilin noyabr ayına kimi tərəflər Yasamal rayonu M.Xiyabani küçəsi 33 saylı evin 330 saylı mənzilində yaşamışlar. 2013-cü ildə tərəflərin nikahı formal olaraq pozulmuşdur. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bakı Fəhləsi küçəsindəki 42 saylı ev yaşamaq üçün yararsız olduğundan iddiaçı nikahdan dərhal sonra bu ünvana köçməmişdir. 2015-ci ilin noyabr ayında cavabdehə məxsus M.Ə.Rəsulzadə qəsəbəsi Bakı Fəhləsi küçəsi 42 saylı ev tam təmir edildikdən sonra iddiaçı oğlu ilə həmin evə köçüb 2016-cı ilin iyun ayına, yəni evdən çıxıb getməyə məcbur edilənə kimi bu evdə yaşamışdır. Cavabdehin razılığı ilə iddiaçı və oğlu həmin evə qeydiyyata da alınmışlar. İddiaçı 2016-cı ildə cavabdehin təzyiqlərinə, işgəncə və zorakılıqlarına dözməyərək, zorakılığa məruz qalmış şəxs kimi, qaçqın statusu ilə müvəqqəti yaşamaq üçün Almaniyaya getmiş, orada müvəqqəti yaşamaq hüququ almış, lakin iddiaçı Azərbaycana qayıtmaq niyyətindədir. İddiaçının yaşamaq üçün başqa evi yoxdur. İddiaçının və oğlunun mülkiyyətçinin ailə üzvü kimi yaşadıqları evdən istifadə etmək hüquqları vardır. Ona görə də iddiaçının oğlu xx.xx.2008-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bakı Fəhləsi küçəsi 42 saylı evə istifadə hüquqlarının tanınmasına və yaşamaq üçün həmin evə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Məmmədova Könül Rafiq qızı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı iddia ərizəsində 2016-cı ildə cavabdehin təzyiqlərinə, işgəncə və zorakılıqlarına dözməyərək burada qalacağı təqdirdə yenə də təzyiqlərə məruz qalacağını nəzərə alaraq, zorakılığa məruz qalmış şəxs kimi müvəqqəti yaşamaq üçün Almaniyaya getdiyini, orada müvəqqəti yaşamaq hüququ aldığını, lakin vətənə qayıtmaq, öz hüquqları uğrunda mübarizə aparmaq niyyətində olduğunu həmçinin, yaşamaq üçün başqa evi olmadığını, iddiaçının və oğlunun mülkiyyətçinin, yəni cavabdehin ailə üzvü kimi yaşadıqları evdən istifadə etmək hüquqlarının olduğunu qeyd etmişdir. İddiaçı qeyd edilən tələblərini mövcud mübahisəyə, ona şamil edilməsi mümkün olmayan Ailə Məcəlləsinin 30-cu, Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə istinad etməklə əsaslandırmağa çalışmışdır. Lakin iddiaçının tələbləri qanunauyğun deyildir. Cavabdeh iddiaçı ilə xx.xx.2007-ci il tarixdə rəsmi şəkildə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflər nikah dövründə aralarında yaranmış mübahisələr səbəbindən məhkəməyə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2197/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olan uşaq anasının himayəsinə verilmiş, usaq üçün 100 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Tərəflərin nikahı pozulduqdan sonra cavabdeh bir ata kimi üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, uşağın inkişafı, həyatı üçün zəruri xərcləri, müəyyən edilmiş alimenti ödəmiş, Almaniyaya gedənə qədər uşağı ilə davamlı ünsiyyətdə olmuşdur. Tərəflərin nikahı pozulduqdan sonra iddiaçı xaricə getmək istəyinin olmasını dəfələrlə dilə gətirmiş, çıxıb getmək üçün məqam axtarmışdır. Cavabdeh uşağı ilə maraqlandığı üçün iddiaçının çıxıb gedəcəyini bilmişdir. 2015-ci ildə isə artıq şərait yarandığından iddiaçı getməyi qətiləşdirmişdir. Cavabdeh həmin vaxt övladının taleyi üçün narahat olsa da, uşağın yaşını, anasının himayəsinə verilməsini nəzərə alaraq uşağın getməsini istəməsə də bu halla razılaşmışdır. İddiaçı Almaniyaya getməmişdən əvvəl Sabunçu rayonu Əli Kərimli küçəsi ev 9 mənzil 99 ünvanında qeydiyyatda olmuşdur. Boşanma ilə bağlı məhkəmə aidiyyəti də bunu təsdiq edir. İddiaçı Almaniyaya getmək üçün sənədlərini düzəldərkən cavabdehdən uşağın xatirinə onu formal olaraq cavabdehə məxsus ünvan 1 ünvanına qeydiyyata salmasını xahiş etmişdir. Cavabdeh də iddiaçının çoxsaylı xahişlərini, oğlunun vəziyyətini nəzərə alaraq iddiaçıya inandığından onun formal mülkiyyətində olan mənzilə qeydiyyata düşməsinə razı olmuşdur. Lakin iddiaçı heç vaxt övladı ilə birlikdə cavabdehin mülkiyyətində olan mənzildə yaşamamışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi hansısa təzyiq, işgəncə faktları olmamış, iddiaçı xaricə cavabdehin ucbatından getməmişdir. Əgər iddiaçı cavabdehin təzyiqlərinə məruz qalsaydı, cavabdeh iddiaçını Almaniyaya gedəcəyi zaman kəsimində öz əmlakına qeydiyyata salmazdı. Bundan başqa iddiaçı təzyiqlərə məruz qalması ilə bağlı bir dəfə də olsun hüquq mühafizə orqanlarına müraciət etməmişdir. İddiaçı iddia ərizəsində də açıq-aydın bildirir ki, Almaniyada müvəqqəti yaşamaq hüququ əldə etmişdir. Bu fakt da göstərir ki, burada iddiaçının yaşamaq hüququ əldə etməsi lüzumsuzdur və orada yaşamaq hüququnun əldə edilməsi artıq cavabdehə məxsus əmlakdan qeydiyyatdan çıxarılması üçün də əsasdır. İddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə səbəb əsassız olaraq kompensasiya tələbi ilə bağlı iddia verib gəlir əldə etmək niyyətidir. Belə ki, iddiaçı 2020-ci ildə əmlak tələbi, aliment tələbi ilə bağlı da iddia ərizələri ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Əmlak tələbi ilə bağlı tələb iddia müddəti buraxılmaqla verildiyindən təmin edilməmişdir. Alimentin artırılması tələbi isə təmin edilmişdir. İddiaçı iddiasında Ailə Məcəlləsinin, Mülki Məcəllənin tələblərinə istinad edərək özünü ailə üzvü kimi qeyd etməsi də qanunun tələblərinə ziddir. Çünki, köçürülməsini istədiyi mübahisə predmeti olan Bakı səhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bakı Fəhləsi küçəsində istifadədə olan 0.02377 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 14 m2 yaşayış sahəsindən ibarət 42a/46 nömrəli fərdi yaşayış evi cavabdehin mərhum atasına məxsus olmuşdur. Cavabdehin atası vəfat etdikdən sonra vərəsəlik qaydasında sözügedən əmlak tam mülkiyyət hüququ üzrə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 437 nörməli vərəqində qeydiyyata alınmış və bu barədə ********* qeydiyyat nömrəli xx.xx.2006-cı il tarixli MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Əmlakın cavabdehin adına rəsmiləşdiyi xx.xx.2006-cı il tarixə, tərəflərin nikahlarının pozulması ilə bağlı xx.xx.2013-cü il tarixli məhkəmə qətnaməsinə, iddiaçının cavabdehə məxsus əmlaka formal olaraq qeydiyyata alındığı xx.xx.2016-cı il tarixinə diqqət yetirdikdə açıq-aydın bəlli olur ki, sözügedən əmlak cavabdehə ailə qurmamışdan qabaq məxsus olmuş, iddiçının bu əmlaka heç bir hüququ olmamış və cavabdeh iddiaçını nikahları pozulduqdan sonra qeydiyyata salmış, yəni iddiaçı qeydiyyata salınan zaman tərəflər bir ailə olmamış, tərəflərin ailə münasibətlərinə xitam verilmişdir. Belə olan halda iddiaçının Ailə Məcəlləsinin 30.1-ci, Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələblərinə istinad etməsi düzgün deyildir. Hazırki vəziyyətə, mübahisəyə qeyd olunan maddələrin tələbləri şamil edilə bilməz. Əks yanaşma qanunvericiliyin pozulması deməkdir. Həmçinin, iddiaçının cavabdehə məxsus əmlaka qeydiyyata düşməsi, cavabdehin istifadə hüququnun təmini barədə notarial qaydada razılıq verməməsi də cavabdehin formal qeydiyyata düşdüyünü təsdiq edir. Çünki, Mülki Məcəllənin 228-ci maddəsində də qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddənin tələbindən göründüyü kimi, iddiaçının sözügedən mənzilə istifadə hüququ yoxdur və bu səbəbdən də onun mənzilə köçürülməsi mümkün deyildir. Qanunvericilikdə də təsbit edildiyi kimi, olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Artıq keçən 6 il ərzində iddiaçının qeydiyyatda olduğu mənzildə yaşamaması, iddiaçının qeydiyyatının formal olmasını, mənzilə dair əlavə hansısa hüququnun olmamasını sübut edir. Belə ki, mülkiyyətçinin razılığı ilə onun yaşayış sahəsinə qeydiyyata alınma, qeydiyyata alınanın yaşayış sahəsinə köçürülməsi və istifadə hüququnun yaranması və bu hüququn yaranmasına mülkiyyətçinin razılıq verməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh oğlunun qeydiyyatını mübahisələndirmir. Cavabdehin iddiaçının sözügedən evə qeydiyyata düşməsinə dair verdiyi razılıq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi üzrə hansısa istifadə hüququnun əmələ gəlməsinə səbəb olan notariat qaydasında təsdiqlənən yazılı razılıq kimi qəbul edilə bilməz. İddiaçı cavabdehin evinə xx.xx.2016-cı il tarixdə qeydiyyata düşdüyünə görə tərəflərə münasibətdə hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalarının tətbiq olunması qanuni və məqsədəmüvafiqdir. İddiaçı tərəfin şahidlərinin ifadələrində qeyd etdiklər fərdi yaşayış evi isə cavabdehə deyil, onun anasına məxsus olan evdir. İddiaçı cavabdehin anasına məxsus evin tikintisi və təmirində iştirak etməmiş, bu evdə yaşamamışdır. Məhkəməyə təqdim olunan foto şəkillər cavabdehə məxsus evdə çəkilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1669 saylı arayışın surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı nikahı haqqında xx.xx.2007-ci il tarixli 299 saylı akt tərtib edilmişdir. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1668 saylı arayışdan müəyyən olunur ki, X5 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə 1092 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində 299 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X3 cavabdeh İddiaçı yanında saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1670 saylı arayışın surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı nikahı pozulmuş və nikahın pozulması haqqında xx.xx.2015-ci il tarixli 208 saylı akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2006-cı il tarixli MH № ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bakı Fəhləsi küçəsində istifadədə olan 0,02377 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 42a/46 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 437 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-3680/2020 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Simurq MTK-nın xx.xx.2020-ci il tarixli 159 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh xx.xx.2008-ci il tarixli müqavilə ilə M.Xiyabani küçəsi 33 saylı evin 330 saylı mənzili üçün 36700 manat pay haqqı ödəmiş, mənzil MTK tərəfindən təmir edilməmişdir. Məhkəmə iclasında şahid Məhyəddinova Könül Əhməd qızı ifadəsində göstərmişdir ki, bacısı İddiaçı Cavabdehla 2007-ci ildə nikaha daxil olduqdan sonra 2-3 ay kirayədə yaşamış, daha sonra onun Nərimanov rayonundakı evinə köçmüşlər. Bir müddətdən sonra bacısı Cavabdehla birlikdə Yasamal rayonunda ev alıb orada yaşamışlar. Cavabdeh məxsus Bakı Fəhləsi küçəsində yerləşən iki mərtəbəli evin tikintisində onun atası və qardaşı iştirak etmiş, həmin evə məişət texnikası alınmışdır. Bacısı İddiaçı həmin evdə 2015-ci ilin noyabr ayından 2016-cı ilin iyun ayına qədər yaşamışdır. Daha sonra bacısı İddiaçı Cavabdeh tərəfindən şiddətə məruz qaldığından qaçqın statusu ilə Almaniyaya getmişdir. Artıq İddiaçı 5 ildir ki, övladı ilə birlikdə Almaniyada yaşayır və Azərbaycan Respublikasında aldığı diplomlarının Almaniyada tanıtmaq üçün təhsil alır. İddiaçı 2021-ci ilin may ayının sonunadək Almaniyada yaşamaq icazəsi vardır. İddiaçı bu müddətin uzadılması üçün müraciət etsə də, onun müraciəti qəbul edilməmişdir. Cavabdeh evi satmasını, ikinci dəfə nikaha daxil olmasını bildikdən sonra bacısı İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edib heç olmasa bu evi əldə saxlamaq barədə qərar vermişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, əmisi qızı və eyni zamanda baldızı olan İddiaçı əri Cavabdeh atasına məxsus Bakı Fəhləsi küçəsində yerləşən torpaq sahəsində 2 mərtəbəli, 1-ci mərtəbəsində zal, mətbəx, dəhliz, 2-ci mərtəbəsində 3 otaq yerləşən fərdi yaşayış evində 2015-2016-cı illərdə yaşamış, həmin evdə olan məişət əşyaları İddiaçı məxsusdur. İddiaçı ilə Cavabdeh formal olaraq boşanmış, İddiaçı Almaniyaya gedənədək Cavabdehla ailə münasibətlərində olmuşdur. Cavabdeh İddiaçı döydüyündən İddiaçı Almaniyaya getmək məcburiyyətində qalmışdır. Hazırda İddiaçı Almaniyada dil öyrənir, oğlu isə təhsil alır. İddiaçı tam ali təhsilli olduğundan Almaniyada onun təhsil almağa ehtiyacı yoxdur. İddiaçı Bakı Fəhləsi küçəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən başqa yaşayış yeri yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X5 anadan olmuş, 2013-cü ildə tərəflərin nikahı pozulmuşdur. İddiaçı nümayəndəsi və vəkili M.M.Əliyev iddiaçının övladı ilə birlikdə 2015-ci ilin noyabr ayından 2016-cı ilin iyun ayınadək Cavabdeh mülkiyyətində olan evdə yaşadıqlarını bildirsə də, iddiaçı tərəfin vəsatəti əsasında dindirilən şahidlər iddiaçının həmin ərəfədə Cavabdeh məxsus Bakı Fəhləsi küçəsində yerləşən iki mərtəbəli evdə yaşamasını bildirmişlər. Məhkəməyə təqdim olunan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2006-cı il tarixli MH № ******* saylı çıxarışın surətindən isə Cavabdeh mülkiyyətində olan 42a/46 saylı evin Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bakı Fəhləsi küçəsində istifadədə olan 0,02377 ha torpaq sahəsində yerləşməklə 1 mərtəbəli, 1 otaqdan ibarət olması müəyyən edilmişdir. Beləliklə, hələ 2013-cü ildə cavabdehlə nikahı pozulan, iddiaçı övladı ilə birlikdə cavabdehin mülkiyyətində olan evdə yaşamasını sübuta yetirə bilməmişdir. İddiaçı cavabdehin ailə üzvü olmasını iddia etsə də məhkəmə araşdırması zamanı tərəflərin ailə münasibətlərinə 2013-cü ildə xitam verilməsi, iddiaçının cavabdehin mülkiyyətində olan evə istifadə, yəni əşya hüququnun yaranmaması ilə yanaşı, onun mülkiyyətçinin saxlamaq vəzifəsi daşımalı olan digər qohumları kateqoriyasına daxil olmaması müəyyən olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva etməsini müəyyən etmişdir. Məhkəmə iddiaçının cavabdehin mülkiyyətində olan evə qeydiyyata alınması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatının onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmədiyini müəyyən etmişdir. X2 Məhkəməsi müəyyən etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddiaçı himayəsində olan övladı ilə birlikdə 2016-cı ildən etibarən yaşadığı ölkədə qeydiyyata alındığından, Azərbaycan Respublikasında qeydiyyatda olduğu ünvanda heç vaxt yaşamadığından onun cavabdehə məxsus evə qeydiyyatı formal xarakter daşıyır. Bundan başqa şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerə məhdud əşya hüququnun yaranması üçün əsas deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının cavabdehin mülkiyyətində olan evə istifadə hüququ mövcud olmadığından onun övladı ilə birlikdə bu fərdi yaşayış evinə istifadə hüququnun tanınmasına, köçürülməsinə dair iddia tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı oğlu xx.xx.2008-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bakı Fəhləsi küçəsi 42 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının tanınmasına və yaşamaq üçün həmin evə köçürülmələrinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1249/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1249/2021
18.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver