Məhkəmə qərarları › İş №2(001)-1250/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1250/2021

21.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1250/2021 21.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “153 saylı Körpələr Evi-Uşaq Bağçasına qarşı “işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi” tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “153 saylı Körpələr Evi-Uşaq Bağçasına qarşı “işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu 153 saylı Körpələr Evi-Uşaq Bağçası tərəfindən verilmiş 15.11.2019-cu il tarixli, 201 nömrəli əmrin ləğv edilməsi, iddiaçının həmin müəssisəyə tərbiyəçi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı əmək fəaliyyətinə 27 dekabr 2011-ci ildə Bakı şəhəri Binəqədi rayonunda yerləşən 153 nömrəli Körpələr Evi-Uşaq Bağçasında sosial məzuniyyət yerinə tərbiyəçi vəzifəsinə təyin edilməklə başlamışdır. 8 ilə yaxın müddət ərzində əmək müqaviləsi üzrə əmək funksiyaları ilə yanaşı, rəhbərliyin ona həvalə etdiyi vəzifələri lazımınca və vicdanla yerinə yetirmiş, əmək və icra itizamına ciddi riayət etmiş, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamışdır. Bütün bunlara baxmayaraq, 15.11.2019-cu il tarixli, 201 saylı əmrə əsasən, iş yerində əmək funksiyalarını yerinə yetirdiyi zaman ona işdən azad edildiyi bildirilmiş, əmək kitabçasında Əmək Məcəlləsinin 74cü maddəsinin 1-ci bölməsinin “C” bəndinə əsasən işdən azad edildiyi qeyd edilmişdir. O, rəsmi və qeyri-rəsmi cavabdehə müraciət etsə də, əmrin surəti iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. Odur ki, əmr əsassız və qanunvericiliyin tələblərinə zidd olduğuna görə ləğv edilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi A.İsmayılov iddia tələbini müdafiə edərək bildirdi ki, əmək müqaviləsinə xitam verilməsi barədə akt qanunsuzdur və heç bir hüquqi əhəmiyyəti yoxdur. İddiaçı 2019-cu ildə bülletendə olduğu zaman bütün lazımi sənədləri təqdim edilmiş və körpələr evi sənədləri qəbul edərək, müvafiq ödənişlər etmişlər. Heç bir üzürsüz səbəb olmadan iş buraxmaya görə işdən azad edilməsi qanunsuzdur. Bununla bağlı bağçanın müdiri Şölə xanıma müraciət etdikdə onlara İddiaçı yenidən işə bərpa edəcəyini, lakin ölkədə karantin rejimi (pandemiya) olduğundan, bağçaların fəaliyyətinə icazə verilmədiyindən bunun mümkün olmadığını, bağçaların fəaliyyəti bərpa olunduğunda yenidən işə başlayacağını bildirmişdir. Lakin A. İsmayılova işə bərpa edilməmişdir. Həmçinin işdən azad edilməsi barədə əmr rəsmi olaraq iddiaçıya təqdim edilməmiş, son haqq-hesab isə yalnız məhkəməyə müraciət edildikdən sonra iddiaçının hesabına köçürülmüşdür. Qeyd edilənlərə əsasən əmrin ləğv edilməsi və İddiaçı iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, İddiaçı Əmək Məcəlləsinin 74-cü maddəsinin “C” bəndinə uyğun olaraq işdən azad olunub. İddiaçıya əmək kitabçası təqdim olunmuş, ona kitaba imza etməsi təklif olunsa da, o, imzalamaqdan imtina etmişdir. İddiaçı 15.11.2019-cu il tarixdə hüququnun pozulduğunu bilsə də, işə bərpa və əmrin surətinin alınması ilə bağlı cavabdehə heç bir rəsmi müraciət etməyib. İddia ərizəsindən bununla bağlı rəsmi və qeyrirəsmi dəfələrlə müraciət etdiyini bildirsə də, heç bir sübut təqdim etməmişdir. Yalnız məhkəməyə ərizə verilməmişdən 1 ay əvvəl iddiaçı tərəfindən cavabdehə rəsmi müraciət olunub. Qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən verilmiş müddətin bərpasına dair ərizənin qanunsuz və əsassız hesab edilməsi, iddia müddətini tətbiq etməklə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışdan görünür ki, İddiaçı ikinci dərəcəli əlildir. - "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 28.08.2019-cu il tarixdən 09.09.2019-cu il tarixədək Naftalan şəhəri, İ.Nəsimi 5 ünvanda yerləşən “Sehirli ünvan 2 tərəfindən verilmiş 26.10.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan İİ qrup əlil 1983-cü il təvəllüdlü İddiaçı 16.11.2018-ci il tarixdən Bakı şəhəri Binəqədi rayonu 10 nömrəli şəhər poliklinikasında ambulator, 28.11.2018-ci il tarixdən revmatoloqun dispanser qeydiyyatındadır. - X4 21.10.2020-ci il tarixdə 153 nömrəli Körpələr Evi-Uşaq Bağçasına müraciət edərək, onun işdən azad olunması barəsində verilmiş 15.11.2019-cu il tarixli, 201 saylı əmrin surətinin rəsmi qaydada verilməsini xahiş etmişdir. - 21.11.2019-cu il tarixdə tərtib edilmiş və X5, X6, X1, X3 tərəfindən imzalanmış akta əsasən, İddiaçı əmrlə tanış olması, əmrin surətini, əmək kitabçasını aldığını, lakin bunları təsdiq etmək üçün kitaba imza atmaqdan imtina etməsi qeyd edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə və 15.11.2019-cu il tarixli, 201 nömrəli əmrə əsasən, Əmək Məcəlləsinin 74.1.c) bəndinə əsasən, qanunvercilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirmədiyindən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. - Ödəniş kartı üzrə çıxarışa əsasən, 25.12.2020-ci il tarixdə İddiaçı 04.02.2021-ci il tarixə olan son qalıq olaraq 87,35 manat ödəniş edilmişdir. - Ödəniş kartı üzrə çıxarışdan müəyyən olunur ki, 06.11.2018-ci il tarixdən 08.11.2019-cu il tarixədək mütamadi olaraq hər ay İddiaçı hesabına müvafiq qaydada əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ona ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü deyil, xeyli müddət sonra (iddiaçı məhkəməyə müraciət etdikdən sonra) iddiaçıya verilmişdir. Əmrin surəti isə məhkəmə iclasında iddiaçıya təqdim edilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü bəndinə əsasən, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 186 saylı, 26.12.1996-cı il tarixli qərarı ilə təsdiq olunmuş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” 6.1-ci bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam olunduğu gün (sonuncu iş günü) verilir. Məhkəmə hesab edir ki, qanunverici əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməsini işəgötürənin üzərinə vəzifə olaraq qoymuşdur. Yəni işdən çıxan işçiyə əmək kitabçası, işdən çıxma barədə əmrin surəti, işçiyə hesablanan son haqq-hesabı, sığorta şəhadətnaməsi mütləq təqdim olunmalıdır. İşçinin həmin sənədləri almaqdan imtina etdiyi təqdirdə, işdən çıxan gün işəgötürən həmin gün işçiyə əmrin surətini və işdən çıxan işçinin razılığı ilə ona əmək kitabçasının poçt vasitəsilə göndərilməsi barədə bildiriş göndərməlidir. Əmrin surətinin və bildirişin rəsmi qaydada işçiyə çatdırıldığı gün işçinin hüququnun pozulduğu gün hesab edilir. Lakin cavabdeh tərəf iddiaçıya əmrin surətinin, həmçinin bildirişin rəsmi göndərilməsini və çatdırılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, əmrin surəti iddiaçıya əmək müqaviləsinin ləğv edilməsindən bu günə kimi verilmədiyindən, qanunvericiliyin tələbləri cavabdeh tərəfindən kobud surətdə pozulmuşdur. Halbuki, iddiaçı dəfələrlə idarədə olmuş və ona belə bir əmrin mövcud olması barədə məlumat verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, 21.11.2019-cu il tarixli Akt əhəmiyyətsizdir və əsassızdır. Beləki, qanunverici işdən çıxan şəxsin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməsini nəzərdə tutsada, sənədləri almaqdan imtina barədə Akt 21.11.2019-cu il tarixdə tərtib edilmişdir. Bundan başqa, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, əmrin tərtibi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə isə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş ƏM-nin müvafiq maddəsi göstərilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin 201 saylı əmrində isə, əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş ƏM-nin müvafiq maddəsi göstərilmiş olduğu halda, əmək müqaviləsinin hansı əsasla ləğv edilməsi əmrdə öz əksini tapmamışdır. Həmçinin qeyd olunmalıdır ki, əmrin tərtib edildiyi tarix əmrdə göstərilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Ona görə ki, göründüyü kimi İddiaçı əmək müqaviləsinə xitam verilməsinin həm faktiki, həm də hüquqi əsası yoxdur. Belə ki, cavabdeh-işəgötürənin ƏM-nin 74-cü maddəsinin “c” bəndinə istinad etsə də, pozuntunun nədən ibarət olması və nə də ifadə olunması və belə halların təsdiqinə dair hər hansı fakta istinad olunmur. Belə ki, tibbi arayışlardan və bülletendən (əmək qabiliyyətinin müvəqqəti itirilməsi) aydın olur ki, iddiaçı üzrlü səbəbdən, səhhəti ilə əlaqədar işdə olmamışdır və bu 6 (altı) aydan az müddəti əhatə etmişşdir. Odur ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə dair əmrdə göstərilən hallar faktiki olaraq mövcud olmayan dəlillər olub, iddiaçının əmək müqaviləsinin ləğv edilməsi üçün süni əsaslar yaradılmasından ibarətdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin faktiki və hüquqi əsası yoxdur. Buna görə də iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 74-cü maddəsinin “c” bəndi ilə nəzərdə tutulmuş ləğv edilmə əsasları olmadan xitam verildiyindən, cavabdeh 153 saylı Körpələr Evi-Uşaq Bağçasının 201saylı, 15.11.2019-cu il tarixli (əmrin tarixi əmrdə göstərimədiyindən əmək kitabçasında qeyd olunan tarixə istinad olunur) əmri ləğv edilərək, 15.11.2019-cu il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı cavabdeh 153 saylı Körpələr Evi-Uşaq Bağçasında tutduğu əvvəlki vəzifəsinə bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və əsaslı olan iddia tələbi, iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, iddia ərizəsinin məzmunundan, iddiaçının izahatından və işin digər materiallarından aşkar surətdə göründüyü kimi, iddiaçı işdən azad olunması barədə əmrin surətini almadığından, əmək müqaviləsinin ləğv edilməsinin əsasını bilməmiş, buna görə də, iddiaçı cavabdeh tərəfindən əmrin surəti ona verilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin materiallarından isə görünür ki, hazırki iş üzrə mövcud olan iddia ərizəsi 19.11.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddia müddəti fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən başlandığından, hüququnun pozulmasının aşkar edildiyi gün isə - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün hesab edildiyindən, əmrin surəti isə iddiamıya təqdim edilmədiyindən, məhkəmə iclasında iddiaçıya təqdim edildiyindən, bununla da iddia müdəti iddiaçı tərəfindən ötürülmədiyindən, cavabdehin nümayəndəsi-vəkilinin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmədiyindən, mübahisə tərəfi olan cavabdehin nümayəndəsi-vəkili iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiadan imtina edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi,əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Odur ki, İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verildiyindən, iddia tələbi təmin edilməli, “153 saylı Körpələr Evi-Uşaq Bağçasının 201 saylı, 15.11.2019-cu il tarixli(əmrin tarixi əmrdə göstərimədiyindən əmək kitabçasında qeyd olunan tarixə istinad olunur), əmri ləğv edilməli, İddiaçı işə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ : İddia tələbi təmin edilsin. Cavabdeh 153 saylı Körpələr Evi-Uşaq Bağçasının 201 saylı, 15.11.2019-cu il tarixli (əmrin tarixi əmrdə göstərimədiyindən əmək kitabçasında qeyd olunan tarixə istinad olunur) əmri ləğv edilsin. İddiaçı 153 saylı Körpələr Evi-Uşaq Bağçasında əvvəlki vəzifəsinə bərpa edilsin. 153 saylı Körpələr Evi-Uşaq Bağçası tərəfindən məcburi işburaxmaya müddəti üzrə 15.11.2019-cu il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar