Məhkəmə qərarları › İş №e-2(3-6)-4245/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4245/2026

08.09.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4245/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı İsayeva Şəbnəm Nəriman qızının cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və cavabdeh2 qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, maddi və mənəvi zərərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-**/**** nömrəli qətnaməsindən iddiaçı İsayeva Şəbnəm Nəriman qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İsayeva Şəbnəm Nəriman qızı cavabdehlər cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün işə bərpa olunduğu günədək əmək haqqının, ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq kompensasiyanın və məhkəmə xərclərinin hesablanıb cavabdeh cavabdeh2 tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı İsayeva Şəbnəm Nəriman qızı iddia tələbinin həcminin artırılması və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cavabdeh qismində işə cəlb edilməsinə dair ərizə təqdim edərək, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün işə bərpa olunduğu günədək əmək haqqının, ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq kompensasiyanın və məhkəmə xərclərinin hesablanıb cavabdeh cavabdeh2 tərəfindən ona ödənilməsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ##.##.2025 tarixli, ****/Ü saylı əmrinin etibarsız hesab edilməsi və əmrin əsasında keçirilmiş müsahibənin nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində “apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində mübahisələndirilən qətnamənin tarixi “##.##.2026-ci il” göstərilmişdir. Halbuki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi iş materiallarında mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-**/**** nömrəli qətnaməsindən iddiaçı İsayeva Şəbnəm Nəriman qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar