Məhkəmə qərarları › İş №2(3-9)-874/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-874/2026

22.09.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-874/2026 22.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X4 və X9 ibarət tərkibdə, məhkəmə katibi Əhmədli Murad İlham oğlunun, iddiaçı İddiaçı və cavabdehin təmsilçisi – direktoru Vəkil/Nümayəndə iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Sabirabad şəhər M.Müşfiq adına * nömrəli tam orta məktəbinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ##.##.2018-ci il tarixdən Sabirabad şəhər M.Müşfiq adına * nömrəli tam orta məktəbdə təsərrüfat müdiri vəzifəsində işləmiş, məktəbin ## ###### 2023-cü il tarixli, ** nömrəli əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon M.Müşfiq adına * nömrəli tam orta məktəb tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ##.##.2023-cü il tarixli ** saylı əmrin ləğv edilərək onun əvvəlki işinə – təsərrüfat müdiri vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: işlədiyi müddət ərzində bir işçi kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək müdiriyyət tərəfindən heç bir irad, töhmət almamışdır. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsinə dair məktəb tərəfindən verilmiş ##.##.2023-cü il tarixli əmri qanunsuz və əsassız hesab edir. Hesab edir ki, həmin əmr ləğv edilməli və o, əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxmaya görə də ona əmək haqqı ödənilməlidir. Belə ki, o, ## ###### 2023-cü il tarixdən ##.##.2023-cü il tarixə kimi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında TTTYS tərəfindən “Mədə bağırsaq disfunksiyası” diaqnozu əsasında tibbi yardım göstərilməklə ev şəraitində müalicə almışdır. Birinci instansiya məhkəməsində cavabdehin təmsilçisi iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Sabirabad Rayon Məhkəməsinin (hakim C.Cəfərov) ## ### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Sabirabad şəhər M.Müşfiq adına * nömrəli tam orta məktəbinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, işlədiyi müddət ərzində bir işçi kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş və müdiriyyət tərəfindən heç bir töhmət almamışdır. Direktor vəzifələrinin səlahiyyətlərini müvəqqəti icra edən Nigar Cahangirova tərəfindən verilmiş ##.##.2023-cü il tarixli əmri qanunsuz və əsassız hesab edir. Belə ki, ##.##.2023-cü ildən ##.##.2023-cü il tarixinədək Sabirabad RMX TTTYS tərəfindən “Mədə bağırsaq disfunksiyası” diaqnozu ilə tibbi yardım göstərilməklə ev şəraitində ambulator müalicədə olmuşdur. Barəsində əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini 7 gün sonra bilmiş (xəbər tutmuş), bundan sonra dərhal hüquqi məsləhətə əsasən iddiasını hazırlayıb Şirvan İnzibati Məhkəməsinə təqdim etmişdir. Həmin iddia uzun müddət həmin məhkəmədə icraatda olmuş və daha sonra məsələyə rayon məhkəməsində baxılmalı olması bildirilmişdir. Bu baxımdan iddia ərizəsi geri qaytarılmış və müvafiq olaraq Sabirabad Rayon Məhkəməsinə müraciət olunması tövsiyə olunmuşdur. Bundan sonra mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Şikayətə görə, ##.##.2023-cü ildən ##.##.2023-cü il tarixinədək Sabirabad RMX TTTYS tərəfindən “Mədə bağırsaq disfunksiyası” diaqnozu ilə tibbi yardım göstərilməklə ev şəraitində ambulator müalicədə olunmasını təkzib edəcək hər hansı sübut təqdim olunmamışdır. Ümumiyyətlə cavabdeh məhkəmədə iştirak etməmişdir. Bundan başqa, işçinin işdən azad olunması barədə əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə verilsə də, əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun olmamışdır. Yəni, əmrdə əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. İzahatlar Apellyasiya baxışında iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, əvvəllər təhsil sahəsində müxtəlif işlərdə işləmişdir. Fəxri adla təltif olunmuşdur. 2018-ci ildə Sabirabad rayonu, M.Müşfiq adına 4 Saylı tam orta məktəbinə təsərrüfat müdiri vəzifəsinə təyin olunmuşdur. İşdən çıxarıldığı ərəfədə xəstə olmuşdur. Bu barədə müvafiq arayışı da təqdim etmişdir. Ona 4, 5, # ###### 2023-cü il tarixlərdə tibbi yardım göstərilmişdir. Amma xəstəlik vərəqəsi açılmamışdır. Onun iş vaxtı içkili olması barədə iddiaları isə əsassız sayır. Cavabdeh Sabirabad şəhər M.Müşfiq adına * nömrəli tam orta məktəbin direktoru Vəkil/Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçının işdə olmadığını təsdiq edən sübutlar davamiyyət jurnalı və müvafiq aktlardır. Əsaslandırma Məhkəmə Kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı ##.##.2018-ci il tarixdən Sabirabad şəhər M.Müşfiq adına * nömrəli tam orta məktəbdə təsərrüfat müdiri vəzifəsində işləmişdir. ## ###### 2023-cü il tarixli, ** nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bu barədə müvafiq qeydlər əmək kitabçasında aparılmışdır. Sabirabad şəhər M.Müşfiq adına * nömrəli tam orta məktəbin direktorunun (əvəzinin) ## ###### 2023-cü il tarixli ** nömrəli əmrindən görünür ki, məktəbin təsərrüfat müdiri X2 - Əmək funksiyasını yerinə yetirməyərək, əmək vəzifələrini kobud şəkildə pozduğu üçün ## ###### 2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tələbində cavabdeh Sabirabad rayon M.Müşfiq adına * nömrəli tam orta məktəb tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ##.##.2023-cü il tarixli ** saylı əmrin ləğv edilərək onun əvvəlki işinə təsərrüfat müdiri vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinəyetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;... Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun;... Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; ... Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186.1 İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər; Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; Maddə 300.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya məhkəməsinin mövqeyi ## ###### 2023-cü il tarixli, ** nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Əmrdən görünür ki, məktəbin təsərrüfat müdiri olan iddiaçı Əmək funksiyasını yerinə yetirməyərək əmək vəzifələrini kobud şəkildə pozduğu üçün onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmişdir. (Əsas: Sabirabad şəhər M.Müşfiq adına * nömrəli tam orta məktəbin Həmkarlar Komitəsinin ## ###### 2023-cü il tarixli qərarı və Əmək Məcəlləsinin 70-ci maddənin "ç" bəndi). Mahiyyət etibarı ilə əmrin verilməsinə əsas iddiaçının ## ###### 2023-cü il tarixdən ## ###### 2023-cü il tarixədək olan müddət ərzində üzrsüz səbəblərdən işə gəlməməsi olmuşdur. Təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının işdə olmaması ilə bağlı aktlar tərtib edilmişdir. Məktəb direktoru F.Quliyeva, direktor müavini N.Cahangirova, təşkilatçı müavin D.Ağayeva tərəfindən imzalanmış ##.##.2023-cü il tarixli akta görə, məktəbin təsərrüfat müdiri X2 ##.##.2023-cü il tarixdə işdə hesab olunduğu vaxtda həmin tarixdə işdə olmayıb. Məktəb direktoru F.Quliyeva, direktor müavini N.Cahangirova, təşkilatçı müavin D.Ağayeva, müəllimlər A.Salayeva və N.Əsgərova tərəfindən imzalanmış ##.##.2023-cü il tarixli aktda göstərilmişdir ki, məktəbin təsərrüfat müdiri X2 vaxtında işdə olmadığı üçün məktəbin sinif otaqlarında natəmizlik baş alıb gedir. Buna sübut olaraq ##.##.2023 və ##.##.2023-cü il tarixlərini göstərmək olar. Məktəb direktoru F.Quliyeva, direktor müavini N.Cahangirova, təşkilatçı müavin D.Ağayeva tərəfindən imzalanmış ##.##.2023-cü il tarixli aktdan müəyyən olunur ki, məktəbin təsərrüfat müdiri X2 ##.##.2023-cü il tarixdə heç bir üzrlü səbəb olmadan bütün iş günü iş yerinə gəlməmişdir. Məhkəmədə məktəb üzrə işçilərin davamiyyət jurnalına baxış keçirilmişdir. Həmin jurnalda ##.##.2023-cü il tarixdən sonra E.Bünyatovun işdə olmasını təsdiq edən imza qoyulmadığı da görünür. Məktəb direktoru F.Quliyeva, direktor müavini N.Cahangirova, təşkilatçı müavin D.Ağayeva, müəllimlər N.Əsgərova və Ə.Gözəlov tərəfindən imzalanmış ##.##.2023-cü il tarixli aktdan müəyyən olunur ki, məktəbin təsərrüfat müdiri X2 işə içkili vəziyyətdə gəlmişdir. Sənədlərdən o da müəyyən edilir ki, Sabirabad şəhər M.Müşfiq adına * nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini icra edən N.Cahangirova, məktəbin təsərrüfat müdiri X2 işə içkili vəziyyətdə gəlməsi barədə 102 qaynar xəttə müraciəti ilə bağlı məlumat verilməsi üçün AR ET Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayon Təhsil Sektoruna müraciət etmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, məktəbin təsərrüfat müdiri X2 uzun müddətdir heç bir səbəb olmadan işə gəlmir. Dəfələrlə xəbərdarlıq edilməsinə evinə məktub göndərilməsinə və bununla bağlı barəsində müvafiq aktlar tərtib edilməsinə baxmayaraq o, işə çıxmamaqda davam etmişdir. ##.##.2023-cü il tarixdə isə işə içkili vəziyyətə gəlmiş, bu hal əvvəllər də baş vermiş, bu barədə akt tərtib edilmişdir. E.Bünyadovun əmək intizamını mütəmadi pozması məsələsinin məktəb həmkarlar təşkilatında müzakirə edilməsi xahiş edilmişdir. Müəyyən edilir ki, işə çıxmaması ilə əlaqədar Sabirabad şəhər M.Müşfiq adına * nömrəli tam orta məktəbin təsərrüfat müdiri X2 izahatı alınmış, izahatında o, bildirmişdir ki, 5, 6, 7 dekabr tarixlərində xəstə olduğu üçün işdə olmamış, həmin vaxt xəstəxanaya – təcili yardıma müraciət etmişdir. Həmçinin bildirmişdir ki, işə içkili vəziyyətdə gəlməmişdir. Sabirabad şəhər M.Müşfiq adına * nömrəli tam orta məktəbdə ## ###### 2023-cü il tarixdə ilk Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağı keçirilmiş, Sabirabad şəhər M.Müşfiq adına * nömrəli tam orta məktəbin direktorunun 08 dekabr 2023-cü il tarixli təqdimatı, çıxışlar və təqdim edilmiş digər təsdiq edici sənədlər nəzərə alınaraq, Sabirabad şəhər M.Müşfiq adına * nömrəli tam orta məktəbin direktorunun əmək müqaviləsinin AR ƏM 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi ilə bağlı ##.##.2023-cü il tarixli təqdimatı təmin edilmiş, təqdimatda göstərilən ciddi nöqsan və çatışmalıqları nəzərə alaraq Sabirabad şəhər M.Müşfiq adına * nömrəli tam orta məktəbin təsərrüfat müdiri X2 əmək müqaviləsinin AR ƏM 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilmişdir. AR DİN Sabirabad Rayon Polis Şöbəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Sabirabad şəhər M.Müşfiq adına * nömrəli tam orta məktəbin təsərrüfat müdiri X2 həmin məktəbdə içkili halda nalaiq ifadələr işlətməsi ilə bağlı aparılmış araşdırma nəticəsində E.Bünyadov AR İXM-nin 510-cu maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Kollegiya hesab edir ki, mübahisələndirilən əmrin qanunsuz sayılması üçün əsas yoxdur. Əmr verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. İşçinin əmək vəzifələrini kobud şəkildə pozması müəyyən edilir. İddiaçının bir neçə gün heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi müəyyən edilmişdir. Bununla bağlı məsələ həmkarlar ittifaqı təşkilatında müzakirə edilmiş, işçinin izahatı alınmışdır. İddiaçı izahatında bildirmişdir ki, o, xəstələnməsi ilə əlaqədar təcili tibbi yardıma müraciət etmişdir. Ona 4, 5, # ###### 2023-cü il tarixlərdə tibbi yardım göstərilmişdir. Bu barədə müvafiq arayışı təqdim etmişdir. İddiaçının ## ###### 2023-cü il tarixdə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında TTTYS şöbəsinə çağırış etməsi barədə arayış iş materiallarına əlavə edilmişdir. Həmin arayışda qeyd edilmişdir ki, X2 “Mədə bağırsaq disfunksiyası” diaqnozu ilə müvafiq tibbi yardım göstərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı özü işəgötürənə verdiyi izahatlarında 5, 6, 7 dekabr tarixlərində xəstə olduğu üçün işdə olmadığını bildirmişdir. Bununla yanaşı, iddiaçı həmin vaxtlarda əmək qabiliyyətini itirdiyi və ya işdən azad olunmasına əsas olan xəstəlik kağızı təqdim etməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının tələbi əsassızdır. İddiaçı apellyasiya şikayətində və izahatında xəstə olduğunu -## ###### 2023-cü il tarixdən ##.##.2023-cü il tarixə kimi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında TTTYS tərəfindən “Mədə bağırsaq disfunksiyası” diaqnozu əsasında tibbi yardım göstərilməklə ev şəraitində müalicə aldığını, bu barədə arayış təqdim etdiyini bildirmişdir. Lakin iddiaçı həmin vaxtlarda (2023-cü ilin dekabr ayında) əmək qabiliyyətini itirdiyi barədə sübut və ya işdən azad olunmasına əsas olan xəstəlik vərəqi təqdim etməmişdir. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas deyil, odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası,

qət etdi:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar