Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1263/2023 22.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1984-cü ilin sentyabr ayından 1985-ci ilin iyun ayının sonuna qədər Zəngilan rayonunun Muğanlı kənd “22-ci Partiya Qurultayı” adına kolxozda kolxozçu işləməyi barədə hüquqi faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1984-cü ilin sentyabr ayından 1985ci ilin iyun ayının sonuna qədər Zəngilan rayonunun Muğanlı kənd “22-ci Partiya Qurultayı" adına kolxozda kolxozçu işləmişdir. 1985-ci ilin sentyabr ayında Sumqayıt Tibbi məktəbinə qəbul olunmuşdur, 1987-ci ildə oranı bitirib tibb bacısı peşəsinə yiyələnmişdir. xx.xx.1987ci il tarixdən xx.xx.1994-cü il tarixə qədər Zəngilan rayonu Şayiqli sahə xəstəxanasında tibb bacısı vəzifəsində işləmişdir. xx.xx.1994-cü il tarixdən hal-hazıra qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitunun irinli tavmotologiya şöbəsində tibb bacısı vəzifəsində işləyir. Hazırda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. Əmək stajı hesablanarkən stajının çatmaması səbəbindən imtina olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, yuxarıda göstərdiyi kimi 1984-cü ilin sentyabr ayının 1-dən 1985-ci ilin iyun ayının sonuna qədər Zəngilan rayonunun Muğanlı kənd “22-ci Partiya Qurultayı” adına kolxozda kolxozçu işləmişdir. Lakin həmin müddət əmək kitabçasına qeyd edilməmişdir. Həmin dövrdə onunla bərabər X11, X4 və başqaları da işləmişdir. Həmin şəxslər onlarla birlikdə həmin kolxozda işlədiyini təsdiq edə bilərlər. O, Zəngilan rayon Dövlət Arxivinə müraciət etmişdir. Arxiv idarəsindən arayış verilərək göstərilmişdir ki, Zəngilan rayonu xx.xx.1993-cü il tarixdə erməni silahlı birləşmələri tərəfindən işğal olunduğuna görə arxiv sənədləri işğal bölgəsində qalmış, həmin səbəbdən heç bir idarə müəssisənin o cümlədən Zəngilan rayonu Muğanlı kənd “22-ci qurultay” kolxozunun sənədəri arxivə daxil olmamışdır. İş stajı barədə sənədi başqa qaydada ala bilmədiyinə görə məhkəməyə müraciət edir. O, adıçəkilən kolxozda işləyərək əmək haqqını həm pul, həm də natura şəklində arpa, buğda şəklində almışdır. Maraqlı şəxs məhkəməyə ərizəyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi xx.xx.1984-cü il tarixdən 1985-ci ilin iyun ayının sonunadək “Zəngilan rayonunun Muğanlı kənd "22-ci Partiya Qurultayı adına kolxoz” da kolxozçu vəzifəsində fasiləsiz olaraq işlədiyini və əmək haqqı aldığını iddia edir. Ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün Mərkəzi filiala müraciət etmişdir. Lakin onun əmək fəaliyyətini təsdiq edən sənədlərin olmaması səbəbindən, müraciətinin müsbət həlli mümkün olmamışdır. Bundan sonra Ərizəçi xx.xx.1984-cü il tarixdən 1985-ci ilin iyun ayının sonunadək Zəngilan rayonunun Muğanlı kənd “22-ci Partiya Qurultayı” adına kolxozda işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 17-ci bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: Ən azı iki nəfər şahid olmalı: Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli): Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında da öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Mərkəzi filial tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********3 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirir ki, Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, ərizəçinin zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət stiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun. Ərizəçinin Mərkəzi Filiala təqdim etdiyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X18 ərizəçiyə dair xx.xx.2022-ci il tarixli 298 nömrəli arayışında qeyd olunan işlədiyi vəzifələrin yuxarıda göstərilmiş Qərar ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması barədə hər hansı məlumat göstərilmədiyi üçün ərizəçinin güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Eyni zamanda ərizəçinin təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (19 il 11 ay 16 gün (xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən ərizəçinin 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ərizəçiyə münasibətdə 40320,00 manat hesablandığı halda, ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18.598,83 manat təşkil edirdi. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi filial tərəfindən Ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. xx.xx.1984-cü il tarixdən 1985-ci ilin iyun ayının sonunadək Zəngilan rayonunun Muğanlı kənd “22-ci Partiya Qurultayı adına kolxoz” da hazırki iş üzrə ərizəçinin işləməsi faktının təsdiq edilməsi yalnız Ərizəçi ilə eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkündür. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarında qeyd olunmuşdur ki, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə ən azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən, ərizəçi G. Həsənovanın işlədiyi illərin qanunvericiliyin tələblərinə uyğun gəlməyərək, 20 illik sığorta stajından az olması və ərizəçinin pensiya kapitalı məbləğinin ona nisbətdə tələb olunan məbləğdən aşağı olması aşkardır. X8 maraqlı şəxs qismində Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı cəlb edilmiş “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair 2(001)-1263/2023 nömrəli iş üzrə ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsində göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi etirazda göstərilən məzmunda izahat verərək, ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə eyni rayonda, Zəngilan rayonunda yaşamış, həm də eyni yerdə işləmişdir. Belə ki, o, xx.xx.1978-ci il tarixdə Partiyanın “XXİİ Qurultayı” adına kolxozuna kolxoz üzvlüyünə qəbul edilmiş,xx.xx.1984-cü il tarixdə isə kolxoz üzvlüyündən azad edilmişdir. 1984-cü ilin sentyabr ayının əvvəlindən Gilə də onlarla birlikdə kolxozçu işləmişdir. Çünki, Gilə həmin vaxt universitet imtahanından kəsilmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə iş yoldaşı olmuşdur. Belə ki, o, xx.xx.1972-ci il tarixdə Partiyanın “XXİİ Qurultayı” adına kolxozuna kolxoz üzvlüyünə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə isə Zəngilan rayonunun işğalı ilə əlaqədar kolxoz üzvlüyündən azad edilmişdir. Gilə 1984-cü ilin sentyabr ayından 1985-ci ilin iyun ayının sonuna qədər onlarla birlikdə işləmişdir. 1985-ci ildə Gilə tibb məktəbinə daxil olduğu üçün kolxoz üzvlüyündən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə iş yoldaşı olmuşdur. O, 1954-cü ildən xx.xx.1990-ci il tarixinədək fasiləsiz olaraq “XXİİ Partiya Qurultayı” kolxozunda kolxozçu işləmişdir. Gilə isə təxmini 1984-cü ilin sentyabr ayından 1985-ci ilin iyun ayının sonuna qədər onlarla birlikdə işləmişdir. 1985-ci ildə Gilə tibb məktəbinə daxil olduğu üçün kolxoz üzvlüyündən çıxmışdır. 1 ilə yaxın Gilə kolxozda işləmişdir. O, hazırda əmək pensiyası alır. İş materiallarında olan: AA177125 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Həsənova X14 rayonundan məcburi köçkün olmaqla Binəqədi rayonunda məskunlaşmışdır. KT 018799 nömrəli diplomun surətindən görünür ki, X15 1985-ci ildə Sumqayıt Tibb məktəbinə daxil olmuş, 1987-ci ildə tibb bacısı ixtisası üzrə tam kursu bitirmişdir. Vİ-ЖГ 290925 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X15 arasında nikah xx.xx.1989-cu il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Ərizəçi xx.xx.1987xx.xx.1994-cü il tarixlərdə Zəngilan rayonu Şayiqli sahə xəstəxanasında tibb bacısı vəzifəsində, xx.xx.1994-cü il tarixdən hal-hazıra qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitunda tibb bacısı vəzifəsində işləyir. “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstititu” X22 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 298 nömrəli arayışın surətindən görünür ki, Ərizəçi həqiqətən də xx.xx.1994-cü il tarixdən xx.xx.2018-cı il tarixə kimi Azərbaycan Elmi- Tədqiqiat Travmatologiya inistitutuda irinli yaralar şöbəsində, xx.xx.2018-ci il tarixdən halhazıra kimi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-də Əl cərahiyyəsi və yaralar şöbəsində tibb bacısı vəzifəsində işləyir. “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstititu” X18 Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 306 nömrəli məktubunun surətindən görünür ki, X22 tərəfindən Ərizəçi təqdim edilmiş 298 saylı xx.xx.2022-ci il tarixli arayışda bildirilmişdir ki, adı çəkilən şəxs xx.xx.1994-cü il tarixdən xx.xx.2018-ci il tarixə kimi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" X18 irinli yaralar şöbəsində, xx.xx.2018-ci il tarixdən hal-hazıra kimi Əl cərrahiyyəsi və yaralar şöbəsində tibb bacısı vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında Ərizəçi X22də fəaliyyətinə dair müvafiq kodun müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanın səlahiyyətinə aid olduğu üçün tərəflərindən göstərilməsi mümkün deyildir. Zəngilan rayon dövlət arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin o cümlədən Zəngilan rayon Muğanlı kənd “22-ci qurultay” kolxozunun sənədləri arxivə daxil olmadığı üçün Ərizəçi sorğusu cavablandırıla bilinmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X10 Gilə Oruc qızına ünvanladığı xx.xx.2022-ci il tarixli “güzəştli şərtlərlə pensiya təminatından imtina” haqqında məktubdan görünür ki, sonuncunun müraciətinə baxılmış və bildirilmişdir ki, təqdim edilmiş “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X13 dair xx.xx.2022-ci il tarixli 298 nömrəli arayışında qeyd olunan işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın siyahısında nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması barədə hər hansı məlumat göstərilmədiyi üçün güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Eyni zamanda təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 11 ay 16 gün (xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixində fərdi Hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18598,83 manat təşkil edirdi. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. AZE ******* nömrəli əmək kitabçasından görünür ki, X2 xx.xx.1972-ci il tarixdə Partiyanın “XXİİ Qurultayı” adına kolxozuna kolxoz üzvlüyünə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə isə Zəngilan rayonunun işğalı ilə əlaqədar kolxoz üzvlüyündən azad edilmişdir. AZE ******* nömrəli əmək kitabçasından görünür ki, X5 xx.xx.1978-ci il tarixdən Partiyanın “XXİİ Qurultayı” adına kolxozuna kolxoz üzvlüyünə qəbul edilmiş,xx.xx.1984-cü il tarixdə isə kolxoz üzvlüyündən azad edilmişdir. 102 nömrəli Kolxozçunun əmək kitabçasından görünür ki, X3 1954-cü ildən xx.xx.1990-ci il tarixinədək “XXİİ Partiya Qurultayı” kolxozunda kolxozçu işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X1 ilkin pensiya təyinatı Zəngilan rayonunda aparılıb. Zəngilan rayonunun xx.xx.1993-cü il tarixli işğalı ilə əlaqədar olaraq vətəndaşın həmin tarixdən əvvəlki pensiya təyinat tarixi, pensiya materialları və sığorta stajını müəyyən etmək mümkün olmayıb. xx.xx.1993-cü il tarixindən bərpa edilmiş pensiya sənədlərinə əsasən əmək kitabçasının çıxarışından vətəndaşın 1954-cü il tarixindən xx.xx.1990-ci il tarixinədək fasiləsiz olaraq keçmiş “XXİİ Partiya Qurultayı” kolxozunda işləməsi faktı müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.1-ci və 13.4-cü bəndlərində göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2- 1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki, ərizəçi 1984-cü ilin sentyabr ayından 1985-ci ilin iyun ayının sonuna qədər Zəngilan rayonunun Muğanlı kəndində Partiyanın “XXİİ Qurultayı” adına kolxozda kolxozçu işləmiş, lakin əmək kitabçasında bununla bağlı müvafiq qeydlər aparılmamış, daha sonra da məlum hadisələrlə bağlı ərizəçi yaşadığı rayonu məcburi şəkildə tərk etmişdir. Ərizəçi, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etsə də, sonuncu tərəfindən ərizəçinin güzəştli iş stajının müəyyən edilməməsi səbəbi ilə ona pensiya təyin etməyin mümkün olmadığı bildirilmişdir. Məhkəmə iclasında dindirilən şahidlər ərizəçinin 1984-cü ilin sentyabr ayından 1985-ci ilin iyun ayının sonuna qədər Zəngilan rayonunun Muğanlı kəndində Partiyanın “XXİİ Qurultayı” adına kolxozda kolxozçu işləməsi faktını təsdiq etmişlər. Həmin şahidlərin Partiyanın “XXİİ Qurultayı” adına kolxozda kolxozçu işləmələri onların əmək kitabçaları ilə təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Zəngilan rayonunda 1984-cü ilin sentyabr ayından 1985-ci ilin iyun ayının sonuna qədər Partiyanın “XXİİ Qurultayı” adına kolxozda kolxozçu işləməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1984-cü ilin sentyabr ayından 1985-ci ilin iyun ayının sonuna qədər Zəngilan rayonunda Partiyanın “XXİİ Qurultayı” adına kolxozda kolxozçu işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1263/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1263/2023
22.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver