Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1293/2021 18.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Rusiya Federasiyasının vətəndaşı, Yaroslavl Vilayəti, Yaroslavl şəhəri, Zelinsk küçəsi, ev 1/9, m 5, otaq 5 ünvanında yaşayan, azərbaycanlı, İddiaçı etibarnamə üzrə nümayəndəsi (qardaşı) X12 xx.xx.2020-cil tarixdə 21saylı Notariat Ofisində satıcı X1 ünvan 2 ünvanında yerləşən mənzili alqı-satqı vasitəsi ilə dəyərini ödəməklə almışdır. Alğı-satqı müqaviləsində qeydiyyatdan çıxmaq üçün xx.xx.2020-ci il tarixədək müddət müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestrindən********** saylı, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ev İddiaçı mülkiyyətindədir. Lakin mənzildə qeydiyyatda olanlar qeydiyyatdan çıxmış olsalar da mənzilin keçmiş sahibinin qardaşı olan Cavabdeh hələ də mənzildən qeydiyyatdan çıxmamışdır. Bu isə mülkiyyətçinin mülkiyyət hüquqlarını əsaslı şəkildə pozur, onun öz mənzilindən sərbəst formada istifadə etməsinə maneçilik yaradır. Qeydiyyatda olan şəxs xarici ölkənin vətəndaşlığını qəbul etdiyindən bu barədə aidiyyəti üzrə Miqrasiya Xidmətinə də müraciət edilmiş, lakin xidmətin xx.xx.2020ci il tarixli cavab məktubunda Binəqədi rayon polis idarəsinə müraciət edilməsi bildirilmişdir.Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda isə həmin şəxsin onlar tərəfindən qeydiyyatdan çıxarılmasının mümkün olmadığı bildirilmişdir.Bundan sonra tərəfimizdən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya ldarəsinə müraciəl edilmiş, həmin idarənin xx.xx.2020-ci il tarixli məktubu ilə məhkəməyə müraciət etməyimiz tövsiyyə edilmişdir. Yalnız məhkəmə gərarı ilə həmin şəxsin qeydiyyaldan çıxarılmasının mümkün olması bildirilmişdir. Həmçinin keçmiş ev sahib X3 qardaşı ilə əlaqə saxlayaraq, onun hazırda Rusiya Federasiyasında qeydiyyatda olduğu yer üzrə məlumat barədə arayış göndərməsini xahiş etmişdir. Həmin şəxs qeydiyyatda olması barədə arayış və sənədlərin surətini göndərmişdir.Həmin sənəddən məlum olur ki, cavabdeh xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh xx.xx.2008-ci il tarixindən X6 vilayətində qeydiyyatda olmaqla, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi, vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan : X3 ilə İddiaçı arasında bağlanan xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, N.Həşimi küçəsi, 5075 məhəllə ünvanında yerləşən 2 saylı evin ümumi sahəsi 59.75 kv.m olan 36 nömrəli mənzilini İddiaçı mülkiyyətinə vermişdir Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı X3 xx xxxxx 2020-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Göstərilən alqı-satqı müqaviləsi əsasında həmin mənzilə dair İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li çıxarışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, N.Həşimi küçəsi, 5075 məhəllə, 2 saylı evin 36 nömrəli mənzilində qeydiyyatdadır. Cavabdeh əvəzinə X4 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh, qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, N.Həşimi küçəsi, 5075 məhəllə, 2 saylı evin 36 nömrəli mənzilinin satılmasına etiraz etmir, gələcəkdə bununla bağlı iddia tələbi olmayacaq. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən X5 verilən xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, N.Həşimi küçəsi, 5075 məhəllə, 2 saylı evin 36 nömrəli mənzilində qeydiyyatda olan qardaşının Cavabdeh ərizəsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinə zidd olduğu üçün mümkün deyildir. Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatdan çıxarılmasına əsas verən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı aidiyyəti polis orqanına daxil olduğu təqdirdə onun qeydiyyatdan çıxarılması məsələsinə baxılacaqdır. xx xxxx 2020-ci il tarixli ünvan qeydiyyatı haqqında №3765150 saylı arayışdan görünür ki, Cavabdeh oğlu Moskva şəhəri, Yana Raynisa bulvarı, ev 39, mənzil 369 ünvanında qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli, **********07 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı X3 arasında xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalanmışdır. Mənzilin satıcısı xx.xx.2020-ci il tarixədək qeydiyyatdan çıxmaq barədə öhdəlik götürüb, qeydiyyatdan çıxmışdır. Lakin mənzildə qeydiyyatda olan Cavabdeh mənzilin satılmasına razılıq versə belə, həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Hal-hazırda Cavabdeh Moskva şəhəri, Yana Raynisa bulvarı, ev 39, mənzil 369 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddənin məzmunundan göründüyü kimi mülkiyyət hüququ özündə 3 elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını birləşdirir. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mənzil iddiaçının mülkiyyətində olduğundan, mənzil satılarkən satıcı xx.xx.2020-ci il tarixədək həmin mənzildən çıxmağı öhdəsinə götürdüyündən, mənzildə qeydiyyatda olan digər cavabdeh mənzilin satılmasına etiraz etmədiyindən, cavabdeh faktiki olaraq könüllü şəkildə mübahisəli mənzildən çıxaraq başqa ünvanda yaşamaqla formal olaraq qeydiyyatda qalması iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır və bu səbəbdən cavabdehin mübahisəli mənzildə istifadə hüququ qala bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, N.Həşimi küçəsi, 5075 məhəllə, 2 saylı evin 36 nömrəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, N.Həşimi küçəsi, 5075 məhəllə, 2 saylı evin 36 nömrəli mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1293/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1293/2021
18.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver