Məhkəmə qərarları › İş №2(001)-1307/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1307/2024

12.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1307/2024 12.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə məhkəmə baxışı zamanı tərəflər xx.xx.2024-cü il tarixdə tərtib etdikləri, xx.xx.2024-cü il tarixdə imzaladıqları barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki işlə bağlı iddia tələbi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. 881.3.Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə tərtib olunaraq, xx.xx.2024-cü il tarixdə imzalanmış barışıq sazişindən müəyyə olunur ki, bir tərəfdən İddiaçı ilə digər tərəfdən cavabdeh aşağıdakı şərtlər əsasında barışıq sazişi bağlamışlar: 1.Sazişin şərtləri: 1.1.Tərəflərin birgə nikahda olduğu dövrdə inşa edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən Korpus 20-də yerləşən fərdi yaşayış evi barədə razılığa gəldilər. 1.2.Tərəflər birgə nikah dövründə əldə edilmiş nəqliyyat vasitələri barədə razılığa gəldilər.

2. Tərəflərin öhdəlikləri: 2.1. İddiaçı birgə nikah dövründə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən Korpus 20-də tikilmiş fərdi yaşayış evi ilə bağlı mübahisənin razılşma yolu ilə həll edilməsi məqsədilə Cavabdeh tərəfindən verilmiş 10000 manat məbləğində pul almışdır. 2.2.İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən Korpus 20-də yerləşən fərdi yaşayış evi ilə bağlı iddia tələbindən imtina edir və gələcəkdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən Korpus 20-də yerləşən fərdi yaşayış evi ilə bağlı hər hansı bir iddia tələbi irəli sürməyəcəyini öhdəsinə götürür. 2.3.Cavabdeh birgə nikah dövründə əldə edilmiş nəqliyyat vasitələri ilə bağlı olaraq İddiaçı 1500 manat məbləğində pul vermişdir və qalan 8500 manat məbləğində pul verməyi öhdəsinə götürür. 2.4. Tərəflər 8500 manat məbləğində pulun hissə-hissə, hər ay 200 manat olaraq Cavabdeh tərəfindən ödənilməsi barədə razılığa gəldilər. 2.5. Cavabdeh qeyd edilən məbləği 42 ay müddətində tam ödəməyi öhdəsinə götürür.

3. Barışıq sazişinin hüquqi nəticələri: 3.1. Barışıq sazişi icra edilmədiyi halda barışıq sazişinin məcburi icra edilməsi üçün icra icraatı başlamaq üçün əsasdır. 3.2. Barışıq sazişinin təsdiq edilməsi mülki işin icraatına xitam verilməsi üçün əsasadır. 3.3.Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4.-cü maddəsinin tələbləri izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Maddə 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: Maddə 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, barışıq sazişinin şərtlərinin üçüncü şəxslərin maraqlarına toxunmamasını nəzərə alıb, barışıq sazişinin təsdiq edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ

İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair 2(001)-1307/2023 saylı mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda bağlanmış barışıq sazişi təsdiq edilsin: 1.Sazişin şərtləri: 1.1.Tərəflərin birgə nikahda olduğu dövrdə inşa edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən Korpus 20-də yerləşən fərdi yaşayış evi barədə razılığa gəldilər. 1.2.Tərəflər birgə nikah dövründə əldə edilmiş nəqliyyat vasitələri barədə razılığa gəldilər.

2. Tərəflərin öhdəlikləri: 2.1. İddiaçı birgə nikah dövründə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən Korpus 20-də tikilmiş fərdi yaşayış evi ilə bağlı mübahisənin razılşma yolu ilə həll edilməsi məqsədilə Cavabdeh tərəfindən verilmiş 10000 manat məbləğində pul almışdır. 2.2.İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən Korpus 20-də yerləşən fərdi yaşayış evi ilə bağlı iddia tələbindən imtina edir və gələcəkdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən Korpus 20-də yerləşən fərdi yaşayış evi ilə bağlı hər hansı bir iddia tələbi irəli sürməyəcəyini öhdəsinə götürür. 2.3.Cavabdeh birgə nikah dövründə əldə edilmiş nəqliyyat vasitələri ilə bağlı olaraq İddiaçı 1500 manat məbləğində pul vermişdir və qalan 8500 manat məbləğində pul verməyi öhdəsinə götürür. 2.4. Tərəflər 8500 manat məbləğində pulun hissə-hissə, hər ay 200 manat olaraq Cavabdeh tərəfindən ödənilməsi barədə razılığa gəldilər. 2.5. Cavabdeh qeyd edilən məbləği 42 ay müddətində tam ödəməyi öhdəsinə götürür.

3. Barışıq sazişinin hüquqi nəticələri: 3.1. Barışıq sazişi icra edilmədiyi halda barışıq sazişinin məcburi icra edilməsi üçün icra icraatı başlamaq üçün əsasdır. 3.2. Barışıq sazişinin təsdiq edilməsi mülki işin icraatına xitam verilməsi üçün əsasadır. 3.3.Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4.-cü maddəsinin tələbləri izah olunmuşdur. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə 2(001)- 1307/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar