Məhkəmə qərarları › İş №2(001)-1317/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1317/2021

06.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1317/2021 06.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “son haqq-hesabının və işdən çıxarılma muavinətinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 700 manat işdən çıxarılma muavinətinin, əlavə gündəlik 4 saat iş saatı üçün 1.050 manat pulun, cəmi 1.975 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş və ona iş üzrə əhəmiyyət kəsb edən bir sıra sənədlərin, o cümlədən cavabdehlə əmək münasibətlərində olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Bununla bağlı cavabdeh vaxt istəmiş və nəticədə məhkəmə iclası təxirə salınaraq, növbəti məhkəmə iclasının yeri və vaxtı barədə ona və cavabdeh tərəfə lazımi qaydada məlumat verilmişdir. Lakin buna baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə ümumiyyətlə nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin lazımi qaydada xəbərdar edilməsini nəzərə alıb, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinə əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir; 259.0.12-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. məhkəmə ərizəni baxılmamış saxlayır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində Cavabdeh MMC-dən 700 manat işdən çıxarılma muavinətinin, habelə əlavə gündəlik 4 saat iş saatı üçün 1.050 manat pulun, cəmi 1.975 manat pulun tutulmasını tələb etsə də, öz tələblərini əsaslandırdığı hallara dair ümumiyyətlə hər hansı sənəd, o cümlədən cavabdehlə əmək münasibətlərində olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, bu barədə sübutların təqdim edilməsi üçün müddət müəyyən edilərək, mülki işə baxılması təxirə alınmışdır. Bu da öz növbəsində hazırki vəziyyətdə mülki işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədir və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbləri baxımından mülki işin baxılmamış saxlanılması üçün əsas yaradır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “son haqq-hesabının və işdən çıxarılma muavinətinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar