Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1318/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə, daha sonra Azərbaycan Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, 6-cı mikrorayon, keçid 1410, 4 saylı evin 69 saylı mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1985-ci ildə gənc mütəxəssis kimi ona Bakı şəhər İcariyyə Komitəsi tərəfindən order əsasında Bakı şəhəri, 6-cı mikrorayon, keçid 1410, 4 saylı evin 69 saylı mənzili verilmişdir. Hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Qeyd edilən mənzildə o, həyat yoldaşı X6, qızı X1, qızı Cavabdeh qeydiyyatdadır. Böyük qızı Karakuş (Kərimli) Aynur Səyadulla qızı Azərbaycan Tibb Universitetini bitirmiş, 2003-cü ildə Bakıda təhsil alan Türkiyə Respublikası vətəndaşı ilə ailə həyatı qurmuşdur. Hazırda İstanbul şəhərinin Eyyubsultan qəsəbəsində yaşayır. Lakin, formal olaraq bu mənzildə yaşayış qeydiyyatındadır. O, 17 ildir ki Türkiyə Respublikası vətəndaşıdır və onun İstanbul şəhəri, Eyyubsultan, Sakarya mahallesi, Silahtarağa caddesi, 163, D:8, ünvanında mənzili var. Bu baxımdan, cavabdeh Bakı şəhərindəki mənzildən istifadə hüququnu itirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx xxxxxx 1985-ci il tarixli, 219248 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri, 6-cı mikrorayon, keçid 1410, 4 saylı evin 69 saylı mənzili (8-ci mərtəbə, 3 otaqlı, sahəsi 46,73 kv.m) İddiaçı verilmişdir. Həmin orderdə X2 qeyd olunan sahədən istifadə hüququ olan şəxs kimi göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X6, X1, Cavabdeh Bakı şəhəri, 6-cı mikrorayon, keçid 1410, 4 saylı evin 69 saylı mənzilində qeydiyyatdadırlar; X3, X4 və X5 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh həqiqətən də 2003-cü ildən etibarən Bakı şəhəri, 6-cı mikrorayon, keçid 1410, 4 saylı evin 69 saylı mənzilində yaşamır. Bu məlumatı öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən məhkəmənin sorğusuna verilmiş xx xxxxxx 2020-ci il tarixli, 33/4242 nömrəli cavab məktubundan görünür ki, Karakuş (Kərimli) Aynur Səyadulla qızının Azərbaycan Respublikasından sonuncu çıxışı xx xxxxxx 2015-ci il tarixdə olmuş və xx xxxxxx 2015-ci il tarixdən hazırki vaxta qədər Azərbaycan Respublikasına giriş istiqaməti qeydə alınmamışdır. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh ailə vəziyyəti – evli, qeydiyyatı Bakı şəhəri, 6-cı mkr., keçid 1410, ev 4, mənzil 69-dur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş müəyyən olunmuşdur ki, Bakı şəhəri, 6cı mikrorayon, keçid 1410, 4 saylı evin 69 saylı mənzili xx xxxxxx 1985-ci il tarixli, 219248 nömrəli orderə əsasən İddiaçı sahibliyindədir. Qeyd olunan mənzildə iddiaçı öz ailə üzvləri ilə birlikdə yaşayır. İş üzrə Cavabdeh iddiaçının doğma qızıdır. Cavabdeh ailə həyatı quraraq Azərbaycan Respublikasını sonuncu dəfə xx xxxxxx 2015-ci il tarixdə tərk etmiş və geri dönməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; Məhkəmə cavabdehin xx xxxxxxx 2009-cu il tarixədək, yəni yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək mübahisəli yaşayış evində yaşamağa başladığını nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə ilə bağlı fəsildə əks olunmuş maddi hüquq normaları analogiya üzrə tədbiq edilməlidirlər. Belə ki, həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. İş materiallarından göründüyü kimi, cavabdeh ailə həyatı quraraq daimi yaşayış üçün başqa yerə köçmüşdür. Belə olan halda məhkəmə mənzil qanunvericiliyinin yuxarıda göstərilən normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh Bakı şəhəri, 6-cı mikrorayon, keçid 1410, 4 saylı evin 69 saylı mənzilinə istifadə hüququ itirilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, 6-cı mikrorayon, keçid 1410, 4 saylı evin 69 saylı mənzilinə istifadə hüququ itirilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1318/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1318/2021
23.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver