Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1336/2021 15.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə məhkəmə baxışı zamanı tərəflər tərtib etdikləri barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki işlə bağlı iddia tələbləri üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişindən müəyyən olunur ki, İddiaçı cavabdehin direktoru X7 şəxsində Cavabdeh MMC ilə aralarında razılaşaraq barışıq sazişi imzalamışlar. Barışıq sazişinin şərtlərinə əsasən iddiaçı Binəqədi Rayon Məhkəməsində baxılan iş № 2(001)-1336/2021 üzrə verdiyi iddia ərizəsindən imtina edir və cavabdehdən heç nə tələb etmir, cavabdeh 19.10.2020-ci il tarixli 4861 K №-li əmrini dəyişərək İddiaçı öz xahişi ilə, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.(a) maddəsinə əsasən tutduğu vəzifəsindən azad edir. Məhkəmə iclasında İddiaçı Cavabdeh MMC ilə aralarında tərtib olunan 10.03.2021-ci il tarixli barışıq sazişinin şərtlərinə əsasən Cavabdeh MMC-yə qarşı işə bərpa olunmasına dair iddia tələbindən imtina etdiyini, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələblərinin ona aydın olmasını bildirib mülki iş üzrə icraata xitam verilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X4 barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3.-cü maddəsinə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Prosessual normanın mənasına görə işin məhkəmə baxışını davam etdirmək hüququ tərəflərə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1.-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2.-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası MPM-nin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında tərəflərə barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələri izah olunmuş, tərəflər Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 261.0. maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair 2(001)-1336/2021 saylı mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.Barışıq sazişinin şərtləri: 1.1.İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılan iş № 2(001)- 1336/2021 mülki iş üzrə verdiyi iddia ərizəsindən imtina edir və cavabdehdən heç nə tələb etmir. 1.2.Cavabdeh MMC 19.10.2020-ci il tarixli 4861 K №-li əmrini dəyişərək İddiaçı öz xahişi ilə, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.(a) maddəsinə əsasən tutduğu vəzifəsindən azad edir. 2.Barışıq sazişinin hüquqi nəticələri: 2.1.Barışıq sazişinin şərtlərinin pozulması və ya layiqincə icra edilməməsi iş üzrə icraatın başlanılması üçün əsasdır. 2.2.Tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinin tələbləri, yəni işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah olunur. 2.3. İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair 2(001)-1336/2021 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1336/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1336/2021
15.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver