Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1341/2021 19.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi (vəkili) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və kirayə pulunun ona ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və kirayə pulunun ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və qeyrilərinin onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 1F, mənzil 11-dən çıxarılması, cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 1F, mənzil 11-dən 30 ay kirayə pulu ödəmədən istifadə etdiyinə görə cavabdehdən 7500 manat kirayə pulunun alınaraq özünə ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh və digər şəxslər onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 1F, mənzil 11-də 30 aydan çoxdur ki, ona pul ödəmədən yaşayır. Cavabdehin həmin mənzili tərk etməsini tələb etdikdə Ramiz adlı şəxsə 18000 manat pul ödədiyini bildirir ki, həmin şəxs Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə məhkum edilərək həmin məbləği mənimsədiyi fakt kimi iki məhkəmə instansiyası hökmü və sonda Bakı Apellyasiya Məhkəməsi qərarı ilə təsdiq edilmişdir. Onun tərəfindən bu mübahisəni məhkəməyə qədər pritenziya qaydasında həll etmək üçün cavabdehə rəsmi müraciət edilmiş və həmin müraciəti cavabsız qalmışdır. Sözügedən mənzil Çıxarışla onun mülkiyyətindədir. Digər tərəfdən cavabdeh 30 ay kirayə pulu vermədən həmin mənzildən istifadə edir və ona hər ay 250 manat olmaqla cəmi bu günə kimi 7500 manat pul ödəməlidir. Qeyd olunanlara əsasən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə icasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onunla “xxxx” MTK arasında mübahisə predmeti olan mənzilin daxili işləri tamalanaraq ona təhvil verilməsi haqqında 24 yanvar 2018-ci il tarixli mənzil tikinti haqqında müqavilə var. Həmin müqavilə əsasında mənzil 4 il əvvəl ona təhvil verilmiş, o da evi təmir edərək orada yaşayır. Həmçinin, iddiaçının tələb etdiyi mənzil 11 saylıdır, o isə 12 saylı mənzildə yaşayır. Məhkəmə iclasında Cavabdeh etibarnamə əsasında nümayəndəsi (vəkili) X5 cavabdehin izahatına uyğun izahat vermişdir. Məhkəmə cavabdehin və nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, ünvan 1F, 11 saylı mənzil 20.06.2019-cu il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Mülki işin materiallarında olan “xxxx” Mənzil Tikinti Şirkəti (şirkət) ilə Cavabdeh (payçı) arasında bağlanmış 24.01.2018-ci il tarixli, N-11/19 saylı Mənzil Tikinti Haqqında Müqaviləyə əsasən, “xxxx” Mənzil Tikinti Şirkəti Bakı şəhəri, ünvan 1 ünvanda 0,06 ha sahədə öz vəsaiti hesabına inşa edilmiş 4 mərtəbəli yaşayış binasının 2 (iki) mərtəbəsində 1 (bir) otaqlı ümumi sahəsi 31,3 kv.m olan 12 nömrəli mənzili payçıya təhvil verməyi, payçı Cavabdeh isə mənzili qəbul etməyi və mənzilin 18000 manat təşkil edən dəyərini şirkətə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” Fərdi Mənzil Tikinti şirkətinin direktoru X1 nümayəndəsi X4 tərəfindən verilmiş 15.04.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Cavabdeh ilə “xxxx” Fərdi Mənzil Tikinti şirkətinin direktoru X6 arasında bağlanmış 24.01.2018-ci il tarixli, N-11/19 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5-də inşa edilən 1 nömrəli 4 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində olan 1 otaqlı 12 nömrəli mənzil (sahəsi 31.3 kv.m) Cavabdeh 18.000 (on səkkiz min) manata satılmışdır. Qeyd olunan müqavilə üzrə Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5-də inşa edilmiş 1 nömrəli 4 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində olan 1 otaqlı 12 nömrəli mənzilə görə 18.000 (on səkkiz min) manat ödənildiyindən (müqavilə üzrə mənzilin dəyəri tam ödənilmişdir) həmin mənzil ona təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 06 may 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinin bir hissəsi 20.12.2018-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Daha sonra İddiaçı adına qeydiyyatdan keçən hissə sökülərək məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi və yeni tikiliyə çıxarışın verilməsinə dair ərizəsinə, Binəqədi Rayon İcra Hakimiyyətinin 173 nömrəli 16.05.2018-ci il tarixli sərəncamına, “xxxx” KB ASC-nin İH/1085 nömrəli 15.02.2018-ci il tarixli “daşınmaz əmlakın ipoteka ilə yüklü qalmaq şərti ilə çıxarışın verilməsi”nə dair razılıq məktubuna və “Kənd Təsərrüfatı Nazirliyinin Layihə Kontoru”nun eskiz layihəsinə əsasən 3 mərtəbəli 29 mənzilli bina tikilərək binada yerləşən mənzillər üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sözügedən binada yerləşən 11 nörmrəli mənzil İddiaçı adına 20.06.2019-cu il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İş materiallarından görünür ki, iddiaçı ünvan 1F, 11 saylı mənzilin özünün mülkiyyətində olmaqla cavabdehin həmin mənzilə qanunsuz sahiblik etdiyini iddia etməklə hazırkı iddia tələblərini irəli sürmüş, lakin qanunvericiliklə sübutetmə yükünün üzərinə qoyulmasına baxmarayaq iddiasını – daha dəqiq ifadə ilə mənzilin cavabdehin qanunsuz sahibliyində olmasını sübut edə bilməmişdir. Əksinə Cavabdeh həmin ünvanda tikinti aparan şirkətlə iddiaçıya məxsus 11 saylı mənzil barədə deyil, 12 nömrəli mənzilə dair müqavilə bağladığı, dəyərini tam şəkildə ödədiyi, mənzilin ona təhvil verildiyi və onu təmir etməklə orada yaşadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və kirayə pulunun ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və kirayə pulunun ona ödənilməsi” tələbi barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1341/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1341/2021
19.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver