Məhkəmə qərarları › İş №2(1-8)-1247/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1247/2026

04.08.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1247/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər İskəndərov İntiqam Nurəddin oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs7, İsmayılova Aybəniz Əvəz qızı, Hacıyev İslam Yaşar oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs10 cavabdehlər İddiaçı Mənzil Tikinti Kooperativi, cavabdeh2 və cavabdeh1 qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: daşınmaz əmlakın əvəzləşdirilməsi; əvəzləşdirmə zamanı ədalətli tarazlıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi və əmlakın sökülməsi” tələbinə dair iddiası, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər İskəndərov İntiqam Nurəddin oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs7, İsmayılova Aybəniz Əvəz qızı, Hacıyev İslam Yaşar oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs10 cavabdehlər İddiaçı Mənzil Tikinti Kooperativin, cavabdeh2 və cavabdeh1 qarşı “sərəncamın və müqavilələrin icrasında yaradılan maneələrin aradan qaldırılması və İddiaçı MTK-nin üzərinə müqavilələrin icra edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 (vəkil vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə # ###### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, ümumi sahəsi 52,40 kv.metr olan ünvan 5, mənzil 19 tam mülkiyyət hüququ üzrə cavabdeh1 adına qeydə alınmışdır.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ümumi sahəsi 73,90 kv.metr olan ünvan 6, mənzil 11 xüsusi mülkiyyət hüququ üzrə cavabdeh2 adına qeydə alınmışdır.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə ##.##.2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, ərazidə (Q.Qarayev prospekti, İmaməddin Nəsimi, Kamil Balakişiyev və Şirin Mirzəyev küçələrinin kəsişməsindəki məhəllə) 36a, 38, 42, 44,46, Qara Qarayev prospektinə paralel, 19/48, 15, 35, 54, ** nömrəli 5 mərtəbəli yaşayış binaları, 39, 41, 43, 45, **/** nömrəli 3 mərtəbəli yaşayış binaları, 2 mərtəbəli uşaq bağçası, 2 mərtəbəli qeyri-yaşayış, 1 mərtəbəli qazanxana və kiçik daş tikililər mövcuddur. Tikililər 1960-cı illərdə inşa edilmişdir. Vizual texniki baxış zamanı binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi müşahidə olunmuş, döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar, bioloji zədələnmələr yaranmışdır. Pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcud olduğu, dəmirbeton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınmış, köhnəlmiş, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr yaranmışdır. Atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunmuşdur. Sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edilmiş, tikililər əsasən balkonların üstündə və baş fasadın konstruktiv elementlərinə bağlandığından binalar əlavə yüklənmişdir. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlılığı yolverilməzdir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdədir.

4. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli *** saylı Sərəncamına əsasən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin ##.##.2019-cu il tarixli, **-**/*** nömrəli İddiaçı MTK-nın ##.##.2021-ci il tarixli, */** nömrəli müraciətlərini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2021-ci il tarixli, XO-**-**-****-***** nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2021-ci il tarixli, 21********** nömrəli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun ##.##.2021-ci il tarixli, **/**-***** nömrəli razılıq məktubları nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutularaq Bakı şəhəri, Nizami rayonu, 2519cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazisində qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilmişdir.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 39, 41, 43 və **/** saylı yaşayış binaların texniki vəziyyəti barədə ##.##.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, hər 3 bina əlavə tikililərlə birlikdə istismarı dayandırılmalı və bu barədə əlaqədar təşkilatlar məlumatlandırılmalı; sakinlər binadan köçürülməli, binalara giriş qadağan edilməlidir; binaların ətrafı şərti olaraq çəpərlənməli və xəbərdarlıq nişanları qoyulmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı İddiaçı Mənzil Tikinti Kooperativi (bundan sonra iddiaçı, yaxud MTK) cavabdehlər cavabdeh2 və cavabdeh1 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 məxsus olan ünvan 6 ünvanında yerləşən ** saylı mənzilinin əvəzinə 20% sahə əlavə edilməklə ünvan 3 ünvanında kooperativ tərəfindən inşa edilən * saylı çoxmərtəbəli yaşayış binasında 3 (üç) otaqlı ümumi sahəsi 94 kv.metr təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi, cavabdeh cavabdeh1 məxsus olan ünvan 4 41 ünvanında yerləşən ** saylı mənzilinin əvəzinə 20% sahə əlavə edilməklə ünvan 3 ünvanında kooperativ tərəfindən inşa edilən * saylı çoxmərtəbəli yaşayış binasında 3-cü mərtəbəsində 2 D * saylı ümumi sahəsi 80 kv.metr olan təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi və mənzilin sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 məxsus olan ünvan 6 ünvanda yerləşən ** saylı sahəsi 73 kv.m. olan mənzilin əvəzinə MTK tərəfindən ona ünvan 1 ünvanda kooperativ tərəfindən inşa edilən * saylı çoxmərtəbəli yaşayış binasında biri 3-cü mərtəbədə (mənzil 2C-10), digəri isə 6-cı mərtəbədə (mənzil 2C-34) olmaqla 2 ədəd 65 kv.m. yaşayış sahəsi olan 2 otaqlı (ümumilikdə cəmi 130 kv.m., təqribən 76 % əlavə) təmirli mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzillərlə təmin olunanadək MTK tərəfindən ona hər ay 700 manat kirayə haqqının ödənilməsi və cavabdehə məxsus mənzilin sökülməsi, cavabdeh cavabdeh1 məxsus olan ünvan 5 ünvanda yerləşən sahəsi 52,40 kv.m. ** saylı mənzilin əvəzinə MTK tərəfindən ona ünvan 2 ünvanda kooperativ tərəfindən inşa ediləcək * saylı çoxmərtəbəli yaşayış binasında 3cü mərtəbədə 1 ədəd 94 kv.m. (təqribən 79 % əlavə) yaşayış sahəsi olan 3 otaqlı (*B-** saylı) təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzillə təmin olunanadək MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi və cavabdehə məxsus mənzilin sökülməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

8. Məhkəmə hazırlıq iclasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli, ** nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə ötən əsrin əvvəllərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli *** nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün iddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilib. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi MTK-ya həvalə edilib. Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsi ünvanında yerləşən evlər köhnə və istifadəyə yararsızdır, evlərin istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, həmin evlərdə yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin evlərdə istifadə olunan kommunikasiya xətləri də təmirə yararsızdırlar. O, hər an uça və bədbəxt hadisələr baş verə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin ##.##.2021-ci il tarixli, “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə” Rəydən görünür ki, binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulun tökülməsi, döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar, bioloji zədələmələr, yaranıb, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcud olduğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülüb, armatur karkası korroziyaya məruz qalıb, dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınıb, köhnəlib, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr yaranıb. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlılığı yolverilməzdir. Tikililərin mövcud texniki vəziyyəti bugünkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir”. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016cı il tarixli ** saylı qərarı ilə qərara alınıb ki, müvafiq icra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1. qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; 1.2. mənzil fondunu yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. Sözügedən ərazidəki sakinlərin hamısı aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülüblər. Binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan bütün mənzillərin sakinləri öz əşyalarını çıxarıb və mənzillərini boşaldıblar. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin “Azərdövlətlayihə” institutunun ##.##.2024-cü il tarixli rəyi ilə müəyyən olunub ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 39,41, 43 və **/** saylı yaşayış binaları qəzalıdır və həmin rəyə əsasən həmin binalarla bağlı aşağıdakı zəruri tədbirlər yerinə yetirilməlidir: 1. Binaların tikililərlə birlikdə istismarı dayandırılmalı və bu barədə əlaqədar təşkilatlar məlumatlandırılmalı; 2. Sakinlər binadan köçürülməli; 3. Binalara giriş qadağan edilməlidir; 4. Binaların ətrafı şərti olaraq çəpərlənməli və xəbərdarlıq nişanları qoyulmalıdır. Cavabdehlərlə dəfələrlə danışıqlar aparılıb, evlərinin qəzalı vəziyyətdə olması halı nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsi təklif edilib. Lakin cavabdehlər iddiaçının bu təklifi ilə razılaşmayıb, mülkiyyət hüquqlarından sui-istifadə edərək əmlaklarının əvəzində tənasübsüz şəkildə yüksək məbləğ və ya əmlak kompensasiyası tələb ediblər. Belə ki, cavabdehlər hər mənzilinin əvəzində iki mənzil və ümumilikdə 950.000 manat pul tələb ediblər. Bu isə açıq-aşkar hüquqdan sui-istifadədir və cavabdehlərin bu cür hərəkətləri isə nəticə etibarı ilə həm iddiaçının, həm də iddiaçı ilə müqavilə bağlayıb öz mənzillərinin tikintisini gözləyən yüzlərlə mülkiyyətçinin və sakinlərin hüquqlarını pozur. Bunun nəticəsində İddiaçı MTK ilə mənzillərini təhvil vermiş mülkiyyətçilər arasında bağlanmış müqavilənin şərtləri ondan asılı olmayan səbəblərdən kooperativ tərəfindən icra edilməsinə cavabdehlər tərəfindən məhdudiyyətlər yaradılır. Qeyd olunan ünvanda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə İddiaçı MTK arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinib və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçüblər. Cavabdehlər mənzilinin sökülərək yerində çoxmənzilli binanın inşasına maneələr yaradır. Bu səbəbdən tikinti işləri dayanıb, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi İddiaçı MTK-nın vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, İddiaçı MTK köçürülmüş sakinlərə kirayə haqları ödəməyə başlayıb, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Bundan başqa, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır. Cavabdehlərin mülkiyyətdə olan mənzilinin əvəzinə “xxxx” MTK həmin ünvanda inşa edəcək binada mülkiyyətində olan mənzilinin ümumi sahəsindən 20 kvadrat metr sahəsi artıq olan təmirli yeni mənzil verir, mənzilindən köçən şəxslərə digər yaşayış yeri ilə təmin etmək üçün İddiaçı MTK hər ay mülkiyyətçilərə kirayə haqqı ödəyəcəkdir. Sərəncamın icra edilməsi üçün həmin ünvanda yerləşən cavabdehlərin mülkiyyətində olan mənzil də sökülməli, cavabdehlər oradan müvəqqəti çıxarılmalıdır.

10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər İskəndərov İntiqam Nurəddin oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs7, İsmayılova Aybəniz Əvəz qızı, Hacıyev İslam Yaşar oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs10 cavabdehlər İddiaçı MTK, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli *** saylı sərəncamının, eləcə də MTK ilə onların aralarında bağlanmış və notarial qaydada təsdiq olunmuş müqavilələrin şərtlərinin icrasına yaratdıqları maneələrin aradan qaldırılması, İddiaçı MTK-nın üzərinə onlarla bağladığı müqavilələrin icra edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı MTK-nın onların yaşadıqları ərazidə yeni hündürmərtəbəli yaşayış binaları tikmək üçün müvafiq dövlət qurumlarından icazə aldıqdan sonra kooperativin əməkdaşlarının təklifi ilə onların ofisinə gəlib, mənzillərin əvəzləşdirilməsi ilə əlaqədar onların şərtləri, onları maraqlandıran digər detallarla tanış olublar. Əvvəl-əvvəl bir az tərəddüd etsələr də, nəticə etibarı ilə şirkətlə razılığa gəlib, onunla qarşılıqlı razılaşmaya əsaslanan müqavilələr bağlayıb və uzun illər sevə-sevə yaşadıqları, uşaqlarının doğulubböyüdüyü mənzilləri kooperativə təhvil veriblər. Bu razılaşmaya getməkdə bir neçə amilin təsiri olub. Birincisi və ən önəmlisi odur ki, dövlətin, hökumətin vətəndaşların sosial vəziyyətini yaxşılaşdırmağa, şəhərin yenidən qurularaq daha da abadlaşdırılmasına yönəlmiş tədbirlərlə bağlı görülən işlərə öz dəstəyini verməkdir. İkincisi, mənzillərinin yerləşdiyi nisbətən köhnəlmiş, qəzalı, yaşamaq üçün yararsız vəziyyətdə olan binaların dayanıqlığının aşağı olması ilə əlaqədar onların təhlükəsizliyinə təminat verilməməsi (bu barədə müvafiq dövlət qurumlarının rəyləri mövcuddur), ən nəhayət daha geniş, abad, təmirli və yeni mənzillərdə yaşamaq arzularıdır. Kooperativlə bağladıqları müqavilələrin şərtlərinə və aralarında olan şifahi razılaşmaya görə İddiaçı MTK mümkün qədər tez müddət ərzində həmin ərazidə yüksək mərtəbəli binalar tikməli, tam təmirli mənzilləri onların istifadələrinə verməli, mənzillər təhvil verilənədək onların kirayə xərclərini ödəməlidirlər. Lakin müqavilələr bağlansa da, tikinti işlərinə hələ də başlanmayıb. Bunun səbəblərini kooperativ rəhbərliyindən soruşduqda onların əməkdaşları bildiriblər ki, bəzi mülkiyyətçilər kooperativlə razılığa gəlməyiblər. Belə ki, mənzillərin kooperativə təhvil verilməsi müqabilində onların tələb etdikləri yaşayış sahəsini və ya pul kompensasiyasını vermək kooperativin imkanları xaricindədir. Onlarda olan məlumata görə, kooperativ həmin mülkiyyətçilərə daha güzəştli şərtlər irəli sürüb, lakin onlar yenə də razılaşmayıblar. Bütün bunlar onların hüquq və mənafelərinin pozulmasına gətirib çıxarır. Belə ki, onlar mənzillərini şirkətə təhvil verərkən ümid edirdilər ki, ən uzağı 1 il 6 ay müddətinə yeni, daha geniş və abad mənzillərə köçəcəklər. Lakin şirkətlə razılığa gəlməyən və hazırkı iş üzrə cavabdeh qismində göstərdikləri mülkiyyətçilərin hərəkətləri nəticəsində bu müddətin qeyrimüəyyən tarixədək uzanacağı qənaətinə gəliblər. Onlar şirkətdən işləri sürətləndirməyi tələb etdikdə rəhbərlik bildirib ki, həmin mülkiyyətçilərə qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırılıb. Onlar vəkillə məsləhətləşdikdən sonra belə qərara gəliblər ki, həm razılığa gəlməyən mülkiyyətçilərə qarşı, həm də kooperativə qarşı müstəqil tələb irəli sürən 3-cü şəxs qismində iddia qaldırsınlar. Hesab edirlər ki, mülkiyyətçilər (hazırkı iş üzrə cavabdeh fiziki şəxslər) uzun illər bir yerdə mehribanlıqla yaşamış qonşular kimi öz mənafelərini onların mənafelərindən üstün tutmamalı, hüquqdan sui-istifadə etməməli, kooperativin təklif etdiyi olduqca güzəştli şərtləri qəbul etməklə mənzilləri həmin kooperativə təhvil verməli, kooperativ isə bağlanmış müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri maksimum qısa müddət ərzində keyfiyyətlə yerinə yetirib yeni mənzilləri onlara təhvil verməlidir.

12. Məhkəmə iclasında cavabdehlər cavabdeh2 iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasını qəbul etməyib, həmin iddiaları təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər onun üçün mənzil almayıblar. Onlar mənzilini MTK-ya satmağı və ya verməyi barədə yol göstərə bilməzlər. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən heç kəs mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər birinci onlara deyil, MTK-ya qarşı iddia qaldırmalıdırlar ki, nəyə görə bu vaxta qədər onlarla razılaşma əldə etməyib. MTK tikintiyə başlamaq üçün dörd ədəd binanı zədələyib, halbuki bir ədəd binanın söküntüsünə başlaya bilərdi. Bu günə qədər İddiaçı MTK-nın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestri sistemində tikintiyə icazəyə razılığı yoxdur. MTK qanunsuz olaraq mənzillərinə daxil olub, əşyalarını, hər şeyini alıb. Bu gün 109.000-110.000 manata Bakı şəhəri, Nizami rayonu ərazisində 3 otaqlı “xxxx” tipli mənzil almaq mümkün deyil. MTK mənzillərin bu günə olan bazar qiymətini izləmir. Sonuncu məhkəmə iclasından sonra MTK onlarla danışıqlar aparmayıb. Yeddi aydır ki, iddiaçı onlara kirayə haqqı ödəmir.

13. Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasını qəbul etməyib, həmin iddiaların təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, 7 aydır ki, MTK onlara kirayə haqqı ödəmir, heç ödəmək də istəmir. Heç kim heç bir mülkiyyətçinin mülkiyyətini istədiyi vaxt ala bilməz. Bu cür hal suveren ölkədə yolverilməzdir.

14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, # ##### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia təmin edilərək cavabdeh2 məxsus olan, ünvan 6 ünvanında yerləşən, sahəsi 73,90 kv.m. olan ** nömrəli mənzilin əvəzində ünvan 1 ünvanında inşa edilən * saylı çoxmərtəbəli yaşayış binasında biri 3-cü mərtəbədə yerləşən *C-** saylı, digər isə 6-cı mərtəbədə yerləşən *C-** saylı iki ədəd hər biri 65 kv.m. yaşayış sahəsi olan 2 otaqlı təmirli mənzillərin verilməsi, yeni mənzillər ilə təmin edilənədək ona hər ay 700 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması və mənzilin sökülməsi, cavabdeh1 məxsus olan, ünvan 5 ünvanında yerləşən, sahəsi 52,40 kv.m. olan ** nömrəli mənzilin əvəzində ünvan 2 ünvanında inşa ediləcək * saylı çoxmərtəbəli yaşayış binasında 3-cü mərtəbədə yerləşən 1 ədəd 94 kv.m. yaşayış sahəsi olan 3 otaqlı *B-** saylı təmirli mənzilin verilməsi, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması və mənzilin sökülməsi; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası təmin edilərək cavabdehlər Sevil Məmmədov və cavabdeh1 tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli *** saylı sərəncamının, İddiaçı MTKnın İskəndərov İntiqam Nurəddin oğlu ilə bağladığı ##.##.2023-cü il tarixli */*/** saylı və */*/** saylı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs9 ilə bağladığı ##.##.2024-cü il tarixli */*/** saylı, X1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs9 ilə bağladığı ##.##.2024-cü il tarixli */*/*A**/*/*/** saylı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 ilə bağladığı ##.##.2024-cü il tarixli */*/*C-** saylı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 ilə bağladığı ##.##.2024-cü il tarixli */*/*-** saylı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 ilə bağladığı ##.##.2024-cü tarixli */**/*C-*** saylı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs7 ilə bağladığı ##.##.2024-cü il tarixli */*/*A-** saylı, İsmayılova Aybəniz Əvəz qızı ilə bağladığı ##.##.2024-cü il tarixli */*/*A-** saylı, Hacıyev İslam Yaşar oğlu ilə bağladığı ##.##.2024-cü il tarixli */**/*C-*** saylı və X2 ilə bağladığı ##.##.2024cü il tarixli 3/3/3B-15 */*/*A-** saylı müqavilələrin şərtlərinin icrasına yaradılmış maneələrin aradan qaldırılması, İddiaçı MTK-nın üzərinə həmin müqavilələrin icra edilməsi öhdəliyi qoyulması qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçının tikinti aparmaq üçün müvafiq icazəsinin olmadığını bildirmişdir. Bakı ŞİH başçısının ##.##.2021-ci il tarixli, *** saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazisində qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında iddiaçı MTK tərəfindən tənzimlənməsi şərti ilə “köhnə binaların” sökülməsi və “xxxx” tikintisi üçün MTK-yə icazə verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfin bildirdiyi bu dəlil əsassızdır. Hazırkı iş üzrə tərəf olub texniki vəziyyəti qeyriqənaətbəxş olan, mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdə olan və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşayan tərəflərin həmin binada yaşamaları gələcəkdə məhz onlar üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Məhkəmə tərəfindən mübahisəli binalara ##.##.2025-ci il tarixdə aparılmış baxış zamanı mübahisə predmeti olan mənzillərin yerləşdiyi binalarda yaşayış olmadığı, binalarda söküntü işlərinə başlandığı müəyyən edilib

16. Digər iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər ilə İddiaçı MTK arasında bağlanmış yuxarıda göstərilən müqavilələrə əsasən İddiaçı MTK Bakı şəhəri İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli *** nömrəli Sərəncamı əsasında və bu müqavilənin icrası ilə əlaqədar olaraq, Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən köhnə 39, 41, 43 və **/** nömrəli binaları sökərək bu sahədə yeni layihəyə uyğun inşa edəcəyi binada razılaşdırılmış mənzilləri bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında mülkiyyətçilərə mülkiyyətinə verməyi, mülkiyyətçilər isə öz növbəsində, bu müqavilənin şərtlərinə uyğun, mənzillərini “Kooperativə” təhvil-təslim aktı əsasında təhvil verməyi öhdələrinə götürüblər. Hazırda müqavilələr mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər icra edilsə də, cavabdeh2 və cavabdeh1 İddiaçı MTK ilə müvafiq razılıq əldə etməməsi səbəbindən onların hüquqları pozulmuş və onların yeni mənzillə təmin edilməsi prosesi uzanmışdır. Bu səbəbdən onlarla İddiaçı MTK arasında bağlanmış müqavilələrin və Bakı şəhəri İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli *** nömrəli Sərəncamının icrası baş tutmur.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 43, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.6, 385.1, 425.1, 427.3, 442, 560.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2.1, 17.1, 17.2, 17.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. Cavabdeh cavabdeh2 və cavabdeh1 nümayəndəsi və vəkili vəkil3 qətnamədən ayrı-ayrı apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətləri eyni məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli *** saylı Sərəncamının surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin ##.##.2019cu il tarixli, **-**/*** nömrəli İddiaçı MTK-nın ##.##.2021-ci il tarixli, */** nömrəli müraciətlərini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2021-ci il tarixli, XO-**-**-****-***** nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2021-ci il tarixli, 21********** nömrəli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun ##.##.2021-ci il tarixli, **/**-***** nömrəli razılıq məktublar nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ciil tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutularaq Bakı şəhəri, Nizami rayonu, 2519cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazisində qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı MTK-nın istifadəsinə verilməmişdir. Verilə də bilməzdi. Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli *** saylı Sərəncamının 2.4-cü bəndində İddiaçı MTK-nin üzərinə torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının təmin edilməsi vəzifəsi qoyulub. Lakin iş materiallarında bu qeydiyyata dair heç bir sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Odur ki, belə bir qeydiyyatın təsdiqedici sənədini (yəni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı) məhkəməyə təqdim edilməli idi. Ümumiyyətlə, vətəndaşın mənzilinin altındakı torpaq sahəsi üçüncü şəxsin icarəsində olması sual yaradır. Mənzil mülkiyyətindədirsə, deməli, torpaq da icarəsindədir (istifadəsindədir). Torpağın da bir icarəçisi ola bilər. Odur ki, torpaq sahəsini nəinki İddiaçı MTK-nin icarəsində deyil, onun ümumiyyətlə iddia irəli sürməyə subyektiv hüququ yoxdur. Axı bir özəl şəxs digər özəl şəxsdən necə tələb edə bilər ki, mülkiyyətini ona versin və ya hüququna xitam verilsin. Heç Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının da belə səlahiyyəti yoxdur və onun Sərəncamında bu barədə heç nə də deyilmir. Sadəcə İddiaçı MTK həmin Sərəncamı özünə sərf etdiyi kimi təfsir edərək özbaşınalıq edir. Məhkəmə də bunu cəfəng formada leqallaşdırıb. Məhkəmə deyir ki, bina yararsız vəziyyətdədir, buna görə də guya şəhər icra hakimiyyəti orqanı özəl hüquqi şəxsə belə bir hüquq verə bilər ki, get vətəndaşlara mənsub olan binanı sök. Əslində isə belə deyil. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu halda Fövqəladə Hallar Nazirliyi məhkəməyə müraciət etməlidir. Yəni binada yaşamaq təhlükəlidirsə, icra hakimiyyəti orqanı özəl şirkətə bina tikmək üçün imkan yaratmalı deyil, əvvəlcə, binanın sökülməsi üçün məhkəməyə müraciət etməlidir. Sağlam məntiqlə də bu belədir. Dövləti binadakıların təhlükəsizliyi narahat edirsə, bu problemi həll etməlidir. Yoxsa daha çox vaxt aparan şübhəli prosedura əl atmamalıdır. Binada yaşamaq həqiqətən təhlükəlidirsə, orada yaşayanların razılığını niyə özəl şirkətin əldə etməsi sual doğurur. Cəmi 100 manat nizamnamə kapitalı olan İddiaçı MTK binanı sökəndən sonra yerində yeni bina tikməsə və ya vətəndaşlara aylıq kirayə haqqı ödəməsə, buna görə kimin məsuliyyət daşıyacağı sual yaradır. Axı bu MTK-nin heç pulu da yoxdur. Başqa sözlə, binada yaşamaq təhlükəlidirsə, onun sökülməsinin qanuni proseduru var. Həmin prosedurdan istifadə edilməyib. Qanunsuz yoldan istifadə olunub. Və görünən odur ki, məqsəd bina sakinlərinin təhlükəsizliyi yox, orada yeni binanın tikilməsi və qazanc əldə olunmasıdır. Mənzil Məcəlləsinin 109.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. Ümumiyyətlə, əgər MTK vətəndaşlara gələcək binada mənzil verəcəksə, bu o deməkdir ki, həmin vətəndaşlar MTK-nın üzvü olmalıdır. Bu, Mənzil Məcəlləsinin beşinci bölməsindən irəli gəlir. Bu halda isə vətəndaşı heç MTK-yə üzv qəbul etməkdən söhbət də getmir. Hər bir halda bu da könüllü olmalıdır. Yəni İddiaçı MTK qanun və nizamnamə ilə müəyyən edilmiş hüquq qabiliyyətindən kənara çıxıb. Bəzi mənzil mülkiyyətçilərini artıq oradan köçürüblər. Deməli, onları aldadıblar. Qətnamənin (12-ci səhifə) özündə də yazılıb ki, bina “1960-cı illərdə inşa edilmişdir”. Əvvəla, burada söhbət XX əsrin əvvələrində inşa edilmiş binalardan gedir. Həmin Qərar Nazirlər Kabinetinin ## ###### 2019cu il tarixli *** saylı digər Qərarı ilə ləğv edilmişdir. Qərar yalnız “2018-ci il ######un #-dək tikintiyə icazə icraatı başlanmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə” aiddir. Sonrakı dövrü əhatə etmir. Aid olsa belə, tikinti layihəsi yoxdur. Özü də bu Qərarda “hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasın”dan söhbət gedir. Yəni torpaq sahələri tikinti şirkətinin istifadəsinə verilmə bilməz, onu onlardan əldə etməlidir. Bir sözlə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli *** saylı Sərəncamı qanunsuzdur. Digər mühüm məsələ tikiləcək binada vətəndaşlara verilməli olan sahəyə hüquqların qeydiyyatıdır. Məhkəmələrdə minlərlə işlər var ki, eyni mənzillər bir neçə nəfərə satılıb. Mülki Məcəllədə tikintisi başa çatmayan binanın tərkib hissələrinə hüquqların qeydiyyatı institutu ətraflı təsbit edilib (144-1-ci, 147-ci, 770-1-ci maddələr). Yəni dövlət torpağı mülkiyyətlərinə verir, tikinti şirkəti də podratçı kimi tikintini həyata keçirir. Gələcək yaşayış sahəsinə hüquqları da qabaqcadan dövlət qeydiyyatına alınır. Qanunda bu əminli mexanizm olduğu halda MTK naməlum və əyri yollarla gedir. Azərbaycanda daşınmaz əmlak yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsasən dövlət ehtiyacları üçün alına bilər. İddia tələbində də heç bir qanuna istinad edilmir. Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli *** saylı Qərarı ilə “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Bununla da tikinti sahəsində özbaşınalığa son qoyulub. Buna görə də əvvəlcə müəyyən olunmalıdır ki, MTK-nın iddia ərizəsində yazdığı istəkləri Baş planda var, yoxsa yox. Aidiyyəti dövlət qurumlarına sorğu edilməli idi. Yoxdursa, məsələ də bununla bitməlidir. Varsa, həmin qurum planın icra mexanizmini də izah edilməlidir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi) Fuad Abdıyev və Fuad Babayev) cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin # ##### 2025-ci il tarixli qətnaməsi qismən – “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası təmin edilərək cavabdehlər Sevil Məmmədov və cavabdeh1 tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli *** saylı sərəncamının, İddiaçı MTK-nın İskəndərov İntiqam Nurəddin oğlu ilə bağladığı ##.##.2023-cü il tarixli */*/** saylı və */*/** saylı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs9 ilə bağladığı ##.##.2024-cü il tarixli */*/** saylı, X1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs9 ilə bağladığı ##.##.2024-cü il tarixli */*/*A**/*/*/** saylı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4 ilə bağladığı ##.##.2024-cü il tarixli */*/*C-** saylı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 ilə bağladığı ##.##.2024-cü il tarixli */*/*-** saylı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 ilə bağladığı ##.##.2024-cü tarixli */**/*C-*** saylı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs7 ilə bağladığı ##.##.2024-cü il tarixli */*/*A-** saylı, İsmayılova Aybəniz Əvəz qızı ilə bağladığı ##.##.2024-cü il tarixli */*/*A-** saylı, Hacıyev İslam Yaşar oğlu ilə bağladığı ##.##.2024-cü il tarixli */**/*C-*** saylı və X2 ilə bağladığı ##.##.2024-cü il tarixli 3/3/3B-15 */*/*A-** saylı müqavilələrin şərtlərinin icrasına yaradılmış maneələrin aradan qaldırılması, İddiaçı MTK-nın üzərinə həmin müqavilələrin icra edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddianın təmin edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər İskəndərov İntiqam Nurəddin oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs7, İsmayılova Aybəniz Əvəz qızı, Hacıyev İslam Yaşar oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs10 cavabdehlər İddiaçı MTK, cavabdeh2 və cavabdeh1 qarşı “sərəncamın və müqavilələrin icrasında yaradılan maneələrin aradan qaldırılması və İddiaçı MTK-nin üzərinə müqavilələrin icra edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırda İddiaçı MTK-nın binanın sakinləri olan cavabdeh2 və cavabdeh1 mülkiyyət hüququna müdaxilə üçün qanuni əsaslar mövcuddur, müdaxilənin “ictimai maraqlara” cavab verməsi də müəyyən edilir. Belə ki, Mənzil Məcəlləsindən göründüyü kimi, yaşayış sahəsinin mülkiyyətçisi mənzili qəzalı vəziyyətə düşdükdə onu mümkün olan ən qısa müddətdə öz vəsaiti hesabına təmir və bərpa etməli, təhlükəsiz istifadəni təmin etməlidir. Bu öhdəlik icra edilmədikdə və bina qəzalı vəziyyətdə qalmaqda davam etdikdə maraqlı şəxslərin iddia qaldırmaq hüququ yaranır. Sözügedən tədbirin ümumi məqsədi sosial xarakter istiqamətli olmaqla, sakinlərin qəzalı binaları təmir-bərpa xərcindən azad etməklə, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Amma o da qeyd edilməlidir ki, hazırkı halda məsələ yaşayış binasının təkcə qəzalı vəziyyətdə olması deyil, şəhərin ümumi görünüşünə xələl gətirməsi, mövcud şəhərsalma normalarına cavab verməməsini də əhatə edir. Avropa Məhkəməsinin presedent hüququna əsasən də, mülkiyyətin müdafiəsi baxımından dövlətin üzərinə düşən pozitiv öhdəlik (mülkiyyət hüququnun pozuntusunun qarşısının alınması üçün) praktik tədbirlərin görülməsini də nəzərdə tutur – xüsusən təhlükəli fəaliyyətlərdən söhbət gedirsə (Öneryıldız Türkiyəyə qarşı). Cavabdehlərin mülkiyyətinə MTK tərəfindən edilən müdaxilənin qanuniliyi, əsaslılığı, yəni qanuni məqsəd daşıması halı işdə olan sənədlərə əsasən öz təsdiqini tapır. Qəzalı vəziyyətdə olan və bərpası mümkün olmayan binaların yerində yenilərinin inşa edilməklə mülkiyyət hüququnun kompensasiyası mümkündür, lakin bu kateqoriyadan olan mülki işlərə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən araşdırılmalı olan hal sökülmənin təsirinə məruz qalan şəxslərə dəyən zərərin ədalətli şəkildə kompensasiya edilibedilməməsidir.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin çoxsaylı qərarlarında formalaşmış hüquqi mövqeyə görə hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmə mülkiyyətçiyə məxsus əmlakın sökülməli və buna müvafiq kompensasiya verilməli olmasını müəyyən edərkən onun qanuni “gözləntilərinin” olmasını (əmlakın yerləşdiyi yer, mərtəbəsi, sahəsi, ondan istifadəsinin mümkünlüyü və s.) nəzərə almalıdır. Məhz bu halların araşdırılmasının nəticəsi olaraq əldə edilən əmlak üçün təklif olunan kompensasiyanın həcminin eyni və fərqli meyarlara əsasən hesablanmalı olması, mülkiyyətçinin hərəkətlərində sui-istifadə hallarının olub-olmaması, ədalət prinsipinin pozulubpozulmaması qiymətləndirilməlidir.

23. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə mülkiyyət hüquqlarına müdaxilə olunan cavabdehlərin hüquqlarının real bərpasına yönəlmişdir. Belə ki, hazırkı işdə iddiaçının sökülməsini tələb etdiyi mənzillər üzərində cavabdehlərin mülkiyyət hüququna malik olmaları işin mübahisəsiz halıdır. İlkin iddia ərizəsindən göründüyü kimi, İddiaçı MMC söküləcək yaşayış sahələrinin əvəzinə həmin ərazidə, cavabdeh cavabdeh2 məxsus olan ünvan 6 ünvanda yerləşən ** saylı sahəsi 73 kv.m. olan mənzilin əvəzinə ünvan 1 ünvanda kooperativ tərəfindən inşa edilən * saylı çoxmərtəbəli yaşayış binasında biri 3-cü mərtəbədə (mənzil 2C-10), digəri isə 6-cı mərtəbədə (mənzil 2C-34) olmaqla 2 ədəd 65 kv.m. yaşayış sahəsi olan 2 otaqlı (ümumilikdə cəmi 130 kv.m., təqribən 76 % əlavə) təmirli mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzillərlə təmin olunanadək iddiaçı MTK tərəfindən ona hər ay 700 manat kirayə haqqının ödənilməsi, cavabdeh cavabdeh1 məxsus olan ünvan 5 ünvanda yerləşən sahəsi 52,40 kv.m. ** saylı mənzilin əvəzinə ünvan 2 ünvanda kooperativ tərəfindən inşa ediləcək * saylı çoxmərtəbəli yaşayış binasında 3-cü mərtəbədə 1 ədəd 94 kv.m. (təqribən 79 % əlavə) yaşayış sahəsi olan 3 otaqlı (*B-** saylı) təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzillə təmin olunanadək iddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi də ilkin iddia ərizəsində qeyd edilən yaşayış sahələrinin mövcud mənzillərin əvəzinə verilməsini ədalətli kompensasiya kimi qiymətləndirərək, iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin nəticənin əsaslılığını cavabdeh cavabdeh1 apellyasiya şikayətində və verdiyi izahatda istinad etdiyi dəlillər üzrə yoxlamaq məqsədilə ona məxsus olan ünvan 5 ünvanında yerləşən ** saylı mənzilin faktiki sahəsinin dövlət qeydiyyatı haqqında çıxarışda və texniki pasportda göstərilən ümumi sahədən (52,40 kv.m.) artıq olub-olmamasını təsdiq edən əlamətlərin (eyvanın və ya koridorun texniki pasportda göstərilən sərhədlərdən kənara çıxarılması hesabına yaşayış sahəsinin genişləndirilməsi; iki mənzilin birləşdirilməsi; arakəsmə divarların yerlərinin dəyişdirilməsi və digər konstruktiv dəyişikliklər) mövcudluğunun müəyyən edilməsi üçün tikinti-texniki ekspertiza təyin etmişdir.

24. İşin apellyasiya baxışı zamanı alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *-**-**/*-**/****/**** nömrəli # ###### 2026-cı il tarixli ekspert rəyinə əsasən, cavabdeh cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən ** saylı evin, ** saylı mənzilin ümumi sahəsinin 53,4 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışda həmin mənzilin ümumi sahəsi 52,4 kv.m. göstərilmişdir. Sözügedən mənzilə dair Texniki Pasport təqdim edilmədiyindən, sahələr arasındakı 1,0 kv.m. fərqin konkret hansı hissəyə aid olduğu müəyyən edilə bilməmişdir.

25. Göründüyü kimi, cavabdeh cavabdeh1 məxsus yaşayış sahəsinin rəsmi sənədlərdə göstəriləndən artıq olmasını təsdiq edən halların mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən də əvəzləşdirmə zamanı sahələrin müqayisəsi iş materiallarında olan rəsmi sənədlər əsasında aparılmalıdır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mütənasiblik prinsipi baxımından, məhkəmə mülkiyyətçiyə məxsus əmlakın sökülməli və buna müvafiq kompensasiya verilməli olmasını müəyyən edərkən sonuncunun müvafiq “gözləntilərinin” olmasını (mülkiyyətçisi olduğu əmlakın yerləşdiyi yer, mərtəbəsi, sahəsi, otaqların sayı, ondan istifadəsinin mümkünlüyü və s.) nəzərə almalıdır. Belə ki, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü zərərin tam şəkildə qarşılanması başa düşülür. Belə ki, ədalətli kompensasiya mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmasını ehtiva edir. Bu şərtin yoxlanması zamanı mənzillərin qəzalı vəziyyətdə olması, xitam verilməsi tələb olunan mülkiyyət hüququna ədalətli kompensasiya olaraq məhz sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq sahənin ayrılması şərti, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq normal yaşayışını təmin etmək üçün müvafiq kirayə haqlarının ödənilməsi, bir sözlə mülkiyyətçi ilə hər iki tərəfi qane edən şərtlərlə razılığa gəlməsi əsasları nəzərə alınmalıdır.

27. Toplanmış sübutlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçı MTK tərəfindən təklif olunan kompensasiya cavabdehlərin əsaslı gözləntilərini pozmur və mütənasiblik prinsipinə uyğundur. Birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə əsaslıdır. Çünki iş üzrə araşdırılmış hallardan göründüyü kimi cavabdehlərə məxsus yaşayış sahələri istismara yararsız və qəzalı vəziyyətdədir, həm orada yaşayanlar, həm də ətrafdakılar üçün təhlükə mənbəyi təşkil edir. Həmçinin müəyyən edilir ki, həmin yaşayış sahələri Nazirlər Kabinetinin qərarına əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni yaşayış binalarının tikilməsi və sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihə çərçivəsində sökülməlidir. İddiaçı tərəfindən cavabdehlərə təklif edilən yaşayış sahəsinin yerləşdiyi yer, mərtəbəsi, sahəsi və istifadə imkanları onların əsaslı gözləntilərinə uyğundur. Söküləcək sahənin əvəzinə 70 faizdən artıq əlavə sahənin verilməsi də kompensasiyanın ədalətli və mütənasib olduğunu, binanın digər sakinlərinə verilmiş kompensasiya ilə müqayisədə cavabdehlərə münasibətdə ayrıseçkiliyə yol verilmədiyini təsdiq edir. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin bu hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

28. Bununla belə məhkəmə kollegiyası qətnamənin “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası təmin edilərək cavabdehlər Sevil Məmmədov və cavabdeh1 tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli *** saylı sərəncamının, MTK-nın binanın digər sakinləri ilə bağladığı müqavilələrin şərtlərinin icrasına yaradılmış maneələrin aradan qaldırılması, MTK-nın üzərinə həmin müqavilələrin icra edilməsi öhdəliyi qoyulması” hissəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşmamışdır. Belə ki, cavabdehlərin mülkiyyət hüquqlarına edilən müdaxilənin qanuni məqsəd daşıyıb-daşımaması, əvəz verilərkən ədalətli tarazlığın təmin olunub-olunmaması və s. halların məhkəmə müstəvisində yoxlanılmasını, bu məsələlərə məhkəmə tərəfindən hüquqi qiymət verilməsinin təmin edilməsini tələb etmələri heç də MTK ilə müqavilə bağlamış, mənzillərini təhvil vermiş, kirayədə qalan binanın digər sakinlərinin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

29. Cavabdehlərin öz hüquqlarından sui-istifadə etmələrinə dair dəlillər ilə əlaqədar kollegiya qeyd etməyi zəruri saymışdır ki, bir şəxsin əmlak hüquqları digərlərinin hüquqlarından üstün sayılmamalı, əmlak hüquqlarının həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalı, daşınmaz əmlak üzərində hüquqları müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında, məhkəmə qaydasında mübahisələndirilməsi yolu ilə həyata keçirilməlidir.

30. İddiaçının təklif etdiyi formada razılıq əldə etməmələri cavabdehlərin mülkiyyət hüquqlarından sui-istifadəsi kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə onların mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnərdi. Beləliklə, birinci instansiya məhkəməsi gəldiyi qənaət ilə mülkiyyətçilərin (cavabdehlərin) hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlıq təmin edə bilməmişdir.

31. MTK-ya münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində də öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.

33. İş materiallarından da görünür ki, MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər ilə bağladığı müqavilələr, habelə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli *** saylı sərəncamı ilə öz üzərinə götürdüyü öhdəlikləri ondan asılı olmayan səbəblərdən, lazımi qaydada, şərtləşdirilmiş vaxtda icra edə bilməmişdir. Hazırkı halda da MTK-nın məhkəməyə müraciət etməklə tikinti işlərinin davam etdirilməsinə və yaranmış vəziyyətin aradan qaldırılmasına nail olmaq məqsədilə tədbirlər gördüyü müəyyən olunur. Bu hal MTK-nın mülki hüquqi məsuliyyətə cəlb edilməsini istisna edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin bu halları üzrə mübahisəli hüquq münasibətlərinin mahiyyətini düzgün müəyyən etməmiş, nəticədə maddi hüquq normalarını səhv tətbiq etmişdir. Mübahisə üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi qətnamənin bu hissədə ləğv edilməsini və iş üzrə yeni qətnamənin qəbul edilməsini zəruri edir.

34. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 5.3, 16.1, 21, 152.1, 152.5, 425, 442, 445.2.1, 446.1 və 446.2, 446.4, 448.1-ci və 448.2, 560.1, 560.2, 567, 752.1, 752.2, 1096, 1097.1-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1 və 4.2, 17-ci, Mənzil Məcəlləsinin 28.1, 28.3 və 28.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

35. Qətnamədən cavabdehlər cavabdeh2 və cavabdeh1 (vəkil vəkil3) birgə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli *** nömrəli Sərəncamını mübahisəsiz sübut kimi qəbul etsə də, həmin sərəncamın hüquqi nəticələrini və qanunvericiliyə uyğun icra olunubolunmadığını araşdırmamışdır. Sərəncamda torpaq sahəsinin iddiaçı MTK-nın istifadəsinə verilməsi torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması şərti ilə nəzərdə tutulmuşdur. Lakin iş materiallarında həmin hüququn “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə uyğun dövlət qeydiyyatına alındığını təsdiq edən çıxarış və ya digər sübut mövcud deyildir. Bu səbəbdən MTK-nın torpaq sahəsi üzərində hüququnun yarandığı və həmin hüquqa əsaslanaraq iddia qaldırmaq səlahiyyətinə malik olduğu sübuta yetirilməmişdir. Bundan başqa, çoxmənzilli yaşayış binasının yerləşdiyi torpaq sahəsi həmin binadakı mənzil mülkiyyətçilərinin istifadəsində olan torpaq sahəsidir. Mülkiyyətçilərin hüquqları mövcud olduğu halda həmin torpaq sahəsinin üçüncü şəxsin istifadəsinə verilməsi və bunun əsasında mülkiyyət hüquqlarına xitam verilməsi mülki qanunvericiliyin prinsipləri ilə uzlaşmır.

37. Məhkəmə binanın qəzalı vəziyyətdə olmasını iddiaçının tələbinin hüquqi əsası kimi qiymətləndirmişdir. Halbuki Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən belə hallarda qanunvericilikdə xüsusi prosedur müəyyən edilmişdir və binanın sökülməsi qanunla səlahiyyət verilmiş dövlət orqanlarının təşəbbüsü ilə həyata keçirilməlidir. Qəzalı vəziyyət özlüyündə özəl hüquqi şəxsə digər şəxslərin mülkiyyət hüququna xitam verilməsi barədə iddia irəli sürmək səlahiyyəti vermir. İş materiallarından görünür ki, məhkəmə baxışı davam etdiyi müddətdə iddiaçı tərəfindən binada söküntü işlərinə başlanmış, sakinlər faktiki olaraq mənzillərindən çıxarılmış, cavabdehlər tərəfindən təqdim edilmiş fotoşəkillər, video-çəkilişlər və digər elektron sübutlar isə məhkəmə tərəfindən qiymətləndirilməmişdır. Halbuki həmin sübutlar mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edirdi. Eyni zamanda, cavabdehlər mənzillərindən faktiki məhrum olunduqları halda, kirayə haqqının ödənilməsi və onun məbləğinin müəyyən edilməsinin hüquqi əsasları da məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə iddiaçının gələcək öhdəlikləri yerinə yetirmək imkanını, tikinti layihəsini, maliyyə təminatını, dövlət və ya bank zəmanətinin mövcudluğunu araşdırmamışdır. İş materiallarından görünür ki, iddiaçının nizamnamə kapitalı cəmi 100 manat təşkil edir. Belə şəraitdə yeni yaşayış binasının tikilməsi, sakinlərə kirayə haqqının ödənilməsi və gələcəkdə mənzillərin verilməsi imkanları qiymətləndirilməmişdır. Bundan əlavə, Mənzil Məcəlləsinin 109 və 110-cu maddələrinin tələblərinə əsasən mənzil-tikinti kooperativinin fəaliyyəti üzvlük münasibətlərinə əsaslanır. Hazırkı işdə isə cavabdehlərin MTK üzvlüyünə qəbul edilməsi, onların kooperativin idarə edilməsində iştirakı, gələcək tikinti layihəsinin şərtləri və mənzillərin bölüşdürülməsi qaydası müəyyən edilməmiş, məhkəməyə hər hansı tikinti layihəsi təqdim olunmamışdır. Məhkəmə Nazirlər Kabinetinin müvafiq qərarlarını da düzgün tətbiq etməmişdir. İstinad edilən qərarların tətbiq dairəsi araşdırılmamış, onların yalnız 2018-ci il ######un #-dək tikintiyə icazə icraatına başlanmış və ya layihələndirilməsi barədə sərəncam qəbul edilmiş layihələrə aid olması nəzərə alınmamışdır. Həmçinin həmin qərarlarda torpaq sahələrinin yalnız mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, mülkiyyətçilərin razılığı ilə əldə edilməsinin nəzərdə tutulmasına baxmayaraq, bu hal da hüquqi qiymətləndirilməmişdir. Məhkəmə Mülki Məcəllənin tikintisi başa çatmayan binaların tərkib hissələrinə hüquqların əvvəlcədən dövlət qeydiyyatına alınmasını nəzərdə tutan müddəalarının tətbiqi imkanını da araşdırmamışdır. Halbuki bu mexanizm gələcəkdə vətəndaşların hüquqlarının təmin olunmasına xidmət edən qanuni vasitədir. Nəhayət, məhkəmə Konstitusiyanın 13-cü, 29-cu və 43-cü maddələri ilə təmin olunan mülkiyyət və mənzil hüquqlarına müdaxilənin hüquqi əsaslarını müəyyən etməmiş, iddiaçının hansı qanun normasına əsasən cavabdehlərin mülkiyyət hüququna xitam verilməsini tələb etmək səlahiyyətinə malik olmasını əsaslandırmamışdır. Apellyasiya şikayətində göstərilən bu dəlillərin əhəmiyyətli hissəsinə ümumiyyətlə hüquqi qiymət verilməmiş, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamı isə hərtərəfli təhlil aparılmadan mübahisənin əsas sübutu kimi qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

38. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

39. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

40. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

41. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

42. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

44. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

46. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

47. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

48. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

49. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

50. Maddə 446.1 və 446.2. Kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Kreditorun icranı gecikdirməsi borcluya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, bir şərtlə ki, kreditor gecikdirmənin nə onun, nə də icranı qəbul etməyin həvalə olunduğu şəxslərin cavabdeh olmadıqları hallara görə baş verdiyini sübuta yetirməsin.

51. Maddə 446.4. Kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun.

52. Maddə 448.1-ci və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 560.1 və 560.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə

53. yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

54. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

55. Maddə 752.1 və 752.2. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

56. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilənbaşqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

57. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi.

58. Maddə 3.0.20. Tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikintiquraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir.

59. Maddə 4.1 və 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir.

60. Maddə 17. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi.

61. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

62. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.

63. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

66. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

70. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

73. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

74. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

75. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

76. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

77. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən onlara aid hissədə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

79. Cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş birgə kassasiya şikayətinin dəlilləri ilə bağlı kassasiya instansiyası məhkəməsi qeyd edir ki, apellyasiya məhkəməsi cavabdehlərə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə mülkiyyət hüquqlarına müdaxilə olunan cavabdehlərin hüquqlarının real bərpasına yönəlmişdir. Belə ki, iddiaçı MTK iddia ərizəsində söküləcək yaşayış sahələrinin əvəzinə həmin ərazidə, cavabdeh cavabdeh2 məxsus olan ünvan 6 ünvanda yerləşən ** saylı sahəsi 73 kv.m. olan mənzilin əvəzinə ünvan 1 ünvanda kooperativ tərəfindən inşa edilən * saylı çoxmərtəbəli yaşayış binasında biri 3-cü mərtəbədə (mənzil 2C-10), digəri isə 6-cı mərtəbədə (mənzil 2C-34) olmaqla 2 ədəd 65 kv.m. yaşayış sahəsi olan 2 otaqlı (ümumilikdə cəmi 130 kv.m., təqribən 76 % əlavə) təmirli mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzillərlə təmin olunanadək iddiaçı MTK tərəfindən ona hər ay 700 manat kirayə haqqının ödənilməsi, cavabdeh cavabdeh1 məxsus olan ünvan 5 ünvanda yerləşən sahəsi 52,40 kv.m. ** saylı mənzilin əvəzinə ünvan 2 ünvanda kooperativ tərəfindən inşa ediləcək * saylı çoxmərtəbəli yaşayış binasında 3-cü mərtəbədə 1 ədəd 94 kv.m. (təqribən 79 % əlavə) yaşayış sahəsi olan 3 otaqlı (*B-** saylı) təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzillə təmin olunanadək iddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də ilkin iddia ərizəsində qeyd edilən yaşayış sahələrinin mövcud mənzillərin əvəzinə verilməsini ədalətli kompensasiya kimi qiymətləndirərək, iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir.

80. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı MTK tərəfindən təklif olunan kompensasiya cavabdehlərin əsaslı gözləntilərini pozmur və mütənasiblik prinsipinə uyğundur. Birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə əsaslıdır. Çünki iş üzrə araşdırılmış hallardan göründüyü kimi cavabdehlərə məxsus yaşayış sahələri istismara yararsız və qəzalı vəziyyətdədir, həm orada yaşayanlar, həm də ətrafdakılar üçün təhlükə mənbəyi təşkil edir. Həmçinin müəyyən edilir ki, həmin yaşayış sahələri Nazirlər Kabinetinin qərarına əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni yaşayış binalarının tikilməsi və sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihə çərçivəsində sökülməlidir. İddiaçı tərəfindən cavabdehlərə təklif edilən yaşayış sahəsinin yerləşdiyi yer, mərtəbəsi, sahəsi və istifadə imkanları onların əsaslı gözləntilərinə uyğundur. Söküləcək sahənin əvəzinə 70 faizdən artıq əlavə sahənin verilməsi də kompensasiyanın ədalətli və mütənasib olduğunu, binanın digər sakinlərinə verilmiş kompensasiya ilə müqayisədə cavabdehlərə münasibətdə ayrı-seçkiliyə yol verilmədiyini təsdiq edir. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmişdir.

81. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə və əsaslandırma ilə razılaşır. Kassasiya şikayətinin qeyd olunanlarla bağlı dəlilləri əsassızdır.

82. Birgə kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

83. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

84. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

85. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

86. Bu səbəbdən, birgə kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

87. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar