Məhkəmə qərarları › İş №e-2(3-8)-823/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-823/2026

03.08.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-823/2026 03.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılov İlham İsmayıl oğlunun cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İsmayılov İlham İsmayıl oğlunun nümayəndə və vəkili nümayəndə1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İsmayılov İlham İsmayıl oğlu cavabdeh Cavabdeh qarşı əmlakdan çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdeh Cavabdeh məxsus olan əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## #### 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili alıcı X2 mülkiyyətinə vermişdir. ## ######## 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə satıcı X2 mənzili iddiaçı İsmayılov İlham İsmayıl oğlunun mülkiyyətinə vermişdir. Bundan sonra iddiaçı İlham İsmayılova ##.##.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ##.##.2024-cü il tarixli texniki pasport verilmişdir. İddiaçı İlham İsmayılov sözügedən mənzili əldə etdikdən sonra ona məlum olmuşdur ki, həmin mənzildə müəyyən əşyalar vardır və onun əldə etdiyi məlumata əsasən həmin əşyalar cavabdeh Cavabdeh məxsusdur. Yaşayış yeri üzrə qeydiyyat haqqında ##.##.2025-ci il tarixli arayışa əsasən ünvan 1 ünvanında qeydiyyatda heç bir şəxsin olmadığı bildirilmişdir. Tərəflərindən Abşeron Rayon Polis İdarəsinə ünvanlanan vəkil sorğusuna əsasən iddiaçı İlham İsmayılova məxsus olan ünvan 1 ünvanında yaşayan cavabdehlərin şəxsiyyətlərinin müəyyən olunması üçün köməklik göstərilməsi xahiş olunmuşdur. İddiaçı İlham İsmayılovun xüsusi mülkiyyətində olan sözügedən mənzildən rahat və sərbəst surətdə istifadə etməsi, orada yaşaması və hərəkət etməsi üçün cavabdehə məxsus olan əşyaların oradan çıxarılması zərurəti yaranmışdır. Belə ki, mübahisə predmeti olan əşyaların sözügedən mənzildə qalması iddiaçının mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdehin isə mübahisə predmeti olan daşınmaz əmlaka öz əşyalarını orada saxlamaqla müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Ona görə də cavabdehə məxsus olan əşyalar həmin ünvandan çıxarılmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

3. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdeh Cavabdeh və onun ailə üzvlərinin çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə gedişatında iddiaçı yenə MPM-nin 53-cü maddəsinə istinad edərək, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehin əşyaları ilə çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh Cavabdeh vəkili nümayəndə2 iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən mənzil 2023-cü ilin aprel ayında Bayramov Mədədə formal alqı-satqı edilmişdir. Həmin vaxtdan bugünədək Cavabdeh orada ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanın bütün qaz, su, işıq pullarını özü ödəyir. Qeyd edilən mənzil Mədəd Bayramov tərəfindən aldatma, sui-istifadə ilə ələ keçirilmişdir. Hal-hazırda Cavabdeh şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılaraq istintaqı davam etdirilir.

6. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia təmin edilmiş, cavabeeh Cavabdeh əşyaları ilə birlikdə İsmayılov İlham İsmayıl oğlunun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3 ünvanında yerləşən * saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq İsmayılov İlham İsmayıl oğluna təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pulun Cavabdeh tutulub, İsmayılov İlham İsmayıl oğluna verilməsi qət edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli yaşayış sahəsini ##.##.2024-cü il tarixdə alqı-satqı yolu ilə əldə etmiş İsmayılov İlham İsmayıl oğlu ilə cavabdeh arasında hər hansı kirayə müqaviləsi bağlanmamış, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla onlar arasında hər hansı münasibət yaranmamışdır. Belə olan halda cavabdehin heç bir əsas olmadan mübahisəli mənzildə yaşaması mülkiyyətçi kimi İsmayılov İlham İsmayıl oğlunun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Mübahisəli daşınmaz əmlak hazırda iddiaçı İsmayılov İlham İsmayıl oğlunun mülkiyyətindədir. Hazırda mübahisəli əmlakda cavabdehin yaşaması və onun mülkiyyət hüququnu pozur.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 157.2, 157.4, Mənzil Məcəlləsinin 29-cu maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarının hərtərəfli təhlili göstərir ki, iddiaçı İsmayılov İlham İsmayıl oğlunun mülkiyyət hüququna əsaslanan tələbi mahiyyət etibarilə hüquqdan sui-istifadənin əlamətlərini daşıyır. Belə ki, iddiaçı mənzili bazar dəyərindən 2,2 dəfə aşağı qiymətə, yəni 153000 manat əvəzinə, cəmi 70000 manata əldə etmişdir. Bazar dəyərindən bu qədər aşağı qiymətlə mənzili alan şəxs əməliyyatın qeyri-adiliyini bilməli və ya bilməli olmalı idi. Buna baxmayaraq iddiaçı mənzili əldə etmiş, sonra isə mənzildə faktiki olaraq yaşayan, orada kapital təmir aparmış və əşyaları olan əvvəlki mülkiyyətçinin çıxarılmasını tələb etmişdir. Bu hərəkətlər birlikdə nəzərdən keçirildikdə, iddiaçının mülkiyyət hüququndan cavabdehə ziyan vurmaq məqsədilə istifadə etdiyi aydın görünür. Mənzilin qısa müddət ərzində üç dəfə ardıcıl olaraq eyni 70000 manat qiymətə satılması-Həmzəyev tərəfindən Bayramova, Bayramov tərəfindən Abbasova, Abbasov tərəfindən İsmayılova-bütün əməliyyatlar zəncirinin cavabdehin əmlakından qeyri-qanuni yolla məhrum edilməsinə yönəlmiş planlaşdırılmış sxem olduğuna ciddi əsas verir. Bu sxemin nəticəsi olaraq cavabdeh həm 153000 manat bazar dəyəri olan mənzilini itirir, həm 61000 manat dəyərində təmir xərclərindən məhrum olur, həm də yaşayış yerini itirir. İddiaçı isə 70000 manata əldə etdiyi mənzildən 83000 manat əsassız varlanma əldə etmiş olur. Belə bir nəticənin əldə olunması üçün mülkiyyət hüququnun istifadə edilməsi açıq-aşkar hüquqdan sui-istifadədir. Birincisi, məhkəmə mənzilin ##.##.2023-cü il tarixdə 70000 manata satıldığını, sonra eyni mənzilin ##.##.2023-cü il tarixdə yenə 70000 manata, daha sonra ##.##.2024-cü il tarixdə üçüncü dəfə yenə 70000 manata satıldığını müəyyən etmiş, lakin bu ardıcıl və eyni qiymətli satışların qeyri-adiliyini araşdırmamışdır. Real bazar dəyəri 153000 manat olan mənzilin üç dəfə ardıcıl olaraq 70000 manata satılması faktına hərtərəfli qiymət verilməli, bu əməliyyatların vicdanlılığı və qanuniliyi araşdırılmalı idi. İkincisi, məhkəmə mənzildə cavabdehin əşyalarının olmasını yalnız mülkiyyət hüququnun pozulması kontekstində qiymətləndirmiş, lakin cavabdehin həmin mənzili nə üçün tərk etmədiyini, orada hansı əsasla yaşadığını, alqı-satqı əməliyyatından xəbərdar olub-olmadığını araşdırmamışdır. Üçüncüsü, mənzildə 61000 manat dəyərində yaxşı səviyyəli təmir aparılması faktı — bu sübutun mövcudluğu mənzilin sadəcə "boşaldılması" tələbinə tam fərqli hüquqi aspekt qatır, lakin məhkəmə bu sübutu tamamilə nəzərə almamışdır. Beləliklə, məhkəmə sübutlara birtərəfli yanaşmış, yalnız iddiaçının mövqeyini dəstəkləyən dəlilləri qiymətləndirmiş, əks tərəfin arqumentlərini və işin tam mənzərəsini əks etdirən halları araşdırmamışdır. Mənzilin qısa müddət ərzində üç dəfə ardıcıl olaraq eyni 70000 manat qiymətə əldən-ələ keçməsinin iqtisadi və hüquqi səbəbləri aydınlaşdırılmamışdı -bu əməliyyatlar zəncirinin təsadüfi xarakter daşıması, yoxsa əvvəlcədən planlaşdırılmış sxem olması müəyyən edilməmişdir. X4 mənzili almaq üçün 70000 manatı hansı formada ödədiyi, depozit hesabı vasitəsilə ödənişin faktiki baş verib-vermədiyi, pulun real olaraq cavabdehə çatıb-çatmadığı araşdırılmamışdır. Bu faktiki halların hər biri məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət daşıyırdı, çünki onların aydınlaşdırılması alqı-satqı əməliyyatının həqiqiliyini və qanuniliyini, deməli iddiaçının mülkiyyət hüququnun əsaslılığını birbaşa müəyyən edərdi. İddiaçı İsmayılov İlham İsmayıl oğlu mənzili ##.##.2024-cü il tarixdə alqı-satqı yolu ilə əldə etmişdir. Lakin bu əməliyyatın vicdanlılığı — yəni iddiaçının mənzili əldə edərkən orada şəxsin yaşadığını, əşyaların olduğunu bilibbilmədiyini — sübut edən heç bir dəlil araşdırılmamışdır. Qətnamədə göstərilir ki, ##.##.2025-ci il tarixli arayışa əsasən həmin ünvanda qeydiyyatda heç bir şəxs yoxdur, lakin cavabdehin faktiki olaraq orada yaşaması məhkəmə tərəfindən etiraf edilmişdir — bu iki fakt arasındakı ziddiyyətin səbəbi aydınlaşdırılmamış və sübut edilməmişdir. Bundan əlavə alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı mənzili ##.##.2023 tarixinədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüş, lakin mənzilin faktiki təhvil verilib-verilmədiyini, cavabdehin nə üçün mənzildə qaldığını təsdiq edən sübutlar araşdırılmamışdır. Məhkəmə nəticə çıxarmışdır ki, cavabdehin mənzildə yaşaması və əşyalarının qalması iddiaçının mülkiyyət hüquqlarını pozur. Lakin işin hallarından görünür ki, cavabdeh mənzilin əvvəlki mülkiyyətçisi olmuş, orada yaşamış, 61000 manat dəyərində kapital təmir aparmış və əşyaları ilə birlikdə orada qalmağa davam etmişdir — bu hallar göstərir ki, cavabdehin mənzildə olması qanunsuz müdaxilə deyil, əvvəlki mülkiyyətçi kimi faktiki sahibliyinin davamıdır. Məhkəmə həmçinin nəticə çıxarmışdır ki, mülkiyyət hüququ dövlət reyestrindən çıxarışla təsdiq olunduğu üçün iddia təmin edilməlidir. Lakin işin halları göstərir ki, reyestrdən çıxarış X2 adına verilmişdir, İsmayılov İlham İsmayıl oğlunun adına deyil — bu ziddiyyət məhkəmə tərəfindən izah edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı İsmayılov İlham İsmayıl oğlunun nümayəndə və vəkili nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində 3 cümlə ilə etiraz yazır, etirazı əsaslandırmaq üçün hər hansı sübut əlavə etmir.

13. Cavabdeh Cavabdeh vəkili nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası vəkilin birinici müraciətini nəzərə alaraq məhkəmə iclasını təxirə salmış, ikinci müraciətini isə üzürsüz hesab edərək, cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

14. ##.##.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3 ünvanında yerləşən * saylı mənzili 70000 manata X5.

15. ##.##.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3 ünvanında yerləşən * saylı mənzili 70000 manata X2.

16. ##.##.2024cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3 ünvanında yerləşən * saylı mənzili 70000 manata İsmayılov İlham İsmayıl oğluna satmışdır.

17. 308013010681-05301-****** reyestr nömrəli ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İsmayılov İlham ismayıl oğlua məxsusdur.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir.

21. Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil AN-İ seriyalı, ******* saylı, ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X2 tərəfindən ismayılov İlham İsmayıl oğluna satılmış, həmin mənzil üzərində iddiaçının mülkiyyət hüquqları ##.##.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair müvafiq çıxarış verilmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlllərinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mülkiyyət hüququnun müdaifəsi ilə bağlı olmaqla, mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmalkın dövlət reyestrində qeydə alınmaqla, həmin qeydin ləğv edilməməklə, həmin qeydin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Cavabdeh tərəfindən isə həmin qeydin ləğvi, həmçinin həmin qeydin aparılması üçün əsas olan daşınmaz əmlakın alqı-satqı müqavilələrinin mübahisələndirilməsinə, o cümlədən qeydin və müqavilələrin ləğv və ya etibarsız hesab edilməsinə dair müvafiq sübutlr məhkəməyə təqdim edilməmişdir. İddia olmayan tələblər üzrə məhkəmənin hər hansı bir araşdırma aparması isə qanunsuz olmaqla, yolverilməzdir. Buna görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

26. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar