Məhkəmə qərarları › İş №2(1-8)-1006/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1006/2026

01.07.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1006/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2025ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İcraçı “xxxx” MTK ilə payçı Qədirov Tahir Əziz oğlu arasında bağlanmış ##.##.2018-ci il tarixli müqaviləyə əsasən, icraçı “xxxx” MTK ünvan 4 “A” saylı ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.m olan, izolə olunmuş 1 otaqdan ibarət ** saylı mənzilini payçı Qədirov Tahir Əziz oğluna verməyi, sonuncu isə mənzilin pay dəyəri olan 36.400 manatı “xxxx” MTK ödəməyi öhdələrinə götürmüşlər. Bununla bağlı Qədirov Tahir Əziz oğluna ##.##.2018-ci il tarixli maliyyə arayışı verilmişdir.

2. “xxxx” MTK tərəfindən verilmiş ##.##.2018-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 7 “A” saylı ünvanda yerləşən yaşayış binasının “xxxx” MMC-nin hüquqi varisi cavabdeh1 MTK ilə ##.##.2017-ci il tarixli “Birgə təsərrüfat Fəaliyyəti haqqında” müqavilənin 3.1, 4.1, 7.5, 7.6, 7.7-ci bəndlərinə uyğun olaraq “xxxx” MTK tərəfindən yeni şərtlərlə müqavilənin bağlanılması, dəyişdirilməsi, yeni qiymətlərlə satışı, maliyyə arayışının verilməsi, tikintinin maliyyələşdirilməsi və yaşayış sahəsinin payçıya təhvil-təslimi razılaşdırılmışdır. Bu binanın 1ci giriş, 10-cu mərtəbəsində, ümumi sahəsi 56 kv.m olan 1 otaqlı, ** saylı mənzilinin pay dəyəri- 36.400 manat payçı Qədirov Tahir Əziz oğlu tərəfindən ödənilmiş və onun MTK-ya heç bir borcu yoxdur.

3. Daha sonra, cavabdeh cavabdeh1 MTK ilə payçı Qədirov Tahir Əziz oğlu arasında bağlanmış ##.##.2019-cu il tarixli müqaviləyə əsasən, qeyd olunan mənzilə dair ##.##.2018-ci il tarixli müqavilə yeni şərtlərlə yenilənərək bağlanılmış və ##.##.2019-cu il tarixli maliyyə arayışı verilmişdir.

4. Qədirov Tahir Əziz oğlu ##.##.2022-ci il tarixdə vəfat etmişdir.

5. ##.##.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında İddiaçı Qədirov Tahir Əziz oğlunun vərəsəsi hesab edilmişdir.

6. Əvvəllər bağlanmış ##.##.2019-cu il tarixli müqaviləyə əsasən MTK-nın Nizamnaməsinə və mövcud qanunvericiliyə əsasən mübahisəli mənzilin ilk alıcısı və mülkiyyətçisi olmasının təsdiq edilməsinə uyğun olaraq cavabdeh1 MTK ilə İddiaçı arasında yeni şərtlərlə ##.##.2025ci il tarixli müqavilə bağlanmış və sonuncunun adına eyni tarixli maliyyə arayışı verilmişdir.

7. Həmçinin cavabdeh1 MTK ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ələkbərov İlham Əmrah oğlu arasında ##.##.2022-ci il tarixli müqavilə bağlanmışdır.

8. Daha sonra Ələkbərov İlham Əmrah oğlu və cavabdeh2 arasında ##.##.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” saylı ünvanda cavabdeh1 MTK tərəfindən inşa edilən binanın 1ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.m olan, 1 otaqlı ** saylı mənzili Ələkbərov İlham Əmrah oğlu 27.500 manata satmağı, cavabdeh2 həmin mənzili gələcəkdə həmin məbləğə almağı öhdəsinə götürmüşlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər cavabdeh1 MTK və cavabdeh2 qarşı (Ələkbərov İlham Əmrah oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MTK ilə bağlanmış ##.##.2019-cu il tarixli, *** saylı “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən atası Qədirov Tahir Əziz oğlu tərəfindən satın alınmış ünvan 8 “A” saylı ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.m olan, 1 otaqlı ** saylı mənzildə yaşayan cavabdeh cavabdeh2 mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası Qədirov Tahir Əziz oğlu ilə “xxxx” MTK arasında bağlanmış ## #### 2019-cu il tarixli, *** saylı “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının ##.##.2006-cı il tarixli, *** nömrəli sərəncamı ilə ünvan 3 “A” saylı ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.m olan, 1 otaqlı ** saylı mənzil atası Qədirov Tahir Əziz oğlu tərəfindən 36.400 manat dəyərində ödəniş edilərək satın alınmışdır. Mərhum atası Qədirov Tahir Əziz oğlu mənzilin təhvil verilməsi ilə bağlı dəfələrlə “xxxx” MTKnə müraciət etmiş, lakin hər dəfə müxtəlif bəhanələr gətirilərək mənzilin təhvil verilməsi uzadılmışdır. Sonuncu dəfə mənzillə əlaqədar olaraq binada olduğu zaman, Qədirov Tahir Əziz oğlu keçirdiyi əsəb və gərginlik nəticəsində ürək tutmasından ## ###### 2022-ci il tarixdə həmin binanın həyətində vəfat etmişdir. Atası Qədirov Tahir Əziz oğlunun vəfatından sonra onun hüquqi varisi o, olmuş və bu barədə ona * saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən ##.##.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. “xxxx” MTK-nın qanunsuz əməlləri səbəbindən, digər vətəndaşlar kimi, o da Qədirov Tahir Əziz oğlunun vərəsəsi olaraq müxtəlif dövlət qurumlarına şikayətlər etmiş və nəticədə MTK-nın qanunsuz əməlləri ilə bağlı cinayət işi açılmışdır. Daha sonra, X2 AR CM-nin 178.4, 308.2 və 313-cü maddələri ilə, X1 AR CM-nin 178.4, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair ##.##.2024-cü il tarixli ittiham aktında aydın olmuşdur ki, təqsirkarlar yaşayış binasının 1-ci blokda yerləşən 1 otaqlı ** saylı mənzili ##.##.2019-cu il tarixli, *** nömrəli alqı-satqı müqaviləsi və mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışı ilə özləri tərəfindən Qədirov Tahir Əziz oğluna satıldığını bildikləri halda, həmin mənzili MTK-ya müraciət etmiş cavabdeh2 ##.##.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsi, mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışı və kassa mədaxil orderi ilə satılmasını rəsmiləşdirməklə, ondan 27.500 manat vəsait almışlar. Bundan əlavə, zərərçəkmiş şəxs cavabdeh2 ifadəsində göstərmişdir ki, ona binanın 1-ci blokunda 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 56 kv.m olan, 1 otaqdan ibarət ** nömrəli mənzil 27.500 manata təklif edilmiş, o da razılaşaraq ##.##.2022-ci il tarixdə, ünvan 6 “A” saylı ünvanda inşa edilən binanın cavabdeh1 MTK-nın ofisində həmin vaxt mühasib işləyən X1 27.500 manat vermişdir. X1 pulu sayaraq götürdükdən sonra binanın 1-ci blok 11-ci mərtəbəmində yerləşən, ümumi sahəsi 56 kv.m olan, 1 otaqlı ** saylı mənzilin adına rəsmiləşdirilməsinə dair müqavilə, maliyyə arayışı və kassa mədaxil orderini hazırlayıb təqdim etmişdir. MTK-nin qanuni təmsilçisi X2 alıb imzalamış və möhürlə təsdiq etmişdir. Mənzil adına rəsmiləşdirildikdən sonra o qanunsuz olaraq həmin mənzilə girmiş və hazırda da ailə üzvləri ilə birlikdə mənzildə yaşayır. Göründüyü kimi, yaşayış binasının 1-ci blok 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 56 kv.m olan, 1 otaqlı ** saylı mənzil ilkin olaraq ## #### 2019-cu il tarixdə atası Qədirov Tahir Əziz oğluna satılmış və daha sonra onun məlumatı olmadan cavabdeh2 satılmışdır. Cavabdeh cavabdeh2 ifadəsində özü də həmin evi ## ### 2022-ci il tarixində yəni, atası Qədirov Tahir Əziz oğlundan sonra aldığını və hazırda da həmin mənzildə yaşadığını etiraf etmişdir. Bununla da, mərhum atası Qədirov Tahir Əziz oğlunun vərəsəsi olaraq onun hüquqları pozulur.

11. Məhkəmə iclasında cavabdeh cavabdeh2 vəkili və nümayəndəsi vəkil2 iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı mənzilin mülkiyyətində olduğunu qeyd etsə də, onun mülkiyyət, mənzilə dair sahiblik, sərəncam vermək hüququnu təsdiqləyən heç bir sənədi yoxdur. Həmçinin, cavabdeh cavabdeh2 iddiaçı tərəfindən pretenziya məktubu göndərilmədiyindən iddia ərizəsi mümkünsüz hesab olunaraq geri qaytarılmalı idi. Bundan əlavə, cavabdeh2 cavabdeh qismində qeyd olunması düzgün deyil. Çünki cavabdeh2 mübahisəli mənzili cavabdeh1 MTK-dan deyil, notariusda alqı-satqı müqaviləsi ilə Ələkbərov İlham Əmrah oğlundan əldə etmişdir. Hazırda cavabdeh cavabdeh2 həmin mənzildə yaşamaqdadır. İddiaçı tərəfindən təqdim edilmiş 2018 və 2019-cu illərdə tərtib olunmuş müqavilələr ayrı-ayrı mənzillərə aiddir. Belə ki, “xxxx” MTK ilə bağlanmış müqavilədə söhbət 10-cu mərtəbədəki mənzildən gedir. Əlavə olaraq, mənzilə dair ödənişi təsdiq edəcək sübutda heç bir bank məlumatı yoxdur. Ödəniş “xxxx” MTK-nə edilsə də, sonuncu cavabdeh1 MTK-nın hüquqi varisi deyil. Cavabdeh cavabdeh2 ilə müqavilə notarial qaydada bağlanmış, ödənişi isə Bank vasitəsilə olmuşdur. AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan araşdırmalar zamanı həm iddiaçı, həm də cavabdeh cavabdeh2 zərərçəkmiş şəxs kimi tanınmışdır.

12. Məhkəmə tərəfindən ##.##.2025-ci il tarixdə ünvan 3 “A” saylı ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.m olan, 1 otaqlı ** saylı mənzilə baxış keçirilərkən, sözügedən mənzilin 1 qonaq otağı, 1 yataq otağı və mətbəxlə birlikdə giriş hissəsindən ibarət olduğu cavabdeh cavabdeh2 ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşadığı müəyyən edilmişdir.

13. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, cavabdeh2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmçinin, həmin şəxslə əlaqəli heç bir sənəd cinayət işinin materiallarına əlavə edilməmişdir. ünvan 6 “A” saylı ünvanda inşa edilmiş, 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 56 kv.m olan, izolə olunmuş 1 otaqlı ** saylı mənzilin cavabdeh2 başqa digər şəxslərə satılmasına dair məlumata cinayət işinin ittiham aktında rast gəlinmir.

14. AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, cavabdeh1 MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində inşa edilən yaşayış binasının 1-ci blokunda yerləşən, ümumi sahəsi 49.3 kv.m olan, 1 otaqlı ** saylı mənzil MTK-nın vəzifəli şəxsləri tərəfindən ##.##.2019cu il tarixli alqı-satqı müqaviləsi ilə Qədirov Tahir Əziz oğlunun adına, daha sonra MTK-nın direktoru olmuş X2 tərəfindən verilmiş ##.##.2022-ci il tarixli alqı- satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə ikili satış əsasında cavabdeh2 adına rəsmiləşdirilmişdir. Həmin xüsusatla bağlı X2 AR Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

15. Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia təmin edilərək, cavabdeh cavabdeh2 ünvan 4 “A” saylı ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.metr olan, 1 otaqlı ** nömrəli mənzildən çıxarılması, mənzilin cavabdehlər cavabdeh2 və cavabdeh1 MTK tərəfindən iddiaçıya təhvil verilməsi qət edilmişdir.

16. Məhkəmə cavabdeh cavabdeh1 MTK ilə müstəqil tələb irəli sürməyən üçüqncü şəxs Ələkbərov İlham Əmrah oğlu arasında ##.##.2022-ci il tarixdə bağlanmış müqavilə əsasında əldə edilmiş, daha sonra Ələkbərov İlham Əmrah oğlu və cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsi ilə satın alınmış mübahisəli mənzilə dair bağlanmış müqavilədən əvvəl, həmin mənzilə dair “xxxx” MTK ilə iddiaçının mərhum atası Qədirov Tahir Əziz oğlu arasında ##.##.2018-ci il tarixli, *** saylı müqavilənin mövcud olduğunu (daha sonra icraçı cavabdeh1 MTK ilə payçı Qədirov Tahir Əziz oğlu arasında bağlanmış ##.##.2019-cu il tarixli, *** saylı müqavilə) Qədirov Tahir Əziz oğlunun ##.##.2022ci il tarixdə vəfat etməsindən sonra ##.##.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ilə onun vərəsəsi hesab edilmiş iddiaçı ilə cavabdeh cavabdeh1 MTK arasında bağlanmış ##.##.2025-ci il tarixli müqaviləyə əsasən iddiaçının mənzilin ilk alıcısı və mülkiyyətçisi olmasının təsdiq edilməsinə uyğun olaraq yeni şərtlərlə müqavilə bağlanılmasını, həmçinin cavabdeh cavabdeh1 MTK-nın ünvan 4”A” saylı ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.m olan, 1 otaqlı ** saylı mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıdığını nəzərə alaraq hesab etmişdir ki, cavabdeh cavabdeh2 mənzildən çıxarılmalı və həmin mənzil iddiaçıya təhvil verməlidir.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh cavabdeh2 ilə cavabdeh1 MTK arasında hər hansı müqavilənin mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Həmçinin cavabdeh tərəfindən də bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

18. Məhkəmə öz hüquqi mövqeyini AR Konstitusiyasının 13, 29, 60-ci, Mülki Məcəllənin 152, 157.2, 157.4, 178.8, 402.1, 402.4, 402.5, 425.1, 425.2-ci, habelə MPM-nin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və onun Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulxadə küçəsi 1”A” saylı çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.m olan 1 otaqlı ** saylı mənzildə qalması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ədalətsiz və qərəzlidir ona görə də ləğv edilməlidir. Məhkəminin hazırlıq iclası zamanı da bildirmişdir ki, iddiaçı məhkəməyə şikayət etməzdən əvvəl cavabdehə bu barədə hər hansı bir müraciət etməmiş, heç bir hüquq mühafizə orqanlarına mənzilinin zəbt edilməsi barədə şikayət etməmişdir. Həmçinin məhkəmyə vəsatət verərək xahiş etmişlər ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində bu işlə bağlı icraatda iş olduğundan bu iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsində başa çatanadək baxılmamış saxlanılıb Lakin məhkəmə vəsatətə də münasibət bildirməmişdir. Məhkəmə araşdırması zamanı kobud prosessual pozuntulara yol verilmişdir. İddiaçının atası Qədirov Tahir Əziz oğlu ## ####### 2018-ci il tarixli, *** saylı mənzil tikinti müqaviləsi ilə ünvan 4 “A” saylı ünvanda inşa edilən 15 mərtəbələ yaşayış evinin 1-ci blok 10-cu mərtəbəsində yerləşən ** saylı mənzili “xxxx” MTK-dən almışdır. Özlərinin dediklərinə görə mənzilin tam dəyərini, yəni 36.400 manatı “xxxx” MTK-nın kassasına ödəmişlər. Lakin həmin vaxt “xxxx” MTK-nin rəhbəri işləmiş X3 AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində verdiyi izahatında (ittiham aktında var) qeyd etmişdir ki, “MTK-nın 1-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 49.3 kv.m ölçüdə olan, 1 otaqlı 37-ci mənzil üçün Qədirov Tahir Əziz oğlu ona 18.000 manat ödəmişdir” ( məzilin sahəsi də uyğunsuzluq təşkil edir). Buradan belə nəticəyə gəlmək olar ki, “xxxx” MTK-ya da tam ödəniş edilməmişdir. Amma iddiaçı israrla ödənişin tam ödənildiyini bildirir. Cavabdeh cavabdeh2 isə vicdanlı alıcı olaraq aldığı mənzilin pulunu tam şəkildə ödəmişdir. cavabdeh2 ## ### 2022-ci il tarixdə Abşeron rayonu, * saylı notariat ofisində Ələkbərov İlham Əmrah oğlundan “ilkin alqı-satqı müqaviləsi” ilə ## ### 2022-ci il tarixli mənzil tikinti müqaviləsi ilə onun sahibliyində və istifadəsində olan, ünvan 1 “A” saylı ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən 56 kv.m olan, izolə olunmuş 1 otaqlı, 37-ci mənzili almış, bu alqı-satqıdan sonra qeyd edilən mənzilin müqaviləsi cavabdeh2 adına dəyişdirilmişdir. Ələkbərov İlham Əmrah oğlu bu məzilin pulunu tam şəkildə ödəmişdir. Bu barədə ittiham aktında da qeyd edilir. cavabdeh2 adına olan müqavilənin məhkəmə işinin içərisində olmamasının səbəbi isə ## ###### 2023-cü il tarixində AR Baş prokuroru yanında Korrusiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi tərəfindən “götürmə aparılması haqqında protokolla” götürülməsidir. (protokol işin içərisində vardır, lazım olarsa təqdim edə bilər). İddiaçı qeyd edir ki, cavabdeh onun atasına məxsus mənzili özbaşına zəbt etmişdir. Həmçinin qeyd edir ki, onlar öz mənzillərinə buraxılmırdılar. Əgər onlar özlərinin hesab etdikləri mənzilə buraxılmırdılarsa, hər hansı bir kənar şəxs qeyd edilən binada özbaşına mənzil zəbt edərək təmir edib yaşaya bilməzdi. İddiaçı həmçinin onun zərərçəkən kimi tanınmadığını qeyd edir. Amma ittiham aktında iddaçı və cavabdehlərin hər ikisi zərərçəkən kimi tanımışdırlar. Abşeron Rayon Məhkəməsinin hakimi Mirnəsir Mirhəsənlinin ## #### 2025-ci il tarixli sorğusuna Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixlı cavabında qeyd edilir ki, “ünvan 2 ünvanında inşa edilmiş, 15 mərtəbəli yaşayış evinin blok 1, mərtəbə 11, ümumi sahəsi 56 kv metr olan, izolə olunmuş 1 otaqdan ibarət, ** saylı mənzilin cavabdeh2 başqa digər şəxslərə satılmasına dair məlumata cinayət işinin ittiham aktında rast gəlinmir”. Onlar Abşeron Rayon Məhkəməsində bildirmişlər ki, iddiaçı məhkəməyə iki müqavilə təqdim etmişdir. Müqavilənin biri “xxxx” MTK, digəri isə “xxxx” MTK. “xxxx” MTK-ya ödənişi təsdiq edən heç bir sənəd yoxdur. Qeyd edilən MTK-ların hər birinin öz VÖEN-ləri vardır və onlar başqa başqa MTK-lardırlar. “xxxx” MTK-nın “xxxx2016” MTK-nın hüquqi varisi olmasını sübut edən heç bir sənəd təqdim edilməmişdir. Ən böyük prosessual pozuntudan biri də, tərəflərin məhkəmə çıxışlarından sonra iddiaçının vəkili hakimə iddiaçı İddiaçı ilə cavabdeh “xxxx” MTK arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilənin məhkəməyə təqdim etməsi oldu. Bununla bağlı etirazlarını bildirsələr də hakim dinləməyərək təqdim edilən müqaviləni qəbul etmiş və bu müqaviləyə “##.##.2025-ci il tarixli müqaviləyə əsasən iddiaçının mənzilin ilk alıcısı və mülkiyyətçisi olmasının təsdiq edilməsinə uyğun olaraq yeni şərtlərlə müqavilə bağlanılmışdır” kimi münasibət bildirmişdir. Amma bu müqavilə məhkəmə işinin içərisində yoxdur. Əgər “xxxx” MTK barəsində cinayət işi mövcuddursa və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında cinayət işi gedirsə MTK necə müqavilə verə bilər. İddia tələbi ## #### 2019-cu il tarixli *** saylı müqaviləyə görə verilir, qətnamə isə ##.##.2025-ci il tarixli müqavilə əsasən çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəmənin ##.##.2025-ci il tarixli “(***)-***/**** saylı qərarın 70-ci bəndində qeyd edilir ki,” AR Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin ## ####### 2010-cu il tarixli qərarındakı hüquqi müvqeyinə əsasən-mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülikiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.(Mülki Məcəllənin 178-ci maddəsi) Lakin MM-in 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüquqi olan digər şəxslər koopertivin verdiyi mənzil, bağ, qaraj və ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququnu əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir (Yuxarıda da qeyd etdikləri kimi, xxxx MTK ya iddiaçı tərəfindən hər hansı bir ödənişi təsdiq edən rəsmi bir sənəd yoxdur). Notarial qaydada bağladıqları müqaviləni iddiaçının müqaviləsi ilə müqayisə etdikdə, notarial qeydiyyatını reyestr qeydiyyatı kimi qəbul etmək olar. cavabdeh2 iki ildən çoxdur ki, bu mənzildə yaşayır. Abşeron Rayon Məhkəməsinin hakimi qeyd edilən mənzildə olmuş, yerində baxış keçirmişdir. Amma nədənsə bu baxışla bağlı da heç bir münasibət bildirməmişdir. Məhkəmə təqdim edilmiş sübutları tam araşdırmamışdır. Çünki götürmə protokolunu, Korrupsiyaya qarşı Mübarizə İdarəsindən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsindən gələn məktublar və sorğulara cavablar diqqətdən kənarda qalmışdır. İddiaçı mənzilin dəyərinin tam ödənilməsini sübut edə bilməmişdir. Məhkəmə iş üçün əsas əhəmiyyət kəsb edən, “xxxx” MTKnın “xxxx” MTK-nın hüquqi varisi olduğunu aydınlaşdırmağa heç bir rəy göstərməmişdir. Halbuki, iddiaçı tərəf ödənişi “xxxx” MTK-ya deyil, “xxxx” MTK ödəmiş, həm də tam deyil, cəmi 18.000 manat. Məhkəmə mənzilə yerində baxış keçirərək onun təmir edərək yaşadığını görmüşdür və məhkəmə gedişində bununla bağlı heç bir fikir, münasibət bildirməmişdir. Məhkəmə işdə adı keçən üçüncü şəxsin işə cəlb edilməsinə cəhd göstərməmişdir. Çünki Ələkbərov İlham Əmrah oğlu öz növbəsində “xxxx” MTK-ya tam ödəniş edərək aldığı mənzili notarial qaydada ilkin alqı-satqı müqaviləsi ilə ona satmış, sonra isə MTK-da müqavilə onun adına dəyişdirilmişdir.

21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən, məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh2 ünvan 4 “A” saylı ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.m olan, 1 otaqlı 37 saflı mənzildən çıxarılması, mənzilin cavabdeh cavabdeh2 tərəfindən iddiaçıya təhvil verilməsi və iddia tələbinin cavabdeh cavabdeh1 MTK-ya aid hissədə təmin edilməməsi qət edilmişdir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mərhum atası Qədirov Tahir Əziz oğlu mübahisəli mənzilinin dəyərini tam ödəyərək, ayrı-ayrı vaxtlarda yaşayış binasının tikintisi ilə məşğul olan “xxxx” MTK ilə ##.##.2018-ci il tarixdə, cavabdeh1 MTK ilə ##.##.2019-cu il tarixdə müvafiq müqavilələr bağlamışdır. İddiaçının mərhum atası öldükdən sonra ##.##.2025-ci il tarixində cavabdeh1 MTK ilə iddiaçı arasında mübahisəli mənzillə bağlı yenidən müqavilə bağlanmışdır. Belə olan halda iddiaçı hazırkı iş üzrə iddia qaldırmağa müvafiq subyektiv hüquqa malik olduğundan, cavabdeh tərəfindən həmin mənzildə yaşamaqla iddiaçının yaşayış sahəsinə sahiblik və istifadə hüquqları pozulduğundan, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ vardır.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırki mübahisənin həllində istinad etdiyi AR Mülki Məcəlləsinin 178.8-ci maddəsini səhv tədbiq etmişdir. Məhz bu səbəbdən qətnamə tam ləğv edilməlidir.

24. Belə ki, ## #### 2009-cu il tarixdə qüvvəyə minmiş AR Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

25. Göründüyü kimi, iddiaçının atası Tahir Qədirov mənzilin pay dəyəri olan 36.400 manat pul vəsaitini ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Mübahisəsi gedən mənzilə dair cavabdeh1 MTK ilə Ələkbərov İlham Əmrah oğlu arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilə və Ələkbərov İlham Əmrah oğlu ilə cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli ilkin alqı-satqı müqavilə bağlanarkən iddiaçının atası Tahir Qədirov ilə “xxxx” MTK arasında bağlanmış ##.##.2018-ci il tarixli, Tahir Qədirov ilə cavabdeh1 MTK arasında bağlanmış ##.##.2019-cu il tarixli müqavilələr qüvvədə olmuşdur, Tahir Qədirovun isə mənzilin üçüncü şəxsə satılması ilə bağlı razılığı alınmamışdır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə kollegiyasının araşdırması zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, mənzil cavabdeh cavabdeh2 təhvil verilmiş, sonuncu isə mübahisəli mənzili təmir edib, həmin mənzildə yaşamağa başlamışdır.

27. Məhkəmə kollegiyası satıcı olan Ələkbərov İlham Əmrah oğlu ilə alıcı cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin müqavilə etibarlı əqd kimi qiymətləndirilə bilməz.

28. Belə ki, qeyd olunan müqavilə bağlanarkən daha əvvəl bağlanmış müqavilə üzrə tərəf olan Tahir Qədirovun və kooperativin razılığı alınmamışdır. Bununla da Ələkbərov İlham Əmrah oğlunun həmin əqdi bağlamağa subyektiv hüququ olmamışdır.

29. Digər tərəfdən, vürğulanmalıdır ki, işin hallarına görə cavabdeh1 MTK-nın direktoru olmuş X2 barəsində AR CM 178.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində cavabdeh2 zərərçəkmiş şəxs qismində tanınmışdır.

30. Göstərilən nəticəyə gələrkən məhkəmə kollegiyası onu vurğulamışdır ki, mübahisəli mənzil cavabdeh2 faktiki sahibliyində olduğundan, həmin mənzildə çıxarılması və yaşayış sahəsinin təhvil verilməsinə dair iddia tələbinə cavabdeh2 cavab verməli şəxs kimi çıxış etməlidir.

31. Cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlillərində iddia ərizəsinin baxılmamış saxlanılması barədə vəsatətinə qiymət verilmədiyini, yerində baxış keçirilsə də bu barədə qətnamə qeyd edilməməsini, çıxışlar mərhələsində iş üzrə icraat təzələnmədən sübut təqdim edilməsinə yol verildiyini göstərsə də, həmin hallar məhkəmə iclas protokollarda və videogörüntülərdə öz əksini tapmamışdır.

32. Bununla belə məhkəmə izah etmişdir ki, yuxarıda qeyd olunan müqavilələrin etibarsız hesab olunması mənzil üçün Ələkbərov İlham Əmrah oğlu tərəfindən cavabdeh1 MTK-ya ödənilmiş pul vəsaitinin, cavabdeh2 isə Ələkbərov İlham Əmrah oğluna ödənilmiş pulun geri qaytarılması barədə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir.

33. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Konstitusiyasının 13, 29, 71-ci, Mülki Məcəllənin 6, 14.1, 14.2.1, 152, 157.2, 157.8, 402.1, 404, 425.1-ci, Mənzil Məcəllənin 112.1ci, habelə MPM-nin 14.2, 77.1, 217.3, 217.4-ci madələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh cavabdeh2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, onun xeyrinə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh2 mənzili alarkən mənzilin daha əvvəl başqa şəxslərə satıldığını bilməmiş, iddiaçı da ona əvvəldən bu barədə heç bir məlumat verməmişdir. Əks halda cavabdeh2 bu mənzili almazdı. Mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq AR Mülki Məcəlləsinin 178.8-ci maddəsində kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirmişdir. Notaril qaydada bağlanmış müqaviləni iddiaçı ilə bağlanmış müqavilə ilə müqayisə etdikdə, notarial qeydiyytını reyestr qeydiyyatı kimi qəbul etmək olar. Birinci instansiya məhkəməsi evə baxış keçirsə də, məhkəmənin gedişi zamanı bu baxışa heç bir munasibət bildirməmiş, apellyasiya məhkəməsi də məhkmənin gedişində videoçəikilişə heç bir diqqət verməmişdir. Apellyasiya məhkəməsi Abşeron Rayon Məhkəməsini sübutları tam araşdırmamaqda günahlandırsa da, özləri də bu pozuntulara yol vermişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən qətnamənin elan edilməsindən əvvəl məhkəmə işinə sənəd əlavə edilməsinin prosessual pozuntu kimi qiymətləndirilməsini apellyasiya məhkəməsindən iddia etsə də tələbi cavabsız qalmışdır.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. İddiaçı İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

38. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

39. Maddə 14.2.1. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.

40. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

41. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

42. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

43. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

44. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

45. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

46. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh2 tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlınldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

55. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdeh cavabdeh2 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

56. Cavabdeh Zvur Məmliyev kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

57. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mərhum atası Tahir Qədirov mübahisəli mənzilinin dəyərini tam ödəyərək, ayrı-ayrı vaxtlarda yaşayış binasının tikintisi ilə məşğul olan “xxxx” MTK ilə ##.##.2018-ci il tarixdə, cavabdeh1 MTK ilə ##.##.2019cu il tarixdə müvafiq müqavilələr bağlamışdır.

58. İddiaçının mərhum atası Tahir Qədirov öldükdən sonra ##.##.2025-ci il tarixdə cavabdeh1 MTK ilə iddiaçı arasında mübahisəli mənzilə dair yenidən müqavilə bağlanmışdır. Belə olan halda iddiaçı hazırkı iş üzrə iddia qaldırmağa müvafiq subyektiv hüquqa malik olduğundan, cavabdeh tərəfindən həmin mənzildə yaşamaqla iddiaçının yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarını pozduğundan, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə hüququ olmuşdur.

59. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırki mübahisənin həllində istinad etdiyi AR Mülki Məcəlləsinin 178.8-ci maddəsini səhv tədbiq etmişdir. Məhz bu səbəbdən qətnamə tam ləğv edilməlidir. Belə ki, ## #### 2009-cu il tarixdə qüvvəyə minmiş AR Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

60. Göründüyü kimi, iddiaçının atası Tahir Qədirov mənzilin pay dəyəri olan 36.400 manatı ödəməklə, həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmişdir. Mübahisəsi gedən mənzilə dair cavabdeh1 MTK ilə Ələkbərov İlham Əmrah oğlu arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilə və sonuncu ilə cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli ilkin alqısatqı müqavilə bağlanarkən iddiaçının atası Tahir Qədirovla “xxxx” MTK arasında bağlanmış ##.##.2018-ci il tarixli, habelə Tahir Qədirovla cavabdeh1 MTK arasında bağlanmış ##.##.2019cu il tarixli müqavilələr qüvvədə olmuşdur, həmçinin Tahir Qədirovdan mənzilin üçüncü şəxsə satılması ilə bağlı razılığı alınmamışdır.

61. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyasının araşdırması zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, mənzil cavabdeh cavabdeh2 təhvil verilmiş, sonuncu isə mübahisəli mənzili təmir edib, həmin mənzildə yaşamağa başlamışdır.

62. Apellyasiya məhkəməsi satıcı İlham Ələkbərovla alıcı cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin müqavilə etibarlı əqd kimi qiymətləndirilə bilməz.

63. Belə ki, qeyd olunan müqavilə bağlanarkən daha əvvəl bağlanmış müqavilə üzrə tərəf olan Tahir Qədirovun və kooperativin razılığı alınmamışdır. Bununla da İlham Ələkbərovun həmin əqdi bağlamağa müvafiq subyektiv hüququ olmamışdır.

64. Digər tərəfdən, vürğulanmalıdır ki, işin hallarına görə cavabdeh1 MTK-nın direktoru olmuş X2 barəsində AR CM 178.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində məhz cavabdeh cavabdeh2 zərərçəkmiş şəxs qismində tanınmışdır.

65. Apellyasiya məhkəməsi onu da vurğulamışdır ki, mübahisəli mənzil cavabdeh2 faktiki sahibliyində olduğundan, həmin mənzildə çıxarılması və yaşayış sahəsinin təhvil verilməsinə dair iddia tələbinə cavabdeh2 cavab verməli şəxs kimi çıxış etməlidir.

66. Bununla belə, apellyasiya məhkəməsi izah etmişdir ki, yuxarıda qeyd olunan müqavilələrin etibarsız hesab olunması, sözügedən mənzil üçün İlham Ələkbərov tərəfindən cavabdeh1 MTK-nə ödənilmiş vəsaitin, cavabdeh2 tərəfindən İlham Ələkbərova ödənilmiş vəsatin geri qaytarlması, habelə mənzilin təmirinə çəkdiyi xərcin ödənilməsi barədə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir.

67. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdeh cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar