Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1353/2021 21.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə 21 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada bankın xeyrinə 02R000031352 saylı kredit razılaşması üzrə 10256,69 ABŞ dolları əsas, 10020,41 ABŞ dolları faiz və 10061,21 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 30338,31 ABŞ dolları məbləğində borcun, iddia ərizəsinin ödənilməsi üçün ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 29 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına banka olan borcun ödənilməsinin təmin edilməsi, əmlakın satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi kifayət etmədikdə qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması, mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılaraq mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1353/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1353/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver