Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2/2024 09.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı2 ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2, Müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı2 ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s” tələbinə dair ilkin, müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdehlər Cavabdeh3 və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1(İddiaçı2 ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s” tələbinə dair iddia ərizəsi ilə 02 iyun 2017-ci il tarixdə məhkəməyə müraciət edərək, 11 oktyabr 2013-cü il tarixli, 161/MB-KM-0013 saylı Kredit müqaviləsinə əsasən 2.500.000 (iki milyon beş yüz min) manat əsas borc, 264.924,81 (iki yüz altmış dörd min doqquz yüz iyirmi dörd manat səksən bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2.764.924.81 (iki milyon yeddi yüz altmış dörd min doqquz yüz iyirmi dörd manat səksən bir qəpik) manat pulun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 tutularaq, İddiaçı1-nə ödənilməsi;Tələbin sonrakı ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu. 558-566-cı məhəllə. X12 küçəsi 5 ünvanında olan binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 835.7 kv.m olan qeyri-yaşayış sahəsinin və Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında olan binanın. 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 127,9 kv.m olan qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və satışdan əldə olunan məbləğin İddiaçı1-nə olan borcun ödənilməsinə yönəldilməsi; Sonrakı ipoteka predmeti olan daşınmaz əmlakların satışından əldə olunacaq vəsait qətnamənin icrasına yetərli olmadığı halda, qalan məbləğ Cavabdeh2 tutularaq. “X19" ASC-nə ödənilməsi;İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun İddiaçı1nə verilməsi; Sonrakı ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu. 558-566-cı məhəllə. X12 küçəsi 5 ünvanında 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 835.7 kv.m olan qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanında, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 127,9 kv.m olan qeyri-yaşayış sahəsi açıq hərracda satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,"X19” ASC ilə Cavabdeh2 arasında bağlamış 11 oktyabr 2013-cü il tarixli, 161/MB-KM-0013 saylı Kredit müqaviləsinə əsasən cavabdehə illik 6,25 %-lə 24 ay müddətinə 2 500 000 (iki milyon beş yüz min) manat məbləğdə kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq 11 oktyabr 2013-cü il tarixli, 16İ/MB-SİM1-0013 saylı sonraki ipoteka müqaviləsi əsasında Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X12 küçəsi 5 ünvanında olan binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 835.7 kv.m olan qeyri-yaşayış sahəsi və 11 oktyabr 2013-cü il tarixli, 161/MB-SİM2-0013 saylı sonraki ipoteka müqaviləsi əsasında Cavabdeh4 qızma məxsus ünvan 4 ünvanında olan binanın 1-ci mərtəbəsində yerləşən 127,9 kv.m ümumi sahədən ibarət olan olan qeyri-yaşayış sahəsi sonrakı ipoteka ilə yüklü edilmişdir. Sonrakı ipoteka müqavilələri dövlət qeydiyyatı orqanında qeydiyyata alınmış və bu barədə RX seriyalı, ******* nömrəli və RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınma/ əmlakın Dövlət reyestrindən Çıxarışlar alınmışdır. 15 oktyabr 2015-ci il tarixində cavabdeh ilə bank arasında 11 oktyabr 2013-cü il tarixli, 161/MB-KM-0013 saylı Kredit müqaviləsinə edilmiş 02 nömrəli Əlavəyə əsasən cavabdeh 11 oktyabr 2013-cü il tarixli, 161/MB-KM-0013 saylı kredit müqaviləsi üzrə aldığı vəsaiti 11 oktyabr 2016-cı ilədək 3 saylı Əlavədə göstərilmiş ödəmə cədvəlinə uyğun olaraq qaytarmağı qeyri-şərtsiz olaraq öhdəsinə götürür. 19 oktyabr 2015-ci il tarixində cavabdeh ilə bank arasında 11 oktyabr 2013-cü il tarixli, İ61/MB-KM-0013 saylı Kredit müqaviləsinə edilmiş 04 nömrəli Əlavəyə əsasən cavabdeh 11 oktyabr 2013-cü il tarixli, 16İ/MB-KM- 0013 saylı kredit müqaviləsi üzrə faizlər illik 4,7 %-lə günün əvvəlinə olan qalığa hesablanır. Kreditə görə faizlər üzrə borc kreditdən istifadəyə görə gündəlik faiz dərəcələrinə və müvafiq dövr üzrə günlərin faktiki sayına əsasən müəyyənləşdirilir. Lakin cavabdeh kredit müqaviləsi və ona əlavələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək kreditin müəyyənləşdirililən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh kreditin geri ödənişini müqavilənin bağlandığı tarixdən 08 sentyabr 2015-ci il tarixinə qədər həyata keçirmiş 08 sentyabr 2015-ci il tarixindən isə bu günə qədər müqavilədən irəli gələn öhdəlikləri icra etmir. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunmasına baxmayaraq cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. Hazırda cavabdehin İddiaçı1-nə 2 500 000 (iki milyon beş yüz min) manat əsas borc, 264 924, 81 (iki yüz altmış dörd min doqquz yüz iyirmi dörd manat 81 qəpik) Manat məbləğində faiz borcu cəmi 2 764 924.81 (iki milyon yeddi yüz altmış dörd min doqquz yüz iyirmi dörd manat 81 qəpik) Manat məbləğində borcu qalmışdır. Hesab edir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka daşınmaz əmlaka yönəldilməli, həmin daşınmaz əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu tutularaq banka ödənilməlidir.Azərbaycan Respublikası Mərkəzi Bankını üçüncü şəxs qismində iddia ərizəsində qeyd edilməsinin səbəbi ondan ibarətdir ki, iş üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış sahələri bankın xeyrinə sonrakı ipoteka ilə yüklü ediİmişdən əvvəl 10 oktyabr 2013-cü il tarixli, № İBOl 3-1545/1 saylı və 10 oktyabr 2013-cü il tarixli,İBOl 3-1545/2 saylı ipoteka müqavilələri əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Gələcəkdə cavabdehlərə qarşı iddia tələbi təmin olunduğu halda icra müddətindən asılı olmayaraq, əvvəlcə ipoteka saxlayan Azərbaycan Respublikası Mərkəzi Bankının tələbləri təmin olunmalı, sonra isə sonrakı ipoteka saxlayan qismində bankın tələbləri təmin edilməlidir.İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilərək, Azərbaycan Respublikası Mərkəzi Bankından İddiaçı1-nə verilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankı ilə şifahi qaydada razılıq əldə olunmuşdur və bunu nəzərə alaraq bu barədə qeydin qəbul ediləcək məhkəmə qətnaməsində öz əksini tapmasını zəruri hesab edirlər. Beləliklə işin hallarına, ərizədə qeyd olunmuş maddi hüquq normalarına və işə əlavə edilmiş yazılı sübütlara əsaslanaraq hesab edirlər ki, iddia tam şəkildə əsaslıdır və şərh olunanlar iş üzrə qərar qəbul olunmasında xüsusi əhəmiyyət daşıyır. 18 dekabr 2023-cü il tarixdə İddiaçı2 ASC iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbinin yönəldiyi Cavabdeh4 mülkiyyətində olan ipoteka əmlakı (ünvan 5 ünvanında olan binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 127,9 kv.m olan qeyri-yaşayış sahəsi) satılması səbəbindən həmin əmlaka tələbin yönəldilməsi, o cümlədən Cavabdeh4 hazırki mülki iş üzrə cavabdeh olması zərurəti aradan qalxmışdır. Eyni zamanda qalıq borc məbləğinin də müvafiq olaraq dəyişdiyinin nəzərə alınmasını xahiş edirlər. Belə ki, xx.xx.2023-cü il tarixli hesablamalara əsasən (maliyyə arayışı təqdim edilir) cavabdehlərin banka olan 1.625.000 manat əsas borcu, 955.641,85 manat faiz borcu, ümumi olaraq 2.580.641,85 manatborcu qalmaqdadır. Yekun məhkəmə qətnaməsi çıxarılarkən bu ərizə ilə iddia tələbinə edilmiş dəyişikliklərin nəzərə alınmasını xahiş edirlər. Müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı1-nin xx.xx.2013-cü il tarixli, KB013-1545 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 2.500.000 (iki milyon beş yüz min) manat əsas, qətnamənin qəbul edilmə tarixinə hesablanmış faiz borcunun ödənilməsi üçün tutmanın ipoteka predmetləri olan Cavabdeh4 mülkiyyət hüququ ilə məxsus ünvan 6 ünvanında olan binanın 1-cı mərtəbəsində yerləşən, 127,9 kv m ümumi sahədən ibarət olan olan qeyri-yaşayış sahəsi və Cavabdeh3 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Yasamal rayonu, 558- 566-cı məhəllə. X12 küçəsi 5 ünvanında yerləşən, ümumi sahəsi 835 7 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsinə; Həmin əmlakların açıq hərracdan satılaraq satışdan əldə olunan vəsaitin İddiaçı1-nin iddia tələbi həcmində, yəni 2.765.015,81 (iki milyon yeddi yüz altmış beş min onbeş manat səksən bir qəpik) manat məbləğində onun Mərkəzi Bankdakı AZ70NABZ******************** saylı müxbir hesabına köçürülməsinə və həmin vəsaitdən İddiaçı1-nin Mərkəzi Bank qarşısında vaxtı keçmiş 2.500.000 (iki milyon beş yüz min) manat əsas və qətnamənin qəbul edilmə tarixinə hesablanmış faiz borcunun Mərkəzi Bankın xeyrinə silinməsinə və gösterilən müxbir hesaba köçürülən məbləğin artıq qalan hissəsinin İddiaçı1-yə verilməsinə;Qeyd olunan müxbir hesaba köçürülmüş vəsait hesabına İddiaçı1-yə borclu olan Cavabdeh2 bank qarşısındakı öhdəliyinin icra olunmuş sayılmasına;Satışdan yerdə qalan vəsaitin "xxxx" ASC-nin 23.10 2013-cü il tarixli, KB013- 1556 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 2.500.000 (iki milyon beş yüz min) manat əsas və qətnamənin qəbul edilmə tarixinə hesablanmış faiz borcunun ödənilməsinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin qaytarılması, tutmanın sonrakı ipoteka predmetlərinə yönəldilməsi və qeyri-yaşayış sahələnnın boşaldılmaşı’ tələbinə dair Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsində göstərilmiş məhkəmə qaydasında həll olunması nəzərdə tutulan məsələlər Mərkəzi Bankın qanuni kreditor maraqları və ipoteka hüquqları ilə birbaşa əlaqəli olduğundan, hesab edirik ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55-ci maddəsinə əsasən. Mərkəzi Bankın İddiaçı1-yə. Cavabdeh4 və Cavabdeh3 Mövzum oğluna, habelə ‘Dekabank" ASC-nin ləğvedıcisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə mübahisə predmetınə dair müstəqil tələb irəli sürən üçüncü şəxs qismində çıxış etməsi zərurəti yaranmışdır.Odur ki, Mərkəzi Bank iddia ənzəsındə göstənlənləriə əlaqədar, həmçinin iş üzrə obyektiv və ədalətli qətnamə qəbul edilməsi məqsədindən çıxış edərək aşağıdakıların qeyd olunmasını vacib hesab edir. xx.xx.2013-cü il tarixli, KB013-1545 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən İddiaçı1-yə718 gün müddətinə, illik 5.25% ödəməklə 2 500 000 (iki milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrində kredit üzrə əsas borcun xx.xx.2015-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2015-cı il tarixdə kredit müqaviləsinə əlavə tərtib edilərək əsas borcun ödənilmə tarixi xx.xx.2016-cı il tarixədək uzadılmış, kreditdən istifadəyə görə illik faiz 3.7% müəyyən edilmiş, kredit üzrə əsas borcun 2016-cı ilin aprel ayının sonundan başlayaraq hər ay bərabər hissələrlə ödənilməsi razılaşdırılmışdır.Həmin kredit müqaviləsinin təminatları qismində Cavabdeh4 mülkiyyət hüququ ile məxsus ünvan 5 ünvanında olan binanın 1-ci mərtəbəsində yerləşən. 127.9 kv.m ümumi sahədən ibarət olan olan qeyri-yaşayış sahəsi barəsində xx.xx.2013-cü il tarixli. İB013-1545/1 nömrəli, habeə Cavabdeh3 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Yasamal rayonu, 558- 566-cı məhəllə. X12 küçəsi 5 ünvanında yerləşən, ümumi sahəsi 835.7 kv.m olan qeyri-yaşayış sahəsi barəsində xx.xx.2013-cü il tarixli. İB013-1545/2 nömrəli ipoteka müqavilələri bağlanılmışdır.Qeyd olunanlardan göründüyü kimi, borclu İddiaçı1 Mərkəzi Bank qarşısındakı xx.xx.2013-cü il tarixli, KB013-1545 nömrəli kredit öhdəliyi üzrə 17.08 2017-ci il tarixə Mərkəzi Bank qarşısında 2 500 000 (iki milyon beş yüz min) manat əsas. 105 604 55 (yüz beş min altı yüz dörd manat əlli beş qəpik) manat faiz borcu məbləğində vaxtı keçmiş kredit öhdəliyi vardır və həmin borc üzrə birinci ipoteka saxlayan qismində Mərkəzi Bank çıxış edir. Əlavə edirik ki, öhdəlik icra olunmadığından Mərkəzi Bank tərəfindən borclu bankın kredit öhdəliyi üzrə faiz hesablanması davam etdirilir.Mərkəzi Bank tərəfindən borclu İddiaçı1-yə xx.xx.2016-cı il tarixli. 05-01131- 2016 nömrəli xəbərdarlıq məktubu göndərilmiş və kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsi tələb edilmişdir. Lakin, bu günədək kredit müqaviləsi üzrə öhdəlik icra edilməmişdir.Yuxarıda qeyd edilən ipoteka müqavilelennin 1.3-cü bəndinə uyğun olaraq, ipoteka qoyulan əmlaklar istinad edilən müvafiq kredit müqaviləsinə əsasən Mərkəzi Bank tərəfindən İddiaçı1-yə verilmiş kreditin 19 09.2016-cı il tarixinədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli faızlenn və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır.Həmin ipoteka müqavilələrinin 1.4-cü bəndinə uyğun olaraq, təmin olunmuş kreditin müddəti Mərkəzi Bank və İddiaçı1 arasında bağlanmış müqavilə əsasında uzadıldığı halda, hazırki İpoteka qüvvədə qalır və "İpoteka qoyan’ın əlavə razılığı olmadan eyni şərtlərlə müddəti uzadılmış kredit və onunla bağlı 1.3cü bənddə göstərilən digər ödənişləri təmin edir. Cavabdeh4 mülkiyyət hüququ ilə məxsus əmlak 23 10 2013-cü il tarixli, İB013-1556/1 nömrəli və Cavabdeh3 məxsus əmlak isə 23.10 2013-cü il tanxli, İB013-1556/2 nömrəli sonrakı ipoteka müqavilələri əsasında həmçinin hazırda məcburi ləğv prosesində olan "xxxx" ASC-nin də Mərkəzi Bank qarşısındakı kredit öhdəliyinin təmin atlan qismində çıxış edir və "xxxx" ASC xx.xx.2013-cü il tarixli, KB013-1556 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməmişdir. Mərkəzi Bank həmin müqavilələr üzrə sonrakı ipoteka saxlayan statusundadır.Belə ki, xx.xx.2013-cü il tarixli, KB013-1556 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə 720 gün müddətinə, illik 5.25% ödəməklə 2 500 000 (iki milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrində kredit üzrə əsas borcun xx.xx.2015-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2015-ci il tarixdə kredit müqaviləsinə əlavə tərtib edilərək əsas borcun ödənilmə tarixi xx.xx.2016-cı il tarixədək uzadılmış, kreditdən istifadəyə görə illik faiz 3.7% müəyyən edilmiş, kredit üzrə əsas borcun 2016-cı ilin yanvar ayının sonundan başlayaraq hər ay bərabər hissələrlə ödənilməsi razılaşdırılmışdır. xx.xx.2013-cü il tarixli, İB013-1556/1 nömrəli və 10.2013-cü il tarixli, İBÖ13-1556/2 nömrəli sonrakı ipoteka müqavilələrinin 1.4-cü bəndində də təmin olunmuş kreditin müddəti tərəflər arasında bağlanmış müqavilə əsasında uzadıldığı halda, hazırki ipotekanın qüvvədə qalması və ipoteka qoyanların əlavə razılığı olmadan eyni şərtlərlə müddəti uzadılmış kreditin və onunla bağlı 1.3-cü bənddə göstərilən digər ödənişləri təmin etməsi müəyyən olunmuşdur.Qeyd olunanlardan göründüyü kimi, borclu "xxxx" ASC Mərkəzi Bank qarşısındakı10 2013-cü il tarixli, KB013-1556 nömrəli kredit öhdəliyini icra etməmiş, nəticədə həmin kredit müqaviləsi üzrə 17.08 2017-cı ıl tarixə Mərkəzi Bank qarşısında 2 500 000 (iki milyon beş yüz min) manat əsas. 143 405.92 (yüz qırx üç min dord yüz beş manat doxsan iki qəpik) manat faiz borcu vardır. Əlavə edirik ki, öhdəlik icra olunmadığından Mərkəzi Bank tərəfindən borclu bankın kredit öhdəliyi üzrə faiz hesablanması davam etdirilir.Məlumat üçün bildiririk ki. 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 22 iyul 2016 tarixli, 2-1(81 )-3617/2016 nömrəli qərarına əsasən "Dekabank’ ASC məcburi ləğv edilmiş və banka ləğvedici təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu hazırda bankın məcburi ləğv edilməsi istiqamətində fəaliyyətini davam etdirir.Yuxarıda göstərilən kredit müqaviləsi üzrə qalıq borc məbləği həcmində Mərkəzi Bankın kreditor tələbləri "Dekabank’ ASC-nin ləğvedicisı Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2016-cı il tarixli. 05-01128-2016 nömrəli məktubla təqdim edilsə də. kredit müqaviləsi üzrə öhdəlik hazırkı vaxta qədər icra olunmamış vəziyyətdə qalmaqdadır.Beləliklə, ipoteka predmetləri 3 fərqli kredit öhdəliyinin təminatı qismində çıxış edir.İpotekapredmetləri ardıcıllıqla ipoteka müqavilələn əsasında Mərkəzi Bank, sonrakı ipoteka müqavilələn əsasında İddiaçı1 və nəhayət. "xxxx" ASC-nın kredit öhdəliyinin təminatı qismində sonrakı ipoteka müqavilələn əsasında təkrarən Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir."İpoteka haqqında” Qanunun 9-cü maddəsinə müvafiq olaraq öhdəliklərin icrası və ipoteka saxlayanların hüquqlarının təmin olunması məqsədilə ipoteka predmetlərınin açıq hərracdan satışından əldə olunan vəsait İddiaçı1-nin iddia tələbi həcmində, yeni 2 765 015 81 (iki milyon yeddi yüz altmış beş min on beş manat səksən bir qəpik) manat məbləğində onun Mərkəzi Bankdakı AZ70NABZ******************** saylı müxbir hesabına köçürülməli və həmin vəsaitdən İddiaçı1-nin Mərkəzi Bank qarşısında vaxtı keçmiş kredit öhdəliyi həcmində Mərkəzi Bankın xeyrinə silinməli, gösterilən müxbir hesaba köçürülən məbləğin artıq qalan hissəsi İddiaçı1-yə verilməli və qeyd olunan müxbir hesaba köçürülmüş vəsait hesabına İddiaçı1-yə borclu olan Cavabdeh2 bank qarşısındakı öhdəliyi icra olunmuş sayılmalı, satışdan əldə edilən qalan vəsait "xxxx" ASC-nin Mərkəzi Banka olan kredit borcunun ödənilməsinə yönəldilməlidir. Məhkəmə gedişatında müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbinə dəqiqləşdirmə verərək, hazırki iddia ərizəsinin tələb hissəsinin aşağıdakı redaksiyada qəbul edilməsini -Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X12 küçəsi 5 ünvanında yerləşən, ümumi sahəsi 835.7 kv.m. olan qeyri-yaşayış sahəsinin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına ilkin ipoteka saxlayan İddiaçı2 ASC-nin iddia tələbi ödənildikdən sonra artıq vəsait qalarsa həmin vəsaitin LPO "Dekabank” ASC-nin xx.xx.2013-cü il tarixli, KBO13-1556 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 2.500.000 (iki milyon beş yüz min) manat əsas və 792.961,47 (yeddi yüz doxsan iki min doqquz yüz altmış bir manat qırx yeddi qəpik) manat faiz borcu üzrə sonrakı ipoteka saxlayan Mərkəzi Banka ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında iştirak etmək istəmir. Hazırda ƏN PX-nin Müalicə Müəssisəsində müalicə alır. İddiaçı2 ASC-nin iddiası ilə bağlı isə qeyd edir ki, Cavabdeh4 mülkiyyətində olan ünvan 5 ünvanında olan binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 127,9 kv.m olan qeyri-yaşayış sahəsi hərrac yolu ilə satışa çıxarılıb və İddiaçı2 ASC-yə 750.000 manat pu ödənilib, bu barədə qəbzlər də var. Həmin qeyri-yaşayış sahəsi xx.xx.2013-cü tarixdə müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən ümumi dəyəri 1.200.000 manat qiymətləndirmişdir. Obyektin hərrac yolu ilə satışından 750.000 manatı 2022-ci ilin avqust ayında AR Mərkəzi Bankının razılığı ilə Premium Banka ödəmişdir. Həbs edilməmişdən qabaq, yəni 2018-ci ilin axırlarında İddiaçı2 ASC-yə 150.000 manat ödəniş etmişdir. xx.xx.2022-ci il tarixində Ali Məhkəmədə keçirilən məhkəmə prosesində hakim İddiaçı2 ASC-yə ödədiyim ödənişləri nəzərə alıb cəzasınıı qismən də olsa azaltmadı (cəmi ödəniş 900.000 manat olub). Mülki qaydada keçirilən məhkəmə prosesində qeyd etdiyi xüsusatları nəzərə alınmasını xahiş edir. Mülki iş üzrə cavabdeh X9 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o "xxxx" MMC-nin təsisçisi və direktoru olsa da, həmin cəmiyyətin sahibi və faktiki direktoru Cavabdeh2 olmuşdur. Cavabdeh2 və onun borclu olduğu şəxslərin real təhdidləri səbəbindən iş üzrə həqiqətləri məhkəmə və istintaq orqanlarından gizlətməyə məcbur olmuşdur. O, ünvan 8 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini xx.xx.2011-ci il tarixdə mənzil tikintisi və alqı-satqısına dair müqavilə əsasında direktoru olduğu "xxxx" MMC-dən almışdır. Daha sonra həmin qeriyaşayış sahəsinə dair mülkiyyət hüquqalarını dövlət qeydiyyatına aldırmışdır. Bununla bağlı DƏDRX tərəfindən xx.xx.2013-cü il tarixli, ******* seriya nömrəli çıxarış verilmişdir. Nəticədə həmin əmlak onun xüsusi mülkiyyətinə keçmişdir. 2013-cü ilin sonlarında Cavabdeh2 pula ehtiyacının olduğunu bildirərək həmin qeyri-yaşayış sahəsini ipotekaya qoyaraq kredit götürməsini xahiş etmişdir. Cavabdeh2lə qohumluq münasibətləri olduğundan öz əmlakının onun xeyrinə ipoteka ilə yüklü olmasına etiraz etməmişdir. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 6,25% ilə 24 ay müddətinə 2.500.000 manat məbləğində kredit verilmişdir. Nəticədə ona məxsus qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Bir müddət sonra Cavabdeh2 banka olan kredit borcunu ödəməkdə çətinlik yaranmışdır. Premium Bankın məktubu əsasında Cavabdeh3 adına verilmiş Dekabankdan olan kredit müqaviləsinə o imza etməyinə baxmayaraq, kredit Cavabdeh2 tərəfindən götürülmüşdür. Bundan sonra Cavabdeh2 ona bildirmişdir ki, "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş həmin əmlakı köhnə tarixli müqavilə əsasında X2 adına keçirmək istəyir. Cavabdeh2 bu vasitə ilə ipotekaya qoyulmuş əmlakı məhkəmə qaydasında girovdan azad edə biləcəyini qeyd etmişdi. Həmçinin Cavabdeh2 bildirmişdir ki, kredit onun adına götürüldüyü üçün ipoteka predmeti girovdan azad olunduqdan sonra Cavabdeh3 bank qarşısında heç bir öhdəliyi olmayacaq və buna görə hər hansı məsuliyyət daşımayacaq. Cavabdeh2 tapşırığı əsasında (Rasim və Nizaminin istəyi ilə) o, 2014-cü ildə köhnə tarixə yəni, xx.xx.2010-cu il tarixə müqavilə tərtib edərək, ünvan 8 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsininin "xxxx" MMC tərəfindən X2 adına 4.500.000 manata satılması ilə bağlı müqavilə və maliyyə arayışını Cavabdeh2a vermişdir. X5 və onun qardaşı Rasim tərəfindən nə ona, nə də "xxxx" MMC-yə hər hansı pul vəsaiti ödənilməmişdir. Bundan sonra Cavabdeh2 tapşırığı ilə Kərimov Nizami onun adına çıxarışın verilməsinə əsas olmuş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarından apellyasiya şikayəti vermişdir. Cavabdeh2 iş üzrə bütün məsuliyyətin ona aid olduğuna və Cavabdeh3 hər hansı bir məsuliyyət daşımayacağına onu inandırmış, o da əmlakının ipotekadan azad olunacağını düşünərək həmin iş üzrə iddia tələbindən imtina etməsi ilə bağlı ərizə vermişdir. Nəticədə həmin qərar ləğv edilmişdir. Cavabdeh2 vədləri özünü doğrultmamış, heç bir təqsiri olmadığı halda 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh2, Rasim və Nizami Kərimov tərəfindən öz əmlakından məhrum edilmişdir. Onlar onu aldadaraq, həmçinin hədə-qorxu və təzyiqlərlə əmlakını mənimsəyiblər. Bu dediklərinin təsdiqi olaraq bildirir ki, cinayət işinin materiallarında onun bu işdə heç bir təqsirinin olmaması barədə Cavabdeh2 ərizəsi var. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 ASC-nin nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş. Əlavə olaraq bildirmişdir ki, Nizami Kərimovun “ipoteka yüklülüyünə xitam verilməsi” tələbi barədə mülki işə Kassasiya İnstansiya Məhkəməsində baxılmış və müvafiq qərar qəbul edilmişdir. Bankın ipoteka müqaviləsi bağlanın zaman vicdanlılığı müəyyən olunmuşdur. Bundan əlavə məhkəmə icraatı dövründə Cavabdeh4 mülkiyyətində olan ipoteka predmeti olan əmlak açıq hərracda satılaraq Nağıyeva Azadın İddiaçı2 qarşısında, bankın isə Mərkəzi Bank qarşısında olan borcunun ödənilməsinə yönəldilmişdir. Ödənilmiş pul vəsaiti əsas borcun bağlanmasına hesablanmışdır, faiz borcunun ödənilməsinə yönəldilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə3müstəqil tələbi və ona dəqiqləşməni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 məhkəməyə ünvanladığı ərizələrin məzmununa uyğun izahat verdi.Verilən suallara cavab olaraq bildirdi ki, iddia tələbi ilə qismən razıdır. Krediti bankdanogötürmüşdür. Lakin 6 ildir cəzaçəkmə müəssisəsindədir, 6 ildən sonra cəzasını çəkib azadlığa çıxacaq. Pensiyaya yaşındadır, borcu ödəmək imkanı yoxdur. İpoteka predmeti olan digər əmlakı dəyərindən ucuz qiymətə satılıbdır. 2 milyonluq əmlakı 755.000 manat məbləğində dəyərləndirib satdılar, pulu da Mərkəzi banka ödədilər. İmkan versəydilər, əmlakı özü 2 milyon manata satıb, pulu ödəyərdi. Lakin ona imkan vermədilər, onu həbs etdirdilər. Məhkəmə iclasında iştirak etmiş cavabdeh LPO "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə4 müstəqil tələb irəli sürən Mərkəzi Bankın tələbini qəbul etdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nizami Kərimovun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbi və müstəqil tələbintəmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nizami Kərimovun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkilizahatında bildirmişdir ki, iddia tələbləri əsassızdır. İddiaçı2 Cavabdeh2 2 milyon 500 min manat kredit verib, amma rəsmi gəliri haqqında arayış tələb etməmişdir. Bu sənəd kredit dosyesində yoxdursa, deməli kredit qanunsuz verilib. Banklardan Cavabdeh2 verilmiş kreditin dosyesi tələb olunub məhkəmədə araşdırılmalı idi. Kredit müqaviləsi qanunsuzdursa, girov təminatı da əsassızdır.Nizami Kərimova məxsus əmlakı saxta yolla girov qoyublar. Ona görə də girov qoyularkən bankın əməkdaşları əmlaka baxış keçirməyiblər. Əgər əmlaka baxış keçirilsəydi, Nizami Kərimov obyektə gələn bank nümayəndələrindən nə etdiklərini xəbər alacaqvə cinayətin üstü açılacaqdı. Bağlanmış ipoteka müqaviləsi tam qanunsuzdur, çünki vicdansızlıqla bağlanıb.Qeyd edilənləri nəzərə alaraq, iddia tələbi və müstəqil tələb təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi və müstəqil tələb qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq olunan: Azərbaycan Respublikası Mərkəzi Bankı ilə İddiaçı1 (Borcalan) arasında bağlanmış KBO13-1545 saylı, 7 oktyabr 2013-cü il tarixli Kredit müqaviləsinə əsasən Mərkəzi Bank tərəfindən İddiaçı1-yə 2.500.000 (iki milyon beş yüz min) manat məbləğində banklararası kredit verilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı, İddiaçı1 (Borcalan) və Cavabdeh4 (İpoteka qoyan) arasında bağlanmış 10 oktyabr 2013-cü il tarixli İpoteka Müqaviləsinə əsasən 7 oktyabr 2013-cü il tarixli, KBO13-1545 saylı kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 127,9 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı, İddiaçı1 (Borcalan) və Cavabdeh3 (İpoteka qoyan) arasında bağlanmış 10 oktyabr 2013-cü il tarixli İpoteka Müqaviləsinə əsasən 7 oktyabr 2013-cü il tarixli, KBO13-1545 saylı kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X10 küç., 5 ünvanında yerləşən 835,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. "X19” ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 oktyabr 2013-cü il tarixli, 161/MB- KM-0013 saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 6,25 %-lə 24 ay müddətinə 2.500.000 (iki milyon beş yüz min) manat məbləğdə kredit verilmişdir. İddiaçı1, Cavabdeh4 (İpoteka qoyan) və Cavabdeh2 arasında bağlanmış 11 oktyabr 2013-cü il tarixli, 161/MB-SİM2-0013 saylı X3 əsasən 11 oktyabr 2023-cü il tarixli, 161/MB- KM-0013 saylı kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 127,9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. "X19” ASC, Cavabdeh3 (İpoteka qoyan) və Cavabdeh2 arasında bağlanmış 11 oktyabr 2013-cü il tarixli, 161/MB-SİM1-0013 saylı X3 əsasən 11 oktyabr 2023-cü il tarixli, 161/MB-KM-0013 saylı kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X10 küç., 5 ünvanında yerləşən 835,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "xxxx" KB ASC arasında bağlanmış KBO13-1556 saylı, 24 oktyabr 2013-cü il tarixli Kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 2.500.000 (iki milyon beş yüz min) manat məbləğində banklararası kredit verilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı, Cavabdeh4 (İpoteka qoyan) və "xxxx" KB ASC arasında bağlanmış 23 oktyabr 2013-cü il tarixli, İBO13-1556/1 saylı X3 əsasən 23 oktyabr 2013-cü il tarixli, KBO13-1556 saylı kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 127,9 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı, Cavabdeh3 (ipoteka qoyan) və "xxxx" KB ASC arasında bağlanmış 23 oktyabr 2013-cü il tarixli, İBO13-1556/2 saylı X3 əsasən 23 oktyabr 2013-cü il tarixli, KBO13-1556 saylı kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X10 küç., 5 ünvanında yerləşən 835,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı ilə İddiaçı1 (Borcalan) arasında bağlanmış 24 sentyabr 2015-ci il tarixli Kredit müqaviləsinə əlavəyə əsasən Bank tərəfindən Borcalana 7 oktyabr 2013-cü il tarixli, KBO13-1545 saylı kredit müqaviləsinə əsasən kredit resursunun ödənilmə vaxtı 19 sentyabr 2016-cı il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "xxxx" KB ASC (Borcalan) arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli Kredit müqaviləsinə əlavəyə əsasən Bank tərəfindən Borcalana 24 oktyabr 2013-cü il tarixli, KBO13-1556 saylı kredit müqaviləsinə əsasən kredit resursunun ödənilmə vaxtı 18 oktyabr 2016-cı il tarixədək uzadılmışdır. "X19” ASC ilə Cavabdeh2 arasında bağlanmış11 oktyabr 2013-cü il tarixli, 161/MB- KM-0013 saylı Kredit müqaviləsinə edilmiş 02 nömrəli, 15 oktyabr 2015-ci il tarixli Əlavəsinə əsasən borcalan 11 oktyabr 2013-cü il tarixli, 161/MB-KM-0013 saylı kredit müqaviləsi üzrə aldığı vəsaiti 11 oktyabr 2016-cı ilədək 3 saylı Əlavədə göstərilmiş ödəmə cədvəlinə uyğun olaraq qaytarmağı qeyri-şərtsiz olaraq, öhdəsinə götürmüşdür. "X19” ASC ilə Cavabdeh2 arasında bağlanmış11 oktyabr 2013-cü il tarixli, 161/MB- KM-0013 saylı Kredit müqaviləsinə edilmiş 04 nömrəli, 19 oktyabr 2015-ci il tarixli Əlavəsinə əsasən borcalan 11 oktyabr 2013-cü il tarixli, 16İ/MB-KM-0013 saylı kredit müqaviləsi üzrə faizlər illik 4,7 %-lə günün əvvəlinə olan qalığa hesablanır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı1-yə ünvanlanmış xx.xx.2026-cı il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, İddiaçı1-nin AR Mərkəzi Bankı qarşısında məqsədli kreditlər də daxil olmaqla ümumilikdə 553.067.649,23 manat əsas borc öhdəliyi mövcuddur. Banka xx.xx.2013-cü il tarixli KBO013-1545 saylı kredit müqaviləsi üzrə ayrılmış 2.500.000 manat məbləğində öhdəliyin ödəniş müddəti 19 sentyabr 2016-cı il tarixində bitmişdir. Gecikdirilmiş kredit üzrə əsas və faiz borclarının təmin edilməsi tələb edilir. Əks halda tərəflər arasında imzalanmış kredit və ipoteka müqavilələri əsasında qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər həyata keçiriləcəkdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məcburi ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2016cı il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Mərkəzi Bank qarşısında digər kreditlərlə yanaşı, xx.xx.2013-cü il tarixli KBO13-1556 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi tələb olunmuşdur. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən “X18” ASC-yə ünvanlanmış **********83 saylı, xx.xx.2017-ci il tarixli məktubun məzmunundan görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 5 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən “X18” ASC-yə ünvanlanmış **********82 saylı, xx.xx.2017-ci il tarixli məktubun məzmunundan görünür ki, Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 125 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. “X18” ASC-nin 23 may 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixinə, 161/MB-KM-0013 saylı Kredit müqaviləsi üzrə banka olan əsas borcu 2.500.000 manat, faiz borcu 264.924,81 manat olmaqla, cəmi borcu 2.764.924,81 manat təşkil edir. xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı “X18” ASC iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. 0277092 nömrəli AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 125 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının, xx.xx.2013-cü il tarixdə İddiaçı1-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 0277095 nömrəli AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 Möhsüm oğlunun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının, xx.xx.2013-cü il tarixdə İddiaçı1-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC (direktor Cavabdeh3 şəxsində) ilə X5 arasında bağlanmış “Qeyriyaşayış sahəsinin alqı-satqısına dair” xx.xx.2010-cu il tarixli müqavilənin surətindən görünür ki, icraçı "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X12 küçəsi 5 ünvanında olan binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 835,7 kv.m olan qeyri-yaşayış sahəsini sifarişçi X4 verməyi, sifarişçi isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin direktoru Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X12 küçəsi 5 ünvanında inşa edilən yaşayış binasi "xxxx" MMC-yə məxsusdur. Həmin binanın 1-ci mərtəbəsində yerləşənümumi sahəsi 835,7 kv.m olan qeyri-yaşayış sahəsinə görə X2 "xxxx" MMC-yə maliyyə borcu yoxdur. Cavabdeh3 cavabdeh ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-in(82)-2370/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, 558-566cı məhəllə, X12 küçəsi 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 835,7 kv.m olan qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 noyabr 2018-ci il tarixli 2-1(103)-2688/2018 saylı qərardadı ilə X2 ərizəsi təmin edilərək, İddiaçı Cavabdeh3 cavabdeh ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi; X2 apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-2370/2013 saylı, xx.xx.2013cü il tarixli qərarın ləğv edilməsi; iş, iş üzrə qərardad qəbul edilməsi; İddiaçı Cavabdeh3 cavabdeh ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2011/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçının iddiadan imtina etməsi barədə ərizəsi təmin edilmiş, Cavabdeh3 ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X12 küçəsi 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 835,7 kv.m olan qeyri-yaşayış sahəsinə iddiaçının adına çıxarış verilməsi vəzifəsini həvalə edilməsi tələbinə dair 2-1(81)- 2011/2019 saylı iş üzrə icraata xitam verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2011/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2370/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarının icrasına geri dönüş edilməsi və Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X12 küçəsi 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 835,7 kv.m olan qeyri-yaşayış sahəsi üzərində Cavabdeh3 adına mülkiyyət hüququnun dövlət qeydiyyatının (çıxarış) ləğv olunması qərara alınmışdır. İddiaçı Kərimov Nizami Ağazar oğlunun cavabdehlər Cavabdeh3 və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi barədə” iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1950/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli mənzil tikintisi və alqı-satqısına dair müqavilə etibarsız hesab edilmişdir. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1950/2019 saylı, xx.xx.2019-cu il tarixli xüsusi qərardadı ilə "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli mənzil tikintisi və alqı-satqısına dair müqavilə ilə əlaqədar Cavabdeh3, habelə digər şəxslərin əməllərinin araşdırılması və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-150/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iş üzrə üçüncü şəxslər olan İddiaçı2 ASC və AR Mərkəzi Bankı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1950/2019saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh2 AR CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-nin 178.3.2, 308.2-ci maddələri ilə ona qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 313-cü maddəsi ilə CM-nin 75-ci maddəsinə əsasən cəza təyin edilməmişdir, Cavabdeh3 AR CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-nin 178.3.2, 308.2-ci maddələri ilə ona qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 313-cü maddəsi ilə CM-nin 75-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-300/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs LPO "xxxx" KB ASC-nin vəkili X7, məhkum Cavabdeh2 müdafiəçisi X8, məhkum edilmiş şəxslər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, təyin edilmiş cəzalar yüngülləşdirilərək, Cavabdeh2 qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh3 qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə hazırki apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Kərimov Nizami Ağazar oğlunun cavabdehlər İddiaçı2 ASC (İddiaçı1”), Cavabdeh3, Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) “ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-152/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 13 ünvanında yerləşən binasının 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2013-cü il tarixli və İddiaçı2 ASC-nin xx.xx.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4372/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-152/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə əmlakların reyestri ilə bağlı hərəkətləri həyata keçirən ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə əmlakın ipoteka yüklülüyündən azad edilməsi ilə bağlı müraciət olunmalı, müraciətinə imtina edildiyi təqdirdə isə həmin orqanın hərəkətləri inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5575/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Kərimov Nizami Ağazar oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4372/2022 nömrəli, 16 avqust 2022ci il tarixli qərardadı ilə ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2099/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı2 ASC və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-152/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Kərimov Nizami Ağazar oğlunun cavabdehlər İddiaçı2 ASC (İddiaçı1”), Cavabdeh3, Azərbaycan Respublikasının Mərkəzi Bankına və müstəqil tələb irəli sürməyən 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka yüklülüyünə xitam verilməsi” tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 3100/2023 saylı qərarı ilə iddiaçı Kərimov Nizami Ağazar oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2099/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 25 yanvar 2024-cü il tarixli məktubun məzmunundan görünür ki, ƏMDX-nin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Yasamal rayonu, akad. Lətif İmanov küçəsi, 5 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində Cavabdeh3 Mğvsüm oğlunun mülkiyyət hüquqlarına xitam verilmişdir. Məlumat üçün bildirilir ki, 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən həmin qeyri-yaşayış sahəsi İddiaçı1-nin və Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə yüklüdür. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 5 ünvanında olan binanın 1-ci mərtəbəsində yerləşən, 127,9 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış sahəsinin xx.xx.2018-ci il tarixinə bazar dəyəri 301.000 manat, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X12 küçəsi 5 ünvanında olan binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 835,7 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixinə bazar qiyməti 4.197.000 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 1000 (bir min) manat təşkil edir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyun 2024-cü il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X12 küçəsi 5 ünvanında olan binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 835,7 kv.m olan qeyriyaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 4.924.000 manat, likvid dəyəri isə təqribən 4.432.000 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC tərəfindən verilmiş kreditlər üzrə əsas borc və faiz ödənişləri aşağıdakı qaydada aparılmışdır: 1. xx.xx.2013-cü il tarixli KBO13-1556 nömrəli kredit müqaviləsinə əsasən 2.500.000 AZN məbləğində kredit verilmişdir. "xxxx" ASC tərəfindən həmin kredit üzrə əsas borc üzrə ödəniş edilməmişdir. Faiz borcu 1.057.990,95 AZN hesablanmış və aşağıdakı ardıcıllıqla cəmi 265.029,48 AZN məbləğində ödəniş edilmişdir. Hal-hazırda faiz borcu üzrə qalıq 792.961,47 AZN təşkil edir. xx.xx.2013-cü il tarixində 12.075 Azn, xx.xx.2014-cü il tarixində 18.112,59 Azn, xx.xx.2014-cü il tarixində 34.227 Azn, xx.xx.2014-cü tarixində 33.541,63 Azn, xx.xx.2014-cü il tarixində 33.541,66 Azn, xx.xx.2015-ci il tarixində 32.812,52 Azn, xx.xx.2015-ci il tarixində 33.177,08 Azn, xx.xx.2015-ci il tarixində 33.542 Azn, xx.xx.2016-cı il tarixində 34.000 Azn olmaqla, cəmi 265.029,48 Azn. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 oktyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən, Cavabdeh2 “X20” ASC-yə (Premium Banka) xx.xx.2017-ci il tarixə əsas borcu 2.500.000 manat, faiz borcu 244.039,39 manat; xx.xx.2023-cü il tarixə əsas borcu 1.625.000 manat, faiz borcu 934.968,77 manat təşkil edir. “X20” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən sonra ümumilikdə 875.000 manat məbləğində ödəniş aparılmışdır ki, həmin ödənişlər də iddiaçı bank tərəfindən cavabdehin əsas borcundan silinməsinə yönəldilmişdir; Cavabdeh "xxxx" ASC-nin iş üzrə üçüncü şəxs “Azərbaycan Respublikası Mərkəzi Bankı”na xx.xx.2023-cü il tarixə olan əsas borcu 2.500.000 manat, faiz borcu 749.862,88 manat təşkil edir. “Azərbaycan Respublikası Mərkəzi Bankı” ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən sonra ümumilikdə 67.542 manat məbləğində ödəniş aparılmışdır ki, həmin ödənişlər də “Azərbaycan Respublikası Mərkəzi Bankı” tərəfindən cavabdeh "xxxx" ASC-nin faiz borcundan silinməsinə yönəldilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat təşkil edir. İddiaçı2 ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş 14 dekabr 2023-cü il tarixli Maliyyə arayışından görünür ki, əsas kredit borcu 1.625.000 manat, faiz borcu 955.641,85 manat, olmaqla cəmi borc 2.580.641,85 manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (köhnə redaksiya) 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (köhnə redaksiya) 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 36.1.-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən KBO13-1545 saylı, 7 oktyabr 2013-cü il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı1-yə 2.500.000 manat; habelə KBO13-1556 saylı, 24 oktyabr 2013-cü il tarixli Kredit müqaviləsinə əsasən "xxxx" KB ASC-yə 2.500.000 (iki milyon beş yüz min) manat məbləğində banklararası kredit verilmişdir. Hər iki kredit müqaviləsinin təminatı olaraq, müvafiq ipoteka müqavilələrinə əsasən Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 127,9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X10 küç., 5 ünvanında yerləşən 835,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə, "X19” ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 oktyabr 2013-cü il tarixli, 161/MB- KM-0013 saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 6,25 %-lə 24 ay müddətinə 2.500.000 (iki milyon beş yüz min) manat məbləğdə kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq yuxarıda qeyd olunan qeyri-yaşayış sahələri ipoteka ilə yüklü edilmişdir. Məhkəmə gedişatında müəyyən edilmişdir ki, Cavabdeh3 tərəfindən ipotekaya qoyulmuş əmlak ilə bağlı "xxxx" MMC (direktor Cavabdeh3 şəxsində) ilə X5 arasında bağlanmış “Qeyri-yaşayış sahəsinin alqı-satqısına dair” xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən sifarişçiyə verilmiş, habelə sifarişçi MMC-yə ümumilikdə 4.500.000 manat ödəniş edərək, borcunu tam ödəmişdir. Lakin sonradan, yəni 2013-cü ildə Cavabdeh3 "xxxx" MMC ilə həmin əmlakla bağlı mənzil tikintisi və alqı-satqısına dair müqavilə müqaviləsi bağlamışdır. Nizami Kərimovun iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin2(006)- 1950/2019saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli mənzil tikintisi və alqı-satqısına dair müqavilə etibarsız hesab edilmişdir. Eyni zamanda məhkəmə xüsusi qərardad qəbul edərək Cavabdeh3, habelə digər şəxslərin əməllərinin araşdırılması və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2370/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarının icrasına geri dönüş edilməsi və Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X12 küçəsi 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 835,7 kv.m olan qeyri-yaşayış sahəsi üzərində Cavabdeh3 adına mülkiyyət hüququnun dövlət qeydiyyatının (çıxarış) ləğv olunması qərara alınmışdır. Habelə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2099/2023nömrəli, 12 aprel 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı Kərimov Nizami Ağazar oğlunun cavabdehlər İddiaçı2 ASC (İddiaçı1”), Cavabdeh3, Azərbaycan Respublikasının Mərkəzi Bankına və müstəqil tələb irəli sürməyən 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka yüklülüyünə xitam verilməsi” tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərəkən iş üzrə lazımi araşdırma aparmamış, "X20” ASC ilə Cavabdeh3 arasında bağlanmış 10 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsi üzrə ipoteka saxlayan kimi "X20” ASC-nin vicdanlı olub-olmamasına ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 140-cı maddəsində müəyyən olunmuş daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipinə istinadla qeyd etmişdir ki, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə icraatı dövründə tərəflər məhkəmədən kənar öz aralarında razılığa gələrək ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətindəki qeyri-yaşayış sahəsini hərraca çıxarmış, əmlak hərracda satılaraq Cavabdeh2 müəyyən hissədə İddiaçı2 ASC-ya olan borcu, İddiaçı2ın isə “Mərkəzi Bank”a olan borcu ödənilmişdir. Mərkəzi Bank və İddiaçı2 iddia tələblərinin həcmini azaltmışdılar.X11 İddiaçı2 ASC-ya və Cavabdeh4 qarşı; İddiaçı2 ASC-nın isə Cavabdeh4 qarşı iddiası yoxdur. Göründüyü kimi, hazırki mülki iş üzrə Cavabdeh2 tərəfindən 11 oktyabr 2013-cü il tarixli, 161/MB-KM-0013 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. İddiaçı (ipoteka saxlayan) hazırda borcun tutularaq, tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir. Bundan başqa, müstəqil tələb irəli sürən üçüncü şəxs Mərkəzi Bank "Dekabank” ASC-nin xx.xx.2013-cü il tarixli, KBO13-1556 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi; ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına ilkin ipoteka saxlayanın tələbi ödənildikdən sonra qalan vəsaitin "Dekabank” ASC-nin qeyd olunan kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısındakı borcuna ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 oktyabr 2024-cü il tarixli rəyinə əsasən Cavabdeh2 “X20” ASC-yə (Premium Banka) xx.xx.2017-ci il tarixə əsas borcu 2.500.000 manat, faiz borcu 244.039,39 manat; xx.xx.2023-cü il tarixə əsas borcu 1.625.000 manat, faiz borcu 934.968,77 manat təşkil edir; habelə cavabdeh "xxxx" ASCnin iş üzrə üçüncü şəxs “Azərbaycan Respublikası Mərkəzi Bankı”na xx.xx.2023-cü il tarixə olan əsas borcu 2.500.000 manat, faiz borcu 749.862,88 manat təşkil edir. Ədliyyə Naizrliyi Məhkəmə Ekspertiza Məhkəzinin ekspertiza rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X12 küçəsi 5 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 835,7 kv.m. olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 4.920.000 manat, likvid dəyəri isə 4.432.000 manat qiymətləndirilmişdir. Məhkəmə, tərəflər arasında bağlanmış kredit müqavilələrinin və ona əlavələrin şərtlərini, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən təqdim olunmuş maliyyə arayışlarını, hesabdan çıxarışları, 08 oktyabr 2024-cü il tarixli ekspert rəyini araşdıraraq, Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli və 24 dekabr 2014-cü il qərarlarındakı hüquqi mövqeyi rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia və müstəqil tələb əsas kredit borcunun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, “Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.” İddiaçı faiz borcunun tutulması hissəsində tələbini Mülki Məcəllənin 449.1-ci maddəsi ilə əsaslandırmışdır. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, cavabdehdən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitəndən sonrakı dövr üçün hesablanmış faiz borcu tutula bilməz. İddia tələbinin və müstəqil tələbin “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ipoteka və sonrakı ipoteka müqavilələri bağlanan zaman Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X12 küçəsi 5 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh3 mülkiyyətində idi və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-3100/2023 saylı qərarında da qeyd edilmişdir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013-cü il tarixli, 2(82)-2370/2013 saylı qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuş, mübahisəli daşınmaz əmlak üzərində xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır. 10 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanarkən Cavabdeh3 adına olan qeydə dair etiraz reyestrə daxil edilməmiş və ipoteka saxlayan şəxs "X20” ASC bu qeydin qeyri-dəqiq olmasını bilməmiş və bilmək imkanında olmamışdır. Əmlakı bu və ya digər əsasla başqa şəxslərdən əldə edən hər bir şəxsdə əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı əldə edən qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı2 ASC-nin iddia tələbi qismən təmin edilməli; müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının iddia tələbi qismən təmin edilməli; Cavabdeh2 11 oktyabr 2013-cü il tarixli, 161/MB-KM-0013 saylı kredit müqaviləsi üzrə 1.625.000 manat əsas borc, 264.924,81 manat faiz borcu olmaqla, ümumilikdə 1.889.924,81 (bir milyon səkkiz yüz səkkən doqquz min doqquz yüz iyirmi dörd manat səksən bir qəpik) borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı2 ASC-yə ödənilməli; Tutma ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X12 küçəsi 5 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 835,7 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməli; qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti (likvid) 4.432.000 (dörd milyon dörd yüz otuz iki min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh2 İddiaçı2 ASC-yə olan ümumilikdə 1.889.954,81 (1.625.000+264.924,81+30) manat məbləğində borcu ödənilməli; İpoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait LPO "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli, KBO13-1556 nömrəli kredit müqaviləsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısında olan 2.500.000 manat əsas borc, 131.329,48 manat faiz borcu olmaqla, ümumilikdə 2.631.329,48 (iki milyon altı yüz otuz bir min üç yüz iyirmi doqquz manat qırx səkkiz qəpik) manat məbləğində borcun ödənilməsinə yönəldilməli; İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X12 küçəsi 5 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 835,7 kv.m. olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin qeyri-yaşayış sahəsi boşaldılsın və yeni alıcıya təhvil verilməli; İddiaçı2 ASC-nin iddia tələbi qalan hissədə təmin edilməməli; müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının iddia tələbi qalan hissədə təmin edilməməlidir; ekspertiza xərcləri müştərək qaydada cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı2 ASC-nin iddia tələbi qismən təmin edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 11 oktyabr 2013-cü il tarixli, 161/MB-KM-0013 saylı kredit müqaviləsi üzrə 1.625.000 manat əsas borc, 264.924,81 manat faiz borcu olmaqla, ümumilikdə 1.889.924,81 (bir milyon səkkiz yüz səkkən doqquz min doqquz yüz iyirmi dörd manat səksən bir qəpik) borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı2 ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X12 küçəsi 5 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 835,7 kv.m. olan qeyriyaşayış sahəsinə yönəldilsin, qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti (likvid) 4.432.000 (dörd milyon dörd yüz otuz iki min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh2 İddiaçı2 ASC-yə olan ümumilikdə 1.889.954,81 (1.625.000+264.924,81+30) manat məbləğində borcu ödənilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait LPO "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli, KBO13- 1556 nömrəli kredit müqaviləsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısında olan 2.500.000 manat əsas borc, 131.329,48 manat faiz borcu olmaqla, ümumilikdə 2.631.329,48 (iki milyon altı yüz otuz bir min üç yüz iyirmi doqquz manat qırx səkkiz qəpik) manat məbləğində borcun ödənilməsinə yönəldilsin. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X12 küçəsi 5 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 835,7 kv.m. olan qeyriyaşayış sahəsinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin qeyriyaşayış sahəsi boşaldılsın və yeni alıcıya təhvil verilsin. İddiaçı2 ASC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 1000 (bir min) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ15GUNA********************) köçürülsün. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ayşən Sultanova-Məmmədova