Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1368/2021 25.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Müstəqil tələb irəli sürən üçüncü şəxs X2, Müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh oğlunun İddiaçı qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 30.01.2020-ci il tarixli mənzilin alqı-satqına dair ilkin müqavilənin ləğv edilməsi, 200.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən evi 400.000 manat satılmasına dair razılığa gəlmişlər. Belə ki, ilkin müqaviləyə görə alıcı 300.000 manatı notariusun bank hesabında açılan depozit hesabı vasitəsi ilə satıcıya ödəyir. Satışın qiymətindən qalan 100.000 manatı isə alıcı mənzilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. Bağlanmış müqaviləyə əsasən, əgər alıcı müqavilənin birtərəfli qaydada pozulması tələbində olduqda və ya müqavilə üzrə öhdəliyi yerinə yetirmədikdə isə ödədiyi pul satıcıda qalmaqla yanaşı, satıcıya 200.000 manat məbləğində zərər pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehə dəfərlərlə qalan pulun ödənilməsi ilə bağlı müraciət etsə də, cavabdeh pulu ödəməmişdir. İddiaçı pulu ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin 16.03.2021-cı il tarixli iclasında iddiaçı məhkəməyə dəqiqləşmə barədə ərizə təqdim edərək, iddia tələbini azaldaraq, cavabdehdən 200.000 manat zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş etmişdir. 15.03.2021-ci il tarixdə Cavabdeh İddiaçı və üçüncü şəxs X5 qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 yanvar 2020-ci il tarixli “mənzilin alqı-satqısına dair İlkin Müqavilə” üzrə cavabdeh İddiaçı təqsiri üzündən ödənilməmiş 72.000 manat pulun cavabdehə ödənilməklə yekun alqı-satqı Müqaviləsinin bağlanmasının təmin edilməsi, İddiaçı bütün ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması, İddiaçı yekun alqı-satqı Müqaviləsinin bağlanmasından imtina etməsi onun birtərəfli qaydada “Mənzilin alqı-satqısına dair İlkin Müqavilə”nin pozulması kimi qiymətləndirilməsi və həmin Müqavilənin 2.3-cü bəndinə əsasən aldığı 300.00 manatın və əlavə olaraq 300.000 manat zərər pulu olmaqla, 600.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945-ci məhəllədə yerləşən 0.386+0.08 ha torpaq sahəsi “X17” MMC-yə icarəyə verilmiş həmin torpaq sahəsində 3 bloklu (A,B,C), 18 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. 2019-cu ilin sonlarında onlarla “X17” MMC arasında yaşayış binasının B və C blokunun tikintisinin birgə həyata keçirilməsi barədə danışıqlar aparılmışdır. Bu danışıqlar zamanı məlum olmuşdur ki, tikinti sahəsinə daxil olmayan, lakin yanında yerləşən X.Şuşinski küçəsi, ev 33, mənzil 10-da İddiaçı Əhmədağa qızı öz ailəsi ilə yaşayır və o, tikintinin aparılacağına maneəçilik törədəcəkdir. Çünki “A” blokunun tikintisi zamanı o, şəxsi, qeyri-qanuni maraqları üçün maneəçiliklər törətmiş, tikinti aparan şəxslərdən dəfələrlə pul almışdır. Bu problemləri yaşamamaq üçün X9 ilə İddiaçı arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 42.7 kv.m olan mənzilin alqı-satqısı barədə uzun müddət danışıqlar getmiş və nəhayət razılığı gəlinmişdir ki, İddiaçı həmin mənzili 400.000 manata Ş.Qurbanova satacaqdır. Lazımi sənədlər toplandıqdan sonra İddiaçı ilə Bakı şəhəri 11 saylı Notariat Kontorunda ilkin müqavilə bağlanaraq, sonuncuya ilkin olaraq 300.000 manat notariusun depozit hesabından bank vasitəsilə ödəniş edilmiş, ümumi dəyərin 100.000 manatı isə saxlanılaraq yekun alqı-satqı müqaviləsinin bağlanması zamanı bank vasitəsilə ödəniləcəyi bildirilmiş və müqavilə bağlanan zaman İddiaçı bütün ailə üzvləri buna razılıq vermişdir. Ötən müddət ərzində Ş.Qurbanov dəfələrlə İddiaçı müraciət edərək, yekun alqı-satqı müqaviləsinin bağlanmasını xahiş etmiş, lakin o, müxtəlif bəhanələr gətirərək ona vaxt verilməsini xahiş etmişdir. İddiaçı yekun alqı-satqı müqaviləsinin bağlanmasından yayınmış və bu müddət tamam olduqdan sonra Ş.Qurbanovun yanına gələrək ona hədə-qorxu gəlmiş, ondan 100.000 manatdan əlavə 200.000 manat alacağını, müqaviləni ləğv edəcəyini, mənzili başqa adama satacağını deyərək şantaj etməyə başlamışdır. İddiaçı mənzili tikinti meydançasına düşməsə də, o, mənzilin yaxınlığında olmasından istifadə edir, istənilən üsullara əl ataraq tikintinin gedişatına manəçilik törədir, mənzilini dəyərindən qat-qat artıq qiymətə tikinti aparan və ya digər şəxslərə yenidən satmaq və pul almaq istəyir. Bunun üçün müxtəlif məhkəmə və hüquq mühafizə orqanlarına əsassız müraciətlər edərək, tikinti aparan şəxslərə təzyiq göstərir. Hər belə haldan sonra İddiaçı tikinti aparan şəxslərə yanaşaraq onlardan müəyyən məbləğdə pul alır və bildirir ki, daha onlardan şikayət etməyəcək və bu barədə notariat qaydasında təsdiqlənmiş ərizə verərək iddia və tələbinin olmadığı bildirir. İddiaçı həmin mənzili daha əvvəl X3 300.000 manata satmaq barədə razılaşmış, bunun üçün 20.000 manat məbləğində beh almış, bununla bağlı aralarında hər ikisinin imzası ilə təsdiq edilmiş yazılı razılaşma olmuşdur. Mənzillə bağlı əlavə problemlərin olmaması üçün Ş.Qurbanov İddiaçı aldığı 20.000 manatı Ramin Məmmədova qaytarmışdır. 24.05.2021-ci il tarixdə Cavabdeh məhkəməyə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, 30 yanvar 2020-ci il tarixli “Mənzilin alqısatqısına dair İlkin Müqavilədən” irəli gələn öhdəliklərin icrası qaydasında 100.000 manatın cavabdeh İddiaçı tərəfindən qəbul edilməklə, yekun alqı-satqı müqaviləsinin bağlanılması öhdəliyinin İddiaçı üzərinə qoyulması, mübahisəli mənzilin mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra 30 gün ərzində cavabdeh İddiaçı tərəfindən mübahisəli mənzilin boşaldılmaqla qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təhvil verilməsi, cavabdeh İddiaçı yekun alqı-satqı müqaviləsinin şərtlərini pozduğuna görə 300.000 manat məbləğində dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 ilkin iddia tələbinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən şəxs Ş.Qurbanov və onun nümayəndəsi-vəkili Vəkil2 Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir və bu hüquq ona 23.06.2015-ci il tarixdə verilmişdir. - 30.01.2000-ci il tarixli Mənzilin alqı-satqısına dair İlkin Müqavilədən görünür ki, İddiaçı özünə məxsus satılacaq Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, 10 saylı mənzili 400.000 manata qiymətləndirir və həmin qiymətə Cavabdeh 400.000 manata almağı öhdəsinə götürmüş, həmin məbləğdən 300.000 manatını notariusun bankda açılan depozit hesabı vasitəsi ilə İddiaçı ödəmiş, satış qiymətindən qalan 100.000 manatını isə mənzilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, İddiaçı müqavilənin birtərəfli qaydada pozulması tələbi olduqda və ya bu müqavilə üzrə öhdəliyi yerinə yetirmədikdə aldığı 300.000 manat məbləğində pulu qaytarmaqla yanaşı, həmin məbləğdə, yəni 300.000 manat zərər pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən isə, Cavabdeh müqavilənin birtərəfli qaydada pozulması tələbində olduqda və ya bu müqavilə üzrə öhdəliyi yerinə yetirmədikdə ödədiyi pul İddiaçı qalmaqla yanaşı, İddiaçı 200.000 manat məbləğində zərər pulu ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı müxtəlif vaxtlarda notarial qaydada verdiyi ərizələrdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev 945-ci məhəllədə “X17” MMC tərəfindən binanın inşa edilməsinə etiraz etmədiyini, tərəflər arasında razılıq olduğunu bildirmişdir. - əlyazma ilə yazılmış və imzalanmış qəbzin surətindən görünür ki, X1 Dilarə Əhmədağa qızına ünvan 3 ünvanında yerləşən mənzilin alınması üçün dəyəri 300.000 manat olmaqla, avans olaraq 20.000 ödəmişdir. - 26.02.2020-ci il tarixli “materialın istintaq aidiyyatı üzrə göndərilməsi barədə, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin baş təhqiqatçısı, polis kapitanı M.Məmmədova tərəfindən qəbul edilmiş qərardan görünür ki, X2 İddiaçı barəsinə şikayət ərizəsi toplanmış material üzrə əlavə yoxlama işləri aparılıb, müvafi qərar qəbul edilməsi üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. - X11, X10, X7 və X12 notarial qaydada ərizə verərək, ünvan 3 ünvanında yerləşən 9 və 10 nömrəli fərdi yaşayış evinin satımasına etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (maddə 568.1). Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (maddə 598). Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər (maddə 599.3). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllə nəzərdə tutur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik tərədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 07 sentyabr 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” qərarına istinad etməklə qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Beləliklə, Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 30.01.2020-ci tarixli mənzilin alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır. Müqavilənin şətlərinə uyğun olaraq tərəflər üzərinə öhdəlik götürmüşlər: İddiaçı özünə məxsus satılacaq Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, 10 saylı mənzili 400.000 manata qiymətləndirir və həmin qiymətə Cavabdeh 400.000 manata almağı öhdəsinə götürmüş, həmin məbləğdən 300.000 manatını notariusun bankda açılan depozit hesabı vasitəsi ilə İddiaçı ödəmiş, satış qiymətindən qalan 100.000 manatını isə mənzilin alqısatqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, İddiaçı müqavilənin birtərəfli qaydada pozulması tələbi olduqda və ya bu müqavilə üzrə öhdəliyi yerinə yetirmədikdə aldığı 300.000 manat məbləğində pulu qaytarmaqla yanaşı, həmin məbləğdə, yəni 300.000 manat zərər pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən isə, Cavabdeh müqavilənin birtərəfli qaydada pozulması tələbində olduqda və ya bu müqavilə üzrə öhdəliyi yerinə yetirmədikdə ödədiyi pul İddiaçı qalmaqla yanaşı, İddiaçı 200.000 manat məbləğində zərər pulu ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, Mülki Məcəlləyə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır və əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilir. Həmçinin ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir, əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Beləliklə, ilkin müqavilədə qeyd olunan tələblər cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəməyə təqdim olunmuş sənədlərdən aydın olur ki, cavabdeh 300 000 manat pul məbləğini iddiaçıya ödəmiş, 100 000 manat isə əsas müqavilə bağlandığı vaxt cavabdehə ödəniləcəkdir. Bununla da cavabdeh ilkin müqavilə üçün bütün öhdəliklərini yerinə yetirməklə, əsas alqı-satqı müqaviləsini bağlamaq niyyətində olmuşdur. Buna sübut olaraq ilkin müqavilənin bağlanması zamanı ödənilmiş 300 000 manat pul məbləği çıxış edir. Hazırda iddiaçının cavabdeh barədə müqavilə üzrə öhdəliyin icrasından yayınması barədə dəlilləri öz təsdiqini tapmır. Çünki cavabdehin 300 000 manatı iddiaçıya ödədikdən sonra bilərəkdən öhdəlikdən yayınması ağlabatan deyil. Bir halda ki, müqavilənin şərtlərindən biri cavabdehin öhdəlikdən yayınması onun üçün cərimə riski ilə nəticələnə bilərdi. Odur ki, cavabdehin 100 000 manat ödəməklə əmlaka mülkiyyət hüququ əldə etmək imkanı olduğu bir halda, onun bilərəkdən özünə maddi ziyan vurması inandırıcı və məntiqə uyğun deyil. Məhkəmə qeyd edir ki, tərəflər qarşılıqlı olaraq bir-birilərinin öhdəlikdən yayınmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən, yəni əsas alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin tərəflərin üzərinə qoyulması hissəsində təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən qanunvericilikdə və ya tərəflərin könüllü götürdükləri öhdəlikdə nəzərdə tutulan hallarda tərəfin üzərinə müqavilə bağlamaq vəzifəsi qoyula bilər. Çünki Mülki Məcəllənin 402.1-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və s.” tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilsin. 30 yanvar 2020-ci il tarixli Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 33, 10 saylı mənzilin “alqı-satqısına dair İlkin Müqavilədən” irəli gələn öhdəliklərin icrası qaydasında 100.000 (bir yüz min) manat İddiaçı tərəfindən qəbul edilməklə əsas (yekun) alqı-satqı müqaviləsinin bağlanması öhdəliyi İddiaçı üzərinə qoyulsun. Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 33, 10 saylı mənzilin mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra 30 gün ərzində İddiaçı və ailə üzvləri çıxarılmaqla mənzil boşaldılmış vəziyyətdə Cavabdeh təhvil verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1368/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1368/2021
25.05.2021 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver