Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-787/2022 12.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı Əziz oğlunun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Əziz oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı «mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsi və pulun qaytarılması» tələbinə dair mülki Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əziz oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Mənzil Tikinti Kooperativi arasında 211 saylı 03.08.2018-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh Mənzil Tikinti Kooperativindən 38760 manat əsas borcun, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 5578 manat faiz məbləğin və ödənilmiş 223 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əziz oğlu məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə ünvanlayaraq, onunla "xxxx" MTK arasında olan 211 saylı 03.08.2018-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MTK-dan 38760 manat əsas borcun və ödənilmiş 223 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əziz oğlunun vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Əziz oğlu ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında 211 saylı 03.08.2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İV blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 45 №-li mənzili almışdır. Göstərilən mənzilin alınması üçün iddiaçı tərəfindən Cavabdeh Mənzil Tikinti Kooperativi 52780 manat ödənilmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativinin 03 avqust 2018-ci il tarixli maliyyə arayışına əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İV blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 45 №-li mənzilə görə iddiaçı tərəfindən 52780 manat ödənilmişdir. Maliyyə arayışında qeyd olunandan əlavə olaraq 03 avqust 2018-ci il tarixdə iddiaçı tərəfindən 3000 manat ödənilmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativi ilə aralarında yaranmış narazılıq nəticəsində iddiaçı payçı kimi kooperativdən çıxmaq istəyini bildirərək 01.03.2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş və ödənilmiş məbləğin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativi arasında 211 saylı 03.08.2018-ci il tarixli müqaviləsinin 6.1-ci bəndinə əsasən “Payçı” kooperativinin üzvlüyündən çıxmaq istədikdə bu barədə “Kooperativə” əvvəlcədən yazılı şəkildə xəbərdarlıq edir. Payçının üzvlüyünə xitam verildikdə onun ödədiyi pay haqqı mənzil başqa payçıya satıldığı və həmin mənzilin dəyəri sonuncu tərəfindən ödənildikdən sonra qaytarılır. Onun tərəfindən Cavabdeh Mənzil Tikinti Kooperativinə edilmiş müraciətinə baxmayaraq ödədiyi məbləğ hələ də tam ödənilməmişdir. Bu müddət ərzində ödənilmiş məbləğdən cəmi 17020 manat ödənilmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativinin ona bu günə olan borcu 38760 manat təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, sözügedən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İV blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 45 №-li mənzil "xxxx" MTK tərəfindən satıldıqdan sonra iddiaçı pulunu götürə bilər. İddiaçı hələ də Koorperativin üzvü olaraq qalır. Binanın tikintisi yaxın günlərdə tamamlanacaqdır. İş materiallarında olan 03.08.2018-ci il tarixli, 211 saylı müqavilədən görünür ki, icraçı Cavabdeh Mənzil Tikinti Kooperativi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İV blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 45 №-li mənzili pay kimi payçı İddiaçı Əziz oğluna verməyi, payçı İddiaçı Əziz oğlu isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh Mənzil Tikinti Kooperativinin 03.08.2018-cu il tarixli maliyyə arayışından müəyyən edilir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İV blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 45 №-li mənzilin dəyəri 52780 manat İddiaçı Əziz oğlunun tərəfindən ödənilmiş, İddiaçı Əziz oğlunun MTK-ya borcu yoxdur, həmçinin iş materiallarında olan kassa mədaxil orderinin 03 avqust 2018-ci il tarixli qəbzindən görünür ki,iddiaçı maliyyə arayışında göstərilən məbləğdən əlavə olaraq sözügedən mənzil üçün 3000 manat ödəniş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, 03.08.2018-ci il tarixli, 211 saylı müqaviləyə əsasən, icraçı Cavabdeh Mənzil Tikinti Kooperativi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İV blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 45 №-li mənzili pay kimi payçı İddiaçı Əziz oğluna verməyi, payçı İddiaçı Əziz oğlu isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh Mənzil Tikinti Kooperativinin 03.08.2018-cu il tarixli maliyyə arayışından göründüyü kimi Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İV blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 45 №-li mənzilin dəyəri ümumilikdə 55780 manat İddiaçı Əziz oğlunun tərəfindən ödənilmiş, İddiaçı Əziz oğlunun MTK-ya borcu yoxdur. Payçı İddiaçı Əziz oğlu tərəfindən 03.08.2018-ci il tarixli, 211 saylı müqavilə üzrə öhdəlik tam icra olunduğu halda, cavabdeh təşkilat olan "xxxx" MTK tərəfindən öhdəlik icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə əssən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 422.1-ci maddəsinə əssən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 441.1-ci maddəsinə görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı Əziz oğlu ilə "xxxx" MTK (CavabdehMTK) arasında bağlanmış 03.08.2018-ci il tarixli, 211 saylı müqavilə ləğv edilməlidir. İş materiallarında olan 03.08.2018-ci il tarixli, 211 saylı müqavilənin 6.1-ci bəndində göstərilmişdir ki, “Payçı” kooperativinin üzvlüyündən çıxmaq istədikdə bu barədə “Kooperativə” əvvəlcədən yazılı şəkildə xəbərdarlıq edir. Payçının üzvlüyünə xitam verildikdə onun ödədiyi pay haqqı mənzil başqa payçıya satıldığı və həmin mənzilin dəyəri sonuncu tərəfindən ödənildikdən sonra qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İV blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 79,9 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 45 №-li mənzil cavabdeh təşkilat tərəfindən iddiaçıya təhvil verilmədiyi üçün, məhkəmə tədqiqi edilmiş sübutlar əsasında 03.08.2018-ci il tarixli, 211 saylı müqavilənin ləğv edilməsi nəticəsinə gəldiyindən, iddiaçı tərəfindən cavabdeh təşkilata ödənilmiş pul vəsaiti iddiaçıya qaytarılmalıdır.Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı Əziz oğlu tərəfindən mübahisəli mənzillə bağlı ödədiyi ümuilikdə 55780 manatdan 17020 manat cavabdeh təşkilat olan "xxxx" MTK tərəfindən iddiaçıya qaytarıldığından qalan 38760(otuz səkiz min yeddi yüz altmış) manat "xxxx" MTK tutularaq İddiaçı Əziz oğluna ödənilməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 223 manat cavabdeh təşkilatdan alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Əziz oğlu ilə cavabdeh "xxxx" MTK arasında olan 03.08.2018-ci il tarixli, 211 saylı müqavilə ləğv edilsin. Cavabdeh "xxxx" MTK-dan 38760 manat pul və ödənilmiş 223 manat dövlət rüsumu tutularaq İddiaçı Əziz oğluna ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-787/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-787/2022
12.05.2022 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver