Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1479/2022 30.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camalədin qızının katibliyi, İddiaçı iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və əmlakın qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-722/2021 nömrəli, 22 fevral 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 2(012)-722/2021 nömrəli, 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair ilk iddia tələbi və Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və əmlakın qaytarılması tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmişdir. (hakim E.Kazımov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-722/2021 nömrəli, 22 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən Cavabdeh də apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-722/2021 nömrəli, 22 fevral 2022-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinə münasibətdə ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanan alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi, mənzil üçün ödədiyi 50.800 manat və təmir üçün xərclənən 7.000 manatın ona tam şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia həcminin artırılması barədə ərizə təqdim edərək, tərəfindən ödənilmiş 265 manat dövlət rüsumunu da cavabdehdən tələb etmiş və göstərilənlərə əsasən Cavabdeh ilə bağlanan alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi, mənzil üçün ödədiyi 50.800 manat və təmir üçün xərclənən 7.000 manatın İddiaçı tam şəkildə ödənilməsi, 265 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 23 noyabr 2017-ci il tarixdə Cavabdehndən AB01M37 nömrəli müqavilə əsasında 1 (bir) kv.m 600 manata olmaqla dəyəri 65.460 manat olan, bina 1, 8-ci mərtəbədə yerləşən 109,10 kv.m sahədən ibarət 3 otaqlı 37 saylı təmirsiz mənzili almışdır. Qrafik üzrə ilkin ödəniş 20.000 manat olmaqla, 65 aya bölünməklə hər ay 700 manat ödəmək şərti ilə Mənzil Tikinti Kooperativi və iddiaçı arasında müqavilə bağlanmışdır. İddiaçı qrafik üzrə 02 avqust 2021-ci il tarixə qədər 50.800 manat pul ödəmişdir. Ailə tərkibi iddiaçı və azyaşlı oğlundan ibarətdir. İddiaçı cəmi 7.000 manat pul xərcləyərək mənzildə yüngül təmir işləri görüb yaşamağa başlamışdır. 2021-ci il ilin may ayında iddiaçı direktor Ülvü müəllimə Mənzil Tikinti Kooperativi və onun arasında bağlanan müqaviləyə xitam verilməsi barədə şifahi müraciət etmişdir. Səbəb isə Mənzil Tikinti Kooperativinin iddiaçıya satdığı 109,10 kv.m mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin sakinlərə verdiyi çıxarışda 92 kv.m olması ilə bağlıdır. 17 kv.m artıq sahənin pulu olan 10.200 manat Mənzil Tikinti Kooperativi tərəfindən əlavə alınmışdır. Bundan əlavə çıxarışda 92 kv.m olduğu halda 109 kv.m sahənin kommunal pulu alınır. İddiaçı bu barədə 2021-ci ilin may ayında xəbər tutmuş, sakinlərin aldadılaraq qeyri qanuni alınan əlavə ödənişlərini bilmiş, Cavabdehnə dəfələrlə şifahi, telefon danışıqları, yazışmalar və ərizə ilə müraciət etməsinə baxmayaraq, aylardı get-gəl edərək gözləmişdir. Yeni direktor Bayram müəllimə müqaviləyə xitam vermirsə məhkəməyə müraciət edəcəyini bildirmiş, onunla 16 oktyabr 2021-ci il tarixdə Mənzil Tikinti Kooperativinin hüquqşünasının gələcəyi, aralarındakı müqaviləyə xitam veriləcəyi, mənzil üçün ödədiyi 50.800 manatın, təmir üçün 7.000 manat pulun ona ödənilməsi ilə bağlı şifahi razılığa gəlmişlər. 19 oktyabr 2021-ci il tarixdə direktorun qəbulunda olmuş və tam başqa mənzərə ilə qarşılaşmışdır. Belə ki, Bayram müəllim iddiaçıya-“siz evdə oturun. Biz sizi mənzildən çıxatmırıq. Mənzilinizi satışa çıxarmışıq və satıb sizin pulu ödəyək” demişdir. Mənzil nə vaxta satılacağı isə məlum deyil. Bu səbəbdən də iddiaçı bundan sonra təkrar olaraq Mənzil Tikinti Kooperativinə müqaviləyə xitam verilmirsə, onun aidiyyatı orqana müraciət etməsi, qanunvericiliyə uyğun olaraq ona cavab verilməsi barədə rəsmi müraciət etmişdir. Ancaq bu günədək heç bir rəsmi və ya qeyri rəsmi xəbər yoxdur. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh ilə bağlanan alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi, mənzil üçün ödədiyi 50.800 manat və təmir üçün xərclənən 7.000 manatın İddiaçı tam şəkildə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və əmlakın qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixində AB01M37 nömrəli yaşayış evinin alqısatqısına dair müqavilənin Cavabdeh yaşayış kompleksində, bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzil üçüncü şəxsə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 50.800 manatın 25 faizi nisbətində, yəni 12.700 manatın Cavabdehndə saxlanılmaqla, qalan 38.100 manatın cavabdeh İddiaçı müqavilə üzrə müəyyən edilmiş ödəniş qrafikinə uyğun olaraq qaytarılacaq şəkildə ləğv edilməsi, Cavabdeh yaşayış kompleksində, bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında 24 noyabr 2017-ci il tarixində AB01M37 nömrəli yaşayış evinin alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə olaraq iddiaçı ümumi dəyəri 65.460 manat olan Cavabdeh yaşayış kompleksində, bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzili cavabehə satmağı, cavabdeh isə 20.000 manat ilkin ödənişlə, qalan 45.460 manat məbləği 65 ay müddətində, hər ayın 24-nə qədər ödəməklə mənzili almağı öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək mənzil cavabdehə təhvil verilmişdir. İddia ərizəsindən də göründüyü kimi cavabdeh İddiaçı halhazırda fakitiki olaraq orada yaşayır. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik tam olaraq yerinə yetirilməmişdir. Belə ki, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər 2021-ci ilin avqust ayından bəri icra olunmamaqdadır. Yaşayış evinin alqı-satqısına dair müqavilənin 4.3-cü bəndinə əsasən satıcının payçı tərəfindən ödənişlər 60 gün müddətindən artıq yubadılarsa müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ vardır. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən müqaviləyə xitam verildikdə, əmlak başqa şəxsə satıldıqdan sonra payçı tərəfindən ödənilmiş məbləğin 25 faizi satıcı tərəfindən tutularaq qalıq məbləğ payçıya tərtib ediləcək qrafik əsasında geri qaytarılır. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyi artıq 60 gün artıq olaraq icra etməməkdədir. Bu fakt cavabdeh tərəfindən tərtib olunmuş iddia ərizəsində də özü tərəfindən sübut olunur. Bu hal isə müqaviləyə xitam verilməsi üçün əsasdır. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AB01M37 nömrəli yaşayış evinin alqı-satqısına dair müqavilənin Cavabdeh yaşayış kompleksində, bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzil üçüncü şəxsə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 50.800 manatın 25 faizi nisbətində, yəni 12.700 manatın Cavabdehndə saxlanılmaqla, qalan 38.100 manatın cavabdeh İddiaçı müqavilə üzrə müəyyən edilmiş ödəniş qrafikinə uyğun olaraq qaytarılacaq şəkildə ləğv edilməsi, Cavabdeh yaşayış kompleksində, bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. O, Abşeron rayonu ərazisində inşa edilmiş Cavabdeh MTK ilə bağlanmış 23 noyabr 2017-ci il tarixli, №AB01M37 saylı müqaviləyə əsasən sahəsi 109,10 kv,m olan, dəyəri 65460 manat (altmış beş min dörd yüz altmış) təşkil edən bina 1, mənzil 37, 8-ci mərtəbədə yerləşən 3 otaqlı təmirsiz mənzili almış, müqavilə şərtlərinə və müqavilənin ayrılmaz hissəsi olan qrafikə əsasən ilkin ödəniş olaraq 20000 manat ödəmiş, qalan məbləğ 65 aya bölünməklə və hər ay 700 manat ödəmək şərti ilə almışdır. Həmin mənzilə görə qrafik üzrə 2021-ci ilin avqust ayınadək cəmi 50800 (əlli min səkkiz yüz) manat pul ödəmişdir. Daha sonra həmin mənzilə 7000 manat xərcləyərək mənzildə normal yaşamaq üçün şəraitin yaradılması üçün təmir etdirmiş və azyaşlı oğlu ilə birlikdə mənzilə köçüb yaşamağa başlamışdır. Daha sonra qonşulardan eşitdib ki, onlarla MTK arasında bağlanmış müqaviləyə əsasən onların mənzili 109,10 kv.m göstərilsə də, mənzillərinə çıxarış alanda AR ƏMDK DƏDRX-nin mütəxəssisləri tərəfindən mənzillər ölçülmüş və onlara mənzillərinin 92 kv.m olmasına dair mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilmişdir. Bundan sonar o, DƏDRX-nin Abşeron Rayon Ərazi İdarəsi ilə əlaqə saxlamış, ona mənzilin MTK ilə bağlanmış müqavilədə göstərildiyi 109.10 kv.m deyil faktiki olaraq 92 kv.m olmasını bildirdilər. Bundan sonra o cavabdeh MTK-ya dəfələrlə şifahi və yazılı müraciətlər etmiş, ya müqavilənin ləğvi və ödənilmiş pulun geri qaytarılmasını tələb etmiş, onu hər dəfə müxtəli bəhanələrlə yubatmışlar, nəticədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin işə baxmış birinci instansiya məhkəməsi obyektiv araşdırmanı təmin etmədən, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan və onlara hüquqi qiymət vermədən iddianın təmin edilməməsinə dair qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə ekspertiza təyin etməmiş, mənzilin faktiki olçüsünü müəyyən etməmişdir. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Bu qaydada hesablama aparıldığı zaman onun mənzilin faktiki ölçüsünün, müqvilədəki ölçüyə uyğun gəlməməsi faktı öz təstiqini tapır. Lakin qeyd olunduğu kimi məhkəmə bu hallara düzgün hüquqi qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onun şikayəti təmin edilməli, ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qismən qanunsuz və əsassızdır. Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixində, AB01M37 nömrəli “Yaşayış evinin alğısatqısına dair” müqavilə bağlanmış və həmin müqaviləyə uyğun olaraq Cavabdeh MTK ümumi dəyəri 65460,00 manat olan Cavabdeh yaşayış kompleksində, bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzili İddiaçı satmağı, İddiaçı isə 20.000 manat ilkin ödənişlə, qalan 45.460 manat məbləği 65 ay müddətində hər ayın 24nə qədər ödəməklə mənzili almağı öhdəsinə götürmüşdür. Cavabdeh MTK tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək mənzil İddiaçı təhvil verilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsindən və məhkəmə araşdırması zamanı verdiyi izahatlarından da sübut olunur ki, o, hal-hazırda yuxarıda qeyd edilən mənzildə yaşayır. Lakin İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik tam olaraq yerinə yetirilməmişdir. Belə ki, İddiaçı tərəfindən müqavilə üzrə ödənişlər 2021-ci ilin avqust ayından bəri icra olunmamaqdadır. Məhkəmə araşdırması zamanı o öz izahatında bu halı bildirmiş və eyni zamanda bu hal iş materialları ilə bu sübut olunur. İşinin mübahisə edilməyən halları ondan ibarətdir ki, MTK tərəfindən mənzil payçıya təhvil verilmişdir, payçı isə heç bir əsas olmadan müqavilə üzrə ödənişin icrasını dayandırmışdır. “Yaşayış evinin alğı-satqısına dair” müqavilənin 4.3-cü bəndinə əsasən “Satıcı”nın “payçı” tərəfindən ödənişlər 60 gün müddətindən artıq yubadılarsa müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ vardır. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən müqaviləyə xitam verildikdə, əmlak başqa şəxsə satıldıqdan sonra “Payçı” tərəfindən ödənilmiş məbləğin 25 faizi “Satıcı” tərəfindən tutularaq qalıq məbləğ “Payçı”ya tərtib ediləcək qrafik əsasında geri qaytarılır. Qeyd olunan hallar birinci instansiya məhkəməsində icraat zamanı qarşılıqlı iddia ərizəsində sadalansa da, məhkəmə bu hallara düzgün hüquqi qiymət vermməmiş, nəticədə MTK-nın hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Odur ki, şikayətdə qeyd olunan hallar apellyasiya kollegiyası tərəfindən yenidən araşdırılmalı və şikayət təmin edilərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı bildirdi ki, yaranmış mübahisənin həllinə dair tərəflər razılığa gəliblər. Belə ki, ilkin ödəniş olaraq ödədiyi 20 000 manat ona qaytarılmış, qalan məbləğ isə hissə-hissə qaytarılacaq. O da razılaşdıqları kimi mənzili təhvil verəcək. Lakin iddia tələbinin, mənzilin təmir edilməsi hissəsində tərəflər arasında razılaşma olmadığından həmin hissədə şikayətini müdafiə edir və onun təmin olunmasını xahiş edir. Apellyasiya baxışı zamanı Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. MTK-nın vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə hər iki cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 23 noyabr 2017-ci il tarixli, AB01M37 nömrəli yaşayış evinin alqı-satqısı haqqında müqavilədən görünür ki, MTK Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də yerləşən Cavabdeh yaşayış kompleksində (inşa edilmiş və ya inşa edilməkdə olan) bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzili (bundan sonra əmlak adlandırılacaq) payçının mülkiyyətinə verməyi, payçı isə əmlakı qəbul edib dəyərini 65 (altmış beş) ay müddətinə (əmlakın dəyərinin aylara mütənasib hissələri ilə) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd edilən əmlakın dəyəri (qiyməti) tərəflərin razılığı ilə 65.460 manat təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən payçı bu müqavilənin 2.1-ci bəndində göstərilən məbləğin 20.000 manat məbləğdə hissəsini nəğv şəkildə ilkin ödəniş olaraq, qalan 45.460 manat məbləği isə hissə-hissə olmaqla 65 ay müddətində hər ay ayın 24-nə kimi bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə müvafiq olaraq ödəyir. Yenə həmin müqavilənin 4.3-cü bəndinə əsasən ilk ödəmə payçı tərəfindən 20 gün, sonrakı ödəmələr 60 gündən artıq yubadılırsa, müqaviləyə əsasən nəzərdə tutulmuş cədvəldən az məbləğdə ödənişlər olduğu halda MTK hazırki müqaviləni birtərəfli qaydada pozmaq hüququnu öz üzərində saxlayır. Bu halda payçı tərəfindən MTK-ya ödənilmiş məbləğ yalnız vahid əmlak satıldıqdan sonra 4.4-cü maddədə nəzərdə tutulan cərimələr tutularaq, 4.5-ci maddə nəzərə alınmaqla qaytarılır. Yenə həmin müqavilənin 4.5-ci bəndinə əsasən əgər müqaviləyə xitam verilərsə, əmlak başqa şəxs satıldıqdan sonra payçı tərəfindən ödənilmiş məbləğin 25 faizi MTK tərəfindən tutularaq, qalan məbləğ tərtib ediləcək qrafik əsasında payçıya geri qaytarılır. İşə əlavə edilmiş 23 noyabr 2017-ci il tarixli, AB01M37 nömrəli yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əlavədən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə 20.000 manat, xx.xx.2023-cü il tarixə kimi hər ay 700 manat olmaqla (sonuncu ay 660 manat olmaqla), cəmi 65.460 manat məbləğində pulu Cavabdehnə ödəməyi öhdəsinə götürmüşdür. Yenə işə əlavə edilmiş Azərbaycan Respublikası Mənzil Tikinti Kooperativi Cavabdeh yaşayış kompleksinin mənzil haqqında çıxarışından görünür ki, Bakı-Şamaxı yolunun 14cü km-də Cavabdeh yaşayış kompleksində bina 1, blok 1, 8-ci mərtəbə, mənzil 37 saylı ünvanında yerləşən ümumi sahəsi 109,10 kv.m olan 3 otaqlı mənzil İddiaçı adına AB01M37 qeydiyyat nömrəsi ilə 23 noyabr 2017-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş 02 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MTK-ya 14.660 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “mənzilin geri qaytarılması haqqında” öhdəlikdən görünür ki, Cavabdeh MTK, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də yerləşən Cavabdeh yaşayış kompleksində (inşa edilmiş və ya inşa edilməkdə olan) bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzilin dəyəri olaraq MTK-ya ödənilmiş 49.800 manat məbləğin 20000 min manatını xx.xx.2022-ci il tarixdə, qalan 29.800 manat məbləği isə 14 ay müddətinə, aylıq 2128 manat ödəniş etməklə İddiaçı ödəməyi, İddiaçı isə ilkin ödəniş olan 20000 min manatı xx.xx.2022-ci il tarixdə əldə etdikdən sonra xx.xx.2022-ci il tarixədək mənzili MTKya təhvil verməyi öhdəsinə götürmüşdür. Yenə iş materiallarında olan xx.xx.2022-ci il tarixli mənzilin qaytarılma aktından görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də yerləşən Cavabdeh yaşayış kompleksində bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzil X1 tərəfindən Cavabdeh MTK-ya təhvil verilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə tərəflərin apellyasiya şikayətləri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-722/2021 nömrəli, 22 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də yerləşən Cavabdeh yaşayış kompleksində (inşa edilmiş və ya inşa edilməkdə olan) bina 1, blok 1, 8-ci mərtəbə, 109,10 kv.m ümumi sahəsi olan 37 saylı mənzilin alqı-satqısına dair 23 noyabr 2017-ci il tarixli, AB01M37 nömrəli müqavilə bağlanmışdır. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 65.460 manat müəyyən edilmiş, İddiaçı xx.xx.2017-ci il tarixdə 20.000 manat, xx.xx.2023-cü il tarixə kimi hər ay 700 manat olmaqla (sonuncu ay 660 manat olmaqla), cəmi 65.460 manat məbləğində pulu Cavabdehnə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin məbləğdən 50.800 manat pul ödəmiş, 14.660 manat borcu qalmışdır. Yuxarıda şərh olunan səbəblərdən tərəflər arasında mübahisə yaranmışdır. Apellyasiya baxışı zamanı tərəflər İddiaçı tərəfindən ödənilmiş pulun 20000 manatını xx.xx.2022-ci il tarixdə, qalan 29.800 manat məbləğin isə 14 ay müddətinə, aylıq 2128 manat ödəniş etməklə İddiaçı ödənilməsi, İddiaçı isə ilkin ödəniş olan 20000 manatı xx.xx.2022-ci il tarixdə əldə etdikdən sonra xx.xx.2022-ci il tarixədək mənzili MTK-ya təhvil verməsi barədə razılığa gəlmişlər. İddiaçı məhkəmədə verdiyi izahatında 20000 manatın ona ödənildiyini, mənzili təhvil verdiyini, hazırda yalnız mənzilin təmiri üçün çəkdiyi 7000 manat xərci tələb etdiyini bildirdi. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edildiyi kimi iş üzrə hər iki tərəf, tərəflər arasında mənzil alqı-satqısına dair bağlanmış müqavilənin ləğvini tələb edir. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin iddia edildiyi kimi öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi ilə onların hər birinin müqavilənin ləğvini məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Qanunun bu normasına baxmayaraq tərəflərin heç biri məhkəməyə müqavilənin ləğvini təsdiqləyəcək aralarında bağlanmış yazılı müqaviləni təqdim etməmişdir. Digər tərəfdən Mülki Məcəllənin 423.2-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qeyd edildiyi kimi ilk iddia üzrə iddiaçı müqavilə öhdəlikərinin tam yerinə yetirilməməsini ona vurulmuş ziyan kimi qiymətləndirərək mənzilin alınması üçün ödədiyi pulu tələb etməklə yanaşı, mənzilin təmirinə çəkdiyi xərcləri də ziyan kimi qiymətləndirərək onu da tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd olunan Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Daha öncə qeyd olunduğu kimi tərəflər arasında mübahisə predmetini təşkil edən mənzillə bağlı artıq razılaşma əldə edilmiş, mənzilin dəyərinin bir hissəsi iddiaçıya ödənilmiş, qalan ödənişlərin qrafik üzrə ödənilməsi razılaşdırılmış və artıq mənzil MTK-ya qaytarılmışdır. Hazırda İddiaçı iddia tələbinin yalnız mənzilin təmirinə çəkmiş olduğu 7 min manat hissəsini müdafiə edir ki, məhkəmə kollegiyası həmin hissədə şikayətin dəlillərini əsaslı hesab etmir, qeyd edir ki, iddia həmin hissədə təmin edilə bilməz və bu barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. Belə ki, iddiaçının mənzilin təmirinə çəkmiş olduğu xərclərlə əlaqədar, iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Ən başlıcası isə tərəflər arasında imzalanmış mübahisəli mənzilin qaytarılmasına dair xx.xx.2022-ci il tarixli öhdəlikdə bu barədə heç bir müddəa yoxdur və onun əsasında tərtib edilmiş akta əsasən mənzil qeyd-şərtsiz təhvil verilmişdir. Qeyd edildiyi kimi Cavabdeh də apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-722/2021 nömrəli, 22 fevral 2022-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinə münasibətdə ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətindən göründüyü kimi şikayət tərəfin qarşılıqlı iddiası ilə eyni məzmunlu olmaqla formal xarakter daşıyır və heç bir tutarlı dəlillərlə əsaslandırılmamışdır. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməkdə haqlı olmuşdur. Digər tərəfdən işin tədqiq olunan faktiki hallarından göründüyü kimi MTK öz tələbi ilə əlaqədar İddiaçı ilə artıq razılığa gəlmişdir. Beləliklə, iş üzrə tərəflər məhkəməyə öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddianın rədd edilməsi barədə tamamilə düzgün hüquqi nəyticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-722/2021 nömrəli, 22 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1479/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1479/2022
30.08.2022 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver