Məhkəmə qərarları › İş №2(001)-138/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-138/2021

08.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-138/2021 08.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı evə köçürülmə, istifadə hüququnun tanınması, bu mümkün olmadıqda evin tikintisinə çəkilmiş xərclərin bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı evə köçürülmə, istifadə hüququnun tanınması, bu mümkün olmadıqda evin tikintisinə çəkilmiş xərclərin bölünməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin oğlu ilə 05.09.2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahından 02.07.2006-cı il təvvəlüdlü X11 və 03.12.2008-ci il təvvəllüdlü X8 adlı iki uşaqları doğulmuşdur. İddiaçı ailəli olduğu müddətdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ərazisi olan və cavabdeh X1 adına sənədləşdirilmiş 500 kv.m. torpaqda tikilmiş iki mərtəbəli evdə yaşamışdır. Bir müddət sonra yoldaşı Rəşad Ələkbərovun xərçəng xəstəliyinə tutulduğunu örgəndilər və yoldaşının xəstəliyi ağırlaşdıqda onun doğulub böyüdüyü Şəki şəhərinə getdilər və bir müddət orada yaşadılar. İddiaçının yoldaşı vəfat etdikdən sonra o, uşaqları ilə birlikdə geri qayıtmadı və təxminən 2 il ərzində Şəki şəhərində yaşamışdır. Sonra Bakı şəhərinə yuxarıda sözügedən evə geri qayıtdı və orada bir müddət yaşadıqdan sonra ailədə narazılıqlar başladı. Bu evdə iddiaçı və yoldaşının valideyinlərindən başqa kiçik qaynının ailəsi də yaşayırdı. Vaxt keçdikcə iddiaçının mübahisəli evdə yaşamağı mümkünsüz hala çevrildi və o, uşaqları ilə birlikdə evdən çıxmaq məcburiyyətində qaldı. Hazırda iki övladı ilə birlikdə Masazır qəsəbəsində kirayədə qalır, heç bir yerdən gəliri olmadığı üçün kirayədə qalmaq gün keçdikcə onun üçün çətinləşir. Mübahisəli fərdi yaşayış evinin tikilib ərsəyə gəlməsində iddiaçının mərhum yoldaşı Rəşad Ələkbərovun böyük rolu olub. Onun usta kimi bacarıqı olduğundan evin tikintisi və təmiri üçün öz hesabına vəsait əldə edib evin tikintisinə sərf edirdi. Cavabdeh X4 iddia ərizəsinə yazılı etirazla məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda Şəki Rayon Məhkəməsinin icraatında İddiaçı cavabdehlər X10 və Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsinə baxılır və həmin iddia tələbində iddiaçı cehiz əşyaları, hansısa təxəyyülündə formalaşdırdığı evə çəkdiyi xərci və onun adına rəsmiləşdirilmiş avtomobili tələb edir. Həmin iddia ərizəsində Abşeron rayonu Sulutəpə ərazisində yaşadığını və həmin evə yoldaşı ilə birlikdə 20000 manatdan çox xərc kəçdiyini qeyd etmiş və həmin 20000 manatı onlardan tələb edir. Həmçinin həmin iddia ərizsində bildirir ki, “X1 adına Abşeron rayonu Sulutəpə qəsəbəsində torpaq sahəsinə sahib olduq. Həmin torpaq sahəsində qaynatamgil iki mərtəbəli mənzil inşa etdirdilər”. Lakin hazırkı iddia ərizəsində Bakı şəhəri, Binqədi rayonu, Xocasən Bələdiyyəsi ərazisində 500 kv.m. torpaq sahəsində inşa edilmiş evdə ərinin xərc çəkdiyini və ona görə də, həmin evə köçürülməli olduğunu bildirilir. Buradan da aydın şəkildə görünür ki, iddiaçının qeyd etdikləri yalandır. İddiaçı heç vaxt işləməmiş və evdar qadın olmuşdur. Cavabdehin oğlu Rəşad Ələkbərov isə cəmi 6 ay işləmişdir. Cavabdehin oğlunun ailəsinin bütün maddi ehtiyacları cavabdeh tərəfindən qarşılanmışdır. Həmçinin cavabdehin oğlu 3 il xərçəng xəstəliyindən əziyyət çəkdikdə onun xəstəxana məsrəfləri də cavabdeh tərəfindən qarşılanmışdır. Belə olan halda necə ola bilər ki, nə iddiaçı, nə də ki, cavabdehin oğlu heç bir yerdə işləməyə-işləməyə hər hansı evin tikintisinə xərc qoya bilsinlər. İddiaçı 07.06.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, onun uşaqları ilə birlikdə köçürülməsini və istifadə hüququnun tanınmasını tələb etdiyi yaşayış evi özbaşına tikilidir və Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 11.10.2007-ci il tarixli qərarı ilə X5 ayrılmış torpaq sahəsi üzərində tikilib. Həmin torpaq sahəsinə dair eyni zamanda X3 əvəzinə Cavabdeh tərəfindən X9 verilmiş 23.04.2011-ci il tarixli etibarnamə də mövcuddur. Həmin etibarnamədən görünür ki, X9 Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsi ərazisində olan 500 kv.m. torpaq sahəsində tikinti işləri aparmağı, həmin torpaq sahəsini və tikintini özəlləşdirmək üçün dövlət orqanlarında X3 nümayəndəsi olmağı, özəlləşdirməyi, sənədləri aidiyyatı üzrə dövlət idarələrinə verməyi, reyestrdən çıxarışları almağı, aldığına dair imza etməyi, alqı-satqı üçün lazım olan sənədləri topladıqdan sonra üzərlərində sərəncam verməyi, lazım olarsa torpaq sahəsini addan-ada keçirilməsi ilə əlaqədar bələdiyyə və digər dövlət orqanlarında X3 nümayəndəsi olmağı, sənədləşdirmə işlərini aparmağı, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar edilmişdir. İş materiallarında olan “sığorta kassasına təqdim etmək üçün 770998 nömrəli ölüm haqqında şəhadətnamə”dən görünür ki, X12 01.10.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən Şəki Rayon Məhkəməsinə verilmiş əmlak tələbinə dair iddia ərizəsində göstərilmişdir ki, iddiaçının qayınanası Cavabdeh adına 27.10.2007-ci il tarixdə etibarnamə əsasında Abşeron rayonu, Sulutəpə qəsəbəsində torpaq sahəsi alınmış, həmin torpaq sahəsindən qayınanasıgil iki mərtəbəli ev tikmiş, ondan sonra İddiaçı və X12 həmin evə köçmək qərarına gəlmiş və həmin evə köçüb yaşamaq üçün evin təmirinə 20000 manat pul xərcləmişdirlər. İddiaçı 20000 manat xərcin ona ödənilməsini həmin mülki iş çərçivəsində tələb etmişdir. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının köçürülməsini xahiş etdiyi ev özbaşına tikilidir, evin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, cavabdeh həmin evdə yaşamır. Belə olan halda hazırkı iddia tələbi üzrə hansı əsaslarla Cavabdeh cavab verməli olması iş materiallarından aydın deyil. Eyni zamanda iddiaçı "evə köçürülmə, istifadə hüququnun tanınması, bu mümkün olmadıqda evin tikintisinə çəkilmiş xərclərin bölünməsi"ni tələb etsə də, nə həmin fərdi yaşayış evinin faktiki olaraq mövcudluğu, nə özünün həmin evdə iddia etdiyi müddətdə yaşaması, nə evin həmin müddətdə onun (maddi cəhətdən) iştirakı ilə təmir edilməsi, nə də ki, hal-hazırda fərdi yaşayış evinin kimin istifadəsində olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini icra etmədiyi və onun hüquqlarının cavabdeh tərəfindən pozulması və ya hər hansı şəkildə məhdudlaşdırılması iş materialları ilə öz təsdiqini tapmadığına görə, iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı evə köçürülmə, istifadə hüququnun tanınması, bu mümkün olmadıqda evin tikintisinə çəkilmiş xərclərin bölünməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar