Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1394/2021 05.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh1 qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X4 və Cavabdeh1 qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27, 71 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, MH seriyalı № ******* saylı Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27, 71 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. Lakin cavabdehlər Cavabdeh1 və X5 mülkiyyətçi kimi onun bir sıra hüquqlarının həyata keçirilməsinə mane olur. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27, 71 saylı mənzili o, xx.xx.2020-ci il tarixində cavabdeh X2 alqı-satqı müqaviləsi əsasında almışdır. Bundan əlavə cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışa əsasən mənzildə pasport qeydiyyatındadırlar. Cavabdehlər onun xüsusi mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə əngəl yaradır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi, cavabdehlər X1 və Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27, 71 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi (vəkili) X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri 42 saylı Notariat kontorunda xx xxxxxxxx 2010-cu il tarixdə bağlanmış AN-İ seriyalı № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, X5 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 27, 71 saylı mənzilini İddiaçı satmışdır. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı, № ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 27, 71 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 və X5 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27, 71 saylı mənzildə daimi qeydiyyatdadırlar. Mülki işin materiallarında olan Cavabdeh1 xx.xx.2010-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, X4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 27, 71 saylı mənzilin satılmasına etiraz etməmişdir. Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, X5 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 27, 71 saylı mənzili notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmış və İddiaçı həmin mənzilə qeydiyyat şəhadətnaməsi alaraq mülkiyyət hüququ əldə etmişdir. X5 evi satdığı vaxtdan iddiaçıya təhvil vermiş və ailə üzvləri ilə birlikdə köçüb getmişdir. Lakin cavabdehlər həmin mənzildən qeydiyyatdan çıxmamışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzili satıb oradan köçdükləri halda qeydiyyatdan çıxmamaları iddiaçının mülkiyyət hüququna maneədir. Buna görə də, cavabdehlər X1 və Cavabdeh1 İddiaçı şəxsi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 27, 71 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 27, 71 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamə cavabdehlər X1 və Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 27, 71 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1394/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1394/2021
05.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver