Məhkəmə qərarları › İş №2(001)-140/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-140/2025

26.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-140/2025 26.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyətində olan evindən cavabdehlərin və ailə üzvlərinin çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2 Naim oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyətində olan evindən cavabdehlərin və ailə üzvlərinin çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2indən cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və azyaşlı uşaqları ilə birgə cavabdehlərə məxsus əşyaların cavabdehlərin hesabına boşaldılması və çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İ qrup əlildir, ailəlidir, birgə nikahdan 3 övladı var. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra-1, 77/251 saylı fərdi ev onun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində (qeydiyyat nömrəsi FM 021621) 61 nömrəli reyestr kitabının 9215 nömrəli vərəqində xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. Ona məxsus fərdi evə cavabdeh əmi Cavabdeh1 o zaman başqa yaşayış evi olmadığından ondan müəyyən zamanda yaşamağa icazə istəmiş, o, evə Cavabdeh1 müəyyən vaxta yaşamağa icazə vermişdir. Lakin sonradan cavabdeh onun ailə vəziyyətini, onun gözdən əlil olmağından sui-istifadə edərək evinin digər otaqlarını zəbt edərək ora əvvəlcə arvadı Mirvarini, uşaqlarını yerləşdirmiş, daha sonra isə gəlinləri də onun icazəsi olmadan yerləşdirməklə özbaşnalıq etmişdir. O, dəfələrlə cavabdehlərin ona məxsus evdən çıxmasını xahiş etsə də, cavabdeh xahişi nəzərə almadan ona məxsus fərdi evin özünə məxsus olmasını iddia etmişdir. Hətta cavabdehlər ona qarşı "mənzil yaşayış hüququnun tanınması və qeydiyyata alınma" iddia tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1356/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 cavabdehlər ona, Nümayəndə Duman qızına və Binəqədi RPİ-yə qarşı "mənzilə yaşayış hüququnun tanınması və qeydiyyata alınna" tələbinə dair iddiası əsassız olduğundan iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Hal-hazırda cavabdehlər azmış kimi gəlinləri və azyaşlı uşaqları ilə onun evini zəbt edərək orada yaşamağa davam edirlər, evdən çıxmaq belə bilmirlər. Dəfələrlə aralarında evlə bağlı mübahisə yaranmış, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsində mübahisəli ailə kimi qeydiyyatdadırlar və ona məxsus evini yandırmaqla hədələyir. O, mülkiyyətində olan evdə öz istəyi ilə hərəkət edə bilmir, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində fərdi evindən istifadə edə bilmir. Cavabdehlərin özbaşına hərəkətləri ilə ona məxsus evindən öz evi kimi qəbul edərək onun iradəsinə zidd olaraq orada məskunlaşmış və yaşamaqdadır. Onun gözdən əlil olmağını istifadə edərək Cavabdeh1 istədiyi kimi hərəkət edir, dəfələrlə cavabdehə xəbərdarlıq etsə də, ona məxsus evini boşaltmaq, orada cavabdehlərə və ailə üzvlərinə məxsus əşyalarını belə çıxartmaq istəmir. Qeyd edir ki, artıq onun ailə üzvləri, oğulları böyümüş, onların evlənməsi və ona məxsus evdə yerləşməsi cavabdehlərin qanuna zidd hərəkətİəri nəticəsində qeyri-mümkündür. Cavabdehlər bu illər ərzində onun evindən kobud qaydada istifadə edir və hal-hazırda etməkdədir. Hesab edir ki, onun iradəsinə zidd olaraq cavabdehlər və onun ailə üzvləri evində yaşamaqda davam etməsi iddiaçı olaraq onun evi üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarı ilə mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktik sahib olmaq, öz təlabatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Beləliklə, hazırkı mübahisə üzrə cavabdeh onun iradəsinə ziddi olaraq ora köçərək yaşamışdır, evinin boşaldılmasını cavabdehlərdən tələb etdikdə, kobud rəftara rast gəlir. Cavabdehlər özbaşına hərəkətləri ilə hədə-qorxu gəİməklə onu və yaxınlarını bezdirmişdir. Hesab edir ki, həmin fərdi evi onun mülkiyyət hüququ daşınmaz əmİak dövlət reyestrində qeydiyyata alınmış, lakin həmin evin sahiblik, istifadə və sərəncam vermək hüquqları Cavabdeh1 və onun ailə üzvləri tərəfindən kobud surətdə pozulmuş və bunun qarşısı alınmalıdır. Cavabdehlər iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdilər ki, iddiaçı Qarayev X1 Rayon Məhkəməsinə “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək onların ünvan 2dən çıxarılma barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia tələbi aşağıda göstərdiyi səbəblərdən əsassız olduğundan təmin edilməməlidir. Belə ki, idiaçı İddiaçı onlarla yaxın qohumdur. O, hazırkı iş üzrə İddiaçı əmisidir. Mübahisəli ev onun mərhum atası X9 tərəfindən 1988-ci ildə alınmışdır. X9 onu pasport qeydiyyatına salmışdır. Mübahisəli evə bitişik boş torpaq olduğu üçün o, 1989-cu ildə öz şəxsi vəsaiti hesabına fərdi yaşayış evini inşa etmişdir. 1990-cı ildə öz vəsaiti hesabına inşa etdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra, 251A saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı ilə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuşdur. Cavabdeh1 öz yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra, 251A fərdi evə bu günə kimi qaz, su, işıq bələdiyyə vergisi ödəyir. Qeyd olunanları nəzərə alaraq İddiaçınn iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanına dair hüquq subyekti İddiaçı adına xx.xx.2003-cü il tarixdə texniki pasport tərtib edilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarınən Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra – 1, 77/251 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatda keçirilmişdir və bu barədə xx.xx.2003-cü il tarixində qeydiyyat aparılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2010-ci il tarixli, 2(001)- 1356/2010 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 cavabdehlər İddiaçı, Nümayəndə və Binəqədi rayon Polis İdarəsinə qarşı “mənzilə yaşayış hüququnun tanınması və qeydiyyata alınması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı, X4, X3, Nümayəndə, X2, X6, X5 ünvan 3 ünvanında qeydiyyatdadırlar. AB seriyalı 017270 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. Azərbaycan Respublikasının İqtisdiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra, 77/251 saylı fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisdiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra, 251A saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Ödəniş qəbzlərindən görünür ki, Qarayev X7 rayonu, Xutor qəsəbəsi, 1-ci sıra, ev (bina) 1024, mənzil 251 ünvanı üçün ödənişlər etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi texniki pasporta əsasən 306.4 kv.m olsa da, faktiki olaraq 337.0 kv.m təşkil edir. Əlavə 30.6 kv.m torpaq sahəsi istifadə olunur. Torpaq sahəsinin üzərində mövcud olan fərdi yaşayış evinin texniki pasportu ilə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur. Belə ki, "A" literli tikilidə rekonstruksiya işləri aparılaraq tikintialtı sahəsi 51.3 kv.m olan əlavə sahələr və “B” literli tikilidə isə rekonstruksiya işləri aparılaraq tikintialtı sahəsi 58.5 kv.m olan ikinci mərtəbə inşa edilmişdir. "A" literli tikilidə qeyd olunan 4,5,6,7 və 8 saylı sahələr vətəndaşın qohumunun istifadəsindədir. Torpaq sahəsinin və üzərində yerləşən yaşayış evlərinin faktiki olaraq yerləşməsini əks etdirən sxem mütəxəssis rəyinə əlavə olundu (koordinatlar göstərilməklə). Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-2479/2025 saylı qərardadın surətindən görünür ki, iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarından göründüyü kimi, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarınən Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra – 1, 77/251 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatda keçirilmişdir və bu barədə xx.xx.2003-cü il tarixində qeydiyyat aparılmışdır. İddiaçı özünə məxsus fərdi evdə cavabdeh olan əmisi Cavabdeh1 və onun ailə üzvlərinə müvəqqəti olaraq yaşamağa icazə vermişdir. Lakin sonradan cavabdehlər iddiaçıya məxsus fərdi yaşayış evindən çıxmamışdırlar. Göründüyü kimi, hazırda cavabdehlər iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan yaşayış sahəsini zəbt etməklə iddiaçının həmin yaşayış sahəsindən istifadə etməsinə maneə yaradırlar. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və azyaşlı uşaqları Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra – 1, 77/251 saylı fərdi yaşayış evindən öz hesablarına əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasən məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən Cavabdeh1 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və azyaşlı uşaqları Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra – 1, 77/251 saylı fərdi yaşayış evindən öz hesablarına əşyaları ilə birlikdə çıxarılsınlar. Cavabdeh1 100 (yüz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar