Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-1062/2026 22.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: mülkiyyətçi hüquqlarına müdaxilə; mülkiyyətçi hüquqlarının müdafiəsi Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası ## ######## 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ##### 2015-ci il tarixdə Azərbaycan Respublikası Qaçqın və X2 Üzrə Dövlət Komitəsinin sabiq sədri cənab Əli Həsənov *** nömrəli müqavilə əsasında müvəqqəti məskunlaşmaq üçün Ağdam rayonu Baharlı qəsəbəsində ona 1 otaqlı mənzil vermişdir. ## ###### 2015-ci il tarixdə onunla birlikdə yaşayan anası X1 vəfat etmişdir. Özü əməliyyat olunmaq üçün Sumqayıt şəhərinə getmiş, əməliyyat olunduqdan sonra səhhətində problem yaranmışdır. Xəstəxanada olarkən icra nümayəndəsi Ramiz Abdullayev ona zəng edərək «evinə adam yığılıb, tez özünü çatdır» demişdir. Qəsəbəyə gəldikdə cavabdehin onun evinə özbaşına sahibləndiyinin şahidi olmuşdur. Belə ki, cavabdeh onu evə buraxmamış, 1000 manat pul verib evi aldığını bildirmişdir.
4. Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddianın əsaslı olduğundan təmin edilməsi; Cavabdeh Ağdam rayonunun Baharlı qəsəbəsində yerləşən *** saylı evdən çıxarılması qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının ##.##.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 8.0.1, 68.1, 68.2, 68.3 və 96-cı maddələrinə, «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi» Qaydasının 3, 3.2, 3.3, 3.4, 3.5, 3.6 və 3.7-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Iddiaçı isə məhkəmə iclasına gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
11. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
12. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
13. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
## ####### 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
14. Maddə 66.1 və 66.1.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək hüququ vardır.
15. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi» Qaydası
16. Bənd 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyindən hazırkı apellyasiya baxışının predmetini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Işin mübahisə olunmayan hallarına görə, Ağdam rayonu Baharlı qəsəbəsində yerləşən bir otaqdan və bir mətbəxdən ibarət *** saylı ev ## ##### 2015-ci il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil Istismar Departamenti tərəfindən Ağdam şəhərindən məcburi köçkün düşmüş İddiaçı müvəqqəti məskunlaşması üçün istifadəsinə verilmişdir. Cavabdeh Cavabdeh isə həmin mənzildə hər hansı qanuni əsas olmadan yaşayır.
28. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
29. Baxılan işdə mübahisəli mənzil dövlət mənzil fonduna aid olmaqla Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil Istismar Departamentinin balansındadır. Mənzilin kirayəçisi isə iddiaçı İddiaçıdır.
30. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
31. Həmin Məcəllənin 68.2-ci maddəsində isə təsbit olunmuşdur ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
32. Göründüyü kimi, yaşayış sahəsinin kirayəçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız əri (arvadı), habelə onun uşaqları və valideynləri yaşayış sahəsindən kirayəçi ilə bərabər istifadə etmək hüququna malikdirlər. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə onların yaşayış sahəsinin kirayəçisi tərəfindən yaşayış sahəsinə köçürülmələri və yaşayış sahəsinin kirayəçisi ilə birgə təsərrüfat aparmaları tələb olunur.
33. Cavabdeh Cavabdeh isə nə kirayəçinin ailə üzvü deyildir, nə də ki, onun razılığı ilə mübahisəli mənzilə köçürülməmişdir.
34. Bir sözlə, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Cavabdehin hər hansı əsas olmadan mənzildə yaşaması isə iddiaçının həmin yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə mane yaratmaqla, əmlaka dair mülkiyyətçi hüquqlarının pozulmasına gətirib çıxarır.
35. 1000 manat müqabilində mənzili iddiaçıdan satın alması barədə cavabdeh tərəfin arqumenti ilə bağlı kollegiya göstərir ki, əvvəla, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, habelə digər vasitələrlə evləri özgəninkiləşdirmək hüququ qanunla nəzərdə tutulmamışdır (§ 16). Əgər tərəflər arasında belə bir əqd bağlanmışsa belə, əqd öz-özlüyündən etibarsız olmuşdur ki, belə bir əqd (əgər mövcud olmuşsa) cavabdehin mübahisəli mənzildən istifadə hüququnun yaranmasının əsası kimi qəbul edilə bilməz.
36. Mənzilin təmirinə vəsait sərf etməsi, mənzilin alqı-satqısına 1000 manat pul verməsi barədə cavabdehin arqumentlərinə gəldikdə isə qeyd edilməlidir ki, həmin hal hazırkı iddianın predmetini təşkil etməməklə iddianın həlli baxımından hər hansı əhəmiyyət daşımamaqdadır.
37. Qeyd edilənlərin yekunu olaraq kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.