Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-898/2026 15.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2, iddiaçı1, X5 cavabdeh Cavabdeh qarşı “kompensasiyasının ödənilməsi və ya əmlakın açıq hərracda satılması, satış pulunun paylara uyğun bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iş üzrə icraat dayandırılıb, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçılar iddiaçı2, iddiaçı1, X5 cavabdeh Cavabdeh qarşı “kompensasiyasının ödənilməsi və ya əmlakın açıq hərracda satılması, satış pulunun paylara uyğun bölünməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadından iddiaçı iddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçılar iddiaçı2, iddiaçı1, X6 cavabdeh Cavabdeh qarşı “kompensasiyasının ödənilməsi və ya əmlakın açıq hərracda satılması, satış pulunun paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatındadır. Iddia tələbi ilə Hüquqların Dövlət qeydiyyatı Haqqında DƏDR-dən cıxarışa əsasən Reyestr №************--***** çıxarışa əsasən Şəki rayonu, Göybulaq kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 95,5 olan evin ümumi 10.000 (on min) manat dəyərinin bizə düşən 3/4 hissəsinin dəyərinin 7500 manat pulun cavabdehdən alınıb iddiaçılara verilməsi, yaxud paylı mülkiyyətdə olan evin həyətyanı torpaq sahəsinin acıq hərracda satılması satış pulunun parımıza uygun bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini iddiaçılar xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə iddiaçılar iddiaçı2, iddiaçı1, X6 cavabdeh Cavabdeh qarşı “kompensasiyasının ödənilməsi və ya əmlakın açıq hərracda satılması, satış pulunun paylara uyğun bölünməsi” tələbinə dair mülki iş üzrə icrааt mərhum mülkiyyətçilər X2 və X3 vərəsələri müəyyən edilənədək dаyаndırılması qərara alınmışdır. Iddiaçı iddiaçı1 və onun vəkili Vəkil həmin qərardaddan şikayət verərək, Şəki Rаyоn Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e*(***)-****/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Şəki rayonu, Göybulaq kəndində (404013110195-***** reyestr nömrəli çıxarışa əsasən) yerləşən 0,08 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 95,5 olan fərdi yaşayış evinin mülkiyyətçiləri iddiaçı1 ¼ hissə fərdi yaşayış evi və torpaq sahəsi 5/24 hissə, X2 ¼ hissə fərdi yaşayış evi və torpaq sahəsi 4/24 hissə, X3 torpaq sahəsi 1/24 hissə, Cavabdeh torpaq sahəsi 4/24 hissə, X5 ¼ hissə fərdi yaşayış evi və 5/24 hissə torpaq sahəsi, iddiaçı2 ¼ hissə fərdi yaşayış evi və torpaq sahəsi 5/24 hissənin mülkiyyətçisidir. DƏDKR PHŞ-in ** saylı Şəki Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan aydın olur ki, 404013110195-***** reyestr nömrəli çıxarış hazırda qüvvədədir. ##.##.2023- cü i tarixli 2V-361 və *V-*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 və X3 vərəsələri iddiaçı1, iddiaçı2, X5r. Işdə olan sənədlərdən görünür ki, X2 ##.##.2020-ci ildə və X3 ##.##.2016-cı ildə ölmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in: 254.1.1-ci maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə; hakim iş üzrə icraatı dayandırmalıdır. 256.0.1-ci maddəsinə əsasən bu Məcəllənin 254.1.1 və 254.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda çıxmış şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə təyin edilənədək iş üzrə icraat dayandırılır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Iddiaçı iddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-898/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-898/2026
15.09.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver